Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə10/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   6   7   8   9   10   11   12   13   ...   131

34
BİRİNCİ KİTAB
həmin  sözlərdə  tat  dilində qısa tələffüz olunma  formasının  tat dilin­
də  ancaq  qısa  şəklində  qalmağını  deməklə  sonuncu  dildə  saitlərin, 
ümumiyyətlə,  ancaq  qısa  şəklinin  qaldığını,  onların  uzun  tələffüz 
formalarının  tat dilindən çıxdığını  deməyə  əsas  vermir.  Bizim yuxa­
rıda  gətirdiyimiz  nümunələr  isə  sübut  edir  ki,  tat  dilində  mövcud 
olan  fonoloji qısalıq  və  uzunluq  bu dildə,  hətta semantik fərqlərə  də 
səbəb  olur  ki,  özlüyündə  tat  dilinin  bu  maraqlı  fonetik  hadisəsinin 
аупса və ciddi  tədqiqata ehtiyacı vardır.
IX.  “E”  saiti İran  və türk dilləri  üçün xarakterik olan açıq sa­
itdir.  Bu  saiti  tələffüz edərkən dil  bir qədər qabağa və yuxarı  dama­
ğa doğru  hərəkət edir.  Məs,  yek -  bir,  geznə -  gicitkən,  deydi -  dü­
nən, bəce -  hanı? Harada?,  xeyr,  seyr (hər iki  söz  Azərbaycan dilin­
də eyni mənalarda).
Bəzən  “e”  səsi  “ə”-yə  çevrilir:  temiz  -   təmiz  (eyni  mənada), 
bestən  -  bəstən  (bağlamaq),  beçrən -  bəçrən  (dərir,  dənnək  məsdə- 
rindən),  keştən -  kəştən  (gəzmək),  yedəmkə -  yedəmkə (bayaq),  bi- 
lek -  bilək (bilək) və s.
Konsonantiznı  (samitlər).  Tat  dili  konsonantizmini  24  (bo­
ğaz h emfatikası  və  ərəb aynmı  verən apostrofla 26)  samit səs  təşkil 
edir.
Tat dili  samitlərinin işlənməsinə dair misallar:
B. bi -  heyva, sib -  alma, bəq -  qurbağa, bəqələ -  böyürtkən və s.
D.  dar -  ağac,  dər -  qapı, dahar -  qaya, dərzən -  iynə,  dandun
- d iş .
R.  ra -  yol,  ard -  un,  dar -  ağac,  dər -  qapı,  bar -  yük,  rub -
rıçal.
Z. zunə -  kilid,  zər -   1.  qızıl, 2. zər (nərdtaxtada), zərd -  san.
T.  tar -   1.  çalğı  aləti,  2.  yaş,  nəm,  təb -  qızdırma,  təvər -  bal­
ta, təhəl -acı.
N. nar, nun -  çörək, nərd, danə,  tonur -  təndir.
S.  əs -  at,  sə -  üç,  sou -  səhəng,  dəs -  əl,  sad -  yüz,  sər -  baş, 
sərd -  soyuq.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
35
Ş.  aş,  şari  -   şadlıq,  şir -   süd,  şib -   əyri,  şirin,  təşnə  -   susuz, 
şar birən  -  sevinmək,  şərbət,  şe -  gecə,  niştən  -  oturmaq,  başirən  -  
minmək (ata),  nişan,  şal, maşə -  maşa.
M.  mahi  -  balıq,  miz,  mar -- ilan,  mərd -kişi,  maşin -  maşın, 
imu -  biz,  şümu -  siz, muy -  tük, mum.
L. Əli,  lələ,  lamad -  palçıq,  bəli -  gilas,  silə -  dolu  (qab),  liivə
-  budaq, nalin -  döşəkçə,  şətəl -  corab.
У.  may -   ana,  əyəl -  uşaq,  bəyə -  buz,  əsyo -  dəyirman,  əyaz
-  şaxta,  biya!  -   gəl!  (əmr  forması,  II  şəxs,  tək),  biyar!  -   gətir!  (əmr 
forması, II şəxs,  tək), yazi -  çöl, birar -  qardaş.
K.  kolxuz -   kolxoz,  kələm,  Kərim,  məktəb,  kafir,  kələk,  bərk
və s.
G.  Göy  -   öküz,  güyo  -   ot,  dəgəştən  -   yatmaq  (xəstə),  gal 
(zəı ən( -  çağırmaq, mərəgoy -  inək,  tərsəgün -  qorxaq, gərmi -  isti.
P.  par  -   keçən  il,  pur  -   dolu,  pir,  pirzən  -   qan,  pəmbə  -  
pambıq,  palud  -   palıd,  püşt  -   arxa,  paylimə  -   nərdivan,  pişin  -  
qabaqkı, əvvəlki, pərdü -  tir,  paya, piyər -  ata, pana -  gizli.
H.  hüzüm  -   odun,  ləhə  -   bulanlıq,  nohur  -   göl,  hənəgi  -  
zarafat,  hamin  -  yay  (fəsil),  zuhun  -  dil,  pərəha ~ srağagün,  kələhə
-  böyük, nügbəhər -  nübar (meyvə).
H.  (boğaz səsi,  ərəb dilindəki  ha) -  səhət -  saat,  ləhə -  palçıq, 
həppa  -   yumru  daş,  Həsən,  məhsul  -   məhsul,  hüıs  -   acıq,  təhəl  -  
acı,  təhləpusi  -   çöl  sanmsağı,  həcətxanə  -   ayaqyolu,  hülbə  -  
sarıçiçək və s.
Q.  qəlağ -  qarğa,  qəy -  çox,  qəd -  boy,  qəbəq -   alın,  qaqlə -  
bardaq,  qüyüq -  qıyıq,  qəmqəl  -   qabsürtən,  qəyilı  -  paya,  qərqul  -  
aftava.
Ğ.(ğayn,  ərəb  əlifbasında  ğayn)  -   tüğ -   damcı,  duğ  -   ayran, 
dağ -  qaynar.
X.  xunə  -  ev,  xiyə  -   kürək  (qar  süpürən),  xari  ~ yer,  xüşk  -  
quru,  xaygərg -  yumurta, xərguş -  dovşan, mix -  mıx.
V.  vəlk  -   yaıpaq,  var  -   külək,  vasal  -   yaz,  bahar;  variş  -  
yağış,  varastən -  qurtarmaq,  vini  -  burun,  vərəzə -  yoxuş,  vagaştən
-  qayıtmaq,  vardərən -  fırlatmaq.


36
BİRİNCİ  KİTAB
Ç.  çin -  oraq,  çu -  odun,  taxta;  çüm -   göz,  çüp -  çöp,  çanə -  
çana,  mərgiçə -  sərçə, çarundən -  otarmaq, çanta, çənəm? -  necə?
C. com -  süpürgə, cum -  ziriş, cigə -  yer, cücə, cıra -  çığırtı.
F. 
Afta 
-  
günəş,  gaf 
-  
söz, raf -  rəf,  fil,  finduq 
-  
fındıq, vərf 
 
qar,  fırə -  geniş, enli;  fağır -  fəqir, cəftə, güftən -  tutmaq.
J. 
joju -  kirpi,  dürüjd -  iri  (dənələr), qəjqun -  qazan,  müjnə -  
qanşqa, mijə -  kirpik, qıjə -  dəvədabanı, gij -  dəli  və s.
’  (ayn) -  Ərəb  dilində  ayn:  lə ’ə f -   yorğan,  cə’  -   zibil,  ’ənc -  
dişlək, məcm ə’i -  məcməyi, nə’əlbəki -  nəlbəki və s.
Bu  samitlər  boğazdan  çıxmasına,  dil  və  dodağın,  dişlərin  və 
sair səs orqanlarının iştirakına görə müxtəlif qruplara bölünürlər. Bu 
bölgü özünü aşağıdakı şəkildə göstərir.
a)  dodaqlann  iştirakı  ilə  əməl  gələn  samitlər:  “m”,  “p”,  “f ’, 
“v”, “b”.  Bu dodaqlanan samitlər həm də kar konsonantlardır;
b)  dilin  iştirakı  ilə  əmələ  gələn  samitlərdir  ki,  bunlar  da  öz 
növbəsində iki qrupa bölünür:
1.  Kar samitlər:  “t”, “ş”, “ç”,  “j ”, “s”.
2. Cingiltili samitlər:  “d”, “z”, “c” , “n”, “1”, “r”.
Hər iki qrupda  (kar və cingiltili  samitlər)  iştirak edən samitlə­
rin  yaranmasında dilin  iştirakı  aktivdirsə,  bunu  “y”  samitinin  əmələ 
gəlməsində  dilin iştirakı  haqqında demək mümkün deyil. Burada dil 
passivdir və “y”-nm yaranması zamanı dil  aşağı çənədən azca arala­
naraq damağa doğru meyl edir və damağa doğru əyilir.
v) Arxa dil samitləri:  “g”,  “k”,  “q”, “x”.
q) Boğaz samitləri: “h”,  ayn (apostrof), “ğayn”  (ğ)
Qeyd etmək  lazımdır ki,  tat  dili  konsonantizmi,  məsələn:  fars 
dili,  ümumiyyətlə isə  İran dilləri konsonantizmindən o qədər də cid­
di fərqlənmir.
Bununla  bərabər,  tat  dilinin  bəzi  fonemlərinin  özlərinə 
məxsus  səslənmə  şəkillərinə  də  təsadüf olunur.  Məsələn,  tat  dilinin 
Balaxanı  ləhcəsində  aydın  eşidilən  “q”  fonemi  Qonaqkənd,  Quba, 
Ərüsküş  ləhcələrində  dəyişikliyə  uğrayaraq  “q”  ilə  “g”  arasındakı 
bir  səsə,  ya  da  tam  “g”  səsinə  çevrilir,  yəni  arxa  dil  samiti  olan q 
orta dil  samiti  g-ya dönür:  quş  (Balax.) -  qulaq-guş -  qonaq  (həmin
AZƏRBAYCAN  TATLARININ  DİLİ
37
mənada),  qur  (qəbir)  -   gur,  qal  (çağırış)  -  gal  (zərən),  qou  (inək) -  
gou,  nuq  (təzə) -  nug,  raftaqar  (gedən  adam) -  raftagar və s.  Bəzən, 
g,  məs, 
Abşeron,  Balaxanı  ləhcələrində  arxa  dil  yuxan  damaq 
samiti  kimi  çıxış  edən  “q”  fonemi  başqa  ləhcələrdə  ön  dil,  yuxan 
diş  fonem  sayılan  “y”-ya  çevrilir:  əqər  -   əyər  (bağlayıcı  rolunda), 
diqər -  diyər (daha, bir də qoşmalan  mənasında) və s.
“K”  fonemi  tat  dilinin  bütün  ləhcələrində,  demək  olar  ki,  iki 
variantlı  kimi çıxış edir:  yumşaq  və qalın  formalarında (Azərbaycan 
dilindəki  məs,  kələm  və  kolxoz  sözlərindəki  fərqli  tələffüz  olunan 
“k”-lər  kimi).  Məs.,  tat  dilinin  Q.  və  D.  ləhcələrindəki  bu  “k”-nın 
müxtəlif variantlığını  aşağıdakı  misallarda  göstərmək  olar:  kar -   iş 
(“k”-nin  tələffüzündə dil  damağa doğru qalxır,  boğaz  boşluğu  geniş 
və  sərbəst  qalır),  kar  -   kar  adam.  Burada  sonuncu  halda  semantik 
fərqi  yaratmaq üçün “k” fonemi nisbətən yumşaq tələffüz olunur, bu 
zaman dil  yuxan  damağa,  demək  olar ki,  toxunmur,  əksinə  arxa da­
mağa doğru əyilir.
“ K”  foneminin müxtəlif variantlı  olmasını  aşağıdakı  misallar­
dan  da  görmək  olar.  Qalın  tələffüz  olunan  “k”  -   ya  dair  misallar: 
pak -   təmiz,  xak -   torpaq,  xuk//xuq  -   donuz,  kyk  -   oğul,  sovuk -  
yüngül  və s.
Yumşaq tələffüz olunan “k”-ya dair misallar: kək -  birə,  key -  
nə  vaxt?,  kəmər -   1.  bel,  2.qayış,  kəmər;  kinar -  sahil  (kənar məna­
sında),  nümük  -   duz,'kitab  (Azərbaycan  dilindəki  həmin  mənada), 
nəəlbəki -  nəlbəki  və s.
Bu da bir həqiqətdir ki,  tat dilində “k”  foneminin müxtəlif səs 
(cingiltili  və  kar)  məxrəclərində  tələffüzü  özündən  əvvəlki  saitlər­
dən asılıdır.  Bu hal  İran dilləri üçün  xarakterik olmaqla,  Azərbaycan 
dilinin fonetik mühitində yaşayan tat dili üçün  də xarakterikdir.
Tat dili  ləhcələrinin  əksəriyyətində  “q”  fonemi  sözün  əvvəlin­
də və sonunda çox vaxt cingiltili tələffüz olunur. Məs.: qəm, qəyiş -  
qayış, qəbür -  qəbir, qunşi -  qonşu, qəymaq -  qaymaq, qəbəq (alın), 
qəlaq  (ala qarğa),  faqır,  ruqan  (yağ),  əı əq -   1.  araq,  2.  tər  və  s.  Bə­
zən  tələsik  tələffüz  zamanı  “q”  cingildlikdən  çıxaraq  boğuqlaşır  və 
bir növ  “ğ”  ilə “x”  arasında bir səsə çevrilir ki,  bu da bütün  ləhcələr


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə