Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə12/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   8   9   10   11   12   13   14   15   ...   131

42
BİRİNCİ  KİTAB
Maraqlıdır  ki,  tat  dilində  bəzi  İran  dillərindən  fərqli  olaraq 
istər  tat  dilinin  özünəməxsus  sözlərində,  istərsə  də  bu  dildə  işlənən 
ümumiran  mənşəli  sözlərdə  də  boğaz  səslərinə  rast  gəlmək  olur. 
V.S.Sokolova  isə  səhv  olaraq  onları  ancaq  ərəb  sözləri  üçün  xa­
rakterik  hesab  edir.1 Məs.:  cə”-cə”-cülə”  -   zibil,  “əs-at,  “ənc-sanc- 
maq (həşəratın, itin və s.),  mülüh -  çəyirtkə, rəhə dərən -  buraxmaq, 
açmaq  (fars  dilində  rəha-dadən  -   həmin  mənada),  təhnə  -   tək, 
tənhə;  rəh  -   yol  (fars  dilində  “rah”  ilə  müqayisə  et),  həsu  -   un 
sıyığı,  həppa  -yum ru  daş,  təhəl  -   acı  (fars  dilində  təlx),  giçəh  -  
toyuq  peyini,  ərs  -   göz  yaşı  (fars  dilində  əşk),  əyaz  -   şaxtalı  gecə 
(işkaşim  dilində  eyas,  tacik  dilində  həyas),  bə’li  -   gilas,  bəğ  -  
qurbağa,  qüyüğ  -   qıyıq,  qəmğəl  -   qab  yumağa  əski,  bəğələ  -  
böyürtkən,  pəhni  -   gizli  (fars  dilində pünhan  sözü  ilə  müq.et)  və  s. 
Tərkibində  bu  samitlər  olmayan  ərəb  sözləri  tat  dilinə  keçərkən 
həmin  samitlərlə  işlənir,  yəni  boğaz  samitləri  qəbul  edirlər.  Məs.: 
ərəb dilində açıq  “ə”  ilə işlədilən “əziyyət” sözündəki birinci “ə” tat 
dilinə  keçərək  emfatikləşir,  Azərbaycan  dilindən  fərqli  olaraq 
boğazda tələffüz olunur,  yəni  “əziyyət”  kimi.  Həmin şəkildə də eyni 
vəziyyəti  ərəb  sözü  olan  “əsas”  sözünün  tat  dilində  “əsas”  kimi 
tələffüzündə də görə bilərik.
Qeyri-semit  dillərdəki  sözlərdə  tələffüz  olunan  açıq  “a”  səsi 
söz  tərkibində  tat  dilinə  keçərkən  emfatikləşir  və  əvvəldə 
gördüyümüz  “ə”  səsinin  tat  dilinə  keçərkən  baş  verdiyi  fonetik 
hadisə  təkrar  olunur  və  açıq  “a”  saiti  ayn-boğaz  səsinə  çevrilir. 
Məs.:  “aeroplan”  sözü  tat  dilinə  keçərək  ’əyrəplan,  “aerodrom”  -  
’əyıədrom,  “alaçıq” -   ’ələçuq  və  s.  kimi  tələffüz olunur.  Marqalıdır 
ki,  tat dilində,  alınma bir sıra rus sözlərində,  ya da rus dili vasitəsilə 
tat dilinə  keçmiş  sözlərdə  də  arxa  dil  samiti  olan  k-də  boğaz  “ayn” 
səsinə  çevrilir.  Məs.:  komandir  -   “ğamandir”,  kapitan  -   “ğapitan”, 
kolxoz -  “ğalxuz”,  komandirovka -  ğamandirovkə (ezamiyyət) və s.
Tat dilində  işlənən emfatik  samitlərə dair misallar:  sihrə tönür 
(isti  təndir),  təhsirə  (çürümüş),  ləhə  (bulanlıq),  mihtoc  (möhtac), 
’əyəl  (uşaq),  ’əsigəri  (əsəbiləşmək),  həcətxanə  (ayaq  yolu),  hürs
1 В.С.Соколова. Очерки... C.  139
AZƏRBAYCAN  TATLARININ  DİLİ
43
(qəzəb,  buradan:  hürsin  -   qəzəbli),  həşə  zərən  (danmaq),  hiştən 
(qoymaq),  həyvun (heyvan),  təhnə  (1.  tək,  2. danlaq),  təhləpusi  (çöl 
sarımsağı) və s.
Yuxarıdakı  nümunələr  göstərir  ki,  fars  dilinin  fonetikasında 
təsadüf olunan  emfatika  hadisəsi  -   səslərin  boğazda  tələffüzü  ərəb 
dilinin  təsiri  nəticəsi  deyil,  tat  dilinin  özünəməxsus  spesifik  fonetik 
hadisəsidir.  Bunu həmin boğaz samitlərinin geniş şəkildə işləndiklə­
ri əsl-kök tat sözləri də sübut edir.
Bu  maraqlı  dil  hadisəsinin  xüsusi  laboratoriya  şəraitində  lin- 
qofon  vasitəsilə  tədqiqi  ümumi  dilçilik  fonetikasma,  o  cümlədən 
türk  və  İran  dilləri  fonetik  tədqiqlərinə  olduqca  böyük  fayda  verə 
bilərdi.
Tat  dilində  qədim  İran  dillərindən  qalma  maraqlı  bir  fonetik 
hadisəni  xüsusi  qeyd  etməyə  ehtiyac  vardır.  Bu  da  müasir  İran 
dillərinin,  demək olar ki,  hamısında müşahidə olunan “d”  səsinin  tat 
dilində  “r”-ya çevrilməsi  hadisəsidir.  Beləliklə,  qədim  İran  dillərin­
də  baş  vermiş  bir  maraqlı  fonetik  hadisə  -   rotasiya,  yəni  “d”-nin 
“r”-yə çevrilməsi  hadisəsi  tat dilində  bu gün də öz arxaik formasını 
qoruyub saxlaya bilmişdir. Məs.:  müasir fars dilində “olmaq” məna­
sında  işlənən  “budən”  köməkçi  felini  nəzərdən  keçirək.  İran 
dillərinin  əksəriyyətində  eyni  ilə  fars  dilində  olduğu  kimi  işlədilən 
bu  köməkçi  felin  tərkibində  olan  “d”  səsi  tat dilində  “r”-ya  çevrilir; 
daha doğrusu öz qədim  variantı  olan  “r”  şəklində qalır,  eyni  mənalı 
“birən”  kimi.  Bu maraqlı fonetik hadisə, demək olar ki, bütün tat di­
li  ləhcələri  üçün  xarakterikdir.  Məs.:  Müasir  fars  dilindəki  “bude 
bud”  (“olmuşdur”  mənasında)  mürəkkəb  köməkçi  feli  tat  dilinin 
Abşeron ləhcəsində eyni mənada “birebirəs”, Qonaqkənd ləhcəsində 
“bire birə”, Lahıc ləhcəsində “bire bire” və s. kimi təsadüf olunur. D 
<  r  fonetik  hadisəsi  tat  dilinin  möhkəm  və  dəyişməz  fonetik 
qanunlarındandır.  Fars,  tacik,  əfqan  və  sair  İran  dillərində  “d”  ilə 
qurtaran  fel  kökləri  tat  dilində  “r”  ilə deyilir və deməli  “d”-nin  “r”- 
yə  çevrilməsi  fonetik  hadisəsi  baş  verir.  Məsələn,  farsca  “sudən”  -  
sürtmək,  tatca  -   “sorən,  farsca  “amədən”-   gəlmək,  tat  dilində  -  
“amarən”,  farsca  “didən” -  görmək,  tatca “dirən”, farsca “zədən” -


44
BİRİNCİ KİTAB
vurmaq,  tatca  “zərən”,  farsca  “nəhadən”  -   qoymaq,  tatca  “narən”, 
farsca “pusidən” -  çürümək, tatca “pusirən” və s.1
Göstərdiyimiz  bu  qədim  fonstik  hadisələrə  tat  dili  ilə  coğrafi 
qonşuluqda  yerləşən  qohum  talış  dilində  də  rast  gəlmək  olar ki,  bu 
da talış dilinin  də qədim  İran  dilləri çərçivəsinə  daxil  edilməsi  üçün 
tam əsas verir.
Arxaik bir  fonetik  xüsusiyyətin  tat dili  ilə  bərabər  uzun  əsrlər 
boyu  Azərbaycan  ərazisində  mövcud olmuş  talış  dilində  də  qalması 
bu  dillərin  yaxınlıq  və  qohumluğunu  təsdiq  edən  mühüm  bir  amil­
dir.2 Bu  baxımdan  həmin  dillərin  fonetika,  morfologiya  və  leksika- 
sınm müqayisəli tədqiqi nəinki təkcə İran dilləri, həm də türk dilləri, 
o  cümlədən  Azərbaycan  dilinin  tarixi  inkişafının  bəzi  məsələlərini 
işıqlandırmağa kömək edərdi.
1 Bu  maraqlı  fonetik  hadisə  barəsində  ətraflı  məlumat  üçün  bax:  M.İ.Hacıyev. 
Seyid  Əhməd  Kəsrəvinin  “azəri”  dili  materiallarının 
təhlilinə  dair  (tat  dili 
əsasında). “Azərb SSR EA Xəbərləri” (İctimai elmlər seriyası). N 6,  1965.
2 Əli Əbdüli. Tatha və Taleşan. Tehran,  1369.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
45
TAT  DİLİNİN  LEKSİKASI
Tat  dili  leksikasının  əsasını  bütün  İran  dilləri  qrupu  üçün 
ümumi  olan  sözlər təşkil  edir. Tat dilində fars və Azərbaycan dilləri 
vasitəsilə bu  dilə keçən ərəb  sözləri  də,  az da olsa,  müəyyən  yer  tu­
tur.  Əlbəttə,  ərəblərin  istilasından  sonra  qılınc  gücünə  islam  dinini 
qəbul edən tatların dilinə ərəbcədən birbaşa keçmiş sözlər də olmuş­
dur.  Qeyd etmək lazımdır ki,  tat dilinin leksikasmda ərəb sözlərinin 
tutduğu  mövqe  fars  dilinə  nisbətən  çox  azdır.  Bunlar  əsasən  dildə, 
artıq  vətəndaşlıq  hüququ  qazanmış,  danışıqda  işlənməsi  lazım  olan 
sözlərdir.  Məsələn:  “kitab”,  “İslam”,  “təşəkkür”,  “təbrik”,  “istis­
mar”,  “şükr”  kimi  onlarca  söz  ya  ərəb  dilində  olduğu  kimi  eyni  ilə, 
ya da cüzi fonetik dəyişikliklə ifadə olunur. Demək olar ki, tat dilinə 
keçən ərəb sözlərinin əksəriyyəti Azərbaycan dilində də işlənir.
TAT DİLİNDƏ AZƏRBAYCAN SÖZLƏRİ
Tat  dili  leksikası  tərkibində  çoxlu  miqdarda  Azərbaycan  söz­
ləri  də  vardır.  Bu  da  təbiidir.  Çünki  qarşılıqlı  iqtisadi,  mədəni  və 
ictimai  əlaqələr  bir  çox  Azərbaycan  sözlərinin  tat  dilinə  daxil 
olmasını təmin etmişdir. Məsələn:  “sərin” -  sərin, “dirsək” -  dirsək
“ucuz”  -   ucuz,  “seçmə”  -   seçmə,  “üzük”  -   üzük,  “pis”  -   pis, 
“gözəl” -  gözəl,  “burğu” -  burğu,  “daban” -  daban,  “sırtıq” -  sırtıq, 
“çəngə” -  çəngə,  “qucə” -  qoca,  “qəri” -  qan,  “piy” -  piy,  “tava” -  
tava  (qab),  “kük”  -   kök  (insan,  heyvan),  “əxtərmiş  (birən)”  -  
axtarmaq,  “qəyğənaq”,  “pusqu”  -  pusqu,  “dayi”  -   dayı,  “kərpic”  -  
kərpic,  “sinixçi”  -   sınıqçı,1 “ağciyər”  -   ağciyər,  “yaralu”  -   yaralı, 
əlləş  (küftən)  -   əlləşmək,  “süpürləmiş”  (saxtən)  -   süpürləmək, 
“qaralamiş  (saxtən)”  -   qaralamaq,  “alış-veriş”  -   alış-veriş,  “ara” -
1 Bu  söz  İran  Azərbaycanın  İbrahimabad  və  Səgzabad  tatlarının  dilinə  də  daxil 
olmuşdur (bax:  Cəlal ale Əhməd. Tatnişinhayi bəluke Zəhra. Səh.55


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə