Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə23/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   146

74 


xüsusi diqqət yetirilməlidir. Fərziyyənin formula edilməsi 

sosial-iqtisadi tədqiqatlarda mühüm yer tutur.  

 

Tədqiqatın ikinci mərhələsi, eksperimental xarakter 



daşıyır. Bu mərhələdə tədqiqatın metodikası reallaşdırılır. 

Tədqiqatın  üçüncü  mərhələsində,  tədqiqat  materialları 

kəmiyyət  baxımından  təhlil  olunur.  Tədqiqatın  dördüncü 

mərhələsində  isə,  materiallar  sosial  nəzəriyyə  əsasında 

şərh  edilir,  nəticə  etibarilə  fərziyyənin  düzgünlüyü  və  ya 

səhv olması  konkret olaraq aydınlaşdırılır.  

 

3. 2. Sosioloji tədqiqatların təşkilinin əsas 

xüsusiyyətləri 

 

 

Sosioloji  tədqiqatlar  məntiqi  ardıcıllığa  malik  və 



ümumi  məqsədlə  öyrənilən hadisə  və  ya  proses haqqında 

maksimal  dərəcədə  etibarlı  məlumatlar  toplamaq  üçün 

aparılan  konkret  əməliyyatlar  sistemidir.  Bu  əməliyyatlar 

vahid sistem halında, yəni tədqiqat proqramı əsasında apa-

rılır. Yalnız metodoloji və metodik cəhətdən düzgün tərtib 

edilmiş  proqram  tədqiqatın  yüksək  səviyyədə  aparılması-

nın rəhni ola bilər.  

 

Sosioloji  tədqiqatın  proqramı  elmi  axtarışın  meto-



doloji və prosedur şərtlərini özündə cəmləşdirən sənəddir. 

Bu sənəddə tədqiqatin metodoloji şərtləri, məqsəd və vəzi-

fələri,  sosioloji  informasiyanın  toplanması  və  işlənməsi 

qaydaları və s. öz əksini tapır. Sosioloji tədqiqatın proqra-

mında ümumi dialektik metodla xüsusi sosioloji metodlar, 

ümumsosioloji  nəzəriyyə  ilə  öyrənilən  sosioloji  faktlar, 

sosioloji  idrakın  obyekti  ilə  subyekti,  məzmununu  təşkil 

edən  elementlər,  obyektin  öyrənilməsi  prosesində  bir-biri 

ilə  qarşılıqlı  təsirdə  olan  tədqiqatçı  qruplar  və  ayrı-ayrı 



75 


icraçılar,  tədqiqatçılarla  sosioloqların  tövsiyələrini  həyata 

keçirən  konkret  şəxslər  öz  əksini  tapır.  Bu  proqramda 

həmçinin  tədqiqatın  aparılması  üçün  zəruri  olan  sosioloji 

bilik  və  vərdişlərin  quruluşca  təşkili  də  öz  əksini  tapır, 

nəzəri nəticələr almaq və əməli tövsiyələr hazırlamaq me-

xanizminin  əsası  qoyulur.  Sosioloji  tədqiqatların  ciddi 

mərhələliklə  aparılması  prinsipi,  proqramın  struktur  və 

məzmununa yeni tələblər irəli sürür.  

 

Sosioloji  tədqiqatın  proqramı  metodoloji  və  pro-



sedur  (əməli)  hissələrdən  ibarətdir.  Metodoloji  hissədə 

araşdırılan məsələlər əsasən aşağıdakılardır: 

-

 

Tədqiqatın  probleminin  ifadə  edilməsi,  obyekt  və 



predmetinin müəyyənləşdirilməsi; 

-

 



Tədqiqatın  məqsəd  və  vəzifələrinin  müəyyənləşdi-

rilməsi; 

-

 

Məfhumların təfsiri və əməliyyatlaşdırılması; 



-

 

Tədqiqat obyektinin ilkin sistemli təhlili



-

 

Hipotezlərin irəli sürülməsi. 



   Proqramın prosedur  (əməli) hissəsinə isə bunlar da-

xildir: 


-

 

Müşahidə vahidlərinin seçilməsi; 



-

 

Empirik  məlumatların  toplama  metodları  və 



texnikasının müəyyən-ləşdirilməsi; 

-

 



Tədqiqatın strateji və işçi planının tərtib edilməsi.  

Tədqiqatın  keçirilməsi  və  proqramın  tərtibi,  mövcud 

problemin düzgün qoyulmasından başlanır. Tədqiqatda so-

sial  problem  təzahür  və  ya  prosesin  müəyyən  tərəflərinin 

(kəmiyyət  və  keyfiyyət  xarakteristikaları)  bir  növ  bilmə-

məzliyi haqqında bilik vəziyyəti kimi çıxış edir. Reallığın 

özündə  mövcud  olanı,  bizi  əhatə  edən  həyatda  kütləvi 

xarakter  daşıyan  və  böyük  sosial  qrupların,  yaxud  sosial 




76 


institutların  maraqlarına  toxunan  ziddiyyətli  vəziyyəti 

sosial problem adlandırırlar.  

Sosioloji problemlər tarixən, yəni bəşəriyyət yaran-

dığı vaxtdan bəri mövcuddur. Bu gün bu problemlərin el-

mi  araşdırılmasında  sosial  institutların  da  üzərinə  böyük 

məsuliyyət  və  cavabdehlik  düşür.  Uzun  illər  ərzində  cə-

miyyəti  təhlil  və  təsvir  edən  mütəfəkkirlər  araşdırmalar 

nəticəsində əldə etdikləri bilikləri məhz sosiologiya adlan-

dırmışlar.  Qədim  dünyanın  görkəmli  filosofları  Sokratın, 

Platonun,  Aristotelin  əsərlərində  də,  orta  əsr  mütəfəkkiri 

İbn  Xəldunun  yazılarında  da,  daha  sonrakı  dövr  alimləri 

Montenin,  Paskalın,  Monteskyenin,  Hobsun  və  digərləri-

nin  tədqiqatlarında  da  sosioloji  məzmun  daşıyan  cox 

dəyərli ideya və fikirlərə rast gəlirik.  

Bu  gün  cəmiyyəti  sosioloji  tədqiqatlarsız  təsəvvür 

etmək,  araşdırmalar  aparmamaq  ictimai  rəyin  formalaş-

masına  öz  mənfi  təsirini  göstərir.  Belə  ki,  araşdırmalarda 

tədqiqatların  özünəməxsus  spesifik  xüsusiyyətləri  möv-

cuddur  ki,  bunlar  ictimai  əlaqələrdə  insan  və  şəxsiyyət 

amilini ön plana çəkir. Bu gün sosioloji tədqiqatlar forma 

və  metodları  ilə  müasir  dövrün  əsas  prioritet  istiqamət-

lərindən  birinə  çevrilib.  Xüsusilə sorğu,  anket,  müşahidə, 

eksperiment,  debat  və  s.  metodlar  ictimai  əlaqələrdə  sağ-

lam  ünsiyyətin  və  milli  mentalitetin  formalaşmasında  ən 

vacibli amillərdən biri hesab edilir. Ən başlıca cəhətlərdən 

biri, bu gün tədqiqatların xüsusi plan və konkret proqram 

əsasında tərtib edilməsidir. Burada sosial proqramlaşdırma 

da öz müsbət nəticəsini göstərir.  

 

Sosiolji  tədqiqatlar apararkən həm şəxsiyyətin fəa-



liyyətinin  və  sosial  davranışının  xarakteri  və  tələbatı 

dəqiqləşdirilir, həm də bu tələbatın  ödənilməsinin təcrübi 




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə