Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə134/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   130   131   132   133   134   135   136   137   ...   146

436 


etmişdir, lakin onları mənimsəmək və burada verilən töv-

siyələrdən  məhz  düzgün  istifadə  etmək  olduqca  va-

cibdir.”

115


  

Dövlət və qeyri - dövlət təşkilatlarının idarəedilməsi 

zamanı rəhbər və işçilər arasındakı münasibət təşkilat mə-

dəniyyəti  prinsipinə  əsaslanmalıdır.  Bu  nöqteyi-nəzərdən 

də rəhbərlik öz təşkilatının işçilərinə yüksək mədəniyyətlə 

yanaşmalı, tarixən formalaşan mənəvi-əxlaqi  dəyərləri və 

normaları qoruyub saxlamağı bacarmalıdır.Təşkilatın rəh-

bərliyi, habelə işçilərin içtimai və  sosial-iqtisadi vəziyyə-

tinin yaxşılaşdırılması üçün lazımı olan tədbirləri görməli, 

işçilərin  göstərdiyi  yüksək  nailiyyətləri  dəyərləndirməli, 

eyni  zamanda  əməkdaşların  işləməsi  üçün  lazımı  olan 

şəraiti  qurmalı  və  məhsuldar  işləmək  üçün  maddi  maraq 

hissi oyatmalıdır.  

  

 

 

 

 

 

 

 

 

 

 

 

                                                 

115

 

Yusifova  S.  Liderlik:  nəzəri  baxışlar  və  funksiyaları.  “Multikulturalizm 



prosesləri  qloballaşma  şəraitində”  mövzusunda  beynəlxalq  konfransın 

materialları. Bakı, 2014. Səh.64

 

 



437 


XV FƏSİL. İCTİMAİYYƏTLƏ 

ƏLAQƏLƏRDƏ MİLLİ ADƏT-

ƏNƏNƏLƏRİMİZİN VƏ MƏNƏVİ-ƏXLAQİ 

DƏYƏRLƏRİMİZİN TƏBLİĞİNİN 

ƏHƏMİYYƏTİ 

 

15.1. İctimai fikir tarixində adət və ənənələrin yeri 

 

Milli  adət  və  ənənələrin  öyrənilməsi  və  onların  mə-

nəvi-iqtisadi, ictimai dəyərlər sistemindəki rolu və tədqiqi 

həmişə aktual olmuşdur. Çünki mill adət və ənənələr tari-

xin bütün mərhələlərində ictimai, iqtisadi və mədəni tərəq-

qinin  əsas  göstəricisi  kimi  nəzərə  carpmışdır.  Cəmiyyət 

inkişaf  etdikcə  adət  və  ənənələr  də  ayrı-ayrı  quruluşların 

ictimai-siyasi xüsusiyyətlərinə bu və ya digər formada in-

teqrasiya  etmişdir.  Buna  görə  də  hər  bir  ictimai-siyasi 

quruluş  həm  bütövlükdə  adət  və  ənənələrə,  həm  də  onun 

mənəvi-bədii  dəyərlərinə  öz  möhürünü  vurmuşdur.  Cə-

miyyət dəyişdikcə adət və ənənələr də təkmilləşmiş, millə-

tin, xalqın yaradıcılıq nümunələrini yaşatmış və nəsildən-

nəslə  ötürmüşdür.  Yeni  yaranan  hər  bir  mənəvi  dəyər  isə 

tarixi  ənənələrimizin  varisi  kimi  təşəkkül  tapmışdır.  Bu 

səbəbdən də bütün dövrlərin adət və ənənələrində baş ve-

rən  yeniliklərin, istiqamətlərin öyrənilməsinə, əldə olunan 

tarixi  təcrübənin  müasir  sosial-iqtisadi  və  ictimai  elmlərə 

şamil edilməsinə böyük ehtiyac vardır. 

Bildiyimiz kimi, uzun  illər ərzində öz  müstəqilliyini 

itirmiş Azərbaycan xalqının bir çox milli-mənəvi dəyərləri 

deformasiyaya məruz qalmış, tarixin yalnız şifahi yaddaşı-

na çevrilmişdir. Keçmiş Sovet dövlətinin kommunist ideo-

loji  mühiti  isə  dini-milli  adət  və  ənənələrimizin  öyrənil-




438 


məsinə  və  təbliğinə  qadağlar  qoymuşdur.  Yeni  adət  və 

ənənələr adı altında əsasən sosialist həyat tərzinin mahiy-

yətini və məzmununu ifadə edən ideoloii, siyasi xarakterli 

mənəvi cəhətlər diqqət mərkəzinə çıxarılmışdır. Sözsüz ki, 

xalqımıza, onun milli xüsusiyyətlərinə və iradəsinə uyğun 

olmayan  cəhətlər  də  hakim  zümrələr  tərəfindən    sosial-

iqtisadi mühitə diktə edilmişdir. Xüsusilə, Sovet məkanın-

da  mədəniyyət  və  incəsənət  kommunist  əxlaqı  prinsiplə-

rinin emosional vasitələrinə çevrilmişdir. Mədəni inkişafın 

sosialist realizmi metoduna, üslubuna uyğunlaşdırılmasına 

üstünlük verilmişdir. Ancaq bu dövrdə də Azərbaycan sə-

nətkarları tarixi varislik prinsipindən imtina etməmiş, mil-

li-ənənəvi  keyfiyyətləri  müasirləşdirməyi,  onları  iqtisadi-

mənəvi  stimula  çevirməyi  bacarmışlar.  Yəni  mədəniyyət 

və  incəsənət  ənənəvi  olaraq  bədii-estetik  mahiyyətini  itir-

məmiş,  keçmiş  irsimizin  tarixi  təcrübəsindən  bəhrələnə 

bilmişdir. Təbii ki, bu bəhrələnmə əsasən empirik anlayış-

larda  daha  çox  nəzərə  çarpmış,  rasional  təfəkkürdə  isə 

dini-milli olana qarşı cəmiyyətin siyasi, ideoloji baxışları-

na  uyğun  olaraq  yanaşılmışdır.  Xüsusilə,  iqtisadiyyat  və 

mədəniyyətşünaslıq  elmləri  sahəsində  tarixi-ənənəvi  təc-

rübənin  nəzəri  problemlərinin  öyrənilmə  metodları  sosia-

lizm  realizmi  metodları  və  yanaşma  tərzi  ilə  məhdud-

laşdırılmışdır.  Bu  da  sosial-iqtisadi,  mədəni-mənəvi  təka-

mülün  tədqiqinin  ideoloji  baxışlara  uyğunlaşdırılmasına 

təminat  yaratmışdır.  Halbuki,  hələ  vaxtilə  G.V.Plexanov 

incəsənətin  estetikası  və    sosiologiyasını  şərh  edərkən  es-

tetik  zövqün  və  estetik  qiymətləndirmənin  tarixiliyini  xü-

susi olaraq qeyd etmişdir. 

Azərbaycan  mədəniyyəti  və  incəsənəti  hələ  qədim 

daş  dövründən  başlayaraq  bəşər  tarixinin  bütün  ictimai, 



439 


siyasi,  iqtisadi,  bədii-estetik  xüsusiyyətlərini  özündə  əks 

etdirmişdir. Pedaqoq-kulturoloq alim Ələkbər Məmmədo-

vun  təbirincə  desək,  “Milli  adət  və  ənənələr,  mərasimlər 

xalqımızın milli sərvətidir. Onları öyrənmək, öz əməli fəa-

liyyətlərində  ləyaqətlə  yaşatmaq  hər  bir  tədris-tərbiyə 

müəssisəsinin,  hər  bir  Azərbaycanlının  müqəddəs  bor-

cudur”. 

Tədqiqatçı alim Mübariz Süleymanlı öz araşdırmala-

rında  həmin  dövrün  mahiyyətini  şərh  edərək  yazmışdır: 

“Türk  xalqlarını bir-birindən təcrid  etmək, ictimai fikirdə 

bu  xalqların  qədimliyinin  möhkəmlənməsinə  imkan  ver-

məmək  sovet  ideologiyasının  da  başlıca  cəhətlərindən 

idi”. 

Məhz elmə, mədəniyyətə qarşı olan ideoloji yanaşma 



tərzi  elmi  təhlildə  qeyri-obyektiv  münasibətlər  doğurmuş, 

adət  və  ənənələrin  bədii-estetik  mahiyyətini,  milli-tarixi, 

təcrübi  əhəmiyyətini məhdudlaşdırmışdır.  

Hazırkı dövrdə Azərbaycanın milli adət və ənənələri-

nin bədii-estetik mahiyyətinin öyrənilməsinə, tarixi köklə-

rimizin  milli  mentalitetlə  bədii-emosional  xüsusiyyətləri-

nin vəhdətinin tədqiqinə böyük ehtiyac vardır. 

Azərbaycanın mədəniyyət və incəsənəti qədim tarixi 

köklərə malik olduğundan bəşəri təkamülün bütün mərhə-

lələrində  ənənəvi  milli  yaradıcılıq  prinsiplərini  qorunub 

saxlamış və sənətin müasir mərhələsində də varislik amili 

öz  əhəmiyyətini  itirməmişdir.  Lakin  incəsənətin  adət  və 

ənənələrlə  qarşılıqlı  əlaqələrinin  öyrənilməsinə  müəyyən 

obyektiv səbəblərə görə az diqqət  yetirilmişdir. Rus alim-

lərindən  D.M.Uqrinoviç,  V.A.Zots,  A.S.Vıqodskiy,  P.S. 

Quryeviç, 

M.S.Kaqan, 

I.N.Krotova, 

A.A.Leontyev, 

Y.İ.Smirnova  və  başqaları  marksizm-leninizm  metodolo-




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə