.
11
“Çövkən-ənənəvi Qarabağ atüstü oynu” isə YUNESKO-
nun təcilli qorunmağa ehtiyacı olan qeyri-maddi mədəni
irs siyahısına daxil edilmişdir. Butun bunlar isə Azərbay-
canın müvcud mədəni sərvətinə aiddir, eyni zamanda həm
də bütün xalqlara və millətlərə, bəşəriyyətə məxsusdur.
Qeyd edək ki, bəşər cəmiyyəti yaranandan indiyə
kimi insanlar həmişə iqtisadiyyatla sıx şəkildə bağlı ol-
muşlar. Din, incəsənət, elm, siyasət və s. icbari fəaliyyət
növləri məhz iqtisadiyyat üzərində yaranmış və inkişaf
edərək formalaşmışdır. Beləliklə, iqtisadiyyat keçmişdə
də, indi də hər bir şəxsin, ailənin, cəmiyyətin həyatına
möhkəm daxil olmuş və insanlar onun mahiyyətini, onu
idarə edən sosial-iqtisadi qanunları daha dərindən dərk
etməyə çalışmışlar. “İctimaiyyətlə əlaqalər” elminin pred-
meti, məhz cəmiyyətin sosial-iqtisadi bazisini (özülünü)
və həmin sahələrdəki olan mövcud münasibətləri əhatə
edir. İqtisadi bazis dedikdə, cəmiyyətin həyatında mühüm
rol oynayan maddi nemətlər istehsalı, onların birgə real-
laşdırılması və çatdırılması mexanizmi və s. başa düşülür.
Bu elmin obyektinə müxtəlif səviyyəli qruplar, kollek-
tivlər, zümrələr, təşkilatlar, sosial təsisatlar, institutlar,
müəssisələr, assosasiyalar, cəmiyyətlər, departamentliklər,
işgüzar biznes və gənclər mərkəzləri, turizm bazaları və
müxtəlif ictimai-iqtsadi formasiyalar və sivilizasiyalar
daxildir.
Bu gün çağdaş dünyanın siyasi arenasında müxtəlif
siyasi proseslərin və ziddiyyətlərin həllində yeni bir müna-
sibət müşahidə edilməkdədir. Onu da qeyd etmək lazımdır
ki, hazırda dünya xalqlarının biri–birinə inteqrasiyasını və
yeni innovasiya proseslərini gercəkləşdirməklə dünyanı
sosial, mədəni, iqtisadi, siyasi cəhətdən inkişaf etmiş döv-
.
12
lətlər səviyyəsinə çatdırmaq mümkündür. Elmi – texniki,
iqtisadi, siyasi tərəqqiyə təkan verən bu proseslərdə qarşı-
ya çıxan problemləri məhz ictimaiyyətlə əlaqələr müstəvi-
sində həll etmək olar. Bu məqsədlə əsasən bəşər tarixinin
və dünyanın iqtisadi inkişaf etmiş ölkələrinin iş təcrübəsi-
nin öyrənilməsi və ölkəyə investisiya qoyuluşlarının ger-
çəkləşdirilməsinin təmin edilməsi ölkə üçün olduqca vacib
prioritet məsələlərdən biri hesab edilməlidir. Bütün bun-
ları isə yalnız mükəmməl və düzgün sosial-iqtisadi və mə-
dəni siyasət yürütməklə əldə etmək mümkündür .
Hazırda ictimaiyyətlə əlaqələr siyasətinin əsas priori-
tetləri – keçmiş nəsillərin yaratdıqları mədəni irsi və
sərvətləri yaşatmaq, onların bizə əmanət qoyduqları mədə-
ni mirası mühafizə etmək, bu irsi yetişməkdə olan nəsil-
lərə daha da zənginləşdirilmiş şəkildə transformasiya et-
mək, eləcə də elmi - texniki, sosial-mədəni fəaliyyət sahə-
sində mövcud real təşəbbüsləri gerçəkləşdirmək və yaxın
gələcəyə daha nikbin və inamla baxmaqdır.
Müasir dövrdə ictimai əlaqələrin tənzimlənməsi və
həyata keçirilməsi, təkcə mövcud problemlərin həll edil-
məsilə və ya da ki, siyasi və mədəni əlaqələrin cəmiyyətə
tətbiq edilməsi ilə məhdudlaşmır. Bu araşdırmalar lazımı
sosial – iqtisadi reallıqları özündə birləşdirməklə bərabər,
həm də ictimai profilli sahələri və tərəfləri də özündə hər-
tərəfli şəkildə əks etdirir . Məhz elə bu baxımdan da “İc-
timaiyyətlə əlaqələr” öz fundamentallığına, mövcud elmi-
texniki, empirik və metodoloji xüsusiyyətlərinə görə digər
sosial-iqtisadi elmlərdən əsaslə şəkildə fərqlənir. Bu kon-
sepsiya özünü nəinki təkcə ictimai praktikada və ya nəzəri
sosial-iqtisadi sahələrdə, həm də bütün sosial-humanitar
elmlər sistemində özünü doğruldur və təsdiqləyir.
.
13
“İctimaiyyətlə əlaqələr” elmi-texniki, sosial-humani-
tar sahələrlə bərabər, cəmiyyətin gələcək perspektivi ilə
bağlı olan problemli sahələri də səciyyələndirir. Bu ba-
xımdan müasir sosial-iqtisadi həyatın istənilən sahəsi
məhz bu fenomenin məzmunu və mövcud ictimai dəyəri
ilə xarakterizə olunaraq qiymətləndirilir.
Müasir cəmiyyətin bütün ictimai, iqtisadi, elmi-tex-
noloji, sosial-siyasi fəaliyyəti olduqca mürəkkəb sturuktu-
ra malikdir. Bu mənada “İctimaiyyətlə əlaqələr” insanın
mədəniyyəti, əxlaqı, mənəviyyatı, etik-estetik xüsusiyyət-
ləri ilə bağlı olan digər fəaliyyət növlərini o cümlədən, is-
tirahət və əyləncəni, təhsili və s. məsələləri də əsas priori-
tet kimi diqqət mərkəzində saxlayır. Bu elm eyni zamanda
xalqların və millətlərin bir çox özünəməxsus xüsusiyyət-
lərini, mültkultural dəyərlərini də nəzərdə tutur.
Hazırda qloballaşma, tolerantlıq və mültikulturalizm
şəraitində mövcud iqtisadi-hüquqi və sosial-siyasi bazanın
yaradılması vacibdir. Bu sahədə ciddi uğurlu nailiyyətlər
əldə etmək üçün isə, ilk növbədə demokratik islahatlara,
hüquqi dövlət quruculuğunun inkişafına böyük ehtiyac
vardır. Bu ehtiyac isə ictimai-iqtisadi əlaqələrdə özünü gü-
nü-gündən daha çox göstərməkdədir. Təbii ki, bu hüquqi
islahatlar sosial-ictimai sahədəki siyasətin səlahiyyət-
lərinin bölünməsi prinsipi əsasında gerçəkləşəcəkdir.
Belə ki, bu gün cəmiyyətimizin digər sosial-iqtisadi
sahələri ilə bərabər, həm də ictimaiyyətlə əlaqələr sahəsin-
də əldə edilən mühüm nailiyyətlər ölkəmizin dövlət müs-
təqilliyinin daha da möhkəmləndirilməsinə hərtərəfli zə-
min yaradır. Xüsusilə də dövlət adamlarının (prezident,
nazirlər, komitə sədrləri və s.) və dövlət qulluqçularının
vaxtaşırı olaraq regionlara ezam edilərək geniş ictimaiyyət
Dostları ilə paylaş: |