Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə135/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   131   132   133   134   135   136   137   138   ...   146

440 


giyasına  uyğun  olaraq  mədəniyyətin  və  incəsənətin  elmi 

mahiyyətini  və  tarixi  köklərini  tədqiq  edərkən  mövcud 

quruluşun  ideoloji  tələblərindən  kənara  çıxa  bilməmişlər. 

Eyni zamanda onların sosial-iqtisadi sahələrdə apardıqları 

tədqiqatlar  da  rus  adət  və  ənənələri,  sosializm  realizmi 

məkanı daxilində öz həllini tapmışdır.   

Onu da qeyd  edək  ki,  sovet  məkanında adət  və ənə-

nələrimiz sırf ideoloji  baxımdan tədqiq edilmiş, mədəniy-

yətin  və  incəsənətin  dini  təfəkkürlə  əlaqələndirilməsinə 

qadağalar qoyulmuşdur.  

Bu  gün  adət  və  ənənələrin  tarixi  yaradıcılıq  təcrü-

bəsini nəsildən-nəslə ötürmək xüsusiyyətləri müasir mədə-

niyyət  və  incəsənətin  daha  da  zənginləşməsinə  və  inkişa-

fına  kömək  edən  elmi-nəzəri,  ənənəvi  vərdiş  və  biliklərə 

yiyələnmək vasitəsi kimi xüsusi əhəmiyyət kəsb edir. Mə-

dəniyyət  və  incəsənət  tariximizin  müəyyən  dövrlərinə  və 

həmin  dövrlərdə  yaranmış  nümunələrə  elmi  təhlil  baxı-

mından istinad nəticəsində gələcəkdə aparılacaq yeni təd-

qiqatlar  üçün  də  zəngin  təcrübi  yaddaş  toplusu  meydana 

çıxır. Eyni zamanda müasir dövrdə mədəniyyət və incəsə-

nət sahəsində yaranmış yeniliklərin milli-ideoloji məzmun 

fərqləri, türk dünyası məkanındakı əhəmiyyəti, dünyəvilik 

baxımından elmi şərhi nəzəri-təcrübi əhəmiyyət kəsb edir. 

Adət  və  ənənələr  bəşəriyyətin  təkamül  prosesini 

özündə  əks  etdirir,  bütün  dövrlərdə  cəmiyyətin  sosial-iq-

tisadi və mədəni tərəqqisinin gostəricilərindən biri kimi çı-

xış edir.  Bir çox elmi  ədəbiyyatlardan  məlumdur ki,  adət 

və  ənənələrin  təkamülü  insan  cəmiyyətinin  üst  paleolit 

dövründən başlamış, həyat tərzi, sosial qurumlar dəyişdik-

cə  onlar  da  inkişaf  etmiş,  modernləşərək  zənginləşmişdir. 

Ən  maraqlısı  odur  ki,  adət  və  ənənələr,  o  cümlədən  bay-



441 


ram  və  mərasimlər  insan  həyatının  sosial  mənəvi  tərəf-

lərini  özündə  cəmləmiş,  mühafızə  edərək  əsrlərdən-əsr-

lərə, nəsildən-nəslə, qərinələrdən-qərinəyə ötürə bilmişdir. 

Xüsusilə, bir çox sosial-mədəni vərdişlərlə yanaşı, ədəbiy-

yatın,  musiqinin,  teatrın  müxtəlif  folklor  nümunələrinin 

xəzinəsinə  çevrilmişdir.  Elə  buna  görə  də,  bəşər  tarixinin 

müxtəlif  dövrlərində  adət  və  ənənələr  dünya  alimlərinin 

diqqətini özünə cəlb etmişdir. 

Hələ qədim dövrün və orta əsrlərin görkəmli filosof-

ları  Platon,  Aristotel,  Demokrit,  Epikur,  Lametri,  Didro, 

Helvetsi və başqaları öz əsərlərində adət və ənənələr haq-

qında maraqlı fıkirlər söyləmişlər. Məsələn, qədim yunan 

filosofu  Platon  bayramları  dövləti  sabit  saxlaya  bilən  bir 

alət kimi təsvir etmiş, tərbiyə prosesində buraxılan qüsur-

ları  bayramlar,  adət  və  ənənələr  vasitəsilə  düzəltməyin 

mümkünlüyünü  söyləmişdir.  Aristotel  isə  insanların  bay-

ram  keçirtmək  haqqı  olduğunu  deyir  və  bu  haqqı  onların 

əlindən almağın mümkünsüzlüyünü söyləyirdi. 

Alimlərin  apardıqları  tədqiqatlara  görə  hələ  ibtidai 

icma  quruluşunda  ictimai  şüurun  bütün  formaları  ilkin 

olaraq  adət  və  ənənə  şəklində  özünü  büruzə  verirdi.  Adət 

və  ənənələr  bütövlükdə  ictimai  şüurun  bütün  funksiyala-

rını  özündə  cəmləşdirirdi.  Xüsusilə,  dini  və  bədii  şüurun 

əsasını qoyur və onu əbədi olaraq mühafizə edib, yaşadır-

dı.  Bu  da  ondan  irəli  gəlirdi  ki,  adət  və  ənənələr  çox  za-

man dəyişməz qanun funksiyasını yerinə yetirir, insanların 

fəaliyyətini tənzimləyirdi. Bununla əlaqədar olaraq qədim 

dövr  tədqiqatçılarından  biri  olan  L.  Morqan  yazırdı:  “Qə-

bilə qaydaları, qanun gücünə malik adətlər idi”.  

Ən maraqlısı odur ki, dünya xalqlarının bir çox milli 

adət  və  ənənələrinin  ilk  təşəkkülü  də  qədim  dövrlərdən 



442 


başlamış,  onların bu adət və ənənələrə bağlılığından irəli 

gələrək, ictimai şüurun bütün sahələrində varislik prinsipi 

dəyişməz olaraq qalmışdır. Qədim dövrdə insanların asudə 

vaxt  çoxluğunun  onların  yaradıcılıq  imkanlarını,  əylən-

mək,  oynamaq,  mənəvi  tələbatlarla  məşğul  olmaq 

vərdişlərini artırırdı.

116

 

 



15.2. Adət və ənənələrin inkişaf dialektikası 

 

Adət  və  ənənələrin  dialektikası  onların  bütün  dövr-

lərdə  ardıcıl  olaraq  təkamül  etməsindən  ibarətdir.  Cəmiy-

yətin bütün sahələrində olan dialektik inkişaf ilk növbədə 

adət və ənənələrdə, onların bədii-estetik dəyərlərində yara-

nan yeniliklərdə özünü büruzə verir. Bu yeniliklər ənənəvi 

qaynaqlardan bəhrələnsələr də, onlar formaca müasirləşir, 

insanların mövcud tələblərinə uyğunlaşır. Müasirlərimizin 

bədii-estetik  tələbatlarının  dəyişməsi  ənənəvi  incəsənətin 

də  forma  və  məzmununa  təsir  edir.  Yeni  mahnılar,  yeni 

geyim  mədəniyyəti  formalaşır.  Bu  yeniliklər  bəzi  dəbin 

dəyişməsi ilə də əlaqələndirilir. Lakin əslində dəbin dəyiş-

məsi özü də ənənənin təkamülündən asılıdır. Eyni zaman-

da ənənənin təkamülü  prosesində estetik baxışların səviy-

yəsi  də  xüsusi  rol  oynayır.  Fikrimizi  daha  da  dəqiqləş-

dirmək üçün bir sıra tarixi həqiqətlərə diqqət  yetirək. Qə-

dim  daş  dövründə  yaşayan  insanlar  çox  primitiv  musiqi 

alətləri yaradır, mərasim və bayramlarda məhdud ritmlərlə 

öz mahnılarını ifa edirdilər. Rəqsləri isə əsasən ritmik qay-

dalarla  müşayiət olunurdu. Lakin zaman  keçdikcə  musiqi 

                                                 

116


İlqar Hüseynov,Tural Əfəndiyev. Kulturologiya Tarixi Bakı, Mars-Print, 

2012. səh. 78 




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə