Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə11/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   7   8   9   10   11   12   13   14   ...   131

38
BİRİNCİ  KİTAB
üçün  xarakterik  sayıla  bilməz.  Bu  hala  Balaxanı  ləhcəsində  “bax” 
sözünə təsadüf olunmuşdur1 ki, bu da “bağ” -  bağça mənasındadır.
Tat  dilinin  ş,  c,  g,  fonemləri  haqlı  olaraq  bəzi  mütəxəssislər 
tərəfindən iki  fokuslu fonemlər adlandırılmışlar.
Orta dil  samitləri  olan  bu  fonemlər ön  damaq  saitləri  ilə  qon­
şuluqda  olduqca  yumşalır,  incə  tələffüz  olunurlar.  Şərbət,  Məcnun, 
mujnə  -  qarışqa,  coru  (süpürgə),  curub  (corab), joju  (kirpi)  və  s.  ki­
mi  sözlərdə.  Əksinə,  həmin  fonemlər  arxa damaq  saitləri  ilə  yanaşı 
gəldikdə  kobudlaşır,  boğuqlaşır və  qalın tələffüz  olunurlar.  Məs.  cı­
ra -  çığırtı, ceyran,  şe -  köynək, jiringə (sırsıra), şari  (şadlıq)  və s.
Diş-dodaq  samiti  olan  “v”  bütün  ləhcələr  üçün  xarakterikdir 
və  öz  fonetik  yaranma  mühitinə  (diş-dodaq  vəziyyətinə)  sadiqdir. 
V.S.Sokolova doğru olaraq qeyd edir ki, bu fonem sürətli  tələffüzdə 
dodaqlanan  saitlər  arasında  “dodaqlanan-dodaqlanan  şəklinə  dü­
şür”3 və  zəif tələffüz  olunur.4 Məs:  Sovuk,  suvuk  -   yüngül,  ovul  -  
qabar, cuvab -  cavab,  kovur -  göy rəng və s.
N fonemi  tat dilində əsasən burunda tələffüz olunan  ön diş sa­
mitidir:  nun  -   çörək,  nümük  -   duz,  nalin  (döşək),  səməni,  bülündi 
(yüksəklik),  nərm  (yumşaq)  və  s.  Lakin  başqa  İran  dilləri  üçün 
(fars,  tacik,  əfqan  və  s.)  də  xarakterik  olan  bir  fonetik  hal  tat  dili 
üçün  də  istisna  deyildir.  O  da budur  ki,  “n”  fonemi  arxa  dil-damaq 
samitləri  olan  k(g)  və  q(ğ)-dan  qabaq  gələrsə,  özü  də  onların  təsiri 
altında  arxa  dil-damaq  samitinə  çevrilir və  bununla  da  “n”  fonemi- 
nin  yeni  variantı  əmələ  gəlir.  Məsdüng  (k) -   ayaq,  tüfəng  (k) -   tü­
fəng, pələnq (g) -  pələng,  əng (q) -  an, jirəngə (q) -  salxım,  qaysaq 
və  s.  Göründüyü  kimi,  burada  İran  dillərinin  özünəməxsus  olan  bir 
variantlı  “n”  fonemi  dəyişilərək  başqa  variant  halını  alır  və  tarixən 
türk  dillərinə  məxsus  olan  arxa  dil-damaq  “n”,  ya  da  “n”  (nun
1 В.С.Соколова.  Очерки...  səh.  138
2 Yenə orada, səh.  139, Л.  Грюнберг. Язык североазербайджанских татов, с. 
23.
3 В.С.Соколова.  Очерки...  səh.  139
4 Yenə orada.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
39
səğir)  şəklinə  düşür  ki,  bu  da  həmin  fonetik  hadisəni  tat  dilinə 
Azərbaycan dilinin fonetikasımn təsiri  kimi qəbul etməyə əsas verir.
Burada  tat  dilindəki  boğaz  səslərinin,  xüsusilə  emfatik  (bo­
ğuq)  səslərin  xüsusiyyətindən  ayrıca  bəhs  etmək  çün  fonetik  əsas 
vardır.
Tarixi  aspektdə götürdükdə  tat dili  konsonantizmində  olan bir 
sıra  faktlar qədim  və  müasir  İran  dilləri  ilə  müqayisə  olunarsa,  ma­
raqlı nəticələrə gəlmək olar. Tat dilində özünü indi də qoruyub  sax­
lamış qədim,  ya da arxaik  adlandırılan fonetik hadisələr diqqəti  cəlb 
edir.  Tat  dilindəki  məhz  bu  qədim  fonetik  hadisələrdən  çıxış  edən 
bəzi  alimlər  tat  dilini  orta  fars  dilinin1,  bəziləri  isə  onu  “qədim Mi­
diya  dilinin  qalıqlarından”  olduğunu  qeyd  etmiş,  tat  dilini  müsəl­
man “pəhləvisi”, yaxud  hətta “müasir Midiya dili”2 adlandırmaq nə­
ticəsinə gəlmişlər.
Tat dilində  sözlərin  əvvəlində  təsadüf olunan  “o”  səsi  müasir 
İran  dillərində  “a”  ilə  ifadə  olunur.  Tat  dilinin  bir  çox  sözlərində 
işlədilən “p” fonemi  İran dillərinin əksəriyyətində “f ’-laşmışdır. Be­
ləliklə də, bir çox İran dillərində fonetik keyfiyyət dəyişikliyi  olan p 
<  f  çevrilməsi  prosesi  evolyusiyaya  uğramamış,  öz  qədim  şəklini 
qoruyub saxlaya bilmişdir.
Tat  dilində  geniş  yayılmış  boğaz  “ayn”,  “ğayn”  və  qalın 
boğaz “h” səslərinin mövcudluğu diqqəti cəlb edir.
Bir  çox  alimlər  bir  sıra  İran  dillərində  təsadüf  olunan  bəzi 
emfatik  samitlərin  ərəb  mənşəli  olduğunu  qeyd  edirlər.  B.V.Miller 
tat dilinin yəhudi  ləhcəsindəki  boğaz səslərini -  h, ayn  və ğayn kimi 
samitləri mənşəcə semit dilinin  təsiri  hesab edir.3
Bəzi  tədqiqatçılar  isə tat dilinin  yəhudi  ləhcəsindəki  bu  boğaz 
səslərinin  mənşəyini  Azərbaycanın  Şamaxı  rayonundakı  tat  dilli 
keçmiş  erməni  kəndi  olan  Mədrəsə  kəndi  əhalisinin  ləhcəsinin
1  В.Корш.  Следы  диалектикеского  ротацизма  в  среднеперсидском  языке. 
«Древности Восточные», т. Щ,  1907, с. 216.
2 А.В.Жуковский.  Материалы  для  изучения  персидских  наречий.  М.,  1893, 
часть I, с. IV.
3 Б.В.Миллер. Таты,  их расселение и говоры. Баку,  1929, с. 16


40
BİRİNCİ  KİTAB
Azərbaycandakı  tat  dilli  dağ  yəhudilərinin  dilinə  təsiri  kimi  qəbul 
etmişlər.  Ona  görə  də  M.V.Nikolskiy,  F.Korş  və  başqalan  bu 
emfatik samitlərin  semitizminə  şübhə etmişlər.1 F.Y.Korş hətta belə 
bir fikir  söyləmişdir ki,  haqqında  bəhs  olunan bu  səslər heç  emfatik 
də  deyillər;  bunlar  sadəcə  olaraq  türk dillərinin fonetik  təsiri  altında 
tat  dilində  yaranmış  dil  hadisəsidir:  türk  dillərində  açıq  saitdən 
sonra qaba, ya boğuq samitin gəlməsi ümumi qanundur.2
Biz  xüsusi  tədqiqatımız  nəticəsində  belə  qənaətə  gəlmişik  ki, 
istər  yəhudilərin  -   dağ  cuhudlarının  ləhcəsində,  istərsə  də  1980-ci 
illərin  axırlarından  sonra  artıq  Azərbaycandan  kənarda  öz  mövcu­
diyyətini  saxlayan (Azərbaycanın Kilvar, Mədrəsə, Saqiyan,  Meysər 
və  s.  kimi  kəndlərində  sakin  olmuş  keçmiş  erməni  əhalisinin  dilin­
də)  erməni-tat  ləhcəsində  açıq  təzahür  edən  bu  emfatik  samitlər  tat 
dilinin  bütün  başqa  müsəlman  ləhcələrində  də  özünü  göstərir və  tat 
dili  fonetikası  üçün  bu  hal  ümumi  qaydadır.  Maraqlıdır ki, bəzi  İran 
dillərində,  məsələn,  İşkaşim dilində yuxan  farinqal boğaz h  və onun 
boğuq  variantı  olan  “ayn”a  (?.M.H.)  heç  təsadüf  olunmur.3 Ərəb 
səsi  olan  “ayn”  ərəb  sözləri  tərkibində  talış  dilinə  keçərkən  öz 
emfatiklik xüsusiyyətini  itirir,  ərəb sözlərində olan yuxan farinqal -  
“h”  kimi  tələffüz  olunur.  Başqa  sözlə  ərəb  dilindəki  haye  -   hotti 
talış dilində haye -  həvvəzə çevrilir,  öz emfatiklik mənşəyini itirir.4 
(İngilis dilindəki  have sözündə tələffüz olunan “h” ilə müqayisə et).
İşkaşim  dilində  boğazda  tələffüz  olunan  aşağı  farinqal  olan 
“h”  kənddə yaşayan  işkaşimlilərin adi danışığında heç  təsadüf olun­
mur.  Buna ancaq savadlı,  tacik  ədəbi  dilini bilən şəhərli işkaşimlilə­
rin tələffüzündə rast gəlmək olar.5 Məlumdur ki,  sözün əvvəlində  və 
həmçinin  sözün  ortasında  saitlər arasında ərəb dilinin “ayn”  səsi  sa­
dəcə  olaraq  heç  tələffüz  olunmur.  Məsələn,  ərəb  dilində  mütləq
1  Древности  Восточные.  Труды  Восточной  Комиссии  Императорского 
Археологического Общества. Т. 2,  М.,  1901, стр.  178-179.
2 Yenə orada.
3 В.С.Соколова. Göstərilən əsəri,  səh.  126
4 Б.В.Миллер. Талышский язык.  стр.. 63
5 Т.Н.Пахалина.  Ишкашимский язык. с. 4
AZƏRBAYCAN  TATLARININ  DİLİ
41
“ayn”  ilə  tələffüz  olunan  “elm” sözü  fars  dilində  açıq  “e”  ilə -  yəni 
“elm”,  həmin  qayda  üzrə  “sa”ət”  də  “saət”  kimi  tələffüz  olunur. 
Sözün  sonunda isə  fars dilində  “ayn” sadəcə olaraq  düşür:  “mən” -  
“n ə f’  və  s.  kimi  sözlərdə  olduğu  kimi.  Bəzi  hallarda  isə  bu  samit 
fars  dilində  keçmiş  ərəb  sözlərində  tamam  düşür.  Buna  ən  çox 
qapalı  hecalarda  saitdən  sonra  (samitdən  qabaq)  təsadüf  olunur. 
Ərəb  dilində  m ə’lum  -  fars  dilində  məəlum,  tə’til  -  təətil  və  s.  Sö­
zün  ortasında  samitdən  sonra  növbəti  saitdən  qabaq  da fars  dilində 
ərəb  “ayn”-ı  düşür.  Məsələn,  “q ef’e  (tikə,  parça)  sözü  fars  dilində 
“qete”  kimi  tələffüz  olunur.1 Başqa  ərəb  boğaz  səsləri  olan  h,  ğayn 
da  fars  dilində  xas  deyil  və  əsl  fars  sözlərində  təsadüf olunmur.  Bu 
səslərlə ancaq ərəb dilindən fars dilinə keçmiş sözlərdə rast gəlinir.2
Tərkibində  ərəb  boğaz  səsləri  ayn,  ğayn,  h  olan  ərəb  sözləri 
tat dilinə keçdikdə isə aşağıdakı  şəkildə özünü göstərir:
a)  Bütün  ərəb  xüsusi  isimlərində  bu  səslər  tam  şəkildə  tat  di­
lində  də  özünü  saxlaya  bilmişdir.  Məsələn:  Ərəb  xüsusi  adlan  olan 
Məhəmməd,  Həsən,  Əli  sözləri  tat  dilində eynilə boğazda Əli,  Mə­
həmməd,  Həsən kimi  tələffüz olunur.Bunu ümumi  ərəb  vəzifə adla- 
nna da aid etmək olar.  Məsələn:  Ərəb  dilinin məhkəmə,  hakim söz­
ləri  həmin  mənada tat  dilində  də  boğaz  səsləri  ilə məhkəmə,  hakim 
kimi tələffüz olunur.
b)  Bəzi  ərəb  samitləri  tat  dilinə  keçdikdə  başqa  samitlərlə 
əvəz olunur,  lakin bir qayda olaraq bu dəyişiklik  ancaq başqa boğaz 
səslərinin  hesabına olur. Məsələn:  Ərəb sözü olan ləhaf (yorğan)  tat 
dilində  lə’əf,  tale  -   talih,  saat  -   səhət  və  s.  olur.  Tat  dilinə  keçən 
bə’zi  ərəb  sözlərinin  əvvəlində  işlənən  bu  samitlər  çox  vaxt  başqa 
samitlərlə,  hətta saitlərlə də  əvəz  olunur.  Məsələn,  ərəb  sözü  ğorbət 
-  tat dilində  qürbət,  ğərib -  qərib olur.  Ya da  tat  dilində  aynın  açıq 
a-ya çevrilməsi  də müşahidə olunur:  Ərəb dilindəki  “ətəş” tat dilin­
də ataş (yanğı) kimi  səslənir və s.
1 В.С.Расторгуева.  Краткий  очерк грамматики  персидского языка.  Приложе­
ние  к  «Персидско -   русскому словарью»,  составленный  Б.В.Миллером.  М., 
1953. с. 620
2 Yenə orada, с. 621


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə