Müasir dövr Tarix və onun problemləri, №4 2014 132



Yüklə 81,15 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü81,15 Kb.
#26773


Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

132 


 

SEVİNC RUİNTƏN 

Bakı Dövlət Universitetinin dosenti 

E-mail: sevinj.ruintan@gmail.com 

 

CAVİD ƏLİSGƏNDƏRLİ 

SOAS, London Universiteti 

E-mail: javid_alisgandarli@yahoo.com 

 

 



SSRİ MƏRKƏZİ HÖKUMƏTİNİN MƏRKƏZİ ASİYA 

VƏ QAFQAZ RESPUBLİKALARINA MÜNASİBƏTDƏ 

SİYASƏTİNİN XARAKTERİ HAQQINDA 

 

Açar sözlər: SSRİ, imperiya, müstəmləkəçilik siyasəti, Mərkəzi Asiya, Qafqaz, Azərbaycan, 

Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan 



Ключевые слова: СССР, империя, колониальная политика, Центральная Азия, Кавказ, 

Азербайджан, Грузия, Армения, Казахстан, Киргизия, Узбекистан, Туркмения, 

Таджикистан 

Keywords: 

USSR, empire, colonial policy, Central Asia, the Caucasus, Azerbaijan, Georgia, 

Armenia, Kazakhstan, Kyrgyzstan,Uzbekistan, Turkmenistan, Tajikistan

 

 



Giriş. XX əsrin iki super dövlətindən biri olan Sovet Sosialist Respublikalar İttifaqının 

(SSRİ)  1991-ci  ildə  dağılmasına  baxmayaraq,  postsovet  məkanda  onun  təsiri  hələ  də 

əhəmiyyətli dərəcədə hiss olunmaqdadır. 23 ildir ki, hüquqi baxımdan müstəqil olan postsovet 

dövlətlərin  həyatlarının  demək  olar  ki,  bütün  sahələrində  yaşanan  problemlərin  böyük  bir 

hissəsi  mahiyyət  etibarilə  birbaşa,  yaxud  dolayısı  ilə  sovet  dönəmi  tarixləri  ilə  bağlıdır. 

Rusiyalı araşdırmaçı M.İ.Piskotin yazır ki, “SSRİ-nin dağılması, kommunist rejiminin çökmə-

si ilə bir çox suallar meydana çıxdı ki, onların arasında hələ də cavabını tapa bilmədiklərimiz 

var”  (1,  səh.24-27).  Bu  baxımdan  postsovet  ölkələri  və  xalqlarının  sovet  dövrü  tarixinin 

araşdırılması  hələ  də  aktuallığını  saxlamaqdadır.  Bundan  çıxış  edərək,  hazırki  araşdırmada 

postsovet və xarici müəlliflərin əsərləri əsasında aşağıdakı məsələlərə aydınlıq gətirməyə cəhd 

ediləcək: ümumilikdə müstəmləkə və müstəmləkə siyasəti nədir; SSRİ-nın Mərkəzi Asiya və 

Qafqaz regionu dövlətlərinə münasibətində müstəmləkəçi siyasət  yeritdiyini deməyə əsas ve-

rən məqamlar hansılardır; postsovet dövlətlərdə məsələyə münasibət necədir. 

Müstəmləkə,  müstəmləkəçilik  siyasəti.  Müstəmləkə  dedikdə  -  hər  hansı  digər  dövlətin 

(metropoliyanın)  hakimiyyəti  altında  olan,  siyasi,  iqtisadi,  idarəçilik  müstəqilliyi  olmayan 

ərazi, yaxud dövlət nəzərdə tutulur. Müstəmləkə siyasəti – daha güclü olan dövlətin hərbi, si-

yasi və iqtisadi təzyiq vasitəsilə nisbətən az inkişaf etmiş əhalinin yaşadığı əraziləri ələ keçir-

məsi, istismar etməsi deməkdir. 

Vaxtilə  ABŞ  prezidenti  Ronald  Reyqan  tərəfindən  “şər  imperiyası”  adlandırılan  (2), 

1922-1991-ci  illərdə  mövcud  olmuş  SSRİ-nin  qanunvericiliyində  onun  bərabərhüquqlu  res-

publikaların ittifaq dövləti olduğu göstərilsə  də, əslində vəziyyət fərqli idi. Qeyd edilməlidir 

ki,  bütünlükdə  bolşevik  hökumətinin  xarakterindən  irəli  gələn,  SSRİ-nin  bütün  respublika-

larına şamil olunan məsələləri (repressiyalar, ateizm və s.) yalnız bir qrup respublikalara aid 

edilən  qərarlardan  (əlifba  dəyişikliyi,  dil  siyasəti,  orduda  xidmət,  deportasiya  və  s.)  fərqlən-



Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

133 

dirmək düz olardı. “Bir qrup respublika” siyahısına isə Mərkəzi Asiya və Qafqazın türk mü-

səlman  respublikaları  hər  zaman  daxil  edilmişlər.  SSRİ-nin  Mərkəzi  hökumətinin  müttəfiq 

respublikalara  münasibətdə  siyasətinin  müstəmləkəçi  xarakterdə  olduğunu  göstərən  məqam-

lara aydınlıq gətirmək üçün mühüm hesab etdiyimiz bir neçə məsələyə xüsusi diqqət verməyi 

gərəkli  hesab edirik. Bunlar: idarəçilik, elm,  təhsil və  mədəniyyət sahələrinə  aid olan  məsə-

lələrdir. 

İdarəçilik.  1922-ci  ildə  4  respublika:  Rusiya  Sovet  Federativ  Sosialist  Respublikası 

(RSFSR),  Ukrayna  Sovet  Sosialist  Respublikası,  Belorusiya  Sovet  Sosialist  Respublikası  və 

Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) SSRİ-nin yaradılması haqda mü-

qavilə imzaladılar. ZSFSR 3 Cənubi Qafqaz respublikasını – Azərbaycan, Gürcüstan və Ermə-

nistanı özündə birləşdirirdi (3, səh.22). SSRİ-nin yaradılması haqda Bəyannamədə qeyd olu-

nurdu ki, “sovet respublikalarının yarandığı gündən dünya iki düşərgəyə bölünüb: kapitalizm 



düşərgəsi  və  sosializm  düşərgəsi.  Kapitalizm  düşərgəsində  düşmənçilik,  bərabərsizlik,  müs-

təmləkəçilik, milli zülm, qarət, müharibələr; sosialist düşərgəsində isə qarşılıqlı inam və eti-

mad,  milli  müstəqillik  və  azadlıq,  xalqlar  arasında  dinc  yanaşı  yaşama  və  qardaşlıq  prin-

sipləri hökm sürür. Burjuaziya xalqlar arasında əməkdaşlığı təmin edə bilmir. Yalnız sosialist 

düşərgəsində xalqlar arasında əməkdaşlıq mümkündür. Bu və digər səbəblərdən çıxış edərək, 

Sovet Sosialist respublikalarının xalqları birləşərək SSRİ-ni yaradırlar. SSRİ bərabər hüquqlu 

xalqların könüllü birliyidir və hər bir respublikanın İttifaqdan çıxmaq hüququ var” (4). 

SSRİ-nin  1924-cü  ildə  qəbul  olunmuş 

Konstitusiyasının 

“Müttəfiq 

respublikaların 

suveren hüquqları və ittifaq vətəndaşlığı” adlı 2-

ci  bölümündə  (5,  maddə  3),  1936-cı  il  Konsti-

tusiyasının “Dövlət quruluşu” adlı II Fəslində (6, 

maddə  13)  və  1977-ci  il  Konstitusiyasının 

“SSRİ-nın  milli  dövlət  quruluşu”  adlı  bölümü-

nün  “SSRİ  –  ittifaq  dövləti”  adlı  8-ci  fəslində 

(7,  maddə  70-72)  də  müttəfiq  respublikaların 

ittifaqdan  çıxmaq  hüququnun  olduğu  qeyd 

edilirdi. Lakin bu, yalnız sözdə belə idi. 

Əslində isə, bəzi tarixçilərin fikirlərinə 

görə,  bu  hüquq  SSRİ-nin  mövcudluğu  illə-

rində  sadəcə  formal xarakterli  olmuş, həqiqətdə 

respublikalar  suveren  qərarlar  qəbul  edə  bilməmişlər  (8,  səh.51).  Səbəb  olaraq,  yenə  SSRİ 

Konstitusiyasına görə, cəmiyyətdə və dövlətdə Kommunist Partiyasının hakim mövqeyə malik 

olması  göstərilir  (9,  “SSRİ-nin  ictimai  quruluşunun  və  siyasətinin  əsasları”  bölümü,  I  fəsil. 

Siyasi sistem, maddə 6). Bunun həqiqətən belə olduğunu görmək üçün, 80-90-cı illərdə ittifaq 

respublikalarının  suverenlik  istiqamətində  atdıqları  addımların,  bəzən  isə  hətta  öz  haqlarını 

müdafiə  etmək  cəhdlərinin  Mərkəzi  hökumət  tərəfindən  necə  cəzalandırıldığını  xatırlatmaq 

kifayət edir (Vilnüs (Litva) – март 1991 (10), Tbilisi (Gürcüstan) – 9 aprel 1990 (11), (Bakı 

(Azərbaycan) – 20 yanvar 1990, (12)). 

Elm, təhsil, mədəniyyət. 20-30-cu illərdə sovet hökumətinin mədəni quruculuq sahəsin-

də həyata keçirdiyi siyasət tarixə “mədəni inqilab” adı ilə daxil olub. Mədəni inqilabın müsbət 

cəhətləri ilə yanaşı (savadsızlıq ləğv edildi, ixtisaslı kadrların hazırlığı yüksəldi və s.), mənfi 

tərəfləri  də  olmuşdur.  Mədəni  inqilabın  qarşısında  duran  əsas  vəzifə  -  xalqı  1917-ci  ildən 




Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

134 


başlayaraq  həyata  keçirilən  siyasətin  yeganə  düzgün  siyasət  olduğuna  inandırmaq;  elm  və 

təhsil sahəsində isə - mövcud rejimə tamamilə sadiq kadrların hazırlanması idi (8, səh.76-80). 

Müstəmləkəçilik  siyasətinə  haqq  qazandırmaq  məqsədilə  müxtəlif  nəzəriyyərlər  yara-

dılır,  SSRİ  xalqlarının  tarixi  saxtalaşdırılır,  mədəniyyəti  məqsədli  şəkildə  dəyişdirilir,  təhsil 

müəssisələrində  “beyinlərin  yuyulması”  prosesi  həyata  keçirilir;  mədəniyyətdə  -  “formaca 

milli, mahiyyətdə sosialist” mədəniyyəti formalaşdırılırdı (13, səh.132, 134,138-139). Mərkəzi 

Asiya  və  Qafqazın  türk  və  müsəlman  xalqlarının  öz  tarixi  keçmişlərindən,  mənəvi  dəyər-

lərindən  uzaqlaşdırılması  məqsədilə  əlifba  islahatları  keçirildi,  tarixləri  (xüsusilə  də  milli 

kimlik və dövlətçilik məsələlərində) saxtalaşdırıldı (14, səh.74). 

Rusiyanın Qafqazda dayağı hesab olunan Ermənistanda, erməni tədqiqatçıların arasında 

SSRİ-yə  maraqlı,  bir  qədər  incik  münasibət  olduğunu  görmək  mümkündür.  Erməni  müəllif-

lərdən  elə  hesab  edənlər  var  ki,  1918-1920-ci  illərdə  öz  problemlərini  həll  edə  bilmək  üçün 

Türkiyə  liderləri  ilə  əməkdaşlıq  edən  Rusiya  ermənilərin  maraqlarını  qurban  verib.  Ermə-

nilərin sözləri ilə desək, “Rusiya ilə Türkiyə arasında olan razılaşma nəticəsində Ermənistan 

dövlətinin  müstəqilliyi  itirilib,  “Qərbi  Ermənistan  torpaqları”  türklərə  geri  qaytarılıb,  Şərqi 

Ermənistan isə sovetləşdirilib” (20, səh.22). 



Postsovet  məkanda  SSRİ-

nin  dağılmasına  münasibət.  Bu 

gün  yalnız  postsovet  respublika-

ların  deyil,  həmçinin  bütün  post-

kommunist  dövlətlərin  mövcud 

problemlərinin birbaşa,  yaxud  do-

layısı  ilə  səbəbkarı  hesab  edilən 

SSRİ 1991-ci ildə dağıldı. Maraq-

lıdır ki, mövcudluğuna olduğu ki-

mi,  yoxluğuna  da  münasibət  bir-

mənalı  deyil.  Həm  postsovet  mə-

kanda,  həm  də  bütünlükdə  dün-

yada ziyalılar, elm adamları ilə sı-

ravi  insanların  fikirləri  arasında 

bir-birinə  tamamilə  zidd  olan  fi-

kirlərə  rast  gəlmək  mümkündür.  Deyilənləri  təsdiq  etmək  üçün  bir  neçə  misal  gətirməklə 

kifayətlənəcəyik. 

Türk müsəlman xalqlarının tarixi üzrə araşdırmaçı, azərbaycanlı tarixçı Altay Göyüşov 

yazır ki, sovet rejimi dönəmində baş verən “hadisələrin müqayisəli şəkildə təhlili Lenin haki-

miyyətinin müsəlman xalqlarına qarşı yeritdiyi siyasətin konturlarını müəyyənləşdirməyə, so-

vet  hökumətinin  bir  çox  xüsusiyyətlərinə  görə  çar  rejiminin  imperiya  siyasətinin  varisi  oldu-

ğunu,  hətta  bir  sıra  hallarda  bu  xalqların  tarixinə,  mənəviyyatına,  dövlətçilik  ənənələrinə, 

ümumtürk  təfəkkürünə  vurduğu  ziyanları  meydana  çıxarmağa  imkan  verməkdədir”  (14, 

səh.7). 

Eyni yanaşmaya digər bir tədqiqatçının, rusiyalı Madina Tolstanovanın araşdırmasında 

rast gəlirik. “Sovet/Rusiya imperiyası”, “Janus-faced empire”, “quazi-colonia” yazması onun 

da eyni mövqedə olduğunu göstərir (13, səh.135, 137). 

Digər  bir  tədqiqatçı,  əvvəldə  adını  çəkdiyimiz  rusiyalı  müəllif  M.İ.Piskotin  yazır  ki, 

SSRİ-nin “kriminal inqilab”  nəticəsində  dağıldığını söyləyənlər  var və  yəqin ki, zamanla bu 

fikirə münasibəti aydınlaşdıracaq cavabları tapmaq mümkün olacaq (1, səh.42-44). 



Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

135 

Gürcüstanda məsələyə yanaşma özünəməxsusluğu ilə diqqəti cəlb edir. Gürcü müəllif-

ləri ümumilikdə SSRİ-nin dağılmasına “ikinci dərəcəli” məsələ kimi yanaşır, onu ümumilikdə 

kommunist rejiminin çökməsi, həmçinin Gürcüstanın dövlət müstəqilliyi əldə etməsi fonunda 

təqdim edirlər. Hətta orta məktəb dərsliklərində belə məsələyə bu mövqedən yanaşılır. Tbilisi 

məktəblərindən birinin müəlliminin sözləri ilə desək, “SSRİ-nin çatışmayan cəhətləri çox idi 

və ona görə də dağıldı. Belə olması normaldır. Şagirdlər bunu öyrənməkdənsə, XI – XII əsr-

lərdə  yaşamış  görkəmli  gürcü  çarı  Qurucu  Davidin  fəaliyyəti,  onun  vətənpərvərliyi  haqda 

öyrənsələr daha faydalı olar” (19). 

Digər fikir tərəfdarları - “SSRİ-yə görə nostalji” hiss edən-

lər  adlandırılırlar.  SSRİ-nin  dağılmasından  dərhal  sonra  həyatın 

bütün sahələrində yaşanan çətinliklər, narazılıqlar elə həmin gün-

lərdən  bu  yanaşmanın  yaranmasına  səbəb  oldu.  SSRİ-yə  görə 

nostalji  yaşayanlar  öz  münasibətlərini  müxtəlif  formalarda  bildi-

rirlər:  filmlər,  hətta  seriallar  çəkilir,  mahnılar  yazılır,  sərgilər 

keçirilir,  muzeylər  təşkil  olunur,  istirahət  məkanları  açılır  və  s. 

Rusiyada  “Nostalgiya”  adlı  TV  kanal  fəaliyyət  göstərir.  Eyni  za-

manda müxtəlif sorğular keçirilir. Hətta internet sorğular keçirilir. 

Belə  sorğulardan  bir  neçəsindən  götürülmüş  fikirləri  diqqətə  çat-

dırmaq istərdik. 

Mərkəzi Asiya və Qafqaz respublikalarının SSRİ-yə müna-

sibətinə müəyyən qədər aydınlıq gətirmək məqsədilə bir faktı nəzərdən keçirək. 1990-сı ildə 

SSRİ-nin  müttəfiq  respublikarı  arasında  “Yeni  ittifaq  müqaviləsinin”  imzalanması  məsələsi 

müzakirə  olunurdu  (respublikaların  hüquqlarının  artırılması,  iqtisadi  baxımdan  daha  çox 

hüquq  verilməsi,  hətta  respublikaların  “suveren”  statusunun  tanınacağı  vəd  edilirdi).  Ümu-

milikdə, Yeni İttifaq müqaviləsinin 13 layihəsi hazırlanmışdı ki, bunlardan 7-si, 5-i Orta Asiya 

respublikaları olmaqla 7 respublika tərəfindən hazırlanmışdı. Gürcüstan və Ermənistan da da-

xil  olmaqla  6  ittifaq  respublikası  isə  referendumun  keçirilməsinin  əleyhinə  çıxdılar.  Bu  res-

publikalarda  referendumun  keçirilməsini  təşkil  etməli  olan  mərkəzi  komissiyalar  yaradıl-

madığı üçün, yerli Xalq deputatları Sovetləri, ictimai birliklər tərəfindən yaradılmış komissiya 

və dairələr sorğu keçirdilər (21). Ümumilikdə, refendumun keçirilməsi, yaxud keçirilməməsi 

ilə bağlı respublikalar üzrə nəticələri aşağıdakı kimi olmuşdur (22): 

 



Respublika 

lehinə 

əleyhinə 

Azərbaycan 



93,5% 

5,8% 


Qazaxıstan 

94,1% 

5,0% 


Qırğızıstan 

96,4% 

4,0% 


Özbəkistan 

93,7% 

5,2% 


Türkmənistan 

97,7% 

1,7% 


Tacikistan 

96,2% 

3,1% 


Gürcüstan 

boykot etmişdi 



Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

136 


Ermənistan 

boykot etmişdi 

 

Maraqlıdır  ki,  SSRİ-nin  saxlanması  ilə  bağlı  referendumda  Azərbaycan  üzrə  93,5% 



lehinə səs verməsinə baxmayaraq, 29 dekabrda Respublikanın müstəqilliyi ilə bağlı keçirilən 

refendumda səsvermədə iştirak edən əhalinin 95%-i bu dəfə də Azərbaycanın müstəqilliyinin 

lehinə səs vermişdi (23). 

Rusiya Federasiyasının sosial sorğular mərkəzinin məlumatlarına görə, “SSRİ-nin xif-

fətini çəkənlərin” sayı get-gedə azalır, dağılmasına təəssüflənənlərin sayı (2000-ci ildə 19%-

dən 2013-cü ildə 35%-ə qədər) isə artır (26). 

“SSRİ-nin  dağılmasına  münasibətiniz  necədir?”  sualına  verilən  2  cavabdan  birində 

“Münasibətim  yaxşıdır.  Hökumətlə  eyni  fikirdə  olmayanların  həbs  edildiyi  ölkədə  yaşamaq 

istəməzdim”;  digərində  isə  “SSRİ-nin  dağılması  sadəcə  “dəhşətli  səhv”  deyil,  əslində  bu, 

dövlət cinayətidir” deyilib (15). 

Digər  bir  sorğuya  verilmiş  cavablardan  birində  “SSRİ-nin  dağılması  ilə  əldə  etdiklə-

rimiz  yoxsulluq  və  nasizm  olub.  SSRİ-də  evsizlər,  yetimlər  indi  olduğundan  dəfələrlə  az 

olub”;  digərində  isə  “SSRİ  dağıldı,  onunla  birlikdə  həm  də  xalqlar  arasında  dostluğa  son 

qoyuldu. Rusiya, Belorus, Ukrayna nəyə görə ayrılmalı idilər?” deyilir (16). 

Hətta Rusiya kommunistlərinin təzyiqləri ilə 1996-cı ildə Rusiya Dövlət Duması SSRİ-

nin dağılmasını hüquqi cəhətdən rəsmiləşdirən Belovejsk sazişinin denonsasiyası haqda qərar 

qəbul etmişdi. Azərbaycan və Türkmənistan Prezidentləri bu məsələyə münasibətlərini bildi-

rərək  qeyd  etmişdilər  ki,  Azərbaycan  və  Türkmənistan  xalqları  müstəqil  və  suveren  inkişaf 

yolu ilə irəliləmək haqda qərar qəbul ediblər. Hər 2 dövlətin müstəqil statusu beynəlxalq birlik 

tərəfindən tanınmışdır və heç bir digər dövlət, yaxud onun orqanı tərəfindən müzakirə  möv-

zusu ola bilməz. Rusiya Dövlət Dumasının adı çəkilən qərarının heç bir hüquqi əsası yoxdur 

(18, səh.121). 

Daha bir maraqlı görünə biləcək məsələ, hazırda ABŞ-ın Qırğızıstandakı səfiri Pamela 

Spratlen Qırğızıstannın Rusiya ilə münasibətlərindən narahatlığını bildirir. Spratlen Rusiya ilə 

əməkdaşlığın Qırğızıstanda demokratiyanın inkişafına təhlükə olduğunu qeyd edir (25). 

Nəticə.  Yuxarıda  nəzərdən  keçirilənləri  yekunlaşdıraraq,  belə  nəticəyə  gələ  bilərik  ki, 

formaca ittifaq dövləti olaraq görünən SSRİ-nin müttəfiq respublikalara, o cümlədən Mərkəzi 

Asiya və Qafqaz respublikalarına münasibətdə yürütdüyü siyasət mahiyyət etibarilə müstəm-

ləkə  siyasəti  olmuşdur.  İttifaqın  Əsas  Qanunu  olan  Konstitusiyada  respublikaların  ittifaqdan 

çıxmaq  hüququnun  olduğu  qeyd  edilməsinə  baxmayaraq,  1991-ci  ildə  respublikaların  əvvəl 

suverenliklərini, daha sonra isə müstəqilliklərini elan etdikləri zaman Mərkəzi hökumətin on-

ların qərarlarına münasibəti bu deyilənin əyani sübutudur. Lakin buna baxmayaraq, postsovet 

məkanda SSRİ-nin dağılmasına münasibət birmənalı deyil. Nə qədər qəribə görünsə də, istis-

mar edildiyi deyilən insanların bir hissəsi bu fikirlə razılaşmır, SSRİ-də daha güvəndə  yaşa-

dıqlarını,  problemlərin  daha  az  olduğunu  deyirlər.  Bunun  isə,  hazırda  bütünlükdə  postsovet 

məkanda,  o  cümlədən  Mərkəzi  Asiya  və  Qafqaz  regionlarında  mövcud  dövlətlərin  inkişaf 

səviyyəsi  ilə,  əhalinin  sosial-iqtisadi  durumu  ilə,  problemlərin  çoxluğu  ilə  əlaqəli  olduğunu 

hesab etmək olar. 

 

 



 

 



Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

137 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT: 

 

1. Пискотин М.И. Россия в ХХ веке. Неоконченная трагедия. Москва, Юристь, 2004. 



2.«Империя зла»: 30 лет спустя. - http://www.golos-ameriki.ru/content/evel-empire-phrase-

reagan/1617412.html. [Baxılıb: 7 Noyabr 2014]. 

3. Libaridian, Gerard. 2004. Ch 1 “From People to Nation: An Overview from the 1850s to the 

1970s” in Modern Armenia. People, Nation, State. New Brunswick and London: Transaction

pp. 13-48. 

4. Декларация и договор об образовании СССР. 30 декабря 1922 г.-

http://www.rusarchives.ru/statehood/09-02-deklaraciya-obrazovanie-sssr-1922.shtml. 

[Baxılıb: 7 Noyabr 2014]. 

5. Конституция СССР 1924 года. -http://www.tarasei.narod.ru/konst1924.htm. [Baxılıb: 7 

Noyabr 2014]. 

6. Конституция СССР 1936 года. -http://constitution.garant.ru/history/ussr-

rsfsr/1936/red_1936/3958676/chapter/2/#1200. [Baxılıb: 7 Noyabr 2014]. 

7. Конституция СССР 1977 года. -http://www.hist.msu.ru/ER/Etext/cnst1977.htm. 

[Baxılıb: 7 Noyabr 2014]. 

8.Эльдар ИСМАИЛОВ. Очерки истории России советского периода. Баку, Ziya-Nurlan, 

2008.  

9. Конституция СССР 1977 года. -http://www.hist.msu.ru/ER/Etext/cnst1977.htm. 



[Baxılıb: 7 Noyabr 2014]. 

10. Литва: Двадцатый День Независимости. 02.04.1990.-

http://www.kommersant.ru/doc/266046. [Baxılıb: 7 Noyabr 2014]. 

11. Разгон митинга в Тбилиси 9 апреля 1989 года. 09.04.2014. - http://www.kavkaz-

uzel.ru/articles/240130/. [Baxılıb: 7 Noyabr 2014]. 

12. 20 января 1990 года. Хроника преступления глазами жертв и очевидцев. 20.01.2014. 

- http://www.1news.az/analytics/20120120115437067.html. [Baxılıb: 7 Noyabr 2014]. 

13. Tlostanova, Madina. 2012. “Post-socialist / postcolonial: on post-Soviet imaginary and 



global coloniality. Journal of Post-colonial writing (March). 48 (2), p.130-142. -

https://www.academia.edu/3666204/Postsocialist_postcolonial_On_post-

_Soviet_imaginary_and_global_coloniality. [Baxılıb: 7 Noyabr 2014]. 

14. Altay Göyüşov. Rusiyada monarxiyanın süqutundan SSRİ-nin yaranmasına qədər olan 



dövrdə müsəlman-türk xalqlarının milli-azadlıq mübarizəsi (1917-1921). Bakı, El-Aliance, 

2002. 


15. “Ваше отношение к распаду СССР?”. İnternet sorğu. -

http://pollservice.ru/p/otnosheniye-k-raspadu-sssr. [Baxılıb: 7 Noyabr 2014]. 

16. Игорь Цесельский. Возможно-ли денонсировать беловежские соглашения. -

http://professionali.ru/Soobschestva/biznes-klub/vozmozhno-li-denonsirovat-

belovezhskie/#thread93255982. [Baxılıb: 7 Noyabr 2014]. 

17. 18 лет назад усилиями депутатов фракции КПРФ Госдума денонсировала 



преступные Беловежские соглашения. -http://kprf.ru/history/date/129339.html. [Baxılıb: 7 

Noyabr 2014]. 

18. Sevinc Ruintən. Azərbaycan türk dövlətləri ilə siyasi əlaqələr sistemində (XX əsrin 90-cı 

illəri). Bakı: Adiloğlu, 2005. 

19. Амалия Оганджанян. Распад СССР в грузинских учебниках теряется на фоне 



провозглашения независимости. - http://www.dw.de. [Baxılıb: 8 Noyabr 2014]. 


Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

138 


20.Libaridian, Gerard. 2004. Ch.1 “From People to Nation: An Overview from the 1850s to 

the 1970s” in Modern Armenia. People, Nation, State. New Brunswick and London: 

Transaction, pp. 13-48. 

21. Референдум о сохранении СССР (6 республик бойкотируют). Март 1991. -

http://histrf.ru/ru/lenta-vremeni/event/view/riefieriendum-o-sokhranienii-sssr-6-riespublik-

boikotiruiut. [Baxılıb: 9 Noyabr 2014]. 

22. Игорь Цесельский. Возможно-ли денонсировать беловежские соглашения. -

http://professionali.ru/Soobschestva/biznes-klub/vozmozhno-li-denonsirovat-belovezhskie/. 

[Baxılıb: 7 Noyabr 2014]. 

23. 18 oktyabr – Azərbaycanın Müstəqillik günü. -http://www.anl.az/18oktyabr_ru.html. 

[Baxılıb: 9 Noyabr 2014]. 

24. Иван Мельник. Посол США в Кыргызстане назвала дружбу России с Киргизией 

проблемой. 06 ноября 2014. -http://tvzvezda.ru/news/vstrane_i_mire/content/201411061813-

s05j.htm.[Baxılıb: 9 Noyabr 2014]. 

25. Pamela Spratlen. Democracy in Central Asia: Supporting Kyrgyzstan’s “Island of 

Democracy”. The Ambassadors REVIEW. Fall 2014. -

https://www.americanambassadors.org/publications/ambassadors-review/fall-

2014/democracy-in-central-asia-supporting-kyrgyzstan-s-island-of-democracy. [Baxılıb: 9 

Noyabr 2014]. 

26. В Советский Союз уже не очень хочется.14.01.2013. Поданным Всероссийского 

центра изучения общественного мнения. -

from:http://wciom.ru/index.php?id=269&uid=113534. [Baxılıb: 9 Noyabr 2014]. 



 

 

СЕВИНДЖ РУИНТАН 

доцент Бакинского Государственного Университета 

 

ДЖАВИД АЛИСКАНДАРЛИ 

SOAS, Лондонский Университет 

 

 

О ХАРАКТЕРЕ ПОЛИТИКИ ЦЕНТРАЛЬНОГО ПРАВИТЕЛЬСТВА СССР 

В ОТНОШЕНИИ К РЕСПУБЛИКАМ ЦЕНТРАЛЬНОЙ АЗИИ И КАВКАЗА 

 

Несмотря  на  распад  в  1991  году  одного  из  двух  сверхдержав  ХХ  века  –  Совет-

ского  Союза,  его  присутствие  и  влияние  в  постсоветском  пространстве  по-прежнему 

имеет  особое  значение.  Уже  23  года  как    де-юре  независимые  постсоветские  госу-

дарства стараются решить проблемы почти во всех сферах своей жизни, которые прямо 

или косвенно связаны с советской историей.  С этой точки зрения, исследование исто-

рии постсоветских стран в рамках Советского Союза по-прежнему актуально. В рамках 

данной  статьи  делается  попытка    прояснить  политику  Центрального  Правительства 

Советского Союза в отношение к республикам Центральной Азии и Кавказа.

 

 



 

 

 


Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

139 

 

 

SEVİNJ RUİNTAN 

Baku State University 

 

JAVID ALISKANDARLI 

SOAS University of London 

 

ON THE CHARACTER OF THE POLICY 

OF THE CENTRAL GOVERNMENT OF THE USSR IN RELATION 

 TO THE REPUBLICS OF CENTRAL ASIA AND CAUCASUS 

 

In  spite  of  the  collapse  in  1991  of  one  of  the  two  superpowers  of  XX  century  -  the 

Soviet  Union,  its  presence  and  influence  in  the  former  Soviet  Union  still  has  a  special 

relevance. 23 years as a de jure independent post-Soviet states are trying to solve the problems 

in  almost  all  areas  of  their  lives  that  are  directly  or  indirectly  related  to  the  Soviet  history. 

From this point of view, the study of the history of post-Soviet countries in the frame of the 

Soviet Union is still urgent. An attempt to clarify the policy of the central government of the 

Soviet  Union  in  relation  to  the  republics  of  Central  Asia  and  the  Caucasus  was  made  in this 

article. 

 

 



Rəyçilər: t.e.n.A.R.Göyüşov, t.e.d.M.B.Fətəliyev 

Bakı Dövlət Universiteti “Türk xalqları tarixi” kafedrasının 2 dekabr 2014-cü il ta-

rixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №3). 

 

Yüklə 81,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə