Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə13/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   9   10   11   12   13   14   15   16   ...   56

40
Əhməd Sami Elaydi
Bu prizmadan yanaşdıqda Əzizə Cəfərzadənin «Eşq sulta-
nı» romanında Sultan Səlimi təhrif etdiyini, tarixdə olduğun-
dan fərqli şəkildə canlandırdığını müşahidə edirik ki, bizcə bu, 
əsərin qüsuru kimi dəyərləndirilməlidir. 
Romanda diqqəti cəlb edən məqamlarından biri Məhəmməd 
Füzuli ilə Sultan Süleyman Qanuni arasında sıx şəkildə əlaqə 
və ünsiyyətin qabarıq təsvir olunmasıdır. Belə ki, biri türk dün-
yasının qanuni və sevilən hökmdarı, o birisi türk dünyasının 
şeir ustadı, sevilən, təqdir olunan, hər bir əsərinə nəzirələr ya-
zılan böyük Məhəmməd Füzuli idi. Romanda onların arasında 
şeir və ilahi eşq haqqında söhbətlər maraq doğurur. 
Yazıçının romanda toxunduğu məsələlərdən biri də dini ay-
rı-seçkilik, təriqətçilik, məzhəbçilik məsələsidir. Bölücülüyə 
apardığı üçün o, təriqətçiliyə, məzhəbçiliyə qarşı çıxır. «Əzizə 
Cəfərzadə nə qədər dinə bağlı olmağından asılı olmayaraq fa-
natizmin əleyhinə idi. Xüsusən də müasir gənclik arasında po-
pulyarlaşan kor fanatizmin düşməni idi» (33, s. 198). 
Ümumiyyətlə, Füzulinin təsəvvüfdən uzaq olduğu və yalnız 
Allahın yaratdığı gözəlliyi tərənnüm etdiyi romanda aşkar şəkil-
də vurğulanır. Yazıçının bu mövzu ilə bağlı qənaəti belədir ki, 
«onu (Füzulini) sufi zmə bağlayanlar, xüsusilə gənclik dövrünü 
səhv edirlər. Füzulinin məhəbbəti böyük Xudavəndi-aləmin ya-
ratdığı möhtəşəm, əvəzolunmaz gözəlliyədir» (33, s. 198). 
Lakin Qahirənin Eyn Şəms Universitetinin professoru, tanın-
mış ərəb türkoloqu Hüseyn Müjib Əl-Misri «Qədim türk şeirinin 
əmiri Füzuli əl-Bağdadi» əsərində Füzulinin «Leyli və Məcnun» 
əsərindən bəhs edərkən qeyd edir ki, «şairin əhvalatı nəzmə çək-
məkdən məqsədi təsəvvüf rəmzini göstərməkdir. Burada Leyli 
hüsn, Məcnun isə eşq kimi təmsil olunmuşdur» (176, s. 481). 
Yazıçı romanın son səhifələrində iki mühüm mövzuya toxu-
nur. Birincisi, Füzuli saray şairi olmamışdır, yalnız sənət na-
minə yazıb-yaratmışdır. Şair bununla bağlı qənaətlərini: «şah-
lar qoltuğuna, sultanlar qoltuğuna baş qoymadım.  Şeir yaz-


Müstəqillik dövrü Azərbaycan romanı
41
maq, şairlik etmək məncə bəşəri hissdir. Şairlik, sənət çörək 
ağacı olmamalıdır. Şair şeiri çörək qazanmaq üçün yazmama-
lıdır. Şeir bədənin, ruhun tələbi olduğu üçün yazılmalıdır» (33, 
s. 188) – şəkilində ifadə edir. 
İkincisi, hələ Füzulinin dövründə rüşvətin geniş yayılma-
sıdır. Sirr deyildir ki, rüşvətin yayılması cəmiyyətdə mənfi  fə-
sadlar yaradır. Bu barədə Füzuli deyir ki, «bil ki, yer üzündə ən 
murdar və xəcalətli işlərdən biri də rüşvətdir. Rüşvətlə dövlət 
qazananlar əli təmiz, əməyi ilə dolanan insanları adam yerinə 
qoymurlar, onları qabiliyyətsiz, bacarıqsız, bu dünyanın yolu 
ilə bu dünyanın tələbilə iş görə bilməməkdə təqsirləndirirlər... 
» (33, s. 189). 
Onu da qeyd etmək lazımdır ki, «Azərbaycan ədəbiyyatında 
yaranan tarixi romanların mühüm bir qismi görkəmli sənətkar-
ların həyatından, taleyindən bəhs edir», lakin hər hansı «bədii 
əsər ədəbi şəxsiyyəti tarixi obraz kimi təqdim etdiyi üçün» ya-
zıçı «onun həyatının  ən mühüm anları üzərində dayanır, hə-
min şəxsiyyət barədə təsəvvürü genişləndirir» (6, s. 192-193). 
Əzizə Cəfərzadənin «Eşq sultanı» romanı da bu baxımdan is-
tisna təşkil etmir. 
«Eşq sultanı» romanında müəllif çox uğurlu olaraq qızın 
gözəlliyini mərcanla müqayisə edir. Müqayisə  uğurlu olduğu 
qədər də inandırıcıdır. Həmçinin Məhəmmədin məhəbbətlə dolu 
qəlbinə qızın gözəllik işığı salması romanı daha oxunaqlı edir. 
«Eşq sultanı» romanında mövzunun xarakterinə uyğun ola-
raq Məhəmməd Füzulinin bu və ya digər əsərlərinə müraciət 
edilir. Bu əsərlərdən biri alleqorik səpkidə yazılmış «Söhbətül 
əsmar»dır. Ümumiyyətlə, alleqoriya yazıçı  və  şairlərin çox 
müraciət etdikləri üslub elementidir. Belə ki, burada yazıçı 
güllərin, heyvanların, meyvələrin, daşların dili ilə psixoloji, 
sosial və digər problemləri aça bilir. «Zaman keçəcək, çox 
illər ötəcək, çox sonralar artıq şair, tanınmış hünərmənd şair 
Məhəmməd Füzuli həmin o üç gecədə xəstə balasına danışdığı 


42
Əhməd Sami Elaydi
nağılları «Söhbətül-əsmar», yəni «Meyvələrin bəhsi» adı ilə 
gözəl bir əsərdə cəmləşdirəcək, gələcək nəsil – uşaqlar üçün 
böyük tərbiyəvi  əhəmiyyətə malik olan əsər meydana qoya-
caq. Bu sonralar olacaq» (33, s. 56). 
Müstəqillik dövründə yazılmış romanlarda Azərbaycan ta-
rixinin bir çox qaranlıq səhifələri bədii təcəssümünü tapmışdır. 
Məlum olduğu kimi, Azərbaycanın yetmiş ildən artıq Sovet 
hakimiyyəti altında yaşaması bir sıra tarixi mövzuların ədəbiy-
yata gətirilməsinə ciddi qadağalar qoymuşdur. Bu baxımdan 
Azərbaycan yazıçıları uzun müddət tarixi mövzu ilə bağlı bə-
dii düşüncələrini açıq ifadə edə bilməmişlər. Lakin müstəqil-
lik dövründə ədəbiyyat yenidən Azərbaycan tarixinin yasaqlar 
qoyulmuş səhifələrini canlandırmaq imkanı əldə etdi. 
Son illərdə Azərbaycan ədəbiyyatında yaranan romanlar içə-
risində tarixin ruhunu, məfkurəsini  əks etdirmək baxımından 
Əzizə Cəfərzadənin «Zərrintac-Tahirə» əsəri aparıcı yerlərdən 
birini tutur. Bu roman indiyədək Azərbaycan elmi-nəzəri fi krin-
də kifayət qədər araşdırılmamış bir mövzuya həsr edilmişdir. 
Məlum olduğu kimi, yazıçı Əzizə Cəfərzadə ondan artıq tarixi 
romanın müəllifi dir. Bu romanlar Azərbaycan tarixinin bir çox 
qaranlıq səhifələrinə  və görkəmli  şəxsiyyətlərin taleyinə aydın-
lıq gətirilməsi baxımından əhəmiyyət kəsb edir. Bu romanlarda 
«alim-tədqiqatçı dəqiqliyi ilə yazıçı fantaziyası elə üzvi surətdə 
birləşmişdir ki, hər bir epizodun, hər bir dialoqun təbiiliyinə, ta-
rixi həqiqətə mahiyyətcə uyğun olduğuna inanırıq» (102). 
Yazıçının yaradıcılığında xüsusi yer tutan «Zərrintac-Tahirə» 
romanının qəhrəmanı  Zərrintac Azərbaycan tarixində Tahirə-
Qürrətüleyn («Qürrətüleyn» sözünün mənası «göz bəbəyi» 
deməkdir) təxəllüsü ilə tanınmışdır. Qeyd edək ki, Tahirə-
Qürrətüleyn XIX əsrin 40-cı illərində İranda şiələr arasında ya-
ranmış dini təriqət olan babilik hərəkatına mənsub olmuşdur. 
Qəzvində doğulmuş Tahirə Qürrətüleyn babilik hərəkatı-
nın görkəmli simalarından biri olmuşdur. O, kiçik yaşlarından 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə