Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə20/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   16   17   18   19   20   21   22   23   ...   56

Müstəqillik dövrü Azərbaycan romanı
63
Azərbaycan  ədəbiyyatına müharibə, qaçqınlıq və köçkünlük 
kimi mövzular gətirmişdir. Son illərdə Qarabağ mövzusunda 
qələmə alınan əsərlər içərisində Sabir Əhmədlinin «Ömür ura-
sı», «Axirət sevdası», Ağarəhim Rəhimovun «Ovlaq keçidi», 
Mövlud Süleymanlının «Erməni adındakı hərfl ər», «İkili dün-
yam», Elçin Mehrəliyevin «90-cı illər», Fazil Güneyin «Qara 
qan», Nigar Qarayevanın «Daş hasar», Zümrüdün «Yarımçıq 
nəğmə» və digər romanlar xüsusi yer tutur. Əlbəttə, adıçəkilən 
romanların hər birini ayrı-ayrılıqda təhlil obyektinə çevirmək 
imkan xaricindədir. Ona görə də tədqiqat işində bir neçə səciy-
yəvi örnəklə kifayətlənməli olduq. 
Müstəqillik dövrü Azərbaycan bədii nəsrində müharibə və 
in san problemi Sabir Əhmədlinin «Ömür urası» romanında 
özünəməxsus  şəkildə  bədii təcəssümünü tapmışdır. Roman 
Qarabağ mövzusunda yaradılan ədəbi əsərlər içərisində bəhs 
olunan problemə xüsusi yanaşma tərzi ilə seçilir. Bədii təxəy-
yül məhsulu kimi təqdim olunan romanın süjet xəttinin  əsa-
sında ermənilərin işğal etdikləri torpaqlardan çəkilməyə başla-
ması və qaçqınların doğma yurd yerlərinə qayıtması dayanır. 
Romanın qəhrəmanı Kişi də yurd yerini itirənlərdən biridir. O, 
Arazbara, doğma kəndinə dönərkən müharibədən öncə tikdiyi 
evini görməyə can atır. 
Yazıçı doğma yurduna dönən qəhrəmanının düşüncələrini, 
yol boyu keçirdiyi hiss və həyəcanları real, canlı şəkildə təsvir 
etmişdir. 
«Kişi öz həyətinə yaxınlaşmaqda özünə bununla təsəlli verirdi: 
erməni işğalçılarının törətdiyi bütün cinayətlər Nurinberqsayaq 
bir məhkəmədə açılmalı, ifşa edilməlidir. Yalnız qırdığı dinc əhali, 
körpələrin intiqamı yox, qətlə yetirilmiş ağacların da cəzası veril-
məliydi. Bağ-bağçalara amansızcasına divan tutmuş qəsbkarlar-
dan məhv etdikləri bitkilərin də qisası alınmalıdı... » (39, s. 280). 
Uzun illər erməni işğalçılarının  əsarətində qalmış doğma 
yurduna yetişən Kişi təsəvvüründə canlandırdığı  kənddən 


64
Əhməd Sami Elaydi
əsər-əlamət görmür. Bütün evlər dağıdılmış, yerlə-yeksan edil-
mişdir. Hətta, məzarlıqlar da xaraba qoyulmuşdur. 
«Buyur bax! Gör, qurulu qoyub getdiyin qəbirlər nə kök-
dədir. Öləndən sonra mərhumları yenidən qətlə yetirmişlər. 
Hamısının başı vurulmuşdu... » (39, s. 276). 
Sabir  Əhmədlinin «Ömür urası» romanında Qarabağ mü-
haribəsi fonunda diqqət yetirilən əsas məqamlardan biri insan 
taleyi ilə bağlıdır. Yazıçı bu məqamı əsər boyu diqqət mərkə-
zində saxlayır. «Romanda bir leytmotiv var – İnsan! Və bu, 
təkcə əsas personaj – Azərbaycan Kişisinin simasında təcəs-
süm tapmaqla qalmır. Yazıçı təfərrüatları, faktları, epizodları, 
hadisələri danışdırmaqla geniş insan mənzərələri yaradır. Eyni 
zamanda antiinsani səhnələrə vurğu salır. S. Əhmədli insan-
larımıza qarşı erməni vəhşiliyinin konkret, faktiki təsvirini 
verərkən, sakit görünür. Lakin bu, təcrübəli bir qələmin üslu-
budur, müharibəyə öz rəngində yanaşmaq lazım gəlir» (180). 
Bir sıra maraqlı əsərlərin müəllifi  olan Ağarəhim Rəhimovun 
«Ovlaq keçidi» romanında Dağlıq Qarabağda cərəyan edən 
hadisələr fonunda problemin müəyyən aspektləri bədii ifadə-
sini tapmışdır. Qeyd edək ki, yazıçının yalnız adıçəkilən ro-
manında deyil, son illərdə müxtəlif janrlarda qələmə aldığı 
bütün əsərlərində müharibə mövzusu ya əsas problem kimi se-
çilmiş, yaxud da süjet xətlərinin birinin əsasında dayanmışdır. 
Bu məqama diqqət yetirən fi lologiya elmlər doktoru, professor 
Nizami Tağısoy qənaətlərini ümumiləşdirərək yazır:
«Ağarəhim Rəhimovun yaradıcılığında müharibə möv-
zusu daha önəmli rol oynayır. Onun əsərlərində ön cəbhə, 
arxa cəbhə, əsir düşmüş torpaqlarımızın, insanlarımızın tale-
yi, mənəvi  şikəstlik, bütün bunların cəmiyyətin həyatına tə-
siri, vurduğu yara və digər məsələlərə bədii şəkildə yetirincə 
diqqət yetirilmişdir» (140. s, 10). Şübhəsiz ki, ədəbiyyatşünas 
alimin qənaətləri ilə razılaşmamaq mümkün deyildir. Çünki 
çağdaş Azərbaycan nəsrində müharibə mövzusuna öz yaradı-


Müstəqillik dövrü Azərbaycan romanı
65
cılığında  ən çox yer verən yazıçılardan biri məhz Ağarəhim 
Rəhimovdur. Onun «İkili dünyam», «Qoşa qanad» kimi ro-
manlarında, bir sıra povest və hekayələrində Qarabağ müha-
ribəsinin Azərbaycan xalqının başına gətirdiyi faciələr geniş 
və hərtərəfl i bədii ifadəsini tapmışdır. Təsadüfi  deyildir ki, ya-
zıçının «Canavar balası»  əsərinin  əsasında çəkilmiş eyniadlı 
bədii fi lmin mövzusu da Dağlıq Qarabağ problemi ilə bağlı-
dır. Bütövlükdə, Ağarəhim Rəhimovun romanları «... insan 
və cəmiyyət problemi kontekstində daxilən saf və təmiz olan, 
mənəvi dünyası ilə ilkinliyə, milli tarixi kökə, varlığa söy-
kənən insanın tale yolunu əks etdirir» (125, s. 386). 
Başdan-başa vətənpərvərlik ruhunda qələmə alınan, psixo-
loji kontrastlarla zəngin olan, eyni zamanda «psixoloji anali-
zin bədii təsvirin vacib, təbii komponentinə, ideya daşıyıcısına 
çevrilən» (22, s. 62) romanda təsvir olunan hadisələr, yaradı-
lan obrazlar baş verən əhvalatların məğzinin və mahiyyətinin 
aşkarlanması baxımından səciyyəvidir. 
Romanın maraq doğuran cəhətlərindən biri burada Qarabağ 
müharibəsinin canlı, gerçək epik mənzərəsinin yaradılması-
dır. Müəllif canlı müşahidə, fakt və sənədlər əsasında, bir çox 
məqamlarda isə  bədii təxəyyülün gücünə söykənərək Azər-
baycan xalqının sürükləndiyi müharibə faciəsini bütün reallığı 
ilə canlandıra bilmişdir. Təsadüfi  deyildir ki, yazıçı «mühari-
bənin dəhşətlərini təsvir edərkən ürəyimizdən qanlı  şırımlar 
açılır; yarımçıq, yarımcan vətən, nahaq qanla sulanan ana tor-
pağın fəryad səsi ayaqlarımız altında yeri tərpədir, igid ölənlə-
rimizin ruhu yaxamızdan yapışıb, bizi çağırır» (23, s. 90). 
Müəllif romanda bir sıra yaddaqalan, daxili dünyasının 
özünəməxsusluqları ilə seçilən obrazlar yaratmışdır. Bunların 
içərisində Qafar kişi, Xeyransa qarı, İsgəndər Alışov, Qurban 
Qədiroğlu, Zöhrab Nadirov, Müslüm kişi və başqa obrazlar 
daha çox diqqəti cəlb edir. Yazıçı təsvir etdiyi obrazların hər 
birini fərdi cizgiləri, daxili dünyasının özünəməxsus çalarları 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə