Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə6/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   2   3   4   5   6   7   8   9   ...   131

22
BİRİNCİ KİTAB
Ее
e
e
Пп
пе
п
Əə
ə
ə
Rr
re
_£______
Ff
fe
Ф
Ss
se
c
Q q
Г

şe
ш
Ff
fe
Л
_______
Tt
te
т
Нһ
he
h
Uu
u
У
Xx
хе
X
Üü
ü
Y
һ
1
ы
Vv
ve
в
İi
i
и
ү У
ye
Ј ______
Jj
је
ж
Zz
ze
3
Kk
ke
к
Apas- 
trof  ’
>
Ҝк
ge
к
Vokalizm  (saitlər):  Tat dili  sait səsləri  haqqında fikirlər müx­
təlifdir. Məs: V.S.Sokolova tat dilinin Qonaqkənd, Dəvəçi, Suraxanı 
ləhcələri  üçün  vokalizmin  tərkibini  8  fonemdən  ibarət  verir:  i,  e,  a, 
u,  ü,  ey,  oy,  öü.  Tədqiqatçı  nədənsə  müstəqil  ə,  o,  ö,  ı  fonemlərinin 
varlığını  qəbul etmir1 ki, bu da tamamilə səhvdir. Balaxanı ləhcəsin­
dən  danışanda  isə  müəllif  tat  vokalizmindən  bəhs  edərkən  onu  iki 
qrupa  bölür  ki,  bununla  onların  sayının  müxtəlif  olduğunu  qeyd 
edir.  Bununla  belə  o,  kiçik  yaşlı  nəsil  üçün  fonemlərin  sayının  8 
olduğunu qəbul edir və aşağıdakı fonemləri qeyd edir:  i, e, a,  u, ü, o, 
e,  ey.  Buradaca müəllif mötərizədə qeyd edir ki,  bu  ləhcədə  təsadüf 
olunan  ou  və  öü  fonemləri  monoftonqlaşıblar.  Müəllif bunu  tat  vo- 
kalizminin  Azərbaycan  dili  sistemi  məxrəcinə  uyğunlaşması  kimi 
izah edir.2 M üəllif tədqiq etdiyi  tat ləhcələri  fonetikasmdakı  fərqləri 
doğru  olaraq  bununla  izah  edir  ki,  bu  dilin  daşıyıcılarının  müxtəlif 
nəsillərinin  tələffüz  normalarında  sabitlik,  ya  məhdudiyyət  yoxdur 
və  nəsillərin  tələffüz  şkalası  -   göstəricisi  də  müxtəlifdir.  Bu  da  tat
1 В.С.Соколова.  Очерки  по фонетике иранских языков. М.Л.,  1953. с.  134.
2 Yenə orada.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
23
dilinin  müxtəlif  ləhcə  və  şivələrini  birləşdirən  vahid  ədəbi  dilin 
mövcud olması ilə izah oluna bilər.
Bizim  tədqiqatımıza  görə,  isə  tat  dili  vokalizminin  əsasını  13 
səs  (diftonqlarla  bərabər)  təşkil  edir.  Bunların  9-u  təksəsli-monof- 
tonq, 4-ü isə cütsəsli-diftonqdur.
Bunlar  da  öz  növbəsində  tələffüz  zamanı  dodaqların  vəziyyə­
tinə görə iki yerə bölünürlər:
I.  a) Dodaqlanmayan saitlər:  a,  ə,  i, e, ı 
b)  Dodaqlanmayan diftonqlar: ey,  аг
II.  a) Dodaqlanan saitlər: o, u, ü, ö 
b) Dodaqlanan diftonqlar: öü, ou
I.  İ  fonemi.  Bu  fonem  tat  dilində  sözdə  işləndiyi  yerdən  asılı 
olmayaraq,  əsasən  qısa  tələffüz  olunur.  Tat  dilinin  bu  fonemi  Azər­
baycan-türk dilindəki vurğu qəbul etməyən “i” foneminə müvafiqdir.
Qeyd  etməliyik  ki,  tat  dilindəki  bu  fonem  əsla  fars  dilindəki 
“i”  deyildir.  Müasir fars  dilində  həmişə  uzun  tələffüz olunan  bu  səs 
tat  dilinin  bütün  ləhcələrində  əsasən  qısa  tələffüz  olunsa  da,  bəzi 
ləhcələrdə  ancaq sözün axırında uzun tələffüz edilməsinə də  təsadüf 
olunmuşdur. Məsələn,  tat dilinin Şamaxı  ləhcəsində Məlhəm tatları­
nın  dilində  “i”  fonemi  çox  vaxt sözlərin  sonunda uzun  tələffüz  olu­
nur.  Lakin  bu  oxşarlığın  bir  fərqi  var  ki,  bu  fonem  Məlhəm  tatları­
nın dilində fars dilindən fərqli olaraq daha uzun tələffüz olunur. Mə­
sələn:  Əvordİ  -   gətirdin,  amarl  -   gəldin.  Bu  istər  sual,  istərsə  də 
nəqli  cümlə  üçün  eyni  şəkildə  xarakterikdir.  Bu  fonemin  uzun 
tələffüz  formasına  tat dilinin  Qonaqkənd ləhcəsində  Cimi  və  Ördüc 
tatlarının  dilində  də  təsadüf edilmişdir.  Buna  xüsusilə  sözlərin  so­
nunda  gələn  sözlərdə  rast  gəlinir.  Güftiri  (Ördüc)  -   dedin?,  vəgüfti 
(Cimi) -  götürdün? və s. Tat dilinin qalan bütün ləhcə və şivələrində 
“i”  fonemi  qısadır.  Məsələn,  birar -  qardaş, piyər -  ata,  dir-gec, zir- 
alt,  xir-çəltik  əkini,  sir -  I.  tox,  2.  sarımsaq;  amarim -   gəldik,  dirim 
-  gördük, zərim -  vurduq, xari -  yer və  s.


24
BİRİNCİ  KİTAB
V.S.Sokolova “i” fonemindən bəhs edərkən doğru olaraq qeyd 
edir ki,  tat  dilinin  bəzi  ləhcələrində  (müəllif buna  məsələn,  Qonaq- 
kənd  ləhcəsini  misal  gətirir)  bu  fonem  müəyyən  samitlərdən  sonra 
(məsələn:  x, r samitlərindən sonra) bir növ Azərbaycan dilindəki  “ı” 
foneminin  məxrəcinə yaxınlaşır və bəzən  hətta tamamilə onun  təsiri 
altına düşür və tat dilindəki sərbəst fonemlik xüsusiyyətini tamamilə 
itirir.  V.S.Sokolova  buna  aid  “Xişk”  (quru),  “xiram”  (satın  almı­
şam),  “riş”  (saqqal)  sözlərini  misal  gətirir.1 Doğrudan  da,  tat dilinin 
bu fonemi  həmin sözlərdə  (bəzi  şivələrdə) bəzən,  Azərbaycan dilinə 
məxsus olan “ı” foneminə çevrilərək tamamilə aydın şəkildə yuxarı­
da  göstərilmiş  eyni  mənalarda  “xışk”,  “xıram”,  “rış”  kimi  də  tələf­
füz  olunur.  V.S.Sokolovanın  göstərdiyi  kimi,  Qonaqkəndin  bəzi  tat 
dili  şivələri  üçün  i  >  ı  hadisəsi  xarakterik  olsa  da,  həmin  ləhcənin 
Gümür-Dəhnə  şivəsi  üçün  bu  sözlərdə  məhz  Azərbaycan  dilinə 
məxsus  olan  “ı”-laşma  xarakterikdir.  Yəni  bu  şivədə  həmin  sözlər 
bir çox  tat  dili  ləhcə  və  şivələrində  olduğu  kimi  “i”  ilə  deyil,  ancaq 
“ı”  ilə  tələffüz  olunur:  xışk,  xıram,  nş.  Beləliklə,  V.S.Sokolovanın 
misal  gətirdiyi  bu  sözlərdə  tat dilinin  həmin  şivəsində  “i”  foneminə 
qətiyyən  təsadüf olunmur.  Yalnız  sonuncu  sözdə  Azərbaycan  dilinə 
məxsus olan “ı” fonemi  əvəzində yenə də Azərbaycan dilinə məxsus 
olan  “ü”  foneminə  rast  gəlinir:  yəni  xüşk  (qum) kimi.  Bu  sözdə  “i” 
fonemi  heç vaxt iştirak etmir.
V.S.Sokolova  “i”  fonemindən  bəhs  edərkən  tamamilə  düzgün 
olaraq  göstərir  ki,  həm  Abşeron,  həm  Dəvəçi,  həm  də  Qonaqkənd 
tatlarının dili  üçün ümumi  fonetik hadisə budur ki, bəzən,  bu fonem 
vurğu qəbul  etməyən  hecalarda qısalır.2 Doğrudan  da, bu  ləhcələrdə 
“i”  fonemi  vıuğusuz  hecalarda  olduqca  qısalır  və  hətta  eşidilməz 
olur,  tələffüz  prosesində  itir.  Bunu  həmin  ləhcələrdəki  “virixtən”  -  
qaçmaq,  “dirən”  -   görmək,  “fırmundən”  -   aldatmaq,  “fmnarən”  -  
düşmək  (atdan,  maşından)  və  s.sözlərdə  müşahidə  etmək  olur.  Bu 
sözlərin  ilk  hecalarında  “i”  fonemi  ya  yarımçıq  deyilir  (yanmsəslə- 
şiı),  ya  da  tamamilə  itir,  “vıixtən” ,  “drən”,  “frmundən”,  “frmarən”
1 В.С.Соколова. Очерки  по фонетике иранских языков.  M. Л.,  1953.  səh.  124.
2 V.S.Sokolova.  Göstərilən əsəri. Həmin səhifə.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
25
kimi  tələffüz  olunurlar.  Tat  dilindəki  bu  fonetik  hadisə  bir  sıra  İran 
dilləri  üçün  xarakterik  deyildir.  Məsələn,  fars dilinin Tehran dialek- 
tində “i” fonemi heç  vaxt qısa deyilmir və vurğusuz hecalardan düş­
m ür.1 Lakin bəzi  tədqiqatçıların göstərdiyi  kimi,2 tat dilində elə söz­
lərə  təsadüf olunur  ki,  həmin  sözlərdə  “i”  foneminin  ixtisan  Abşe­
ron  və Dəvəçi  tatlannm dilində müşahidə olunsa  da,  Qonaqkənd və 
Şamaxı  tatlarının  dilinə  xas  deyildir.  Məsələn,  V.S.Sokolovanın  da 
(Abşeron  və  Dəvəçi  tatlannm  dilinə  dair)  misal  gətirdiyi  kimi,  “di 
ki” -  gördü  ki,  “imruz” -  bu  gün  sözlərində  “i”  fonemi  Qonaqkənd 
və  Şamaxı  tatlannm  dilində  heç  vaxt  qısa  deyil,  tam  həcmdə  tələf­
füz olunur.
“İ” foneminin işlənməsinə dair misallar:  bi -  heyva,  id -  bay­
ram,  dir -   gec,  zir -   alt,  tir -   paya,  sir  -   1.  tox,  2.sanmsaq,  pir -  
ocaq, müqəddəs yer.
II.  “A”  fonemi. Bu fonem tat dilində eynilə Azərbaycan,  rus 
və  sair kimi  müvafiq dillərdəki  “a”  saitinə  uyğundur.  O qısa olduğu 
kimi,  uzun  da tələffüz  olunur və  vurğu  qəbul edir.  Məsələn:  “pirar”
-  keçən il,  “birar” -  qardaş,  “ma” -  ay,  “may” -  ana,  “xuvar” -  ba­
cı,  “sal” -  il,  “afta” -  günəş,  “nar” -  nar,  “amburun” -  armud,  “xal”
-  xal,  “xalə” -  xala,  “dayi” -  dayı,  “guval” -  çuval,  “ard” -  un  və s. 
kimi  sözlərdə  işlənən  “a”  fonemi  ilə  eyniyyət  təşkil  edir.  Bu  fo- 
nemin heç bir məxrəci olmadığı  və xalis açıq “a” (Azərbaycan  dilin­
dəki  kimi)  fonemi  kimi  məna daşıdığı  tamamilə  göz qabağındadır.3 
Lakin bu sözlərdən aydın görünən “a”  fonemini V.S.Sokolova məhz 
“a”  fonemi  kimi  deyil,  bu  fonemə  yaxın  məxrəcli  səs  hesab  etmiş, 
onu a° işarəsi ilə vermişdir.4 Elə buna görə də tədqiqatçı bu fonemin 
variantsız  müşahidə  olunduğu  “may” -  ana,  “pay”  -  ayaq,  “səta” -  
üç,  “za”  -   vurdu  və  sair  kimi  sözləri  bu  işarə  ilə  yazaraq  açıq 
fonemi  məxrəcə salmış, variantlaşdırmışdır.5
1 Л.С.Пейсиков.  Тегеранский диалект. M.,  1960, с.  14
2 В.С.Соколова. Göstərilən əsəri.  Səh.  125.
3 M.İ.Hacıyev. Tat dilinin Qonaqkənd ləhcəsi, Bakı,  1971, c.36.
4 V.S.Sokolova. Göstərilən əsəri. Səh. 125
5 Yenə orada, həmin səhifə.


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə