Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə3/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   146

təbliğinin  əhəmiyyəti”  və  s.  mövzuların  yer  aldığı  “İcti-



maiyyətlə əlaqələr” dərsliyində bəşər cəmiyyətinin müxtə-

lif inkişaf mərhələləri ilə yanaşı, Azərbaycan xalqının zən-

gin ictimai fikir tarixinə,  habelə  milli-mədəni, sosial-iqti-

sadi dəyərlərinə geniş şəkildə istinad edilmişdir. 

Bu  elm  bəşəriyyətin  tarixi  inkişaf  təcrübəsinin  təh-

lilinə  istinadən  xalqın  həyati  maraqlarını  əks  etdirən  də-

yərlər  sisteminin  formalaşmasına  yardım  edir.  Elmin  bu 

sahəsi  həmçinin  dövlət  quruculuğu  istiqamətində  də  prio-

ritet vəzifələri müəyyənləşdirir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 




I FƏSİL.  KURSUN PREDMETİ, MƏQSƏD VƏ 



VƏZİFƏLƏRİ 

 

1.1.Kursun predmeti, tədqiqiat metodları 

 

Hazırki dövrdə cəmiyyəti öyrənən bir çox sosial-hu-



manitar elmlər mövcuddur: sosiologiya, kulturologiya, et-

noqrafiya,  politologiya,  antropologiya,  arxeologiya,  fəlsə-

fə, tarix, iqtisadi nəzəriyyə və s. Bu elmlər içərisində “İcti-

maiyyətlə əlaqələr”  elminin özünəməxsus yeri vardır. “İc-

timaiyyətlə  əlaqələr”  bəşər  tarixinin  yaranması  ilə  birgə 

meydana  gələn,  cəmiyyət  həyatının  təməlini  təşkil  edən, 

xalqın sosial-iqtisadi  maraqlarını  əks etdirən, dövlətin in-

kişafının  prioritet  istiqamətlərini  müəyyənləşdirən,  insan-

şünaslığa və insanın kamilləşməsinə xidmət edən bir elm-

dir. Cəmiyyətimizin müasir inkişaf mərhələsində ictimaiy-

yətlə  əlaqələrin  öyrənilməsi  və  tədqiqi  mövcud  sivilizasi-

yalar və  insan kollektivləri  üçün aktuallıq kəsb etməkdə-

dir.  Bu  proses  müasir  dövrün  reallıqlarına  və  gercək-

lilklərinə istinad edir. 

 “İctimaiyyətlə əlaqələr” öz predmeti, məqsəd və və-

zifələrinə, tədqiqat metodlarına və  digər mövcud spesifik 

xüsusiyyətlərinə  görə  cəmiyyəti  öyrənən  digər  sosial-hu-

manitar elmlərdən əsaslı şəkildə fərqlənir. Bu elmin qarşı-

sında bir nöqtə  yox, üç nöqtə qoyulmalıdır. Yəni bu elm, 

cəmiyyətdə daima inkişafda və gündəmdə olan elmdir. Bu 

elmə  həm    dünyəvi,  həm  də  azərbaycançılıq  məfkurəsi 

kontekstində yanaşılmalıdır. Hazırda mövcud sahənin təd-

qiqat  obyekti  kimi  ön  plana  keçməsi  məhz  dövrün  real 

tələblərindən  irəli  gəlir  və  başlıca  prioritetə  çevrilir.  Bu 

sahə eyni zamanda milli və beynəlxalq dəyərləri, mövcud 



sosial-iqtisadi  həyat  tərzini,  mənəvi-əxlaqi  xüsusiyyətləri 



özündə əks etdirir. Həmçinin, cəmiyyətdə baş verən qlobal 

problemləri,  innovasiya  və  inteqrasiya  proseslərini,  sosial 

həyatın obyektiv xüsusiyyətlərini, sosial-iqtisadi və mənə-

vi dəyərlərin yaradılması, artırılması və onların  qorunaraq  

formalaşmaqda  olan  gənc  nəslə  obyektiv  şəkildə  düzgün 

ötürülməsi prosesini həyata keçirir. 

  “İctimaiyyətlə  əlaqələr”  fənni  cəmiyyət  həyatında 

mövcud olan hadisələri və prosesləri, dünyagörüşləri, elmi 

təfəkkürün  formalaşmasını  da  özündə  əks  etdirir.  Elmin 

zəruriliyi qloballaşma, inteqrasiya və innovasiya  proseslə-

rində,  o  cümlədən  texnogen  inkişafda  və  kommunikativ 

vasitələrin  tətbiqində  və  davamlı  iqtisadi  inkişafda  xüsusi 

əhəmiyyətə və aktuallığa malikdir. Bu baxımdan dunyada 

baş  verən  qlobal  proseslər  və  hadisələr  iqtisadi  sahədə 

kadr hazırlığının həyata keçirilməsini gerçəkləşdirir.  

Fənnin  tədrisi  iqtisadiyyatın  mahiyyəti  və  inkişafı, 

cəmiyyət  həyatında  onun  rolu,  cəmiyyətdə  şəxsiyyətin 

həlledici  amil  olması,o  cümlədən    etik-əxlaqi  davranış  və 

etiket normaları  haqqında yığcam və aydın təsəvvür yara-

dır.  “İctimaiyyətlə  əlaqələr”fənni  gənclərin  əsl  bir  vətən-

pərvər şəxsiyyət kimi yetişməsində, vətəndaş cəmiyyətinin 

yaradılmasında,  sağlam  ünsiyyətin  və  mənəvi-əxlaqi  də-

yərlərin  qorunmasında,  milli  mentalitetin  və  idarəetmə 

mədəniyyətinin  formalaşmasında  çox  mühüm  sosial-iqti-

sadi və mənəvi funksiyaları yerinə yetirir. Başqa sözlə ifa-

də  etsək,  “İctimaiyyətlə  əlaqələr”  insanın  və  bəşəriyyətin 

qurucu  həyatı,  cəmiyyətin  sosial-iqtisadi  inkişafı  və  mə-

dəni fəaliyyəti haqqında elmdir. 

Bu  gün  dünyada  “İctimaiyyətlə  əlaqələr”  elmi  haq-

qında müxtəlif müqayisəli nəzəriyyələr  və baxışlar möv-




10 


cudur.  Bunlar  olduqca  mübahisəli  və  ziddiyyətlidir.  İstər 

Avropada,  istərsə  də  Şərq  ölkələrində  müxtəlif  alim  və 

tədqiqatçılar  arasında  bu  elm  haqqında  yekdil  bir  fikir  və 

ideya mövcud deyil. Mübahisəli və müqayisəli nəzəriyyə-

lər və ictimai-iqtisadi, siyasi baxışlar mövcud  elmə məhz 

daha  dərin  müstəvidən  və  obyektiv  şəkildə  yanaşmağı 

tələb edir. Bu baxımdan “İctimaiyyətlə əlaqələr” milli dini 

– mənəvi və multikultral cəhətləri və keyfiyyətləri,Vətənə 

məhəbbət, milli birlik, Vətən əxlaqı, milli və ümumbəşəri 

qurur  hissi  kimi  ali  humanist  keyfiyyətləri  də  özündə 

birləşdirir.   

“İctimaiyyətlə  əlaqələr”  fənninin  tədrisində  xalqın 

mifoloji    xüsusiyyətləri  və  mentaliteti,  keçdiyi  inkişaf 

dövrləri,  xalqın milli oyanış tərzi, sosial-iqtisadi maraqla-

rı, milli özünüdərki, həyat və məişəti,  psixologiyası geniş 

bir  şəkildə  ifadə  olunmaqla  yanaşı,  dünyanın,  bəşəriyyə-

tin, milli varlığımızın sərhəd tanımayan ideyaları, o cüm-

lədən  etnoqrafiyası,  dini-etnik  xüsusiyyətləri,  mənəvi-əx-

laqi  təsəvvürləri,  məişət  tərzi,  adət  və  ənənələri  və  s.  öz 

dərin ifadəsini tapır. Bu elm  həyatımız üçün  nə qədər va-

cibdirsə  eyni  zamanda,  bəşəri  və  beynəlmiləldir  və  icti-

maiyyət  üçün  daha  böyük  aktuallıq  kəsb  edir.  Bütün  bu 

cəhətlər mövcüd elmin vacib və prioritet bir sahə olduğu-

nu  təsdiqləyir.  Eyni  zamanda  qeyd  etmək  lazımdır    ki,  

millətlərin  tarixən  yaratdığı  milli  sərvət  və  dəyərlər,  o 

cümlədən sənət əsərləri yalnız bir millətə, bir xalqa və  ya 

bir  etnik  qrupa  yox,  bütün  bəşəriyyətə  və  millətlərə  məx-

susdur. Məsələn, “Lahıc miskərlik sənəti”, “Muğam ifası-

lığı”,  “Aşıq  sənəti”,  “Novruz  bayramı”,”  Xalça  sənəti”, 

“Tar  ifaçılığı”,  “Kəlağayı  sənəti”  YUNESKO-nun  qeyri-

maddi mədəni irs üzrə reprezentativ siyahısında, həmçinin 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə