Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə15/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   11   12   13   14   15   16   17   18   ...   56

46
Əhməd Sami Elaydi
Göründüyü kimi, bu sətirlərdə yazıçı Zərrintacın fi kirləri ilə 
vətən məhəbbətinin yüksək dəyərini göstərmiş və bu sevgidən 
daha yüksək şey olmadığına diqqəti yönəldə bilmişdir. 
Məlum olduğu kimi, Sovet hakimiyyəti illərində bu kimi 
tarixi mövzuların işlənilməsinə ciddi qadağalar qoyulmuş-
du. Məhz bu səbəbdən müstəqillik dövründə  nəşr olunan 
romanlarda mənəvi dəyərlərə  və milli-etnik şüura qayıdış 
motivləri daha intensiv şəkildə  bədii təcəssümünü tapmaq-
dadır. «Zərrintac-Tahirə» romanı yazılanda yetmiş ildən 
artıq müstəmləkə  həyatı yaşayan Azərbaycan artıq öz is-
tiqlaliyyətini  əldə etmişdi. Azərbaycanın tarixi ərazisi olan 
Qarabağın itirilməsi də elə bu illərə  təsadüf edirdi. Bizcə, 
Əzizə Cəfərzadə romanda Azərbaycan xalqını birliyə, öz əra-
zilərini bir daha itirməməyə, itirilmiş torpaqları isə nə yolla 
olursa-olsun geri qaytarmağa səsləyir. Yazıçının qənaətincə, 
bütün çətinliklərə baxmayaraq xalq öz azadlığını, istiqlaliy-
yətini, ərazi bütövlüyünü qoruyub saxlamalı, bunun üçün hər 
cür maneələrə sinə gərməlidir. 
Yazıçı romanda Azərbaycanın parçalanması ilə yanaşı həm-
çinin müsəlman məzhəblərinin bölünməsi barədə  də müla-
hizələrini ifadə etmişdir. Əsərdən hasil olan qənaətə görə, bütün 
sferalarda baş verən bu parçalanmalar milli ruhu zəifl ədir, xalqın 
iradəsini sarsıdır, onun mübarizə əzminə ciddi zərbə vurur. 
«– Hardan olsun, tayfa-tayfa parçalanmışıq, bölgü-böl-
gü olmuşuq. Türkümüz farslaşıb, farsımızdan ya qeyrisindən 
ərəblərə yaxınlaşanımız  ərəbləşib. Qeyri millətə yoldaş olan 
tacirlərimiz ... özümüz daxildə ki... bu hürufi , sufi ... yüz bölgü-
yük! İslamda islamlıq qalmayıb. İslam birliyi bir yana, heç bir 
ölkənin içində belə birlik yarada bilmirik» (36, s, 191). 
«Zərrintac-Tahirə» romanının diqqəti çəkən məqamların-
dan biri də əsərin ideyaca müasirliyi ilə bağlıdır. Ümumiyyətlə, 
«Əzizə  Cəfərzadənin tarixi romanlarını  səciyyələndirən  ən 
mühüm cəhətlərdən biri onların ideyaca müasirliyi, bu günün 


Müstəqillik dövrü Azərbaycan romanı
47
problemləri ilə bağlı olmasıdır» (114, s. 88). Romana diqqət 
yetirək: 
 «O bir an susdu, sonra yenidən nədənsə qüvvət almış kimi 
sözünə davam etdi. 
– Dayı, ata bəs siz şimaldan  əjdaha kimi ağzını açıb gə-
lən, od püskürən hər davadan sonra İrandan, daha dürüstü 
Azərbaycandan bir parça qoparan o sarı iblisi görmürsüz? Siz 
millətin necə ruhani atalarısız?
Kim isə «İlahi» deyə inlədi. Tahirə bu iniltini tutdu. 
– Bəli, Allahdan başqa çarəsi yoxdur millətin, çünki onun 
ruhani ataları-sizlər yatmısız. Şahı da, xanı da yatıb. Ordusu da 
pərən-pərən» (36, s, 143-144). 
Ümumiyyətlə,  Əzizə  Cəfərzadənin tarixi mövzulara mü-
raciətinin bir sıra səbəbləri vardır. Yazıçı «tarixi mövzulara 
yalnız ona görə üz tutmur ki, o, tarixi yaxşı bilir, daha çox 
ona görə üz tutur ki, tarixin qoynunda (onun zaman və məkan 
kontekstində) özünü daha sərbəst hiss edir. Bəzən isə yazıçı 
tarixdən bu günün problemlərini vermək üçün körpü kimi isti-
fadə edir. Müəllifi n istənilən əsərini təhlil obyektinə çevirsək, 
görərik ki, tarixi mövzuda yazılmasından asılı olmayaraq, ya-
zıçını qaldırmış olduğu problemin məhz bu günlə bağlılığı və 
aktuallığı düşündürür» (44, s. 90). 
Tənqidçi Vaqif Yusifl inin  qənaətləri  Əzizə  Cəfərzadənin 
yaradıcılıq uğurlarını aşkarlamaq baxımından maraq doğurur. 
«Hökm vermək olmaz ki, bu gün tarixi nəsrimiz susub. Yox 
susmayıb və bir zaman az qala axına çevrilən «tarixi birləşdir-
mək» cərəyanına yeni xətlər qoşulur. Amma o da həqiqətdir ki, 
yazılan tarixi romanların çoxu xronikaçılıqdan uzağa getmir. 
Əzizə xanımın tarixi romanlarında isə tarixi dövr və şəxsiyyət 
bütün ziddiyyətləri və təzadları ilə gözlərimiz qarşısında can-
lanır» (152). 
Bütövlükdə, Əzizə Cəfərzadənin «Zərrintac-Tahirə» roma-
nı Azərbaycan tarixi nəsrinin  ən dəyərli bədii örnəklərindən 


48
Əhməd Sami Elaydi
biri kimi diqqəti çəkməkdədir. Roman haqqında bir sıra tə-
dqiqatlar yazılmasına baxmayaraq, onun ideya-estetik aspekt-
ləri kifayət qədər üzə çıxarılmamışdır. 
1.2.  Yaxın dövrün faciələri yaddaş və xatirə işığında
Müasir Azərbaycan nəsrində yaranan tarixi romanların bir 
qismində uzaq keçmişin mənzərəsi canlandırılmışdırsa, digər 
qismində yaxın dövrdə baş verən hadisə və əhvalatlar bədii tə-
cəssümünü tapmışdır. Xüsusilə Sovet hakimiyyəti illərində cərə-
yan edən hadisələr son illərdə qələmə alınan romanların mövzu 
obyektinə çevrilməkdədir. Qeyd edək ki, bəzi tənqidçi və ədə-
biyyatşünaslar yaxın tarixi dövrdə baş verən hadisələrdən bəhs 
edən romanları tarixi kontekstdə dəyərləndirmirlər. Lakin burada 
bir məqama diqqət yetirilməsinə ehtiyac vardır. Belə ki, Sovet 
dövründə tarixi həqiqətlərin üzərinə pərdə çəkildiyindən, başqa 
sözlə, tarixi obyektiv şəkildə araşdırmaq imkanları olmadığın-
dan həmin dövrün hadisələrinə tarixi yöndə yanaşmağa zərurət 
duyulur. Bu mənada  İsmayıl  Şıxlının «Ölən dünyam», Əzizə 
Cəfərzadənin «Xəzərin göz yaşları» romanı diqqəti cəlb edir. 
Azərbaycanın xalq yazıçısı İsmayıl Şıxlının «Ölən dünyam» 
romanı yaxın tarixi dövrün problemlərinin milli müstəvidə əks 
olunduğu, orijinal ifadə tərzi ilə seçilən bədii örnəklərdən biri 
kimi ədəbi-nəzəri fi kirdə yüksək qiymətləndirilmişdir. 
Yazıçı romana yazdığı «Müəllifdən» adlı  qısa, yığcam 
müqəddimədə  əsərin yaranması ilə bağlı  qənaətlərini ifadə 
edərkən tarixi dövrün müasir təfəkkür işığında canlandırılma-
sı məsələlərinə də aydınlıq gətirmişdir: «Mən «Dəli Kür» ro-
manını yazdıqdan sonra Azərbaycanda 20-ci illərdə baş verən 
inqilab tariximizdən yazmaq qərarına gəldim, müəyyən ma-
teriallar topladım, hətta  əsərin adını da oxuculara çatdırdım. 
«Qanlı  təpə» adlanan bu əsər 20-ci illərin mürəkkəb və zid-


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə