Kurikulum 2013- №3 Kur qxd



Yüklə 5,91 Kb.
Pdf görüntüsü
səhifə61/67
tarix07.01.2018
ölçüsü5,91 Kb.
#19874
1   ...   57   58   59   60   61   62   63   64   ...   67

132
Kurikulum. 2013. №3
Sәhnә açılır. Tıq-tıq xanım fonoqramla
mahnı oxuya-oxuya sәhnәdә gәzir. Xoruz
quqquldaya-quqquldaya Tıq-tıqa yaxınlaşır.
Xoruz: Saçı uzun Suray xanım, boyu uzun
Buray xanım, niyә belә qәmli oxuyursan? 
Tıq-tıq: Ay xoruz qardaş, mәn çox da rı xı -
ram, tәk qalmışam, özümә dost axtarıram. 
Xoruz: Mәndәn yaxşı dostu haradan
tapacaqsan? Gәl gedәk bizim hәyәtә orada
çәpiş, pişik, quzu ilә oynayarsan, heç darıx -
maz san («Xoruz» nәğmәsinin fonoqramı sәs -
lәnir, onlar oxuya-oxuya hәyәtә daxil olur-
lar).
Xoruz: Dostlar, Tıq-tıq özünә dost axtarır.
Gәlin onunla dost olaq, darıxmasın. Pişik mi -
yoldayır vә başı ilә tәsdiqlәyir, quzu mәlәyir,
çәpiş mәlәyir vә deyir: – «Gәlin yanıltmaclar
söy lәyәk,  Tıq-tıq  darıxmasın».
Çәpiş: «Getdim, gördüm bir dәrәdә iki
kar, kor, kürkü yırtıq kirpi var, dişi kar, kor,
kürkü yırtıq kirpi, erkәk kar, kor, kürkü yırtıq
kirpinin kürkünü yamamaqdansa, erkәk kar,
kor, kürkü yırtıq kirpi, dişi kar, kor kürkü yır-
tıq kirpinin kürkünü yamayır» (Bu vaxt xoruz
hәyәti süpürür vә yerdәn sünbül tapır). 
Xoruz: Quqquluqu sünbül tapdım! (Hey -
van lar vә Tıq-tıq qaçıb gәlir vә xorla de yir -
lәr: – «Ver yeyәk!»). 
Xoruz: Olmaz, әvvәlcә sünbülü dәyirma -
na aparıb, üyütmәk lazımdır, kim aparar?
(Heyvanlar hәrәsi bir bәhanә edib gedirlәr
yenidәn yanıltmac söylәyirlәr). 
Pişik: «Aşpaz Abbas aş asmış, asmışsa da
az asmış», «Qırx küp, qırxı da qulpu qırıq
küp» (Bu vaxt xoruz unu dәyirmandan gәtirir
vә dostlarını sәslәyir). 
Xoruz: Quqquluqu unu gәtirdim, kim
xәmiri yoğurar? (Heyvanlar yenә bir bәhanә
edib yenidәn yanıltmac söylәyirlәr). 
Alabaş: «Keçilәr köçürdülәr, küçәdәn
keçirdilәr». 
«Küçük qaçdı küçәyә. Keçilәrin kiçiyi 
Keçi dedi küçüyә, hamı güldü keçiyә».
Xoruz: Dostlar, xәmir hazırdır, kim me -
şәdәn gedib odun gәtirәr? (Heyvanlar yenә dә
bir bәhanә edib yenidәn yanıltmac söy 
lә 
-
yirlәr).
Tıq-tıq: «Ağ Qılquyruq qırqovul, qara
Qıl 
quyruq qırqovulu gördünmü?» (Xoruz
odun şәlәsini gәtirir vә çörәklәri bişirir, çö rә -
yin xoş әtrinә dostlar xoruza yaxınlaşıb ye -
mәk istәyirlәr).
Xoruz: Sünbülü kim tapdı? (Sәn Xoruz).
Dәyirmana kim apardı? (Sәn Xoruz). Xәmiri
kim yoğurdu? (Sәn Xoruz). Meşәdәn odunu
kim gәtirdi? ( Sәn Xoruz). Çörәyi kim bişir di?
(Sәn Xoruz). İndi söylәyin çörәyi kim ye mә li -
dir? (Dostlar utanır vә bir söz demirlәr).
Xoruz: «İşlәmәyәn, dişlәmәz», «Əkәndә
yox, biçәndә yox, yeyәndә ortaq qardaş». 
Tıq-tıq küsür, üzünü yana çevirir. 
Tıq-tıq: Siz 
dәn mәnә dost olmaz, mәn
özümә yeni dost lar axtarmağa gedirәm. 
Tıq-tıq yenә dә mahnısını oxuya-oxuya
gedir vә qarşısına bir keçi çıxır. 
Keçi: Saçı uzun Suray xanım, boyu uzun
Buray xanım, ay nazlı, duzlu xanım, hara
belә? 
Tıq-tıq: Çәrә belә, çürә belә sәnә nә var
hara belә. Özümә dost axtarıram. 
Keçi: Ay Tıq-tıq, gәl sәni aparım mәnim
balalarımın yanına onlarla dost ol, da rıx ma -
dan bütün günü әylәn (Onlar çәpişlәrin ya nı -
na gә lirlәr, çәpişlәr Tıq-tıq xanımı görüb çox
se vin dilәr). 
Çәpiş: Ay Tıq-tıq, bizә mәktәbdә gözәl
şeirlәr öyrәdiblәr, söylәyәk sәn dә qulaq as. 
TIQ-TIQ XANIMIN YENİ SƏRGÜZƏŞTLƏRİ (SƏHNƏCİK)
MƏHSƏTİ RƏHİMOVA
Bakı şәhәri 17 №-li tam orta mәktәbin ibtidai sinif müәllimi 


133
Kurikulum. 2013. №3
Tәdbir vә sәhnәcik ssenarilәri
1-ci çәpiş: (Vәtәnә aid şeir)
Vәtәn, doğma anamsan!
Anamın saf südüsәn.
Anamın süd nәğmәsi,
Oxşaması, ninnisi,
Laylası öyüdüsәn.
Burda yolum oldu tәn,
Varmı bu yoldan ötәn?
Bu dünyada әziz şey
Bir anadır, bir Vәtәn!
Dağ döşündә bitәn çisәk,
Çiçәk üstә düşәn çisәk,
Çiçәklәri qovan külәk – Vәtәndi!
Palıd kökü damar-damar, 
Damarından damcı damar, 
Qaya üstә bitәn mamır Vәtәndi! 
Çiçәklәrin yaz yarışı,
Aşıqların saz yarışı, 
Bu torpağın hәr qarışı – Vәtәndi!
2-ci çәpiş: (Anaya aid şeir)
Əziz ana, can ana,
Gözәl, mehriban ana.
Böyütdükcә bizi sәn, 
Dәn düşür saçlarına.
Anamın özü kimi  
Ana dili müqәddәs.
Damarımızda qandı,
Ciyәrimizdә nәfәs.
3-cü çәpiş: (Müәllimә aid şeir)
Ey hörmәtli müәllim,
Hәr könüldә yerin var.
Hәr kәnddә, hәr şәhәrdә  
Sәnin meyvәlәrin var.    
Əkdiyin ağacların                          
Gülü, çiçәyi solmaz.
Sәnin kimi hәyatda 
Varlı bağban tapılmaz.
Keçi: Əziz balalarım, mәn gedirәm sizә
su, ot gәtirәm, ancaq boz canavar bura lar da -
dır, mәnim mahnımı eşitmәsәniz, heç kәsә qa   -
pı  nı açmayın (Qapı arxasından onları din lә yәn
qurd keçi getdikdәn sonra qapını döyür vә
keçinin nәğmәsini oxuyur). 
Qurd: Şәngülüm, Şüngülüm, Mәngülüm!
Açın qapını mәn gәlim!
Tıq-tıq: Bu sizin ananızın sәsi deyil,
qapını açmayın! 
Çәpişlәr «Bu bizim anamızdır» deyib
qapını açırlar. Qurd çәpişlәrә hücum edir.
Bunu görәn Tıq-tıq oradan da qaçır vә yenә
dә öz qәmli nәğmәsini oxuyur.  Elә bu vaxt
bir qoca Tıq-tıq xanımın qarşısına çıxır. 
Qoca: Saçı uzun Suray xanım, boyu uzun
Buray xanım, nazlı xanım, duzlu xanım, niyә
belә qәmli oxuyursan? 
Tıq-tıq: Özümә dost axtarıram. Xoruzla
dost oldum, mәnә çörәk vermәdi. Onlardan
qaçdım. Keçinin balaları ilә dostluq etmәk is -
tәdim, onları da qurd yedi, qorxudan qaçdım. 
Qoca: Gәl gedәk bizә, mәnim balaca nә -
vәm var onunla dostluq edәrsәn vә darıxmaz-
san. 
Onlar bostanın yanından keçәndә baba
böyük bir turp gördü. Qoca turpu dartdı-dart-
dı turp çıxmadı. 
Qoca: Ay nazlı Tıq-tıq, qaç nәnәni çağır
gәlib kömәk etsin, turpu çıxaraq. 
Tıq-tıq qaçıb nәnәni çağırdı. Belәcә,
hamını bir-bir sәslәdi, nәhayәt, siçan gәldi vә
onlar birlәşib turpu çıxartdılar. 
Tıq-tıq: Ay siçan, mәn sәndә olan gücә
heyran oldum, mәn tәk sәninlә dostluq
edәcәm. 
Tıq-tıqla siçan yenidәn dost olurlar.
* * *


Yüklə 5,91 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə