Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə17/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   13   14   15   16   17   18   19   20   ...   56

52
Əhməd Sami Elaydi
«Ölən dünyam» romanında Sovet hakimiyyətinin «sinfi  
düşmən» adı ilə kütləvi şəkildə Sibirə sürgün etdiyi insanla-
rın acı, kədərli taleləri özünəməxsus  şəkildə  bədii təzahürü-
nü tapmışdır. Romanın həmin səhifələrini həyəcansız oxumaq 
mümkün deyildir: «Qatar 3 gün, 3 gecə yol getdi. Vaqonun 
havası kəsifl əşdi. Yolboyu içəridən qapını ha döydülər, ha xa-
hiş etdilər onu bir azca açsınlar, ancaq bayırdan bircə cavab 
eşitdilər: «Ne polojeno». Güllü xanım bu sərt sözlərdən başa 
düşdü ki, indi qatarı müşayiət edənlər züllə papaq əsgərlər-
di. Onlar «Ne polojeno» deyə qışqırdıqları zaman vaqonların 
ağzında itlər səs-səsə verib hürüşüb taxtaları cırmaqlayırdılar. 
Qatar hərdən-bir hardasa dayananda belə qapını açmayan əs-
gərlər hirslənib tüfəngin qundağı ilə qapını döyəcləyib hətta 
camaatı qorxutmaq üçün göyə atəş də açırdılar. 
Bir həftədən sonra Güllü xanımgil başa düşdülər ki, heç 
yerdə vaqonlar dayanmayacaq və abır-həya itəcəkdi. 
Vaqonun ortasından pərdə  çəkdilər. Uşaqlar, elə böyüklər 
də küncə iri qazan qoyub, utana-utana, hətta ağlaya-ağlaya tə-
bii ehtiyaclarını ödədilər» (137, s. 447). 
Bütövlükdə  İsmayıl  Şıxlının «Ölən dünyam» romanında 
Azərbaycan xalqının iyirminci yüzildə qarşılaşdığı faciə və fə-
lakətlər real, inandırıcı bədii lövhələrlə, canlı, təkrarsız insan 
xarakterləri ilə əks olunmuşdur. 
Azərbaycan ədəbiyyatında son illərdə yaranan bədii nəsr ör-
nəkləri içərisində mövzu yeniliyi, qaldırılan problemin aktual-
lığı, habelə bədii özəlliyi ilə seçilən «Xəzərin göz yaşları» ro-
manında rus sovet müstəmləkəsi dövründə Azərbaycan xalqının 
başına gətirilən faciələr bədii ifadəsini tapmışdır. Tarixi səpkidə 
qələmə alınan romanda 1938-ci ildə Moskvanın təhriki ilə əslən 
Güneydən olan Azərbaycan türklərinin qısa bir zaman kəsiyində 
kütləvi surətdə İrana göndərilməsi təsvir olunmuşdur. 
Tarixi qaynaqlardan bəlli olduğu kimi, İkinci Dünya mü-
haribəsindən bir neçə il öncə imperiyanın sərhədləri boyu so-


Müstəqillik dövrü Azərbaycan romanı
53
vet hökumətinin təhlükəsizlik orqanları guya gələcəkdə baş 
verə biləcək casusluq fəaliyyətinin qarşısını almaq məqsədilə 
Azərbaycandakı  İran vətəndaşları iki-üç gün ərzində qabaq-
cadan xəbərdarlıq edilmədən ölkədən çıxarılmışlar. Lakin 
Azərbaycan xalqına qarşı törədilən bu faciə sovet tarixşünas-
lığı tərəfi ndən gizlədilmiş, bununla bağlı heç bir tədqiqat əsəri 
çap olunmamışdır. Ona görə də həmin dövrdə baş verən faciə 
yalnız hadisənin şahidi olan insanların yaddaşında yaşamış və 
qoruyub saxlanılmışdır. Həmin hadisənin canlı şahidlərindən 
biri də məhz gələcək yazıçı Əzizə Cəfərzadə olmuşdur. 
«Xəzərin göz yaşları» romanı, bir tərəfdən, tarixi fakt və 
hadisələrə söykənirsə, digər tərəfdən canlı müşahidə və təəs-
süratlar əsasında qələmə alınmışdır. Bu cəhət təsvir olunan ha-
disələrin inandırıcılığını  və bütövlükdə  əsərin oxunaqlılığını 
təmin etmişdir. 
Yazıçı digər əsərlərində olduğu kimi bu romanın başlanğı-
cında da məqsəd və məramı barədə fi kir və qənaətlərini belə 
ifadə edərək yazır: «... mənim dərdim millətimin dərdi qədər 
böyükdür, oxucum! Mənim millətim öz yurd-yuvasında, isti 
ocağında əbədi qaçqına, köçkünə, mühacirə çevrilib... 
... Sanki millətimin kökünü yer üzündən silmək, nəslini kəs-
mək siyasəti yürüdülür. Bəlkə də, böyük Xaçlı çarpışmaların 
qurbanı olur millətim. Elə həmişə böyük siyasətin qurbanı... 
...  Əlindəki kitab həm tarixdir, həm də müasir, oxucum! 
Tarixdir, çünki artıq 1938-ci il özü də tarixə keçib. Müasirdir 
– çünki hələ  də o günlərdə bir-birini itirən ata-oğul... bala... 
bacı... qardaş... qohum-əqrəba axtarır bir-birini... Tapır da... 
tapmasa, ümidini də itirmir» (34, s. 4-5). 
Yazıçı mülahizələrini davam etdirərək sovet ideoloji sis-
teminin ayrı-ayrı xalqlara qarşı yürütdüyü müstəmləkəçilik 
siyasətinin gerçək mahiyyətini üzə çıxarır: «millət və türkəm 
sözlərini də bu qədər çox işlətməyimdən incimə, oxucum! 
Yetmiş ilin qüssəsidir bu. Yetmiş il mən, millət və türk kəl-


54
Əhməd Sami Elaydi
mələrini işlətməyə  həsrət olmuşam.  İndi hər anda min kərə, 
milyon kərə söyləsəm də, yorulmaram, bezmərəm, doymaram. 
Anla məni, duy məni, irad tutma» (34. s. 5) . 
Müəllif eyni zamanda rus müstəmləkəçilik siyasətinin arxa-
sında gizlənən mənfur niyyəti də aşkara çıxarmağa çalışmış-
dır; «Vətənimi bacardıqca parçalayırdılar: Parça-parça bölüb 
Ermənistana, Gürcüstana, İrana ... 
Unutdurmaqçın millətin adını, milli mənliyini, dəyərlərini. 
Unutdurmaqçın xəritəsini, ərazisini, sərhəd xətlərini ... 
Unutdurmaqçın tarixini kim yazdı, necə yazdı, kim yazdır-
dı, hansı mənbələr əsasında yazanlar?» (34, s. 5) . 
Yazıçının qənaətinə görə 1938-ci ildə Güney Azərbaycan 
türklərinin başına gətirilən bu faciəni bir il əvvəl bilavasitə 
Moskvanın göstərişi və  təhriki ilə  həyata keçirilən və on 
minlərlə ziyalının, düşünən insanın qətli, həbsi və sürgünü 
ilə nəticələnən kütləvi repressiyalarla müqayisə etmək olar. 
Belə ki, 1937-ci ildə həyata keçilən repressiyalar əsas etibarı 
ilə keçmiş Sovetlər Birliyində milli məfkurənin çökdürül-
məsinə, fərqli düşüncə  tərzinin məhv edilməsinə yönəlmiş-
disə, bir il sonra həyata keçilən faciəvi hadisələr Azərbaycan 
xalqının birlik, bütövlük amalının sıradan çıxarılmasına xid-
mət edirdi. «Belə, oxucum! Yadından çıxartma, yadından 
çıxartma ki, sənin xalqının taleyində, millətinin taleyində bir 
38-ci il olub. Heç faciəsiylə 37-dən geri qalmayan 38-ci il 
olub millətimizin taleyində... Bölünən millətlər var dünyada. 
Almaniya bölünmüşdü, aşdı o divardan. Koreya bölünmüş-
dü, çırpınır atmaq istəyir çiynindən. Belələri var. Biz onların 
içində ikiqat talesiz millətik. Bir var bölünmüşdük - Araz yar-
mışdı sinəmizi, Arazdan keçmişdik, xəncər yarasından. «Ana 
balasından ayrı düşəndə mələr», demişdik. O mələrtidən bu 
38-in mələrtisi daha faciəli oldu, Millətin doğma torpağında 
vətəndaşlıq hüququ olmadı. Nəticəsində də pənahəndə olub 
qaldı. Və bu faciəni dünyaya çatdıran da yoxdu. Və bu fa-


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə