Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə9/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   5   6   7   8   9   10   11   12   ...   131

40
BİRİNCİ  KİTAB
Azərbaycandakı  tat  dilli  dağ  yəhudilərinin  dilinə  təsiri  kimi  qəbul 
etmişlər.  Ona  görə  də  M.V.Nikolskiy,  F.Korş  və  başqalan  bu 
emfatik samitlərin  semitizminə  şübhə etmişlər.1 F.Y.Korş hətta belə 
bir fikir  söyləmişdir  ki,  haqqında  bəhs  olunan bu  səslər heç  emfatik 
də  deyillər;  bunlar  sadəcə  olaraq türk dillərinin fonetik təsiri  altında 
tat  dilində  yaranmış  dil  hadisəsidir:  türk  dillərində  açıq  saitdən 
sonra qaba, ya boğuq  samitin gəlməsi ümumi qanundur.2
Biz  xüsusi  tədqiqatımız  nəticəsində  belə  qənaətə  gəlmişik  ki, 
istər  yəhudilərin  -   dağ  cuhudlarının  ləhcəsində,  istərsə  də  1980-ci 
illərin  axırlarından  sonra  artıq  Azərbaycandan  kənarda  öz  mövcu­
diyyətini  saxlayan (Azərbaycanın Kilvar, Mədrəsə, Saqiyan,  Meysər 
və  s.  kimi  kəndlərində  sakin  olmuş  keçmiş  erməni  əhalisinin  dilin­
də)  erməııi-tat  ləhcəsində  açıq  təzahür  edən  bu  emfatik  samitlər  tat 
dilinin  bütün  başqa  müsəlman  ləhcələrində  də  özünü  göstərir və  tat 
dili  fonetikası  üçün bu hal  ümumi  qaydadır.  Maraqlıdır ki, bəzi  İran 
dillərində,  məsələn,  İşkaşim dilində yuxarı  farinqal  boğaz h  və onun 
boğuq  variantı  olan  “ayn”a  (?.M.H.)  heç  təsadüf  olunmur.3 Ərəb 
səsi  olan  “ayn”  ərəb  sözləri  tərkibində  talış  dilinə  keçərkən  öz 
emfatiklik xüsusiyyətini  itirir,  ərəb  sözlərində olan yuxan farinqal -  
“h”  kimi  tələffüz  olunur.  Başqa  sözlə  ərəb  dilindəki  haye  -   hotti 
talış dilində  haye -  həvvəzə çevrilir,  öz emfatiklik mənşəyini  itirir.4 
(İngilis dilindəki  have sözündə tələffüz olunan “h” ilə müqayisə et).
İşkaşim  dilində  boğazda  tələffüz  olunan  aşağı  farinqal  olan 
“h”  kənddə yaşayan  işkaşimlilərin adi danışığında heç  təsadüf olun­
mur. Buna ancaq savadlı, tacik  ədəbi dilini bilən şəhərli işkaşimlilə­
rin tələffüzündə rast gəlmək olar.5  Məlumdur ki,  sözün əvvəlində və 
həmçinin sözün  ortasında  saitlər arasında ərəb dilinin “ayn”  səsi  sa­
dəcə  olaraq  heç  tələffüz  olunmur.  Məsələn,  ərəb  dilində  mütləq
1  Древности  Восточные.  Труды  Восточной  Комиссии  Императорского 
Археологического Общества. Т. 2, М.,  1901, стр.  178-179.
2 Yenə orada.
3  В.С.Соколова. Göstərilən əsəri,  səh.  126
4 Б.В.Миллер. Талышский язык.  стр.. 63
5  Т.Н.Пахалина.  Ишкашимский язык. с. 4
AZƏRBAYCAN  TATLARININ  DİLİ
41
“ayn”  ilə  tələffüz  olunan  “elm”  sözü  fars  dilində  açıq  “e” ilə -  yəni 
“elm”,  həmin  qayda  üzrə  “sa”ət”  də  “saət”  kimi  tələffüz  olunur. 
Sözün  sonunda isə  fars dilində  “ayn”  sadəcə olaraq  düşür:  “mən” -  
“n ə f’  və  s.  kimi  sözlərdə  olduğu  kimi.  Bəzi  hallarda  isə  bu  samit 
fars  dilində  keçmiş  ərəb  sözlərində  tamam  düşür.  Buna  ən  çox 
qapalı  hecalarda  saitdən  sonra  (samitdən  qabaq)  təsadüf  olunur. 
Ərəb  dilində  m ə’lum  -  fars  dilində  məəlum,  tə’til  -  təətil  və  s.  Sö­
zün  ortasında  samitdən  sonra  növbəti  saitdən  qabaq  da fars  dilində 
ərəb  “ayn”-ı  düşür.  Məsələn,  “q ef’e  (tikə,  parça)  sözü  fars  dilində 
“qete”  kimi  tələffüz  olunur.1 Başqa  ərəb  boğaz  səsləri  olan  h,  ğayn 
da fars  dilində  xas  deyil  və  əsl  fars  sözlərində  təsadüf olunmur.  Bu 
səslərlə ancaq ərəb dilindən fars dilinə keçmiş sözlərdə rast gəlinir.2
Tərkibində  ərəb  boğaz  səsləri  ayn,  ğayn,  h  olan  ərəb  sözləri 
tat dilinə keçdikdə isə aşağıdakı  şəkildə özünü göstərir:
a)  Bütün  ərəb  xüsusi  isimlərində  bu  səslər  tam  şəkildə  tat  di­
lində  də  özünü  saxlaya  bilmişdir.  Məsələn:  Ərəb  xüsusi  adlan  olan 
Məhəmməd,  Həsən,  Əli  sözləri  tat  dilində  eynilə boğazda Əli,  Mə­
həmməd,  Həsən kimi  tələffüz olunur.Bunu  ümumi  ərəb vəzifə  adla- 
nna da aid etmək olar.  Məsələn:  Ərəb  dilinin  məhkəmə,  hakim söz­
ləri  həmin  mənada tat dilində  də  boğaz  səsləri  ilə  məhkəmə,  hakim 
kimi  tələffüz olunur.
b)  Bəzi  ərəb  samitləri  tat  dilinə  keçdikdə  başqa  samitlərlə 
əvəz  olunur,  lakin bir qäyda olaraq bu dəyişiklik  ancaq başqa boğaz 
səslərinin hesabına olur. Məsələn:  Ərəb sözü olan ləhaf (yorğan)  tat 
dilində  lə’əf,  tale  -   talih,  saat  -   səhət  və  s.  olur.  Tat  dilinə  keçən 
bə’zi  ərəb  sözlərinin  əvvəlində  işlənən  bu  samitlər  çox  vaxt  başqa 
samitlərlə,  hətta  saitlərlə də  əvəz  olunur.  Məsələn,  ərəb  sözü  ğorbət 
-  tat dilində  qürbət,  ğərib -  qərib olur.  Ya da  tat  dilində  aynın  açıq 
a-ya çevrilməsi  də müşahidə olunur:  Ərəb dilindəki  “ətəş”  tat dilin­
də ataş (yanğı) kimi  səslənir və s.
1 В.С.Расторгуева.  Краткий  очерк грамматики  персидского языка.  Приложе­
ние  к  «Персидско -   русскому словарью»,  составленный  Б.В.Миллером.  М., 
1953. с. 620
2 Yenə orada, с. 621
Л


32
BİRİNCİ KİTAB
yeni  dil  mühitində  tamamilə  qoruyub  saxlaya  bilir.  Qeyd  etmək  la­
zımdır ki,  “ö”  saiti  tat dilindən  fərqli  olaraq Azərbaycan dilindən ta­
lış dilinə  keçə  bilməmişdir.  Azərbaycan  dilindən talış dilinə “ö”  tər­
kibli  söz keçəndə oradakı “ö”  talış dilində “o”-ya çevrilir.
“I”  saiti  də  tat  dilində  geniş  şəkildə  işlənir  və  qeyd  etdiyimiz 
kimi,  bu dilə Azərbaycan dilinin fonetik təsirindən başqa bir şey de­
yildir.  Elə  buna  görə  də  Azərbaycan  dilinə məxsus  olan  “ı”  saiti  tat 
dilinə keçəndən sonra ya özünü eynilə saxlayır  (məsələn, “fırıldaq”, 
“zırrama”,  “çalğıçı”  və  s.  sözlərdə  olduğu  kimi),  ya  da Azərbaycan 
dilindən  fərqli  olaraq,  bu  sait  dərhal  tat  dilində  “u”-ya çevrilir.  Mə­
sələn:  Bakı -  Baku, qayğı -  qəyğu, qatıq -  qətuq, çapıq -  çapuq, ya­
zıq -  yazuq, yarıq -  yaruq,  yarpız -  yarpuz, qarpız -  qarpuz və s.
“I”  saitinin  işlənməsinə  dair  misallar:  “xır”  -   1.  duman,  2.  al 
(almaq felinin kökü),  “cıra” -  çığırtı,  “sırtıq” -  sırtıq, “fınldaq” -  fı­
rıldaq, “fit” -  fit,  “cır” (meyvə),  “xırs” -  ayı,  “xır” -  duman,  “xılt” -  
çöküntü,  “qızıl”  və s.
Tat  dilində  saitlər  tələffüzünə  görə  qısa  və  uzun  olur  ki,  bu 
məsələdən  xüsusi  bəhs  etmək  lazımdır.  Məsələn,  Qonaqkənd  ləh­
cəsində  bəzi  sözlərin  birinci  hecasındakı  saiti  uzun  və  ya  qısa  de­
məklə  sözün  mənası  tamamilə  dəyişilir.  Məsələn,  “başirən”  sözü 
buna bariz misal  ola bilər.  Bu  sözün birinci  saiti  uzun  tələffüz olun­
duqda  “oxşamaq”  (bir kəsə və ya əşyaya bənzəmək), qısa deyiləndə 
isə  “minmək”  (ata,  maşına  və  s.)  mənasını  verir.  Buna  oxşar misal­
lar tat dilində  kifayət qədər vardır və bu mənada tat dili  fonetikasın- 
da  tələffüzün  metrikası  -   ölçüsü  müstəsna  əhəmiyyət  kəsb  edir.1 
Beləliklə,  eyni  saitlərin  uzun  və  qısa  deyilməsilə  tat  dilində  sözün 
mənasının  müxtəlif  çalarlar  kəsb  etməsi  semantik  hadisəsi  maraq 
doğurur.  Fikrimizin  təsdiqi  üçün  aşağıdakı  misallara  diqqət  etmək 
kifayətdir:  pay -  ayaq  (a qısa deyildiyi halda), pay -  dayan!  (a  uzun 
tələffüz olunduqda felin  əmr formasının II  şəxsinin  təkini  əmələ gə­
tirir),  kəm  -   az,  kəm  -   xəlbir  (taxıl  ələnən  iri  xəlbir),  kəş  -   hün­
1  Maqsud  Hacıyev.  Təhqiqi  dər  bare-ye  yeki  əz  zəbanhaye  İrani  dər  Ettehade
Şurəvi.Məc.  “Peyam-e  Nevin”.  Şomare-ye  8,  Dovreye  dəhhom,  Tehran,  1352,
səh.34 (fars dilində).
AZƏRBAYCAN  TATLARININ  DİLİ
33
dürlük,  təpə,  kəş -  çək!  (felin  əmr forması,  II  şəxsin  təkində),  pişin 
-  sağ ol  (“təşəkkür edirəm” -  mənasında,  birinci  “i”  vurğu  ilə  tələf­
füz olunduqda felin  əmr forması,  II şəxsin  təkində),  pişin -  günorta, 
nahar vaxtı, qir -  qır (neft məhsulu), qir (birən) -  əyilmək və s.
Qeyd etmək  lazımdır ki,  əsasən  tat  dilinin  Qonaqkənd,  Quba, 
Dəvəçi,  Şamaxı  ləhcələri  üçün  xarakterik  olan  bu  fonetik  hadisəyə 
bəzən  tat  dilinin  başqa  ləhcələrində  də  (Abşeron,  Lahıc,  Ərüsküş  -  
Daqquşçi  və  s.)  təsadüf olunur.  Bu  onu  göstərir ki,  saitin qısa  və ya 
uzun  tələffüz olunması  ilə onun mənasının dəyişilməsi  kimi mühüm 
və  olduqca  maraqlı  fonetik  hadisə  tat  dilinin  olduqca  vacib  arxaik 
fonetik xüsusiyyətlərindəndir.  Göstərmək lazımdır ki, tat dilində ge­
niş təsadüf olunan bu maraqlı  fonetik hadisəyə başqa İran dillərində: 
kürd,  talış,  fars,  tacik,  puştu  və  sair  dillərdə  təsadüf olunmur  və  bu 
nadir xüsusiyyətin  laboratoriya  şəraitində  linqafon  vasitəsilə  xüsusi 
tədqiqi çox faydalı olardı.
Tat dili  fonetikasının belə mühüm hadisəsini  bu dilin Balaxanı 
ləhcəsində  müşahidə  etməyən  V.S.Sokolova  e,  a,  i,  u  və  sair  kimi 
saitləri  ancaq  bir  vəziyyətli  -  yəni  ancaq  qısa  tələffüz  olunan  “gör­
müş”,  ona görə  də  bu  dildə  saitlərin  uzunluğundan  danışarkən  belə 
doğru olmayan nəticəyə  gəlmişdir ki,  tat dilində  “saitlərin  bir-birinə 
əks olan uzun  və qısa tələffüzü müşahidə olunmur”.1 Onun  fikrincə, 
“tarixən  uzun  tələffüz  olunmuş  i,  e  və  qısa  tələffüz  olunan  i  (həm 
də,  yəqin  ki,  qısa  e.  M.H)  birləşərək  bir qısa fonem  “i”  (həm də  yə­
qin  ki,  qısa  e.  M.H)  əmələ  gətirmişlər.”2 Elə  bunun  üçün  də  tədqi­
qatçı tat dilinin  başqa ləhcələrində təsadüf olunan uzun  səsliləri  gör­
məmiş,  buna görə  də doğru nəticə çıxara bilməmiş,  yazmışdır ki,  tat 
dilində  “bir qayda olaraq (?.  Sual  və kursiv  mənimdir -  M.H.) sait­
lərin tarixi  uzunluq və qısalığına eyni şəkildə təsadüf olunur”3.
Müəllif elə burada tat  və fars  dillərindəki  “çit” -   parça,  “sib” 
-  alma,  meyvə  mənasında  və  s.  sözləri  misal  gətirir ki,  bu  da  həqi­
qətə uyğun  deyildir.  Çünki  fars dilində uzun  tələffüz olunan  “i”  səsi
1 В.С.Соколова. Очерки...  с.  134.
2 В.С.Соколова. Очерки...  с.  134.
3 Yenə orada. Səh.  135


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə