Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə14/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   10   11   12   13   14   15   16   17   ...   56

Müstəqillik dövrü Azərbaycan romanı
43
hərtərəfl i  təhsil almış,  ərəb və fars dillərini mükəmməl öy-
rənmişdir. 1848-ci ildə babilik hərəkatına qoşulmuş, çadranı 
ataraq müxtəlif yerlərdə babilik ideyalarını  təbliğ etmişdir. 
Əqidəsindən dönmədiyi üçün ruhanilər və dövlət orqanları 
tərəfi ndən təqib olunan Qürrətüleyn Mazandaranda həbs edil-
miş və həbsxanada öldürülmüşdür (18, s, 293). 
Romanı  təhlil etməzdən  əvvəl babilik hərəkatına qısaca 
nəzər salmağa ehtiyac duyulmaqdadır. Məlum olduğu kimi, 
Babilər hərəkatının əsasını Seyid Əli Məhəmməd adlı bir gənc 
qoymuşdur. O, 1844-cü ildə, İranın cənubundakı Şiraz şəhə-
rində özünü Allah Elçisi elan edərək, «Bab» (ərəbcə «qapı» 
mənasını bildirir) adlandırmışdır. Buna görə  də onun təlimi 
babilik adını almışdır (78, s. 5). 
Onu qeyd etmək lazımdır ki, din xadimlərinin nəzərincə, ba-
bilik təriqəti islama tamamilə zidd və onunla heç bir əlaqəsi ol-
madığı, əksinə, bu təriqətin məqsədinin islam dininin əsaslarını 
dağıtmağa yönəldiyindən babilik İranda, eləcə də bütün müsəl-
man Şərqində, əsasən, mürtəce təriqət hesab edilməkdədir. Əzizə 
Cəfərzadə bunu romanda açıq şəkildə bildirməsə də, əsərin qəhrə-
manlarından birinin dili ilə aşkarlamağa çalışmışdır. «Ey qardaş-
lar! Bu binamuslar Allahın, peyğəmbərin adını yalandan çəkirlər. 
Əslində Qurani-Kərimə ziddilər – hicabı danırlar. Arvad kişi do-
lub bir damın altına, hamısı da üzüaçıq. Biədəb. Ana-bacılarımızın 
yoldan çıxmağına səbəb bu lənətə gəlmişlər... 
– Bu dinsizlər oruc tutmur, namaz qılmır, fi trə-zəkat vermir... 
– Bu Allahın lənətinə  gəlmişlər müqəddəs kəlamı – 
Qurani-məcidi, Kəlamullahı özlərinin cəfəngiyyatı toplanmış 
«Beyan»la əvəz edirlər. «Beyan»a lənət! » (36, s. 15-16). 
Şübhəsiz ki, Əzizə  Cəfərzadə  «Zərrintac-Tahirə» roma-
nını yazarkən məqsədi təkcə Tahirə Qürrətüleyn və babilik 
hərəkatının tarixini hərtərəfl i və geniş aspektdə canlandırmaq 
olmamışdır. O, dolayısı ilə Tahirə Qürrətüleynin yaşadığı və 
bağlı olduğu tarixi dövrü, mühiti əks etdirməyə çalışmışdır. 


44
Əhməd Sami Elaydi
Müəllif oxuculara ünvanlanan ricətdə bunu aşkar şəkildə bil-
dirir. «Hörmətli oxucularım! İstəyirəm biləsən ki, məqsədim 
babiliyin tarixi və ya babiliyin islamiyyət, xüsusən şiəliyə qar-
şı mübarizə tarixini göstərmək olmamışdır» (36, s. 4-5). 
Bu mənada «Zərrintac-Tahirə» romanını yalnız bir prob-
lemə  həsr olunmuş  bədii sənət örnəyi kimi dəyərləndirmək 
doğru deyildir. «Əzizə Cəfərzadə Azərbaycan xalqının tarixini 
onun etnoqrafi yasından, adət-ənənələrindən, məişətindən kə-
narda təsəvvür eləmir. Belə ki, yazıçı tarixi hadisələri  əks et-
dirərkən dövrün koloritini, milli xüsusiyyətlərini verməyə can 
atır. Keçmişi yalnız çılpaq hadisələrin fonunda deyil, canlı şəkil-
də təsvir edir» (44, s. 98). Eyni zamanda romanda bəhs olunan 
tarixi dövrün bir sıra məsələləri bu və ya digər şəkildə bədii ifa-
dəsini tapmışdır. Ümumiyyətlə, «romanın süjetinin əsasını geniş 
xalq kütlələrinin, «binəsiblərin» taleyi, onların arzu və diləklə-
rini həyata keçirmək uğrunda aparılan mübarizə, qəhrəmanların 
fəaliyyəti təşkil edir. Bu baxımdan Tahirə-Qürrətüleynin bir bə-
dii obraz kimi formalaşması, babilik hərəkatında onun oynadığı 
rol və ümumiyyətlə, bu qadının tarixdə bir şəxsiyyət kimi qoy-
duğu iz daha çox diqqəti cəlb edir» (10, s. 98). 
Məlum olduğu kimi, babilik hərəkatının əsas prinsiplərindən 
biri geniş mənada qadın və kişilərin hüquq bərabərliyi və qa-
dın azadlığına çağırışdır. Buna görə də Əzizə Cəfərzadə roman 
boyu babilik hərəkatı və Zərrintacın timsalında qadın hüquqları-
nın qorunması uğrunda aparılan mübarizənin tarixinə nəzər salır 
və bəzən bu məsələyə özünün də münasibətini bildirir. Yazıçının 
qənaətincə, «Zərrintacı ilk anda babiliyə doğru çəkən də məhz 
bu bərabərlik, bu qadın azadlığı məsələsiydi. Çünki onu əhatə 
edən mühitdə bir qadının heç bir hüququ yox idi» (36, s. 6). 
Maraqlıdır ki, Misirdə də XX əsrin əvvəllərində qadın azad-
lığı  və qadınlarla kişilərin bərabərliyi çağırışı başlanmışdır. 
Amma o zamanlar Misirdə başlanan bu hərəkat dini təriqətə 
bağlanmamışdır. Bu hərəkat Huda Şaravinin rəhbərliyi ilə bir 


Müstəqillik dövrü Azərbaycan romanı
45
qrup qadın tərəfi ndən yaradılmışdır. Bu çağırışın əsas prinsip-
lərindən biri qadının hicabı çıxarması, qadın və kişilərin hüquq 
bərabərliyi olmuşdur. 
Əzizə Cəfərzadəni roman boyu narahat edən əsas məqam-
lardan biri vətənin taleyi məsələsidir. Qeyd edək ki, vətən sev-
gisi demək olar ki, yazıçının əksər əsərlərində bədii ifadəsini 
tapmışdır. Azərbaycanın tarixən böyük ərazini əhatə etməsi və 
qonşu dövlətlərin işğalçılıq siyasəti nəticəsində ölkənin ərazi-
sinin böyük əksəriyyətinin itirilməsi yazıçını ciddi narahat et-
mişdir. Romanda yeri gəldikcə, bununla bağlı bir sıra məqam-
lara diqqət yetirilmişdir: 
«Əri acıqlanıb onun sözünü kəsdi:
– Nə danışırsan? Hansı  vətəndən danışırsan? Vətənimiz 
İrandı. İranlılar da qardaşımız. 
– Yox!... Vətən Azəristandır. Azərbaycandı! O Azərbaycan 
ki, bir ucu Dərbənddə, bir ucu Həmədandan o yana türk dün-
yasının bir parçasıdır. Türkə «xər» deyənlərdən mənə qardaş 
olmaz. Yalnız və yalnız İNSANDA bir İNSAN görənlər bir-bi-
ri ilə qardaş ola bilərlər... » (36. s, 142-143). 
Romanda yazıçı vətənin taleyi ilə bağlı qənaətlərini əsas eti-
barilə baş qəhrəmanı Zərrintacın dili ilə ifadə edir: «Öyrəndim 
ki, din, əqidə... hər şeyin başı Vətənə bağlıdır. Vətən didilirsə, 
parçalanırsa, oğulları qeyrətini itirib hərəsi bir yana çəkilirsə, 
azad, istiqlal deyilsə – demək heç nə də yoxdur» (36. s, 143). 
Daha sonra Zərrintac vətən məhəbbəti ilə bağlı sözünə davam 
edərək fi kirlərini aşağıdakı kimi yekunlaşdırır: «Ürəyimdə indi 
nə valideyn, nə ər, nə övlad məhəbbətinə yer qalıb. Bircə on-
dan, yurdumun azadlığı diləyindən başqa heç bir hissə yer qal-
mayıb. Deyirlər Məcnunun qoluna neştər vurulanda yerə axan 
qan «Leyli» yazmışdı, nəbzinə  əl vuranda «Leyli», «Leyli» 
çırpınmışdı. Mənim yerə tökülən qanım «azadlıq» yazar, çırpı-
nan nəbzim «istiqlal» deyər. Bundan ayrı arzum, bundan özgə 
var-dövlətim yoxdur» (36, s, 144). 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə