Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə28/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   146

89 


metodunun  köməyi  ilə  tədqiqatçı  fərdin  indiki  zamanda 

real  davranış  faktlarını  qeyd  edirsə,  sorğu  metodunun 

vasitəsilə  isə  tədqiqatçı  fərdin  keçmişdə  və  hal-hazırda 

davranış  motivləri  və  real  hərəkətləri  haqqında,  onun 

niyyətləri  və  gələcək  planları  haqqında  daha  dolğun  və 

geniş məlumatlar ala bilir. Bu metod vasitəsi ilə tədqiqatçı 

həmçinin  fərdin  subyektiv  rəyləri,  hissləri,  davranış 

motivləri haqqında da daha dəqiq və hərtərəfli informasi-

yaları əldə edə bilir.  

         Sorğu  metodunun  özünəməxsusluğu  ondan  ibarətdir 

ki,  məlumat  mənbəyi  burada  fərdin  şifahi  məlumatları, 

mülahizələri  kimi çıxış edir.  Keçirilmə  üsulu baxımından 

sorğu, bir tərəfdən müəyyən konkret sualları olan tədqiqat-

çıdan,  (o,  bu  suallara  cavab  verməklə  onu  maraqlandıran 

lazımı məlumatları əldə etməyə ümid bəsləyir) digər tərəf-

dən isə həmin suallara cavab verməli olan respondentdən 

ibarətdir.  

 

Tələb olunan məlumatın xarakterinə, onun alınması 



üsuluna  və  təfsir  olunmaq  tipinə  görə  sorğu  aşağıdakı 

növlərə bölünür: 

1.

 

anket sorğusu;  



2.

 

müsahibə; 



3.

 

sosiometrik sorğu. 



Əsas toplunun əhatəetmə dərəcəsinə görə sorğular tam 

və seçkili olur. Tam sorğu aparılarkən sorğudan müşahidə 

vasitəsi  kimi  istifadə  edilir.  Yəni  burada  rəyi  soruşulan-

ların  sayı  öyrənilən  əsas  toplu  üzvlərinin  sayına  bərabər 

olur.  

Seçkili  sorğuda  rəyi  soruşulanların  sayı,  öyrənilən  



toplu  insanların  sayının  yalnız  müəyyən  bir  hissəsi  əhatə 

olunur.  Keçirilmə  üsuluna  görə  anket  və  ya  müsahibə 




90 


metodlarının tətbiqi ilə aparılan sorğu həm fərdi bir şəxsə 

yönəldilən,  həm  də  bir  neçə  adamdan  ibarət  qrupa 

yönəldilə bilər. Keçirildiyi formasına görə sorğu şifahi və 

yazılı  ola  bilər.  Birinci  halda  respondentin  cavabları 

tədqiqatçı  tərəfindən,  ikinci  halda  isə  respondentin  özü 

tərəfindən qeydə alınır.  

          Beləliklə,  bu  gün  deyə  bilərik  ki,  ictimaiyyətlə 

əlaqələrdə  sosioloji  tədqiqatların  rolu  olduqça  böyük  və 

əhəmiyyətlidir.  Çəmiyyətdə  bu  tədqiqatların  düzgün  və 

obyektiv  şəkildə  aparılması  isə  hər  bir  şəxsdən  və 

sosioloqdan  böyük məsuliyyət və cavabdehlik hissi tələb 

edir. 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




91 


IV FƏSİL. İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR 

İDARƏETMƏDƏ ƏSAS PRİORİTET 

İSTİQAMƏTLƏRDƏN BİRİ KİMİ 

 

4.1. İctimaiyyətlə əlaqələrin təşkilinin sosial-iqtisadi və 

kulturoloji əhəmiyyəti 

 

Hər bir ölkədə milli iqtisadiyyat bütövlükdə mövcud 



dövlət üçün əsas prıoritet   hesab edilir. Bütün dövlətlərdə 

iqtisadiyyatın  son  nəticə  etibarı  ilə  başlıca  məqsədi  və 

vəzifəsi  öz  ölkəsinin  qüdrətini  artırmaq,  vətəndaşlarının 

maddi  və  mənəvi  ehtiyaclarını  və  mövcud  tələbatlarını 

ödəmək və vəziyyəti daha da  yaxşılaşdırmaqdan ibarətdir. 

Bu  baxımdan  ictimaiyyətlə  əlaqələrin  təşkili  və  idarə 

edilməsi  hazırda  mühüm  sosial-iqtisadi  və  kulturoloji 

əhəmiyyət kəsb edir. Bu gün əlaqələrin təşkilində iqtisadi 

amillər  və  göstəricilərin  tətbiqi  idarəetmədə  başlıca 

xüsusiyyətlərdən biri kimi qəbul edilir. Belə ki, idarəetmə 

fəaliyətinin  tənzimlənməsi  prosesində  mövcud  mühitin 

öyrənilməsi  və  müvafiq  sosial-iqtisadi  tədbirlərin  görül-

məsi  müəyyən  sosial  araşdırmaların  aparılmasını  tələb 

edir. Bu baxımdan kulturoloji mədəni fəalyyət istiqamətlə-

rin köməyindən istifadə olunması və tətbiqi, ictimaiyyətlə 

əlaqələrin qurulmasında və cəmiyyətin inkişafında mühüm 

əhəmiyyət kəsb edir.  

Hazırda  normal,  demokratik  inkişaf  edən  ölkələrdə 

vətəndaşların  daim  artmaqda  olan  maddi  və  mənəvi 

tələbatlarının getdikcə dolğun ödənilməsi iqtisadi inkişafın 

yenilməz  məqsədi  hesab  edilir.  Bu  isə  bilavasitə  ölkənin 

maddi-texniki  bazasının  daima  möhkəmləndirilməsindən, 

istehsal qüvvələrinin vüsətli inkişaf etdirilməsindən, mad-



92 


di və qeyri-istehsal sahələrinin və özəl sektorun durmadan 

artırılmasından, geniş təkrar istehsalın təmin edilməsindən 

bilavasitə  asılıdır.  Əgər  bunlar  dinamik  şəkildə  həyata 

keçərsə, elə ilk növbədə iqtisadiyyatın özü də inkişaf edə-

rək möhkəmlənər və inteqrasiya edər.  

Hazırda sosial-iqtisadi və mədəni səviyyənin yüksəl-

dilməsinə çoxlu amillər təsir göstərsə də, bunların içərisin-

də  ən  mükəmməl  texnika  və  texnologiya  yaratmaq  və 

cəmiyyətə  tətbiq  etmək  ən  öndə  duran  məsələlərdən  biri 

hesab edilir. Bu gün hər bir millət yeni, mükəmməl texni-

ka  və  texnologiyanın  yaradılmasında  həm  iştirak  etməli, 

həm  də  başqa  millətlərin  yaratdıqlarından  faydalanmağı 

bacarmalıdır.  Hazırda  ETT-nin  vahid  sərhəddi  yoxdur  və 

o,  beynəlmiləl  xarakter  daşıyır.  Müasir  elm  və  texnikada 

yenilik  yaratmaq,  onları  təkmilləşdirmək,  həm  də  dünya 

xalqlarının  yaratdıqlarından  istifadə  etmək  üçün  ictimai 

əlaqələri daha yaxşı bilmək lazımdır. İdarəetmədə elə uğur 

qazanmağın özü də İKT-nin yüksək inkişaf səviyyəsindən 

daha  çox  asılıdır.  Belə  ki,  XXI  yüzilliyi  kompüterləşmə, 

İKT əsri adlandırırlar. Bilmək vacibdir ki, bu gün ETT-nin 

beynəlmiləl xarakteri milliliklə çulğalaşır. Hər bir millətin 

ictimai əlaqələri xalqın mentaliteti, mənəvi əxlaqi dəyərlər 

sistemi  ilə  bilavasitə  bağlıdır.  Bu  gün  mənəvi  tələbat 

xalqın maddi tələbatından az əhəmiyyət kəsb etmir. Çünki 

iqtisadiyyat sağlam mənəviyyatın formalaşmasına müsbət 

təsir göstərdiyi kimi,  mənəviyyat da iqtisadiyyatın inkişa-

fını  irəlilədir.  Bazar  iqtisadiyyatı  istiqamətində  inkişaf 

edən  demokratik  ölkələr  üçün  iqtisadi  fəaliyyət,  söz, 

mətbuat, dini azadlıqlar xarakterikdir. Bu baxımdan xalqın 

mədəni  səviyyəsini  yüksəltmək  bu  gün  idarəetmənin 

bilavasitə başlıca  məqsəd və vəzifələrinə aid edilir. 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə