Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə21/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   17   18   19   20   21   22   23   24   ...   56

66
Əhməd Sami Elaydi
ilə canlandırmışdır. Lakin romanda obrazların sayca çoxluğu-
na baxmayaraq əsas süjet xətti Qafar kişi və onun ailəsinin 
cəbhə həyatı fonunda cərəyan edir. 
Qeyd edək ki, romanda bir ailənin timsalında müharibə-
nin faciələri  əks etdirilirsə  də, yazıçı bütövlükdə baş verən 
hadisələrin sosial-siyasi aspektlərini aşkarlamağa nail ol-
muşdur. Belə ki, əsərdə yalnız Qarabağda baş verən faciələr 
deyil, bu faciələri şərtləndirən amillər də bədii təcəssümünü 
tapmışdır. Maraqlıdır ki, yazıçı Qarabağ müharibəsinin daxi-
li amillərdən qaynaqlanan labüd səbəblərini aşkarlamağa 
çalışmışdır. «Şəhərdə hər kəs öz işindədi. Ölkədə müharibə 
getdiyi də, adamların qırıldığı da, əsir alındığı da bilinmir. 
Azərbaycanın bir tərəfi ndə  həyat qaynayır, toy-büsat qu-
rulur, o biri tərəfdə günahsız qanlar tökülür, evlər yıxılır, 
kəndlər, qəsəbələr dağılır, ulu bir xalqın namusuna təcavüz 
olunur. Meydandakı gə də-güdələr, naşılar, ağı-qaradan ayıra 
bilməyənlər vəzifə uğrunda can verirlər, meydan sulayırlar. 
Əlinə vəzifə keçənlər də biabırcasına tutduqları kürsüdən sü-
rüşüb yıxılırlar» (122, s. 475-476). 
Yazıçı  həmçinin hakimiyyət uğrunda gedən mübarizənin, 
iqtidar-müxalifət qarşıdurmasının, hədəfi , məramı bəlli olma-
yan siyasi iddiaların müharibə şəraitində olan ölkənin müdafi ə 
qüdrətinin zəifl əməsinə gətirib çıxardığını inandırıcı detallarla 
əks etdirmişdir. 
«Atalar deyib: «Yer yiyəsiz olanda, donuz təpəyə  çıxar», 
oğlum. Rəhbərlər lap başlarını itiriblər. Müharibə gedən ölkə-
nin qanunları olar. Qanun qılıncdan da iti, kəsərli olar. Gündə 
bir yarıtmaz qanun qəbul edirlər. Sonra da onu özləri pozurlar. 
Hər gün meydanlara yığışıb dövlət, torpaq taleyi həll edirlər. 
Bütün sirlər meydanda düşmənə ötürülür. Düşmən də öz işi-
ni görür. Rüsvay xalq olur. İşə bir bax. Meydana çıxan deyir 
ölkənin sahibi mən olacam. Hamısı da naşı, bacarıqsız,  əli 
çirkin adamlar. Kimi deyir: «İqtidar mən olmalıyam». Kimi 


Müstəqillik dövrü Azərbaycan romanı
67
də bildirir: «Mən müxalifətdəyəm». Onlar arasındakı çaxnaş-
malar torpaqları düşmənin murdar ayaqları altına atdı, oğlum» 
(122, s. 465) . 
Yazıçı, eyni zamanda, müharibənin uzanmasına,  ədalətli 
sülhə nail olunmamasına gətirib çıxaran bir sıra mühüm xarici 
faktorlara da diqqət yetirmişdir. Romandan hasil olan qənaətə 
görə Qarabağda döyüşən Azərbaycan əsgərlərinin kifayət qə-
dər peşəkarlığına, hazırlıqlı olmasına baxmayaraq ordu rəh-
bərliyindən gələn yanlış göstərişlər onların məğlubiyyətinə 
səbəb olur. Bölgədə strateji maraqları olan İran və Rusiyanın 
xəfi yyəçilik, casusluq fəaliyyətləri ön cəbhədə döyüşən əsgər-
lər arasında ciddi təxribatlar yaradır ki, bu da nəticə etibarilə 
müharibədə Azərbaycanın məğlubiyyətinə gətirib çıxarır. 
«İran dövləti, xalqı niyə belə edir? Bəs iranlılar bizim din, 
məslək, qan qardaşlarımız deyillərmi? Cinayətə yol verdiklərini, 
özgənin malına göz dikdiklərini, görəsən, anlayırlarmı? Məgər 
bunların elədikləri ermənilərin çırağına neft tökmək deyilmi? 
Hər halda rusları da, erməniləri də başa düşmək olar. Bəs İran? 
Bəs iranlılar? Aman Allah, yıxılana balta çalan nə çox olurmuş? 
Qəribədi. Üzdə bir cürə deyirlər... Arxada başqa iş görürlər. Ölü, 
miskin siyasət yeridirlər bu dövlətlər, bu dövlət adamları. Bəs 
indi bizim nicat yolumuz nədədi? Ancaq özümüzdə!.. Ancaq 
birliyimizdə! Ancaq möhkəmliyimizdə! İçərimizdə xəyanət ol-
maya... Gərək belələrinə qarşı amansız olaq. Xəyanətkar əlləri 
kəsək, ataq. Başqa yolumuz yoxdu... » (122, s. 489). 
«Ovlaq keçidi» romanında yazıçı cəbhəyə gedən gənclərin 
yüksək əhval-ruhiyyədə olduğuna diqqəti çəkmişdir. Gənclərin 
bir qismi könüllü olaraq cəbhəyə gedirlər. Onlar vətəni qoru-
mağın, doğma yurdu müdafi ə etməyin hər  şeydən vacib ol-
duğunu bildikləri üçün bu addımı atırlar. Yazıçı  həm obraz-
ların dili ilə, həm də  təhkiyə vasitəsilə  gəncliyə hakim olan 
vətənpərvərlik ovqatını canlandırmağa çalışmışdır. Müəllifi n 
fi krincə, hər bir «oğul vətənini, torpağını qorumalıdır, yeri gəl-


68
Əhməd Sami Elaydi
sə, canını da əsirgəməməlidir», «analar ilk öncə oğulu vətən 
üçün doğub böyütməlidir». 
Romanda istər baş qəhrəmanın, istərsə də digər obrazların 
timsalında yazıçının Qarabağ müharibəsi fonunda vətənpər-
vərlik və yurdsevərlik amalına münasibəti özünəməxsus şəkil-
də bədii ifadəsini tapmışdır. Bu, ilk növbədə obrazların daxili 
dünyasının aşkarlanmasında özünü büruzə verir. Lakin bəzi 
tədqiqatçılar bu qənaətdədir ki, son illərdə yaranan bədii ör-
nəklərdə müharibə dövrünün ovqatı obrazların xarakterlərində 
kifayət qədər bədii ifadəsini tapmamışdır. «Bu gün Qarabağla 
bağlı olan hadisələrə və müharibəyə həsr olunan yüzlərlə bədii 
nümunələrdə demək olar ki, həm müharibə haqqında, həm də 
bu müharibənin olayları barədə düşündürücü mətləblər, yad-
daqalan və bizi həmişə o barədə düşünməyə məcbur edən ob-
razlarla çox nadir hallarda qarşılaşırıq» (103, s. 146). Bu müla-
hizələrlə bütünlüklə razılaşmaq mümkün olmasa da, Qarabağ 
mövzusunda yazılan romanlarda ciddi, yaddaqalan obrazlara 
az-az hallarda təsadüf olunur. 
«Ovlaq keçidi» romanında ifadə  tərzinin publisistik üslu-
ba daha çox tərk edilməsi müəyyən qədər bədiiliyi zəifl ətsə 
də, yazıçı bilərəkdən düşüncələrinin aydın, yozumsuz təqdimi 
üçün bu yolu seçmişdir. «Torpaq davası başlayan kimi hər ikisi 
ərizə yazıb könüllü getdi müharibəyə. Sonra öz-özünü qınayır-
mış kimi: Deyəsən, lap başımı itirmişəm. Mənimki getməsin, 
səninki getməsin, onunku getməsin, bəs kiminki getsin?! Kim 
qorusun torpaqları? Düşmən də ki, hər cür alçaqlığa  əl atır. 
Xalqın, millətin qan düşmənidi bu ermənilər. Budu, gördün 
kəndə, el-obaya hücum çəkdilər. Günahsız qızları, qadınları 
aparıb bişərəf etdilər. Balam, namusu itə atıblar, it yeməyib 
axı... Düzdü, mənə əziyyətdi. Ancaq Sadiq də, Natiq də kişi 
kimi hərəkət etdilər. Məni el-oba içərisində xar etmədilər. 
Fərari-fi lan olmadılar. Allah onları bəd nəzərdən saxlasın... » 
(122, s. 447). 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə