Kurs iŞİ MÖvzu: İdarəetməNİn metodlari və texnologiyalari



Yüklə 95,92 Kb.
səhifə2/14
tarix06.02.2022
ölçüsü95,92 Kb.
#83502
1   2   3   4   5   6   7   8   9   ...   14
referat 5399

Ədəbiyyat...................................................................

Giriş

Müasir dövrün ən başlıca vəzifəsi sosial-iqtisadi inkişafı təmin etməkdən, iqtisadi potensialı möhkəmləndirməkdən ibarətdir. Həmin vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi idarəetmə fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsini, idarəetmə sahəsində ümumi və xüsusi metodlardan şüurlu, məqsədəuyğun bir halda istifadə edilməsini tələb edir.

İdarəetmənin başlıca əhəmiyyəti idarəetmə proseslərinin dəqiq və düzgün təşkili üçün müasir texnikadan, texnologiyadan, istehsal və əməyin mütərəqqi formasından istifadə edilməsinə şərait yaratmaqdan, qarşıya qoyulmuş məqsədi yerinə yetirmək üçün maksimum fəallıq göstərməyi təmin etməkdən ibarətdir. Metodlar mahiyyətinə görə idarəetmə fəaliyyətinin aləti hesab olunur, idarəetmənin subyekt tərəfini əks etdirir və onlardan müəyyən olunmuş qaydalar və perspektivlər üzrə təcrübədə istifadə edilir.

İdarəetmə metodları təsərrüfatçılığın həyata keçirilməsinə xidmət edir və kompleks idarəçilik funksiyalarının icrası ilə əlaqədardır. Ona görə də əslində idarəetmə metodu – idarəçilik fəaliyyətinin icra edilməsi vasitəsidir.

İdarəetmə metodları çoxcəhətli və müxtəlifdir. Həmin metodlar qlobal və lokal məzmuna malik olmaqla öz konkret məzmununa, onların idarəetmə obyektinə, adamlara təsiretmə xarakterinə, təşkilati formalarına və s. görə fərqlənirlər.

İdarəetmənin metodlarının, xüsusilə iqtisadi, normativ-sərəncam və sosial-psixoloji metodların konkret təsərrüfatçılıq, idarəetmə fəaliyyəti üçün mühüm əhəmiyyəti vardır. Bu metodlar sistemi təsərrüfatçılıq fəaliyyətində başlıca yer tutur və idarəetmə elminin öyrənilməsində vacibdir.

İdarəetmə münasibətlərinin təhlili idarəetmənin bir sıra metodoloji məsələlərini işləyib hazırlamadan mümkün deyildir. Metod ümumiyyətlə, dərk etmə yolu və tədqiqat vasitəsidir, obyekti dərk etmək üçün ayrı-ayrı insanların, kollektivlərin praktiki və nəzəri fəaliyyət bacarığı, hərəkət tərzidir. Metodun əsasını elmi nəzəriyyə təşkil edir. Elmi nəzəriyyə olmadan seçilmiş hər hansı bir metod lazımi səmərə verə bilməz. Metodun özü də müəyyən bir metodologiyaya, elmi dünyagörüşə əsaslanmalıdır. Metodologiya intellektual bir vasitədir. Müəyyən metodlar sisteminə əsaslanmadan idarəetmə münasibətləri, habelə müəssisə və cəmiyyətdə baş verən sosial-iqtisadi proseslər haqqında dəqiq, elmi fikir yürütmək olmaz.


Yüklə 95,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə