Kurs iŞİ MÖvzu: İdarəetməNİn metodlari və texnologiyalari


İdarəetmə metodlarından istifadə mexanizmi



Yüklə 95,92 Kb.
səhifə13/14
tarix06.02.2022
ölçüsü95,92 Kb.
#83502
1   ...   6   7   8   9   10   11   12   13   14
referat 5399

İdarəetmə metodlarından istifadə mexanizmi

İstehsalatda müəyyən münasibətlər baş verir. Ən çox iqtisadi, təşkilati və sosial-psixoloji münasibət olur ki, bu da idarəetmə aparatında müxtəlif təsiretmə, təşkiletmə, nizamlaşdırma, uzlaşdırma, fəallaşdırma, tənzimetmə və başqa vasitələrin tətbiq edilməsini tələb edir. İdarəetmə mexanizmi idarəetmənin ümumi prinsipləri, qanunları, idarəetmə məqsədləri, idarəetmə funksiyaları və metodları ilə bağlıdır. Onların bir-birilə əlaqələndirilməsi qaydası, sistem halında tətbiq edilməsi idarəetmə mexanizminin fəaliyyəti üçün mühüm əhəmiyyətə malikdir. Ən vacib problemlərdən biri də təsərrüfat mexanizmi ilə idarəetmə mexanizminin bir-birilə əlaqələndirilməsi və onları əmələ gətirən komponentlərin planlı halda idarə oluna bilməsidir. Burada əksliklərin vəhdəti və mübarizəsi dialektik qanununun həmin sahədə təzahüretmə və istifadə edilməsi mexanizminin öyrənilməsi mühüm əhəmiyyətə malikdir.

İdarəetmə metodları idarəetmə nəzəriyyəsinin əsas kateqoriyası, obyektiv iqtisadi və iadrəetmə qanunlarının, qanunauyğunluqlarının tələblərinin idarəetmə təcrübəsində qarşılıqlı surətdə həyata keçirilməsinin forması və daşıyıcısıdır. Eyni zamanda idarəetmə funksiyalarının prinsiplərinin əməli təzahürünün təsir vasitəsi və mexanizmidir. Bu mexanizm ilə idarəetmənin planauyğun həyata keçirilməsi baş verir. Bəzi müəlliflər ayrı-ayrı metodlara mütləq üstünlük verilməsini irəli sürürlər. Əslində isə idarəetmə metodlarına ayrı-ayrılıqda mütləq üstünlük vermək düzgün deyildir. Məsələn, iqtisadi metodlar təsərrüfat fəaliyyətinin maddi cəhətdən, inzibati metod, təşkiletmə və nizamlaşdırma vasitəsilə, mənəvi metodlar insanların ictimai fəaliyyətini və fəallığını artırmağa, hüquqi metodlar isə təsərrüfat və ictimai fəaliyyəti tənzim etmək, müəyyən qayda-qanunlar vasitəsilə təsir edir. Göründüyü kimi, iqtisadi metodlar vasitəsilə maddi həvəsləndirmə və məsuliyyət, planlaşdırma və başqa vasitələri həyata keçirir. İnzibati metod onların yerinə yetirilməsini təşkil edir, uzlaşdırır və uyğunlaşdırır. Birgə əmək prosesində bir sıra sosial-psixoloji məsələlər meydana çıxır ki, bu da idarəetmənin sosial-psixoloji metodlarının köməyi ilə həyata keçirilir.

İdarəetmə mexanizmi idarəetmənin prinsipləri və qanunları, idarəetmə məqsədləri, idarəetmə funksiyaları və metodları ile bağlıdır. Onların bir-birilə əlaqələndirilməsi qaydası, sistem halında tətbiq edilməsi idarəetmə mexanizminin fəaliyyəti üçün mühüm əhəmiyyətə malikdir. Ən ümde problemlərdən biri ise təsərrüfat mexanizmi ilə idarəetmə mexanizminin bir-birilə əlaqələndirilməsi və onları əmələ gətirən komponentlərin planlı qaydada idarə oluna bilməsidir.

İdarəetmə metodları idarəetmə nəzəriyyəsinin əsas kateqoriyası, obyektiv iqtisadi və idarəetmə qanunlarının, qanunauyğunluqlarının tələblərinin idarəetmə təcrübəsində qarşılıqlı surətdə həyata keçirilməsi daşıyıcısıdır. Eyni zamanda idarəetmə funksiyalarının və prinsiplərinin əməli təzahürünün təsir vasitəsidir, mexanizmidir.

İdarəetmədə bir çox metodlardan istifadə edilir ve onlar öz təbiətinə və tərkibinə, mezmununa, fəaliyyət dairəsinə, teəsir mexanizminə, ayrı-ayrı idarəetmə münasibətlərinə, obyektinə, bilavasitə və dolayı təsirinə görə fərqlənirlər.

Təsir mexanizminə və xaraktərinə görə bilavasitə (birbaşa) idarəetməyə təsir göstərən metodlara və idarəetməyə dolayı təsir edən metodlara ayrılır. Bu metodlar təsir obyektinə və subyektinə məqsədyönlü fəaliyyət göstərməsini təmin edən mexanizmləri və vasitələri özündə birləşdirir.

Bilavasitə (birbaşa) təsir metodları aşağıdakı kimi təsnifleşdirilir.

1. Mənəvi təsir metodları:

a) siyasi tərbiyə; b) sosial-pixoloji.

2. Maddi təsir metodları:

a) iqtisadi; b) sosial-teminat.

Hüquqi təsir metodları; Qismən təsir metodları; İnzibati təsir metodları:

a) təşkilati; b) sərəncam.

Dolayı təsir metodlarına isə aşağıdakılar aiddir:

1. Elmi-texniki, sosial və perspektiv inkişafın proqnozlaşdırılması, onların xüsusi metodları.

2. Tədqiqatlar və məlumat proseslerinin modelləşdirilməsi üçün kibemetik metodlar.

3. Iqtisadi həyatın təkrarlanan halları haqqında məlumatı yığmaq üçün statistik metodlar.

4. Optimal idarəetmə qərarları, sistem və qaydanın təhlili üçün əməliyyatın tədqiqi metodları.

5. Optimal planlaşdırma və texniki-iqtisadi hesablamalar üçün riyazi metodlar.

6. Iqtisadi və təskilati təhlil.

7. Sosial məlumatların toplanması üçün konkret sosioloji tədqiqat metodları.

8. Modelləşdirmənin qrafik metodları, hesablama, nəzarət, uçot və istehsal proseslərinin təhlili.

Metodlar təsərrüfat fəaliyyətində dərk olunmaqla, şüurlu surətdə istifadə edilməyə əsaslanır, idarəetmə, istehsal münasibətlərinin və proseslərinin məqsədyönlü olması təsiri vasitəsilə həyata keçirilir. İstehsalın idarəetmə münasibətləri geniş anlayış olmaqla idarəetmə metodları, idarəetmə texnikası və idarəetmənin təşkili məsələləri ilə bağlıdır.

Bir çox mütəxəssis alimler idarəetmənin müxtəlif metodlardan ibarət olduğunu iddia edirlər. Bəziləri idarəetmə metodlarını inzibati və elmi metodlar kimi, inzibati, ictimai və iqtisadi metodlar kimi və ya yalnız inzibati və iqtisadi, digərləri isə iqtisadi, inzibati, hüquqi, təşkilati və başqa metodlar kimi təsnilləşdirirlər.



Yüklə 95,92 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə