Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə19/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   15   16   17   18   19   20   21   22   ...   56


II FƏSİL
SOSİAL-SİYASİ VƏ 
FƏLSƏFİ-PSİXOLOJİ
PROBLEMLƏR BƏDİİ 
DÜŞÜNCƏ AYNASINDA


60
Əhməd Sami Elaydi
Müstəqillik dövründə yaranmış Azərbaycan romanlarının 
böyük əksəriyyəti müasir mövzuda qələmə alınmışdır. Tarixi 
mövzuda yazılmış romanlardan fərqli olaraq müasir mövzu-
lu əsərlər kəmiyyət və keyfi yyət, həmçinin burada qaldırılmış 
olan problemlərin qloballığı ilə diqqəti çəkir. Onu da qeyd et-
mək lazımdır ki, son illərdə müasir mövzuda qələmə alınmış 
romanlarda  sosial-psixoloji    problemlər qabarıq  şəkildə  bədii 
təzahürünü tapmaqdadır. Bu da hər  şeydən  əvvəl, yaşanılan 
epoxanın mövcud problemlərinin sosial-psixoloji mahiyyət 
daşımasından qaynaqlanmaqdadır. 
Azərbaycanın müstəqillik əldə etməsi hər şeydən öncə, cə-
miyyətin sosial-siyasi həyatında dəyişikliklərə  gətirib çıxar-
mışdır. Ona görə  də inqilabi dəyişikliklərlə, köklü, sistemli 
islahatlarla müşayiət olunan bu qlobal hadisənin bədii nəsrin, 
o cümlədən, roman janrının aparıcı mövzularından birinə çev-
rilməsi təbii zərurət kimi şərtlənməkdədir. 
Son illərdə yaranmış  bədii nəsr örnəkləri içərisində Sabir 
Əhmədlinin «Axirət sevdası», Anarın «Ağ qoç, qara qoç», Əkrəm 
Əylislinin «Ətirşah Masan», Seyran Səxavətin «Nekroloq», Vaqif 
Sultanlının «İnsan dənizi», Afaq Məsudun «Azadlıq», Səfər 
Alışarlının «Maestro», Elçin Mehrəliyevin «Doxsanıncı illər», 
Elçin Hüseynbəylinin «Yovşan qağayılar» romanları məhz sosi-
al-psixoloji mahiyyəti ilə diqqəti cəlb edirlər. Sadalanan roman-
lar istər mövzu-məzmun, istər qaldırılan problem, istərsə də bə-
dii sənətkarlıq baxımından biri-birindən fərqlənsələr də, onların 
ümumi qayə, ideya-estetik istiqamət baxımından ortaq cəhətləri-
nin olduğu aşkar şəkildə müşahidə edilməkdədir. 
Tədqiqat işində müstəqillik dövrü Azərbaycan romanları 
bəhs olunan problem işığında aşağıdakı istiqamətlərdə təhlilə 
cəlb olunmuşdur:


Müstəqillik dövrü Azərbaycan romanı
61
a) Müharibə və insan;
b) Sosial-siyasi məsələlərin bədii ifadə imkanları; 
c) Fəlsəfi -psixoloji problemlərin bədii həlli. 
Zənnimizcə, sadalanan problemlər 1991-2005-ci illərdə ya-
ranmış Azərbaycan romanlarını sosial-siyasi və fəlsəfi -psixo-
loji müstəvidə təhlil obyektinə çevirmək üçün imkanlar verir. 
Ona görə də tədqiqat işində bədii materiala bu kontekstdə ya-
naşılması məqsədəuyğun hesab edilmişdir. 
2.1. Müharibə və insan
Bilindiyi kimi, müharibə  və insan problemi bədii  ədəbiy-
yatın  ən çox diqqət yetirdiyi məsələlərdəndir. Azərbaycan 
ədəbiyyatında bu problem daim diqqət mərkəzində olmuş, 
ayrı-ayrı bədii nümunələrdə ona fərqli mövqelərdən yanaşıl-
mışdır. Xüsusilə, Azərbaycan bədii nəsrində İkinci Dünya mü-
haribəsi fonunda müharibə və insan probleminə xüsusi diqqət 
yetirilmişdir. 
Azərbaycan istiqlaliyyət əldə etdikdən sonra xalqın qarşı-
laşdığı ən böyük problemlərdən biri Dağlıq Qarabağ məsələ-
sidir. Azərbaycanın tarixi torpağı olan bu ərazi zaman-zaman 
düşmən işğalına məruz qalmış, lakin hər dəfə xalqın iradəsi 
nəticəsində yadellilərin hücumu dəf edilmişdir. Yalnız Sovet 
imperiyasının çöküşü ərəfəsində rus-erməni fi tnəkarlarının əli 
ilə bu qədim mədəniyyət mərkəzi işğal olunmuşdur. Ermənilər 
bu torpaqları işğal etməklə kifayətlənməmiş, bölgədəki tarixi 
və mədəniyyət abidələrini yerlə-yeksən etmiş, bir milyondan 
artıq Azərbaycan türkünü əsrlər boyu yaşadığı tarixi torpağın-
dan didərgin salmışlar. 
Son illərdə Dağlıq Qarabağ  ətrafında baş verən hadisələr 
fonunda dəhşətli faciələr yaşanmışdır. Bunların içərisində iyir-
minci yüzilin ən böyük faciələrindən biri olan Xocalı soyqırı-


62
Əhməd Sami Elaydi
mı Azərbaycan xalqının yaşadığı müsibətin acı, kədərli mən-
zərəsini əks etdirməkdədir. 
Dağlıq Qarabağ müharibəsi başlayan gündən Azərbaycan 
yazıçıları bu problemə  həssas münasibət göstərmiş, onun 
müxtəlif aspektlərinin işlənilməsinə çalışmışlar. Xüsusilə 
bu mövzuda yaranan romanlar problemə yanaşma tərzinin 
özünəməxsusluğu, bədii ifadə imkanları, obraz və xarakter ya-
radılışı baxımından maraq doğurur. 
Müharibə və yadelli işğalçılara qarşı mübarizə, vətən torpa-
ğının müdafi əsi məsələsi Misir nəsrində  də yazıçıların inten-
siv şəkildə müraciət etdiyi mövzulardandır. Xüsusilə Misir və 
İsrail arasında baş verən və 6 oktyabr 1973-cü ildə qələbə ilə 
bitən savaş bu baxımdan diqqəti cəlb etməkdədir. Qeyd edək 
ki, Ermənistan Azərbaycan ərazisi olan Dağlıq Qarabağı ələ ke-
çirdiyi kimi, İsrail də 1967-ci ilin iyun ayında Misirin ərazisi 
olan Sına yarımadasını işğal etmişdir. Lakin Misir xalqı işğalla 
barışmamış, apardığı gərgin, davamlı mübarizə nəticəsində özü-
nün tarixi torpağı olan bu əraziləri yadellilərdən təmizləmişdir. 
Düşmən üzərində qazanılmış qələbə xalqda böyük ruh yüksək-
liyi və özünə inam yaratdığı kimi, ədəbi prosesdə  də canlan-
maya səbəb olmuş, bu mövzuda əsərlərin yaranmasına gətirib 
çıxarmışdır. Yazılan əsərlərin mühüm bir qisminin roman jan-
rında üzə çıxması təsadüfi  deyildir. Çünki baş verən müharibəni 
hərtərəfl i şəkildə  əks etdirmək üçün roman janrının ifadə im-
kanlarının böyük olduğu şübhə doğurmur. 
Bu əsərlər içərisində 
Məhəmməd Abdulla Əl-Hadinin «Gələcək günlərin mahnısı», 
Camal Əl Gitanının «Əl Rifai», Yusif Əl Qaidin «Misir diyarın-
da döyüş», Mahmud Əl Vardaninin «Qayıdış» və s. romanları 
bədii özünəməxsusluğu ilə seçilir (177). Adıçəkilən
 romanlarda 
müharibə  və torpaq itkisinin insanların taleyində yaratdığı fa-
ciələr bütün yönləri ilə bədii ifadəsini tapmışdır. 
İsraillə savaş Misir ədəbiyyatının yeni mövzularla zəngin-
ləşməsinə  təkan verdiyi kimi, Dağlıq Qarabağ problemi də 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə