Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə9/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   5   6   7   8   9   10   11   12   ...   63

XƏYALIN DİGƏR ADI: MADDƏ
38
yerinə görə uzaqdan, çox yaxından və ya arxanızdan gəldiyini zənn edirsiniz. 
Əslində isə dostunuzun səsi nə arxanızda, nə də uzağınızdadır. Dostunuzun 
səsi sizin içinizdə, beyninizdədir.
Eşitdiyiniz  səsin  əsli  barədə  möcüzələr  bununla  bitmir.  Beyin  necə  işığı 
keçirmirsə, səsi də keçirmir. Yəni beyinə heç bir zaman səs girə bilməz. Ona görə, 
eşitdiyiniz səslər nə qədər gurultulu olsa da, beyninizin içi tamamilə səssizdir. 
Lakin bu gurultunu, ən aydın səsləri beyninizdə dinləyirsiniz. O qədər aydındır 
ki, sağlam insan qulağı heç bir  xışıltı olmadan hər şeyi eşidir.
Səs  keçirməyən,  dərin  səssizliyin  hökm  sürdüyü  beyninizdə  orkestrin 
simfoniyalarını  dinləyirsiniz,  şəhərin  səs-küyünü  eşidirsiniz,  yarpağın 
xışıltısından  reaktiv  təyyarələrin  gurultusuna  qədər  böyük  tezlik  və  desibel 
aralığındakı bütün səsləri qavraya bilirsiniz. Sevdiyiniz  müğənninin konsertinə 
getdikdə  bütün  salonda  əks  olunan  o  güclü  səs  də  əslində  beyninizdəki 
səssizliyin içində əmələ gəlir. Öz-özününzə yüksək səslə mahnı oxuduğunuzda 
da  bunu  yenə  beyninizdə  dinləyirsiniz.  Əslində  isə  o  anda  həssas  cihazla 
beyninizin  içindəki  səs  səviyyəsi  ölçülsə,  burada  tamamilə  səssizliyin  hakim 
olduğu məlum olar. Bu, çox fövqəltəbii vəziyyətdir. Beyninizə gələn elektrik 
siqnalları səs kimi, məsələn, hər hansı bir stadiondakı 
insanların müşayiət etdiyi 
qrupun konserti şəklində beyninizdə dinlənilir.
Beyin işığı keçirmədiyi 
üçün səsi də keçirmir. 
Ona görə, biz nə qədər 
yüksək gurultulu səs 
eşitsək də, beynimizin 
içi səssizdir. Ancaq bu 
səssizlikdə elektrik 
siqnallarını sevdiyi 
musiqi parçası, 
dostunun səsi və ya 
telefonun zəngi kimi 
şərh edən şüur var.


Dünya Həyatının Beynimizdəki Əksi 
ilə Təmasda Olduğumuz Texniki Həqiqətdir
39
Bütün qoxular beynin içində 
meydana gəlir
Bir insandan qoxuları necə hiss etdiyi soruşulsa, çox güman 
ki, “burnumla” deyəcək. Əslində isə bəzi insanların qəti həqiqət kimi 
gördükləri  bu  cavab  doğru  deyil.  Yale  Universitetindən  nevrologiya 
professoru  olan  Gordon  Shepherd  “Burnumuzla  qoxuladığımızı 
düşünürük, ancaq bu sanki “qulaq mərcəyi ilə eşidirik” demək kimi bir şeydir” 
sözləri ilə bunun doğru olmadığını açıqlayır.
9
Qoxu  hissimizin  funksiyası  digər  duyğu  orqanlarımızın 
funksiyasına  bənzəyir.  Əslində  burnumuzun  xaricdən  görünən 
hissəsinin vəzifəsi sadəcə kanal kimi havadakı qoxu molekullarını 
içəri  qəbul    etməkdir.  Vanil  və  ya  gül  qoxusu  kim  uçucu 
molekullar  burnun  epitel  adlanan  hissəsindəki  titrək 
tüklərdəki  reseptorlara  çatır  və  burada  qarşılıqlı  əlaqəyə 
keçir.  Qoxu  molekullarının  epitel  bölgəsindəki  əlaqəsi 
beynimizə elektrik siqnalı kimi çatır. Bu elektrik siqnalları 
isə beynimizdə qoxu kimi şərh edilir.
Beləliklə, bizim xoş və ya pis adlandırdığımız qoxuların 
hamısı  uçucu  molekulların  qarşılıqlı  təsir  nəticəsində 
elektrik siqnalına çevrildikdən sonra beyindəki şərh formasından başqa bir şey deyil. 
Bir ətir, çiçəyi, xoşladığınız yeməyin və ya dənizin qoxusunu, xoşunuza gələn və ya 
gəlməyən hər cür qoxunu beyninizdə hiss edirsiniz. Ancaq əslində qoxu molekulları 
beyinə heç vaxt çatmır. Səs və görüntüdə olduğu kimi, qoxu hissində də beyninizə 
çatan yalnız elektrik siqnallarıdır. 
Bu  halda  qoxunun  istiqaməti  də  olmaz,  çünki  bütün  qoxular  beyninizdəki 
qoxu  alma  mərkəzində  qavranılır.  Məsələn,  piroqun  qoxusu  sobadan,  yeməyin 
qoxusu mətbəxdən, doqquzdon bitkisinin qoxusu bağdan, dənizin qoxusu metrlərlə 
uzaqlıqdakı  dənizdən  gəlməz.  Hamısı  tək  nöqtədə,  beyninizdəki  lazımi  yerdə 
qavranılır. Bu duyğu mərkəzindən kənarda sağ, sol, ön, arxa kimi bir anlayış yoxdur. 
Bunların  hər  biri  ilk  baxışda  müxtəlif  təsirlərlə  və  müxtəlif  tərəflərdən  gələn  kimi 
görünsə  də,  əslində  hamısı  beyində  əmələ  gəlir.  Qoxu  alma  mərkəzinizdə  əmələ 
gələn təsirləri xarici aləmdəki maddələrin qoxusu hesab edirsiniz. Əslində isə gülün 
görüntüsü necə görmə mərkəzinizin içindədirsə, o gülün qoxusu da eyni şəkildə qoxu 
alma mərkəzinizin içindədir. Xarici aləmdə həqiqi qoxu varsa da, sizin bunun əsli ilə 
təmasda olmağınız əsla mümkün deyil.
Bağında gülün ətrini alan insan əslində heç vaxt güllərin əslini 
qoxulamır. Aldığı qoxu elektrik siqnallarının beyni tərəfindən 
şərhidir. Ancaq bu qoxu o qədər həqiqidir ki, insan heç vaxt 
gülün əslini qoxulamadığını anlamır. Hətta bu həqiqiliyə görə, 
dünyadakı insanların bəziləri həqiqi gülü qoxuladıqlarını zənn 
edir. Bu, Allahın yaratdığı çox böyük möcüzədir.


40
BÜTÜN QOXULAR BEYNİMİZDƏ ƏMƏLƏ GƏLİR


Dünya Həyatının Beynimizdəki Əksi 
ilə Təmasda Olduğumuz Texniki Həqiqətdir
41
George  Berkeley  bu  vacib  həqiqəti  anlayan  mütəfəkkir  kimi:  “Əvvəl 
rənglərin, qoxuların və s. həqiqətdə mövcud olduğu hesab edildi; ancaq daha sonra bu 
cür baxışlar rədd edildi və aydın oldu ki, bunlar ancaq duyğularımız sayəsində var”, - 
deyir.
Qoxunun  hiss  olduğunu  anlamaq  üçün  yuxuları  düşünmək  də  faydalı 
ola  bilər.  İnsanlar  yuxularında  necə  bütün  görüntüləri  çox  həqiqi  şəkildə 
görə bilirlərsə, eyni şəkildə yuxularında bütün qoxuları da həqiqətdə olduğu 
kimi duyurlar. Məsələn, yuxuda restorana gedən hər hansı bir şəxs yeməyini 
menyuda  olan  yeməklərin  qoxuları  arasında  yeyir,  dəniz  kənarına  gəzintiyə 
çıxan biri dənizin özünəməxsus qoxusunu duyur, çobanyastığı bağçasına girən 
biri o mükəmməl qoxulardan həzz alır və yaxud başqa biri ətriyyat mağazasına 
girərək özünə ətir seçir və hətta bu ətirlərin qoxusunu tək-tək ayırd edə bilir. 
Burnun vəzifəsi sadəcə qoxuya aid oyanmaları beyinə ötürməkdir. Şorbanın və 
ya gülün qoxusu beyində hiss edilir. Belə ki, insan ortada bir gül və ya bir boşqab 
şorba olmasa da, yuxuda hər ikisinin qoxusunu ala bilir. Allah beynin içində dadı, 
qoxusu, görüntüsü ilə toxunma hissi və səsi ilə o qədər inandırıcı hisslər cəmi 
meydana gətirir ki, insanlara bu hisslərin beyində əmələ gəldiyini, gördükləri 
şeylərin heç birinin əsli ilə təmasda olmadıqlarını izah etmək üçün xeyli açıqlama 
vermək lazımdır. Elə bu, Allahın möhtəşəm elmidir.


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə