Kurikulum 2013- №3 Kur qxd



Yüklə 5,91 Kb.
Pdf görüntüsü
səhifə59/67
tarix07.01.2018
ölçüsü5,91 Kb.
#19874
1   ...   55   56   57   58   59   60   61   62   ...   67

126
Kurikulum. 2013. №3
İnformatika 
(1-ci sinif)
Mövzu:
Kompyuterin әsas hissәlәri.
Mәqsәd:
Dәrsin sonunda şagird kompyu -
te rin әsas hissәlәrini tanıyacaq, onların tәyi -
na tı nı  başa düşәcәk (st.3.1.1, 3.1.3.). 
Resurslar:
Kompyuter, Mimio qurğusu,
pro yek tor.
Dәrsin gedişi:
Kompyuterlә ilk tanışlığa onun hissәlәri -
ni adi әşyalarla müqayisә etmәklә başlamaq
daha mәqsәdәuyğundur. Bu mәqsәdlә hazır -
la dı ğım aşağıdakı slaydı lövhәdә göstәrirәm
vә uşaqlardan soruşuram.
M:
Uşaqlar, o nәdir ki, onunla...
Şagirdlәrә әlavә mәlumat üçün onu da
deyirәm ki, biz bu qurğuya hәr yerdә rast gәlә
bilәrik. Mәsәlәn, xәstәxanalarda, banklarda,
ma  ğa zalar da. Hәtta bizim sinif otağında da bu
qurğudan istifadә edirik. Bundan sonra de 
-
mәk olar ki, şagirdlәrin hamısı «kompyuter»
cavabını verirlәr.
– Düzdür, bu kompyuter qurğusudur. Siz
hәlә bağça yaşlarından kompyuter qurğusu ilә
tanışsınız. Uşaqlar, demәk olar ki, hamınızın
evindә kompyuter var vә siz kompyuteri necә
yandırmaq vә söndürmәk qaydasını da bilirsi -
niz. Biz әvvәlki dәrslәrimizdә öyrәn mi şik ki,
kompyuter hәm dә informasiya ötü rәn qur -
ğudur. Biz kompyuter vasitәsi ilә istә di yi miz
mәlumatları әldә edә bilәrik. İndi siz lövhәdә
kompyuterin şәklini, stolun üstündә isә özünü
görürsünüz.
Mәn indi kompyuteri işә salacam vә sizә
kompyuterin hissәlәri haq 
qın 
da danışacam.
Gәlin baxaq görәk kompyuter hansı hissәlәr -
dәn ibarәtdir (His sә lә ri göstәrә-göstәrә uşaq-
lara danışıram). Uşaq 
lar, kompyuter dörd
әsas hissәdәn ibarәt dir. Bu gördüyünüz qurğu
moni tor adlanır. Biz kompyuterdә gördüyü -
müz işlәri monitor vasitәsilә izlәyә bilәrik.
Mә  sәlәn, әgәr biz şәkil çәkiriksә, onda hәmin
şәkli monitorda görә bilәrik. Yәni kompyu -
terimizdәki  mәlu mat la ra  monitor  vasitәsilә
ba xa  bilәrik.
Bu isә sistem blokudur. Sistem bloku
kom  pyu terin işini idarә edir. Yәni sistem blo -
ku kompyuterin «beyni»dir. Bizim kom pyu -
ter 
dә saxladığımız mәlumatlar da sistem
blokunda saxlanılır. İstәdiyimiz vaxt biz hә -
min mәlumatlardan istifadә edә bilәrik.
Uşaqlar, bu gördüyünüz isә klaviatura ad -
lanır. Klaviatura bizim verәcәyimiz mәlu mat -
la rı kompyuterә daxil edir. Mәsәlәn, әgәr mәn
«Azәrbaycan» sözü yazmaq istәyirәmsә, on -
CƏLALƏ QƏRİBOVA
Bakı şәhәri 35 №-li tam orta mәkrәbin informatika müәllimi
calala.qaribova@mail.ru
Yazı yazmaq olar
Oyun oynamaq
olar
Şәkil çәkmәk olar
Hesablamalar
aparmaq olar
Kinoya baxmaq
olar
Musiqiyә qualaq
asmaq olar


127
Kurikulum. 2013. №3
Dәrs nümunәlәri
da Azәrbaycan sözündәki hәrflәri klaviatu ra
vasitәsilә kompyuterә daxil edә bilәrәm.
Bu әlimdә gördüyünüz isә siçan qurğusu -
dur. Biz siçan vasitәsilә kompyuteri idarә edә,
istәdiyimiz proqramı aça bilәrik.
Uşaqlar, artıq siz kompyuter haqqında
bәzi mәlumatları bildiniz. Mәn bilirәm ki, siz
tapmacaları çox sevirsiniz vә mәn dә sizә
dәrsimizә aid tapmacalar hazırlamışam. Bu
tap 
macaları siz lövhәdә görürsünüz. İndi
mәn bu tapmacaları oxuyuram vә siz mәnә
açmasını deyirsiniz. Siz cavab verdikdәn son -
ra mәn «cavab» yazılan hissәni pozacam vә
düz gün cavabı hamımız görәcәyik. İndi isә
mәn cavabları pozuram vә düzgün cavaba
baxaq. Doğrudur, uşaqlar, siz düz gün cavab
verdiniz.                   
Tapşırıq 1. 
Cavablar:
siçan, monitor, sistem bloku,
klaviatura.
Adәtәn, uşaqlar pazllarla vә tanqramlarla
iş lәmәyә hәvәs göstәrirlәr. Ona görә dә mәn
aşa ğıdakı slaydda bu cür tapşırıq hazırla mı -
şam.
M: 
Uşaqlar, lövhәnin sağ tәrәfindә siz
ki  çik şәkil hissәlәri görürsünüz. Hәmin hissә -
lәri sol tәrәfdә düzmәlisiz. Gәlin, bu hissәlәri
si zin lә bir yerdә düzәk. Sonda baxaq görәk nә
şәk 
li alınacaq. Düzgün cavabı isә «cavab»
ya    zı  lan  hissәnin  üzәrindә  vurmaqla  mәn  yox -
laya cam.
Şәkillәri düzmәk istәyәn şagirdlәr bir-bir
lövhәyә gәlir vә şәklin hissәlәrini yerlәşdirir -
lәr.
M:
Uşaqlar, siz hissәlәri yerlәşdirdiniz nә
şәkli alındı?
Ş:
Kompyuter.
Gәlin cavabı yoxlayaq, baxaq görәk siz
doğ ru cavab vermisiniz?
Cavab yazısının üstündә vururam vә ca -
va bı  yoxlayıram.
M: 
Belәliklә, bu dәrsimizdә kompyuterin
әsas hissәlәrini, onların hansı işi yerinә yetir -
diyini öyrәndik.
Qiymәtlәndirmә dәrs boyu müşahidә yo -
lu ilә vә aşağıdakı meyarlara әsasәn aparılır:
1.
Kompyuterin hissәlәrini tanıyır;
2.
Kompyuterin әsas hissәlәrinin tәyinatı -
nı izah edir.
* * *


128
Kurikulum. 2013. №3
TƏDBİR VƏ SƏHNƏCİK SSENARİLƏRİ
Pedaqoji tәcrübәmә әsaslanaraq demәk
istәyirәm ki, sinifdәnxaric tәdbirlәr (fәndәn
asılı olmayaraq) şagird kollektivinin daha da
möh kәmlәnmәsinә,  әmәkdaşlığın, dәrsә ma ra -
 ğın artmasına kömәk edir. Bu yaxınlarda 7-ci
sinif şagirdlәri ilә sinifdәnxaric tәdbir ke çir -
miş dik. Tәdbir hәm uşaqların, hәm dә dәvәt
olu nan qonaqların çox  xoşuna gәldi. Tәdbir
üçün Power Point proqramında material, 9
slayddan ibarәt video-mahnı-karaokelәr vә s.
hazırlanmışdı. Tәdbirin tәşkilatçısı ki 
mi bu
ssenarini sizinlә paylaşmaq istәdim.
Tәdbiri keçirәcәyimiz böyük bir sinfi
rәng li  kağızlardan  kәsilmiş  gül  appli ka si ya -
lar, şarlarla bәzәmişdik. Tәdbir şagirdlәrin
gә lәn qonaqları «Hello» mahnısı ilә salamla-
maqla açıldı.
Mahnının klipi vә sözlәri karaoke kimi
ol duğundan qonaqlar da bizimlә birgә ma h nı -
nı ifa edirdilәr (Ümumiyyәtlә, tәdbirdә isti fa -
dә edilәn bütün mahnılar karaoke kimi ifa
olu  nurdu). Mәn gәlәn qonaqları uşaqlara (şa -
gird 
lәrin sayından asılı olaraq onlar 2-3-4
qru  pa bölünә bilәrlәr) tәqdim etdim. Müәl -
lim  lәr heyәtindәn ibarәt münsiflәr heyәti tәş -
kil olundu. Münsiflәr heyәti şagirdlәrin düz -
gün vә sәhv cavablarını, fәallığını, ba ca rıq  la -
rı 
nı yumru konfetlәrlә «Sweet» – ballarla
(mun  cuqlardan da istifadә etmәk olar) 7 bal -
lıq sistemlә qiymәtlәndirәcәkdi.                                          
«Hello» mahnısından sonra şagirdlәr
qrup  lara bölündülәr vә mәn onlara uğurlar ar -
zu la yaraq 1-ci tapşırığı slaydda vә iş vәrәq lә -
rin  dә  koman dalara  tәqdim  etdim. 
Bir neçә dәqiqәdәn sonra komandalar iş
vәrә  qindәki sәhvlәri düzәldәrәk onları mün -
sif lәrә tәqdim etdilәr.
2-ci tapşırıq şagirdlәrә tәqdim olundu.
Ko manda üzvlәri şifahi vә ya yazılı olaraq in -
gi liscә 5 rәng, 5 idman oyunu, 5 mәktәb lә va -
zi matı (әşyası), 5 geyim, 5 qida mәmulatı adı
İNGİLİS DİLİ FƏNNİNDƏN 
SİNİFDƏNXARİC TƏDBİRİN SSENARİSİ
RÜHƏNGİZ SÜLEYMANOVA 
Bakı şәhәri 240 №-li tam orta mәktәbin  
ingilis dili müәllimi


Yüklə 5,91 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə