Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə8/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   4   5   6   7   8   9   10   11   ...   131

30
BİRİNCİ  KİTAB
min mənada:  təb),  şöü -  gecə  (fars  dilində:şəb),  “löü” -  dodaq  (fars 
dilində:  ləb)1,  döü-div  (fars  dilində:  dev),  nöüş -  yaz  (yazmaq məs- 
dərinin  kökü;  fars dilində həmin  mənada olan  “neveştən”  məsdərin- 
dən) və s.
Göründüyü kimi,  fars dilindəki  “be”,  “vav” köklü bəzi  sözlər­
də həmin səslər tat dilində “öu” diftonquna çevrilir.
V.S.Sokolova öz əsərində “öü”  diftonquna misal olaraq “cöü” 
-   arpa  sözünü  də  misal  gətirir.  Görünür,  müəllif bunu  fars  dilində 
bu  sözün  ekvivalenti  olan  “cou”  sözünün  (həmin  mənada)  səsləş- 
məsi  təsiri  altında qəbul etmişdir2.  Bu səhvi  sonralar tat dilinin baş­
qa tədqiqatçısı  A.Qryunberq  də  təkrar etmiş,  tat  dilinin  fonetikasın- 
dan  bəhs edərkən  “öü”  diftonqunun  tat dilinin bütün  ləhcələri  üçün, 
demək  olar  ki,  xarakterik olduğunu  qeyd etmişdir.3 Biz  hələ  vaxtilə 
göstərmişik  ki,  bu  cəhət  tat  dilinin  bütün  ləhcələri  üçün  xarakterik 
deyil.  Buna misal olaraq tat dilinin  Qonaqkənd ləhcəsini misal gətir­
miş  və göstərmişdik ki, arpa mənasını bildirən “cü” sözündə Qonaq­
kənd  tatlarının  dilində  diftonqlaşma -  “öü”-ləşmə  yoxdur.4 Bu  söz­
də  diftonqlaşma  hissəsinə  Quba  ləhcəsində  də  təsadüf  olunmamış­
dır.5 Məsələn,  Abşeron  tatlarının  ləhcəsi  üçün  bu  sözdə  diftonqlaş­
ma  xarakterik  olsa  da,  yuxanda  göstərdiyimiz  ləhcələrdə bu  söz  sa­
dəcə  olaraq  “cü”  (arpa)  kimi  diftonqsuz  deyilir.  “Öü”  diftonqunun 
işlənməsinə dair misallar:  öür -  bulud,  öünə -  növbə,  nahar;  öüşə -  
meşə, xöünə -  xalça, öüsinə6-  nağıl, öürəz -  övrəz,  löü -  dodaq,  bə- 
nöüşə  -   bənövşə,  döü -   div  (fars  dilində  dev),  nöüş  -   yaz  (yazmaq 
məsdərinin  kökü;  fars  dilində  həmin  mənada  olan  “neveştən”  məs- 
dərindən) və s.
1  Türkmən  dilindəki  “dodaq”  mənasında  işlənən  “lau”  sözü  ilə  müqayisə  et. 
Göründüyü  kimi,  buradada  İran  mənşəli  “ləb”  sözü  sonluğu  dəyişərək  türkmən 
dilinə məxsus “au” diftonquna çevrilir və biz burada “au” diftonqu  ilə üzləşirik.
2 V.S.Sokolova. Göstərilən əsəri, s.  129.
3 А.Грюнберг. Язык Североазербайджанских татов. М.-Л.  1963, с.7
4 M.İ.Hacıyev. Tat dilinin Qonaqkənd ləhcəsi, Bakı,  1971, səh.39
5 T.Əhmədov. Tat dilinin Quba ləhcəsi. Namizədlik diss., c.  127.
6  Bu  söz  bəzən  diftonqsuz  yazılır.  Bax:  Düta  birar.  Ösinəhay  tat/tat  nağılları, 
Bakı:  Azəməşr,  1993.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
31
Misallardan  göründüyü kimi,  Azərbaycan dilindəki  “v”  samiti 
(gülövşə,  bənövşə,  dev  sözlərində)  tat  dilində  saitləşir,  sözdə  ü-yə 
çevrilərək “ö” ilə birlikdə diftonq yaradır.
VII.  “O”  və “ə” saitləri.  Bunların hər ikisi İran dilləri üçün, ta­
mamilə, xarakterikdir və tat dili fonetikasında da öz əksini tapmışdır.
V.S.Sokolova  “o”  saitini  “ou”  foneminin  variantı  hesab  edir 
və  buna  misal  Balaxanı  ləhcəsindəki  “su”  mənasında  olan  “o”  və 
onun  variantı  “ou”-nu  göstərir.1 Buna xou -   yuxu,  do,  dou  -   yüyür 
(əmr  forması)  sözlərini  də  əlavə  etmək  olar.  Məsələn,  “korə” -   gö­
yərti,  “osar”  -   yüyən,  “səg”  -   it,  “həlo”  -   palaz,  “vəro”-   kükürdlü 
su  (müalicəvi,  isti  su),  “orə”  -  avara,  “əs” -  at,  “əng,” -  arı,  “dədə” 
və ya “piyər” -  ata, “xinə” -  xına və s.
“Ə”-nin  “e”-yə  çevrilməsi  tat  dilinin  bəzi  şivələrində  geniş 
təsadüf  olunur.  Məs:  Qonaqkənd  ləhcəsinin  Xaltan-Xaşı  şivəsində 
səg  -   seg  (it),  alət  -   alet  (paltar),  təmiz  -   temiz  (təmiz),  bəzək  -  
bezek  (bəzəy),  xürək -  xüıek (xörək),  bilək -  bilek -  (biləy),  gəznə 
-   gezne  (gicitkən),  gəştən  -   geşten  (gəzmək),  yədəmgə -  yedəmge 
(bayaq,  bir  az  qabaq),  bəçirən  -   beçirən  (yığır,  toplayır),  gəmi  -  
gemi  (gəmi)  və  s.  Bəzən  o  >  a-ya  çevrilir:  Boftən  -   baftən  (toxu­
maq).  Bəzi  şivələrdə  o  >  ə-yə  çevrilir:  tonur -   tənur  (təndir).  “O”- 
nun  ü-yə  çevrilməsi  də  müşahidə  olunur.  Poşt  -   püşt  (arxa,  dal). 
“Ə”-nin  “ö”-yə  çevrilməsi  də  istisna  deyildir:  zəlü  -   zölü  (zəli). 
“A”-da  bəzi  şivələrdə  ə-yə  çevrilir:  Maragoy  (xaşı  şivəsi)  -  
mərəgoy  (inək),  pirzan  (xaşı  şivəsi) -  pirzən  (qan).  “0 ”-nun  “a”-ya 
çevrilməsinə  də  bəzən  rast  gəlinir:  Xolə  -   xalə  (xala),  xoykəıg  -  
xaykərg (yumurta), xok -  xak (torpaq) və s.
VIII.  “Ö” və  “I” saitləri. Bunlar İran dilləri  üçün  xarakterik 
fonemlər  deyillər  və  Azərbaycan  dilindən  tat  dilinə  keçmişlər.  Tat 
dilindəki  “ö”  saitinə  Azərbaycan  dilinə  məxsus  aşağıdakı  misallar 
da mühüm  sübut ola bilər:  xörək,  körüg,  böyrək,  ördək,  görkəm  və 
s.  Göründüyü  kimi,  leksik  alınmalarla  bərabər,  Azərbaycan  dilinin 
xarakterik  “ö”  fonemi  də  bu  dilə  keçərək  fonetik  dəyişikliyə  uğra­
madan  eynilə  işlənir,  özünün  türk  mənsubiyyətini,  türklük  soyunu
1  В.С.Соколова. Очерки по фонетике Иранских языков. М. -  Л.,  1953, с.  130


38
BİRİNCİ KİTAB
üçün  xarakterik  sayıla  bilməz.  Bu  hala  Balaxanı  ləhcəsində  “bax” 
sözünə təsadüf olunmuşdur1 ki, bu da “bağ” -  bağça mənasındadır.
Tat  dilinin  ş,  c,  g,  fonemləri  haqlı  olaraq bəzi  mütəxəssislər 
tərəfindən iki  fokuslu  fonemlər adlandırılmışlar.2
Orta dil  samitləri  olan  bu  fonemlər ön  damaq  saitləri  ilə  qon­
şuluqda  olduqca  yumşalır,  incə  tələffüz  olunurlar.  Şərbət,  Məcnun, 
mujnə -  qarışqa,  coru  (süpürgə),  curub  (corab), joju  (kirpi)  və  s.  ki­
mi  sözlərdə.  Əksinə,  həmin  fonemlər  arxa damaq  saitləri  ilə  yanaşı 
gəldikdə  kobudlaşır,  boğuqlaşır  və  qalın tələffüz  olunurlar.  Məs.  cı­
ra -  çığırtı, ceyran,  şe -  köynək, jiringə (sırsıra), şari  (şadlıq)  və s.
Diş-dodaq  samiti  olan  “v”  bütün  ləhcələr  üçün  xarakterikdir 
və  öz  fonetik  yaranma  mühitinə  (diş-dodaq  vəziyyətinə)  sadiqdir. 
V.S.Sokolova doğru olaraq qeyd edir ki, bu fonem sürətli  tələffüzdə 
dodaqlanan  saitlər  arasında  “dodaqlanan-dodaqlanan  şəklinə  dü­
şür”3 və  zəif tələffüz  olunur.4 Məs:  Sovuk,  suvuk  -   yüngül,  ovul  -  
qabar, cuvab -  cavab,  kovur -  göy rəng və s.
N fonemi  tat dilində əsasən burunda tələffüz olunan  ön diş sa­
mitidir:  nun  -   çörək,  nümük  -   duz,  nalin  (döşək),  səməni,  bülündi 
(yüksəklik),  nərm  (yumşaq)  və  s.  Lakin  başqa  İran  dilləri  üçün 
(fars,  tacik,  əfqan  və  s.)  də  xarakterik  olan  bir  fonetik  hal  tat  dili 
üçün  də  istisna  deyildir.  O  da  budur  ki,  “n”  fonemi  arxa  dil-damaq 
samitləri  olan  k(g)  və  q(ğ)-dan  qabaq  gələrsə,  özü  də  onların  təsiri 
altında  arxa  dil-damaq  samitinə  çevrilir  və bununla  da  “n”  fonemi- 
nin  yeni  variantı  əmələ  gəlir.  Məsdüng  (k) -   ayaq,  tüfəng  (k) -   tü­
fəng,  pələnq (g) -  pələng,  əng (q) -  an, jirəngə  (q) -  salxım,  qaysaq 
və  s.  Göründüyü  kimi,  burada  İran  dillərinin  özünəməxsus  olan  bir 
variantlı  “n”  fonemi  dəyişilərək  başqa  variant  halını  alır  və  tarixən 
türk  dillərinə  məxsus  olan  arxa  dil-damaq  “n”,  ya  da  “n”  (nun
1 В.С.Соколова.  Очерки...  səh.  138
2 Yenə orada, səh.  139, Л.  Грюнберг. Язык североазербайджанских татов, с. 
23.
3 В.С.Соколова. Очерки... səh.  139
4 Yenə orada.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
39
səğir)  şəklinə  düşür  ki,  bu  da  həmin  fonetik  hadisəni  tat  dilinə 
Azərbaycan dilinin fonetikasınm təsiri  kimi qəbul etməyə əsas verir.
Burada  tat  dilindəki  boğaz  səslərinin,  xüsusilə  emfatik  (bo­
ğuq)  səslərin  xüsusiyyətindən  aynca  bəhs  etmək  çün  fonetik  əsas 
vardır.
Tarixi  aspektdə götürdükdə  tat  dili  konsonantizmində  olan  bir 
sıra faktlar qədim  və  müasir  İran  dilləri  ilə  müqayisə  olunarsa,  ma­
raqlı  nəticələrə gəlmək olar. Tat dilində özünü indi də qoruyub  sax­
lamış qədim,  ya da arxaik  adlandırılan fonetik hadisələr diqqəti cəlb 
edir.  Tat  dilindəki  məhz  bu  qədim  fonetik  hadisələrdən  çıxış  edən 
bəzi  alimlər  tat  dilini  orta  fars  dilinin1,  bəziləri  isə  onu  “qədim  Mi­
diya  dilinin  qalıqlarından”  olduğunu  qeyd  etmiş,  tat  dilini  müsəl­
man  “pəhləvisi”, yaxud hətta “müasir Midiya dili”2 adlandırmaq nə­
ticəsinə gəlmişlər.
Tat  dilində  sözlərin  əvvəlində  təsadüf olunan  “o”  səsi  müasir 
İran  dillərində  “a”  ilə  ifadə  olunur.  Tat  dilinin  bir  çox  sözlərində 
işlədilən “p” fonemi  İran dillərinin əksəriyyətində “f ’-laşmışdır. Be­
ləliklə də, bir çox İran  dillərində fonetik keyfiyyət dəyişikliyi  olan p 
<  f   çevrilməsi  prosesi  evolyusiyaya  uğramamış,  öz  qədim  şəklini 
qoruyub saxlaya bilmişdir.
Tat  dilində  geniş  yayılmış  boğaz  “ayn”,  “ğayn”  və  qalın 
boğaz “h”  səslərinin mövcudluğu diqqəti cəlb edir.
Bir  çox  alimlər-bir  sıra  İran  dillərində  təsadüf  olunan  bəzi 
emfatik  samitlərin  ərəb  mənşəli  olduğunu  qeyd  edirlər.  B.V.Miller 
tat dilinin yəhudi  ləhcəsindəki boğaz səslərini -  h, ayn  və ğayn kimi 
samitləri mənşəcə semit dilinin  təsiri hesab edir.3
Bəzi  tədqiqatçılar  isə tat dilinin  yəhudi  ləhcəsindəki  bu boğaz 
səslərinin  mənşəyini  Azərbaycanın  Şamaxı  rayonundakı  tat  dilli 
keçmiş  erməni  kəndi  olan  Mədrəsə  kəndi  əhalisinin  ləhcəsinin
1  В.Корш.  Следы  диалектикеского  ротацизма  в  среднеперсидском  языке. 
«Древности Восточные», т. III,  1907, с. 216.
2 А.В.Жуковский.  Материалы  для  изучения  персидских  наречий.  М.,  1893, 
часть I, с. IV.
3 Б.В.Миллер. Таты,  их расселение и говоры. Баку,  1929, с. 16


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə