Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə8/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   4   5   6   7   8   9   10   11   ...   63

XƏYALIN DİGƏR ADI: MADDƏ
34
bölgəyə  göndərirlər.  Həyatımız 
boyu  gördüyümüz  rəngarəng 
dünyamızın  əmələ  gəldiyi  yer 
elə  beyindəki  bu  xüsusi  bölgədir. 
Beləliklə,  beynimizdən  xaricdə 
rənglər  yoxdur,  işıq  da  yoxdur. 
Sadəcə  elektromaqnit  dalğalar  və 
ya hissəciklər şəklində hərəkət edən 
enerji  var.  Həm  rənglər,  həm  də 
işıq  sadəcə  bizim  beynimizdədir. 
Yəni biz gülü qırmızı olduğu üçün 
qırmızı  rəngdə  görmürük.  Bizim 
gülü  qırmızı  görməyimizin  səbəbi 
tor  qişamıza  təsir  edən  enerjinin 
beynimiz  tərəfindən  qırmızı  kimi 
şərh edilməsidir.
Rəng 
korluğu 
rənglərin 
beynimizdə  əmələ  gəlməsinin 
vacib  dəlillərindəndir.  Məlumdur 
ki, gözdəki tor qişada əmələ gələn 
kiçik  pozuntu  rəng  korluğuna 
səbəb  olur.  Belə  olduqda  insan 
yaşıl  ilə  qırmızını  bir-birindən 
ayırd  edə  bilmir.  Bu  halda  xarici 
aləmdəki  cismin  “rəngli”  olub-
olmaması  vacib  deyil.  Çünki  biz 
cisimləri  onlar  rəngli  olduqlarına 
görə  rəngli  görmürük.  Buradakı 
nəticə  bundan  ibarətdir: 
varlıqlara aid etdiyimiz 
bütün  xüsusiyyətlər  “xarici  dünyada”  deyil,  beynimizdədir. 
Biz heç vaxt hisslərimizdən kənara çıxaraq xarici aləmə çıxa 
bilməyəcəyimizə görə, maddələrin və ya rənglərin əsillərini 
Yuxarıdakı şəkildə sol tərəfdəki yaşıl 
sahələr daha tünd, sağdakılar daha 
açıq yaşıl kimi görünür. Əslində hər 
iki tərəfdəki yaşılın tonu – aşağıda da 
görəcəyiniz kimi – bir-birinin eynidir. 
Ancaq yaşılların arasındakı qırmızı və 
narıncı rənglər gözümüzü aldadır və 
rənglərin tonlarını olduğundan fərqli 
görməyimizə səbəb olur. Bunun göstərdiyi 
vacib həqiqət budur: biz maddənin 
əslini deyil, sadəcə beynimizdəki şərhini 
görürük.
Allahın qüsursuz yaratması ilə elektrik siqnallarını 
milyonlarla rəng tonundan ibarət, parlaq, rəngarəng  bir 
dünya kimi görür və bu gördüklərimizdən zövq alırıq. Bu, 
üzərində düşünməli qeyri-adi bir möcüzədir.


35
BÜTÜN SƏSLƏR BEYNİMİZDƏ ƏMƏLƏ GƏLİR, 
XARİCİ ALƏMDƏ SƏS YOXDUR


XƏYALIN DİGƏR ADI: MADDƏ
36
də bilmərik. Məşhur mütəfəkkir Berkeley də bu həqiqətə aşağıdakı sözləri ilə 
diqqət çəkir:
Qısaca desək, eyni şeylər eyni zamanda bəziləri üçün qırmızı, bəziləri üçün isti, 
bəziləri üçün tam əksi ola bilirsə, bu, o deməkdir ki, biz illüziyaların təsirindəyik...
8
Bütün səsləri beynimizdə eşidirik
Eşitmə prosesi də eynilə görmə kimi baş verir. Başqa sözlə, xarici aləmə 
aid görüntüləri necə beynimizin içində görürüksə, səsləri də beynimizin içində 
eşidirik.  Xarici  qulaq  ətrafdakı  səs  dalğalarını  qulaq  seyvanı  ilə  toplayaraq 
qulağa ötürür. Orta qulaq isə qəbul etdiyi səs titrəmələrini gücləndirərək daxili 
qulağa ötürür. Daxili qulaq da bu titrəmələri səsin gərginliyi və sıxlığına görə 
elektrik siqnallarına çevirərək beyinə göndərir. Beyində bir neçə mərhələdən 
sonra siqnallar son mərhələdə işlənərək şərh edilmək üçün eşitmə mərkəzinə 
göndərilir.  Beləliklə,  eşitmə  prosesi  də  beyindəki  eşitmə  mərkəzində  həyata 
keçir.
Ona görə də beynimizdən kənarda səslər deyil, səs dalğaları kimi tanınan 
fiziki titrəmələr var. Bu səs dalğalarının səsə çevrildiyi yer isə xarici aləm və ya 
qulağımız deyil, beynimizin içidir. Yəni görən gözlərimiz olmadığı kimi, eşidən 
də qulaqlarımız deyil. Məsələn, ən yaxın dostunuzla söhbət edərkən dostunuzun 
görüntüsünü beyninizdə izləyir, səsini də beyninizin içində dinləyirsiniz və necə 
ki, beyninizdəki görüntü üç ölçülü, dərinlik hissi ilə əmələ gəlirsə, dostunuzun 
səsi  də  sizə  dərinlik  hissini  təsdiqləyəcək  şəkildə  gəlir.  Məsələn,  dostunuzu 
sizdən  uzaqda  görürsünüzsə  və  ya  arxanızda  bir  yerdə  oturursa,  səsinin  də 
Xarici  qulaq  ətrafdakı  səs  dalğalarını  qulaq  seyvanı  vasitəsilə  toplayaraq  orta 
qulağa ötürür. Orta qulaq isə aldığı səs titrəyişlərini gücləndirərək daxili qulağa 
ötürür. Daxili qulaq da bu  titrəyişləri səsin gərginliyinə və sıxlığına görə elektrik 
siqnallarına çevirərək beyinə göndərir.


Dünya Həyatının Beynimizdəki Əksi 
ilə Təmasda Olduğumuz Texniki Həqiqətdir
37
İNSANLAR MADDƏNİN ƏSLİNİ GÖRDÜKLƏRİNİ ZƏNN 
ETSƏLƏR DƏ, BEYNİMİZDƏN KƏNARDA İŞIQ, SƏS, 
RƏNG YOXDUR, SADƏCƏ ENERJİ VAR
Yaşadığımız hər şeyin beynimizdə əmələ gələn xəyallar cəmi olması elmi cəhətdən 
sübut  edilmiş  bir  həqiqət  olmasına  baxmayaraq,  bəzi  insanlar  beynimizdən  kənarda 
bu  görüntülərin  əsllərini  gördüklərini  zənn  və  iddia  edirlər.  Bu,  heç  vaxt  sübut  edilə 
bilməyəcək  iddiadır.  Daha  əvvəl  də  bildirildiyi  kimi,  beynimizdən  kənarda  nə  səs, 
nə  işıq,  nə  də  rənglər  var.  İşıq  xarici  aləmdə  enerji  dalğaları  və  ya  enerji  torbacıqları 
şəklində mövcuddur və ancaq tor qişaya təsir etdikdə bizə məlum olan işıq qavrayışı ilə 
qarşılaşırıq. Buna bənzər şəkildə xarici aləmdə səs də yoxdur. Sadəcə enerji dalğaları var. 
Bu dalğaların bəziləri də qulağımıza və oradan beynimizə gəldikdə səs əmələ gəlir. Xarici 
aləmdə rəng də yoxdur. “Rəng yoxdur”, -deyərkən insanların ağlına qara, ağ, boz kimi 
görüntü gəlir. Əslində isə bunlar da rəngdir. Beynimizdən kənardakı dünyada isə qara, 
ağ, boz belə yoxdur. Sadəcə fərqli gərginlik və tezliklərə malik enerji dalğaları var və bu 
enerji dalğaları sadəcə göz hüceyrələrimiz və beynimiz vasitəsilə rənglərə çevrilirlər.
“Maddənin  əslini  görürəm”,  -deyə  israr  edənlərin  iddialarını  əsassız  edən  elm 
sahələrindən  biri  də  kvant  fizikasıdır.  Kvant  fizikasının  bizə  göstərdiyi  ən  vacib 
həqiqətlərdən  biri  materialistlərin  toxunduqda  bərkliyini  hiss  etdikləri  mütləq 
varlıq hesab etdikləri maddənin əslində 99.9999999  %-nin boşluq olmasıdır.  Fizika və 
psixologiya sahəsində apardığı fəaliyyətlərlə tanınan və xüsusilə insan şüuru haqqındakı 
açıqlamalarından ibarət bir çox kitabı olan Peter Russel “From science to God” (Elmdən 
Allaha)  adlı  kitabından  bəhrələnərək  hazırlanan  bir  məqaləsində  bu  həqiqəti  belə 
açıqlayır:
Məsələn, maddə ilə bağlı düşüncələrimizi nəzərdən keçirin. 2000 ildir ki, atomların 
bərk  maddəni  əmələ  gətirən  kiçik  toplar  olduğuna  inanılır.  Daha  sonra  fiziklər 
atomların  daha kiçik atomaltı  zərrəciklərdən  (elektronlar,  protonlar  və neytronlar 
kimi)  ibarət  olduğunu  tapdılar.  Model  mərkəzdə  nüvə  və  ətrafında  fırlanan 
elektronlara çevrildi. 
Atom çox kiçikdir. Diametri 25.4 millemetrin milyardda biri qədərdir. Ancaq atomaltı 
zərrəciklər atomdan yüz minlərlə dəfə kiçikdir. XX əsrin əvvəllərində ingilis fizik 
Sir Arthur Eddington: “Maddə bir xəyal kimi boş məkandır”, -deyərək bu vəziyyəti 
açıqlamışdır. Daha açıq demək lazımdırsa, maddənin 99.9999999 %-i boşdur. Hətta 
maddəyə bənzər heç bir tərəfi yoxdur. Daha çox bulud topaları kimidirlər. Əksəriyyəti 
zərrəcik kimi deyil, dalğa formasında görünürlər. (Peter Russell, “The mystery of 
consciousness and meaning of light” (Şüurun sirri və işığn mənası), 12 oktyabr, 2000-
ci il, http://www.arlingtoninstitute.org/ futuredition/from_science_to_God.htm)
Göründüyü kimi, elmi kəşflər beynimizdən kənarda sadəcə enerji dalğalarının, enerji 
torbacıqlarının olduğunu bizə göstərir. Beynimizdən kənarda nə işıq, nə səs, nə də rənglər 
var. Habelə maddəni əmələ gətirən atomlar və atomaltı zərrəcikləri də əslində boşluqdan 
meydana gələn enerji topaları kimidirlər. Beləliklə, maddə boşluqdan ibarətdir. 
Əslində Allah maddəni bir görüntü kimi bu xüsusiyyətlərlə yaradır.


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə