Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə16/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   12   13   14   15   16   17   18   19   ...   56

Müstəqillik dövrü Azərbaycan romanı
49
diyyətli həyatını əhatə etməli idi. Lakin mövcud olan qadağa-
lar, arxiv sənədlərinin gizlin saxlanılması, o illərdə baş verən 
əsl həqiqət və ziddiyyətlərin meydana çıxarılıb açıq söylənil-
məsinə qoyulmuş yasaqların nəticəsində tarixi dövrü olduğu 
kimi verməyin qeyri-mümkünlüyü məni  fi krimdən daşındır-
dı. Gördüm ki, yazacağım  əsər yazılmış  əsərlərin («Dünya 
qopur», «Dumanlı Təbriz», «Bir gəncin manifesti», «Səhər», 
«Şamo») təkrarından başqa bir şey olmayacaq. Ona görə  də 
romanı yazmamağı qərara aldım. 
Lakin son illərdə baş verən hadisələr, məhdudiyyət və qada-
ğaların götürülməsi, baş vermiş hadisələrin qismən gerçəkliklə 
verilməsi imkanı  məni  əsər üzərində yenidən işləməyə sövq 
etdi və mən yeni roman üzərində işləməyi qərara aldım. Əsərin 
ruhu və məzmunu tamam yeni oldu, əsərin adı da dəyişdi. Mən 
romanımı «Ölən dünyam» adlandırdım » (137, s. 350). 
İsmayıl Şıxlının əvvəlki romanlarından fərqli olaraq «Ölən 
dünyam»da vahid süjet xətti və baş qəhrəman yoxdur. Burada 
təsvir olunan qəhrəmanların əksəriyyəti epizodik səciyyə daşı-
yır. Lakin yazıçının epizodik səciyyəli qəhrəmanları da daxi-
li-mənəvi dünyasının özünəməxsus cizgiləri ilə yadda qalırlar. 
Romanın süjet xəttinin əsasında Alqazaxlılarla Çıraqlı tay-
faları arasındakı qan düşmənçiliyi geniş yer tutsa da, müəl-
lif bu hadisələrlə kifayətlənməmiş,  əsərdə ciddi sosial-siyasi 
problemlərə toxunmuşdur. Lakin yazıçı konfl ikti dərinləşdir-
mək üçün zahiri faktorlara söykənməmiş, münaqişəni başlıca 
olaraq qəhrəmanların daxili dünyasına köçürməyə çalışmışdır. 
«Öz əhatə dairəsinə, miqyasına və kolliziyalarının gərginliyinə 
görə «Ölən dünyam»da təsvir edilən dövr bir roman materia-
lı üçün kifayət qədərdir. Elə müəllif də iki tayfa arasında baş 
verən bu münaqişə ilə kifayətlənmir, diqqətini zamanın daha 
gərgin situasiyalarına yönəldir» (154, s. 113). 
«Ölən dünyam» romanı «tarixi sənədlərin, arxiv material-
larının, hadisələrin iştirakçısı olan adamların Azərbaycanda və 


50
Əhməd Sami Elaydi
xaricdə çap olunmuş xatirə və kitablarının» (137, s. 350) əsa-
sında qələmə alınmışdır. Əsərdə 1920-ci ildə Azərbaycan Xalq 
Cümhuriyyətinin süqutundan sonra Gəncədə rus işğalçılarına 
qarşı üsyan barədə ilk dəfə bədii səpkidə məlumat verilmişdir. 
Lakin tarixi qaynaq və sənədlərə söykənməsinə baxmayaraq, 
romanda cərəyan edən hadisələr əsas etibarilə yazıçının canlı 
müşahidələri əsasında qələmə alınmışdır. 
«Yaşatdığı idealların, arzuların puçluğuna, gələcəyə olan ina-
mının itdiyinə işarə edilən» (7, s. 264) «Ölən dünyam» ro manı 
istər İsmayıl Şıxlının yaradıcılığında, istərsə də Azər baycan  bə-
dii nəsrində özünəməxsus yeri olan əsərlərdən biridir. Filologiya 
elmləri doktoru, professor Himalay Qasımov  İsmayıl  Şıxlının 
yaradıcılığını «Ölən dünyam» romanı kontekstində səciyyələn-
dirərək yazır: «Bir yazıçı kimi İsmayıl Şıxlıya fərəh verən dün-
yanın, necə deyərlər, heç də xali olmaması, inam və etiqadla 
yaşayan, namus və qeyrətlə ömür sürməyi, vətən və millət na-
minə qurbana çevrilməkdən çəkinməyib özünü xalq işi üçün 
fəda edən insanların mövcudluğudur. İsmayıl Şıxlı yalan dünya 
ilə haqq dünyasını, maddiyyat düşkünləri ilə mənəvi paklığı uca 
tutanları, iblislərlə munisləri qarşılaşdırmaqla oxucularını  əsl 
mətləblərdən agah edir, onların düşüncə sferasını genişləndirir 
və  dərinləşdirir» (84). «Ölən dünyam» romanının ideya-məf-
kurə yükünün, yazıçı idealının dəqiq səciyyələndirildiyi bu mü-
lahizələrlə razılaşmamaq mümkün deyildir. 
 İsmayıl Şıxlının romanında diqqət yetirdiyi məsələlərdən biri 
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan son-
ra Gəncədə bolşevik ruslara qarşı baş verən üsyanın bədii təsvi-
ridir. Yazıçı Azərbaycanın tarixində mühüm yer tutan bu hadisə-
nin təsvirində tarixi qaynaqlara və sənədlərə istinad edərək, baş 
vermiş hadisənin dolğun bədii mənzərəsini yaratmağa çalışmış-
dır. Müəllif Gəncə Hərbi qarnizonu vəzifəsini icra edən, general 
Cavad bəy Şıxlinskinin, Gəncə atıcı alayının komandiri, polkov-
nik Cahangir bəy Kazımovun müqavimət hərəkatına başçılıq et-


Müstəqillik dövrü Azərbaycan romanı
51
məsini, onlara kömək edən vətənpərvər hərbçiləri, qaçaqları, sadə 
insanları canlı, təbii cizgilərlə canlandırmışdır. Əlbəttə, yazıçı təs-
vir etdiyi bütün obrazları əhatəli şəkildə təqdim edə bilməmişdir. 
Bu, hər şeydən əvvəl, əsərin yazıldığı dövrdə Gəncə üsyanı ilə 
bağlı fakt, sənəd və məlumatların son dərəcə azlığı ilə bağlıdır. 
Lakin təsvir olunan hadisələr oxucuda baş verən üsyan haqqında 
canlı təsəvvür yaratdığı üçün roman maraqla oxunur. 
«Ölən dünyam» romanında Ömər Koxa, Həsən ağa, Kabı 
Kəsəmənli, Güllü xanım, Qönçə, Ələddin, Qaratel, Fətullayev, 
Çapıq Əmrah və başqa maraqlı, yaddaqalan obrazlar yaradıl-
mışdır. Müəllif bu obrazların hər birini özünəməxsus fərdi ciz-
giləri ilə canlandırmağa çalışmışdır. 
Romanda diqqəti çəkən obrazlar içərisində «Çeka»nın nü-
mayəndəsi Fətullayev maraq doğurmaqdadır. Yazıçı onun xa-
rakterinə  məxsus qəddarlıq, amansızlıq, satqınlıq, riyakarlıq 
kimi mənfi  əxlaqi keyfi yyətləri real, inandırıcı cizgilərlə ifadə 
etmə yə çalışmışdır. Təmiz qəlbli, zəngin mənəviyyatlı, milli 
təfəkkürlü insanlar onun əlilə «sinfi   düşmən» hesab edilərək 
zindanlara salınır, ölüm cəzasına məhkum olunur. Yazıçı Fətul-
la yevin  timsalında Sovet hakimiyyətinin ötən  əsrin 20-30-cu 
illərində Azərbaycan xalqının başına gətirdiyi fəlakətləri əks et-
dirmək məramı izləmiş və bu istəyinə nail olmuşdur. Tənqidçi-
ədəbiyyatşünas Təyyar Salamoğlunun qənaətincə, «Sinfi   düş-
mənə kömək edən müzür ünsürlər qırılmalıdı, vəssalam» qənaə-
ti Fətullayevin düşüncəsinə müstəmləkəçi dövlətin qərar və təli-
matlarından gəlir. Siyasi rejimin səciyyəsi birbaşa onun üzərinə 
köçürüldüyü üçün (metaforik obraz olaraq) Fətullayev insanlara 
fərdi münasibət göstərmək iqtidarında deyil» (128, s. 65). 
Romanda İnqilabi Şuranın sədri Kabı Kəsəmənli, qəza fi rqə 
özəyinin sədri Abdal kişi obrazları isə «Çeka»nın nümayən-
dəsi Fətullayevlə eyni cəbhənin insanları olsalar da, onların 
müəyyən qədər milli düşüncəyə sahib olmaları insanlara qarşı 
münasibətlərini tənzim edir. 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə