Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə18/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   14   15   16   17   18   19   20   21   ...   56

Müstəqillik dövrü Azərbaycan romanı
55
ciəyə 38-ci il faciəsinə abidə qoyan da yoxdu, 37-dən çox 
yazılıb, 38-dən yox» (34, s. 120-121) . 
Romanda Azərbaycanın parçalanması tarixinə diqqət ye-
tirilmiş, baş verən faciələrin buradan qaynaqlandığı qeyd 
olunmuşdur. Yazıçı Azərbaycan xalqının köçkün və qaçqın, 
mühacir həyatı yaşamasının, doğma yurdundan ayrı salınaraq 
qürbətə üz tutmasının əsas səbəbini ölkənin İran və Rusiya im-
periyaları arasında parçalanmasında görür. Müəllifi n qənaətin-
cə, vahid dövləti, bütöv ərazisi olmayan xalq sərgərdan həyat 
sürməyə məhkumdur: «Ata o tayda, Araz bayatıları oxuyurdu, 
qanlı Arazın, lilli Arazın iki böldüyü vətənin o tayında dayan-
mışdı. Bunlar isə bu tayda dayanmışdılar. Balaca Həlimə də 
burdaydı; indi özündən də ixtiyarsız heç ağlına da gətirmədi-
yi sözlər pıçıldayır, bu bədbəxtlərin dərdinə Xəzər bayatıları 
yaradırdı;  şairlərin, aşıqların, dərdlərin yaratmadıqları  Xəzər 
bayatıları. Axı onun göz yaşları Araza deyil, Xəzərə qarışmış-
dı. Axı sürgün həmşərilərin göz yaşları Araza deyil, Xəzərə sü-
zülmüşdü. Deyirlər, Xəzərin suyu qalxmağa başlayıb. Bəs bu 
qədər göz yaşı töküləndən sonra qalxmazmıdı, coşmazmıdı, 
nalələrin, ahların yüksəltdiyi dağlar şahə qalxmazmıdı? Suyu 
çox şordu Xəzərin. Bəs o göz yaşlarından daha da şorlaşmaz-
mıdı?» (34, s. 33). 
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, mühacirlik, doğma 
yurdundan ayrı düşərək qürbətin çətinlikləri ilə bağlı yaşanı-
lan problemlər Əzizə Cəfərzadənin digər əsərlərində də tez-tez 
müraciət olunan mövzulardandır. Belə ki, yazıçının «Vətənə 
qayıt» , «Eldən-elə» və digər əsərlərinin mövzusu və əsas qəh-
rəmanların taleyi mühacirliklə bağlıdır. 
«Xəzərin göz yaşları» romanında təsvir olunan faciəvi ha-
disələr fonunda bir sıra maraqlı, yaddaqalan təkrarsız insan 
obrazları yaradılmışdır. Yazıçının yaratmış olduğu obrazlar 
içərisində  Səfər və  Əsmər daha çox diqqəti cəlb edir. O bu 
obrazlar vasitəsilə  rəmzi olaraq Azərbaycanın parçalanma-


56
Əhməd Sami Elaydi
sının sadə insanların taleyində yaratdığı acı, kədərli, dərd və 
faciələrə diqqəti yönəltmək məramı izləmişdir. Romanın sü-
jetindən aydın olur ki, Səfər və  Əsmər biri-birini təmiz, saf 
məhəbbətlə sevirlər. Lakın baş verən faciə iki sevən gəncin 
ayrılığına səbəb olur. Bu ayrılığa dözə bilməyən Əsmər özünə 
qəsd edir. Yazıçı yaratdığı əsas qəhrəmanların taleyi ilə əslində 
Azərbaycan xalqının faciəsini verməyə çalışmışdır. Romandan 
hasil olan qənaətə görə Səfər və Əsmər bütövlükdə Azərbaycan 
xalqının imperiya zülmünə məruz qalaraq faciəvi tale yaşayan 
insanlarının ümumiləşdirilmiş obrazıdır. «Səfər də, Əsmər də 
başlarına nə gələcəklərindən xəbərsizdilər. Qara buludlar cəm-
ləşirdi bu iki sevgilinin başı üstündə. Həm də  təkcə onların 
deyil, bütün millətin. Cəmi bircə il keçmişdi 37-dən. Səfər ar-
tıq bu tarixdən öncə dünyasını dəyişmiş Sabir və ədiblərimiz 
üçün belə demək caizsə, «şad» idi. Yaxşı ki, öncə ... Yaxşı ki, 
bəla çəkmədilər ... Həbslər, zindanlar, işgəncələr ... görmə-
dilər. Üzüsulu getdilər. Yaxşı ki, millətin ürəyindən, tarixindən 
zorla qoparılmadılar «düşünürdü» Səfər. Bəs özü? Bəs sevgili 
Əsmər? Öz taleləri, gələcəkləri ona parlaq, məhəbbət dolu, gə-
lin-qaynana, nəvə-nəticə dolu bir aləm kimi canlanırdı xəya-
lında. Ulularsa deyib: «Sən saydığını say, gör fələk nə sayır». 
Fələk cildinə girmişlər Əsmərə bir ayrı, Səfərə başqa bir ayrı 
tale hazırlayırdı» (34, s. 50) . 
Romanda təsvir olunan obrazlar içərisində Gülsüm qarının 
faciəvi taleyi təsirli bir dillə qələmə alınmışdır. Ömrünün ix-
tiyar çağında evindən-eşiyindən didərgin salınan Gülsüm qarı 
əziyyətlərə tab gətirməyib gəmidə  vəfat edir. Onun meyitini 
dənizə atırlar. Yazıçı bu epizod fonunda vətəndə vətənsiz olan 
insanların acı talelərini real cizgilərlə  əks etdirə bilmişdir. 
«Gəmidəkilər gəlib qarını götürdülər. Heç kəsdə etiraz eləmək, 
heç kəsdə səsini ucaltmaq iqtidarı yox idi. Aclıqdan, kimsəsiz-
likdən, dərddən, öz taleyini bilməmək qorxusu... 37-ci il uzaq-
da deyildi. 37-ci il insanların qanında idi, hüceyrələrində idi, 


Müstəqillik dövrü Azərbaycan romanı
57
bütün varlığında idi. Kimin etiraz eləmək cürəti çatardı? Gəmi 
xidmətçiləri kapitanın razılığı ilə qarını bir palaza və özü-
nün götürdüyü düyünçəsinə bürüdülər,  əşyaları ilə birlikdə. 
Gəminin göyərtəsindən birbaşa dənizə endirdilər. «Tulladılar» 
deməyə dilim gəlmir. Dəfn elədilər Xəzərin sularında, dəfn 
elədilər Məşədi Gülsüm nənəni. Nə burda vətəndaş idi, nə orda 
vətəndaş olacaqdı. Doğma torpağında, doğma yurdunda dəfn 
olunmaq üçün bircə qəbir qədər torpağı belə yox idi, bircə qə-
bir üçün də yeri yox idi, heç yerdə. Adamların üstünə elə bil 
su çilənmişdi. Sakitcə dayanıb gəmi ənənələrinə, matrosların 
qarını dəfn etmək mərasiminə baxırdılar» (34, s. 86-87). 
Əzizə  Cəfərzadənin «Xəzərin göz yaşları» romanında 
Azərbaycan qadınının ağır, acınacaqlı taleyi real, gerçək ciz-
gilərlə, həyati və inandırıcı detallarla təsvir olunmuşdur. Yazıçı 
digər əsərlərində olduğu kimi, bu romanda da süjet boyu qadın-
ların taleyi ilə bağlı məqamları əhatəli şəkildə əks etdirməyə 
çalışmışdır. Müəllif bir çox məqamlarda yalnız Azərbaycan 
qadınının deyil, bütövlükdə Şərq qadınının dözülməz taleyin-
dən bəhs etmişdir. Qeyd edək ki, məşhur Misir yazıçısı, Nobel 
mükafatı laureatı  Nəcib Məhfuzun romanlarında da ərəb və 
ümumən,  Şərq qadının hüquqsuzluğu geniş  bədii ifadəsini 
tapmışdır. Xüsusilə, onun «Yeni Qahirə», «İlğım», «İki qəsrin 
arası», «Yol», «Nil çayı üstündə pıçıltılar» kimi romanların-
da qadınların taleyi ciddi bədii təhlil obyektinə çevrilmişdir. 
(175) Əgər Əzizə Cəfərzadənin romanlarında qadınların ağır, 
acınacaqlı güzəranının təməlində onların hüquqsuzluğu daya-
nırsa, Nəcib Məhfuzun əsərlərində bunun əsas səbəbi cəhalətə, 
savadsızlığa, mövcud ictimai düşüncənin məhdudluğuna söy-
kənir. 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə