Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə13/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   9   10   11   12   13   14   15   16   ...   131

46
BİRİNCİ  KİTAB
ara  (məsələn,  divarın  arası),  “açuq”  -   açıq,  “basma”  -   basma, 
“qazanmış  (saxtən)”  -   qazanmaq,  “qazanc”  -   qazanc,  “qalayçi”  -  
qalayçı,  “qarağac” -  qarağac,  “quş” -  quş,  “qunşi” -  qonşu, “qızmiş 
(birən)”  -   qızmış,  “dana”  -   dana,  “gimiş”  -   gümüş,  “damar”  -  
damar,  “cərgə” -  cərgə,  “igid” -  igid,  “ilxi” -  ilxı,  “incimiş”  (birən)
-   incimək,  “içki”  -   içki,  “üzmək  (buradan  üzgümçi)”  -   üzgüçü, 
“tapmacə” -  tapmaca,  “yəzuq” -  yazıq,  “yaqluq” -  yaylıq,  “yaltaq”
-  yaltaq,  “yaramaz” -  yaramaz,  “yeylaq” -  yaylaq,  “qişlaq” -  qışlaq, 
“yemiş”  -   yemiş  (qovun),  “yulçi”  -   yolçu,  “yoxsa”  -   yoxsa, 
“keçmiş”  -   keçmiş  (zaman),  “açər”  -   açar,  “laqqürti”  -   laqqırtı, 
“qanacaq”  -   qanacaq,  “siçan”  -   siçan,  “tuz”  -   toz,  “yüzbaşi”  -  
yüzbaşı,  “istiot”  -   istiot,  “çəküc”  -   çəkic,  “çiçək”  -   1.  çiçək 
(xəstəlik),  2.  gül,  “çulaq”  -   çolaq,1 “qarınquli”  (Məl.)  -   qarınqulu, 
“bayir”  (M.)  -   bayır,  çöl,  “yola”  (M.)  -   ...yola  namıraftan...  -   yola 
getmir,  “çay”  (M.) -1 .  çay  (axar su)  2.  çay  (içməli),  “balağ”  (M.) -  
1.  ətək  2.  camışın  balası;  “qalın”  (Məl.)  “qəlin”  (Q.)  -   qalm, 
“dönet”  -   dönə-dönə,  təkrar;  ye  döneş  çinni  kora  məni  -b ir  də 
(təkrarən,  dönüb)  belə  iş  görmə,  “danlamiş”  -   danlamaq,  “külok” 
(Məl.) -  külək.
Gəlib,  gəlmişdir  (Məl.).  Bu  fel  M.  ləhcəsində  həmin  mənada 
olan 
“amarə”  tat  feli  ilə  paralel  işlənir.  Kiloun  əsərxuni  gəlib 
(amarə) -  qızlar bulaqdan gəliblər, 
quruş (M.,Q.) -  qəpik
qəjqun (qazan) -  türk dillərinə məxsus “qazqan” sözündəndir.
əngaz -  çənə
əıkohun -  ərköyün
əyaz -  ayaz (şaxta)
gəbə -  xalça
çıra -  çığırtı (“cırmaq” sözündən) 
ciq -  sökülmə, cırılma 
çapundən -  yarmaq,  doğramaq 
çapqun -  talan, çapqın
1 Əgər  Azərbaycan  dilindən  alınmaların  qabağında  ləhcənin  adı  verilməmişdirsə, 
bu onu göstərir ki, bu sözlər bütün tat dili ləhcələri üçün eyni və müştərəkdir.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
47
çatun -  çətin 
üzək -  özək 
üzgüm -  üzmək (üzgü) 
tən  -  ...dək (yaşma dək) 
yazi -  çöl, biyaban (MQ,  111,  30., DTS, 243) 
qüyüq  -   qıyıq  (çuval,  palan  və  s.  tikmək  üçün  işlədilən  alət, 
adətən əyri  olur; mənşəcə az.d. qıyılmaq, əyilmək sözündəndir), 
qulp -  qulp, dəstə 
qəncuq -  az. d. qancıq sözündən 
cır dərəgar -  cıran (az. D. Cırmaq məsdərinin kökü) 
yorğan (Məd.) -  yorğan 
bayır (Məd.) -  çöl, bayır 
sağ (Q., M.,  Məd.  Ab) -  sol  (Məd.) -  sağ-sol 
təpik (Məd.) -  təpik 
don (Məd.) -  paltar 
boluq (Q.) -  balıq 
keçi  (M., Məd.) -  keçi 
başmaq (M.) -  başmaq 
çəkmə (Məd.) -  çəkmə 
əyaqqabi (Q.) -  ayaqqabı
qəbəq (M., Q.) -  Klaz.  sözü “qabaq” -  alın (surətdə üzv).
Bir zərrəcə zülfündə, buxağında eyib yox,
Qaşında, gözündə və qabağında eyib yox.
M.P.Vaqif
Əlişir Nəvai  “Mühakimətül-lüğəteyn”  əsərində yazır:  “Xubla- 
nn  göz  və  qaşlan  arası  ki,  “qabaq”  derlər farsidə  bu  üzvün  atı  yox­
dur. Məsnəvidə bir cəmaət xub tə’rifıdə bundağ deyibdir:  Məngizlə- 
ri  gül-gül,  müjələri  xar,  qabaqları  gen-gen,  ağızları  dar.  (Əlişir Nə­
vai, əsərləri, III cild,  Daşkənd,  1948,  səh.I81).
Sağdüş,  soldüş, hər ikisi az,  sözü sağdış,  soldış.
Turac  -   quş  adıdır.  Az.  sözüdür,  türkmən  dilində  “turac” 
(ms  dilinə  “turaç”  kimi  keçmişdir).  Etimoloji  cəhətdən  sözün  kökü


48
BİRİNCİ  KİTAB
türk  mənşəli  t/d/ur  -   t/d  urmaq  məsdərinin  kökü  ilə  bağlıdır.1 Bu 
quş,  adətən,  bir ayağı  üstündə durur.  Tat və rus  dillərinə bu  söz  Az. 
dilindən keçmişdir.
Buxov-buxov  (atın  buxovu,  Məd.),  (qəlaq  -   (qəraq))  qələq -  
Az.  dilində  qarğa;  türk  mənşəli  sözdür.  Mənşəyi  “qara  +  qa”  sözlə­
rindəndir. Qa-qa səsi  çıxardan “qara quş”  deməkdir.  Bu söz rus dili­
nə  “karqa”  (boposa)  şəklində  (bəzi  rus  dili  ləhcələrinə)  keçmişdir.2 
Bir  sıra  İran  dillərinə,  o  cümlədən  fars  dilinə  “kəlağ”  tacik  dilində 
“kalağ” və  s.  şəklində keçmişdir. Maraqlıdır ki,  Azərb.  dilində oldu­
ğu  kimi  rus,  tat,  fars  və  tacik  dillərində  də  bu  quş  adı  “ifritə  qan”, 
“xeyir söyləməz”,  “şər  əlaməti”  və  s.  mənalannı  da  verir.  Məsələn, 
Atalar deyirlər:  ağasde qəlaq və  s.  xeyr söyləməzü -  qarğa kimi  xe­
yir söyləməzdir (göründüyü kimi,  ifadənin ikinci hissəsi olan “xeyir 
söyləməz” eynilə Az.  dilindən alınmışdır).
Dodaq  -   quş  adıdır.  Az.  “dovdaq”,  qıığ.  -   tosdak,  qazax  -  
duadak,  özbək  -   dudak,  tuvin  -   toqduk,  xakas  -   todax,  noqay  -  
duvadok,  tatar  -   düdək.  Türk  mənşəli  bu  söz  rus  dilinə  “dudak” 
kimi keçmişdir. L.A.Kubanova bu sözün mənşəyini türk dillərindəki 
tu  (tutu,  toğ,  doğ,  tok)  -   “doğmaq”,  “doğulmaq”  əsası  və  az 
məhsuldar  olan  “dak”  affıksi  ilə  (hərəkət  aləti  mənasında  isim 
yaradır,  məs.:  özbək  dilində  “yaqurdak”  -   qaçqın,  “yaqurmok”  -  
qaçmaq sözündən) bağlayır.3
Qirqi -  quş  adıdır.  Az. dilində “qırğı”.  Qədim türk dillərində 
kırğuy, kırkuy;  qırq.  -  kırqıy;  türkm.  -  quığı,  özbək -  kirqiy,  uyqur 
-  kargay.  Qədim  slavyan  dillərinə  bu  söz  “kraquy”  kimi keçmişdir. 
Bu  sözün  kıtmak -  qm naq felinin  kökü  olan kir,  qır və fel  kökü  ilə 
birlikdə  isimdən əmələ gəldiyini  (Məs.:  çalmaq  (biçmək)  sözündən 
“çalğı” (biçmək aləti  və s.) qəbul etmişdir.4
'.  С.Сетаров.  Тюркизмы  в  русских  названиях  птиц.  «Сов.тюркология»,  N2, 
1970, с.86.
2 Yenə orada. Səh. 89.
3 Л.А.Кубанова. Тюркизмы в диалектной лексике русского языка. 
Автореф.канд.дисс., М.,  1968; Д.С.Сетаров. Тюркизмы в русских названиях 
птиц. Göstərilən mənbə, səh.90.
4 D.S.Setarov. Göst. əsəri, səh.90
AZƏRBAYCAN  TATLARININ  DİLİ
49
Balaban -  bu sözün tat dilində  iki mənası  vardır:
1.  Balaban,  ümumiyyətlə,  çalğı  aləti,  bundan da “balabançi” -  
çalğıçı (ümumi mənada “çalğıçı”, təkcə balaban çalan deyildir).
2.  Sifət  mənasında  “böyük”,  “uzun”.  Az.  dilindən  tat  dilinə 
keçmiş  bu  söz  Az.  dilində  birinci  mənada  indi  də  qalsa  da,  ikinci 
mənası müasir Az.  dilindən çıxmışdır.  Görünür az.  dilində bu sözün 
ikinci  mənası  da  olmuşdur.  V.V.Radlov  qədim  türk  dillərində  bu 
sözün iki mənada işləndiyini qeyd etmişdir:
1.  Böyük başı  olan, böyük,  yoğun;  2. Yırtıcı  quşlardan  birinin 
ad ı.1  P.M.Melioranski  də  yazır  ki,  türk  dillərində  “balaban”  sö­
zünün  “böyük”,  “iri”,  “nəhəng”  mənalan  da  olmuşdur.  Göründüyü 
kimi,  bu  söz  özünün  ikinci  -   sifət  mənasını  bu  gün  də  tat  dilində 
saxlamışdır.  Zühunu  həcan balabanü  (Q.,  X.,  M.,) -  dili  balaban  ki­
midir  (yəni  böyükdür);  İnə  ki  sərü  balabanü  (Q.  X.  M.) -  bu  ki  lap 
yekəbaşdır,  balabanə-balabanə  pahayü  histü  (Q.,  X.,  M.) -  nəhənk 
ayaqlan  var,  çumay  xiştənə  balaban  saxte  (Q.,  M.,  X.)  -   gözləri 
domba-domba olub (iriləşib) və s.
Bağrıqara -   Az.  dilindəki  eyni  adlı  quşun  adıdır  (Az.  dilin­
də  bağrıqara).  Türk  mənşəli  söz  olub,  Az.  dili  vasitəsilə  tat  dilinə 
keçmişdir:  hərfən  -   döşü,  sinəsi  qara.  Özb.  dilində  bu  quşun  adı 
korabovurdur,  bu  dildə  kora  (qara)  və  (bovur)  ciyər  sözlərindən 
əmələ  gəlmişdir.  Türkmənlərin  dilində  həmin  quşa  “bağııtlak” 
deyirlər.  Az.  dilindən fərqli  olaraq  özbək  dilində  addakı  sözlər yer­
lərini  dəyişmiş,  həmin  şəkildə  də  Orta  Asiyada  yaşayan  (məs.:  Bu­
xara  vilayətində)  ruslann  dilinə  daxil  olmuşdur  (karabaur  şəklində 
cüzi fonetik fərqlə).2
Qaşqaldaq  (qaşqəldaq)  -  eyni  adlı  quşun  adını  bildirən  Az. 
sözüdür,  Az.  dilindən  tat dilinə keçmişdir.  Qədim  türk  dilində  “qaş- 
qalıq”,  noqay  dilində  “kaskalak”,  özb.  dilində  kaşkaldok,  qırğ.  və 
tatar  dilində  kaşkaldak.  Bu  söz  Az.  (türk)  sözü  olan  qaşqa-alın
1 В.В.Радлов. Опыт словаря тюркских наречий. Т.4, стр.  1494
2 D.S.Setarov. Göstərilən əsəri. Səh. 93


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə