Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə23/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   19   20   21   22   23   24   25   26   ...   56

72
Əhməd Sami Elaydi
İstiqlaliyyət dövrü Azərbaycan nəsrində Qarabağ probleminə 
həsr olunmuş əsərlər içərisində Elçin Mehrəliyevin «Doxsanıncı 
illər» romanı diqqəti çəkən bədii örnəklərdəndir.  Əsərdə 
Qarabağ  məsələsinin ötən  əsrin doxsanıncı illərində  cərəyan 
edən hadisə və əhvalatlar fonunda bədii əksini tapması müəl-
lifə dövrün sosial-siyasi mənzərəsini təcəssüm etdirməyə imkan 
vermişdir. Problemin roman janrı kontekstində  işlənilməsi ilə 
bağlı yazıçının qənaətləri də maraq doğurur: «Şübhəsiz, nəsr və 
müharibə problemi nöqteyi-nəzərindən ilk növbədə roman janrı 
çox mühüm əhəmiyyət kəsb edir. Xalq həyatının, məlun mü-
haribə hadisələrinin roman vasitəsi ilə qavranılması həmişə bu 
janra çox mühüm yeniliklər gətirir, romanın janr və poetikasını 
yeni ünsürlərlə zənginləşdirir» (95, s. 115 ). 
Onu da qeyd edək ki«Qarabağ mövzusunda yaradılan ro-
manlar özəl xüsusiyyətlərinə görə roman janrının yeni bir nö-
vünün – «Qarabağ romanı»nın formalaşmaqda olması haqqın-
da fi kirlərin irəli sürülməsinə əsas verir. Çünki bu tip əsərlər 
nəsr janrının əlamətlərinə görə özünün fərqli xüsusiyyətləri ilə 
seçilir» (135, s. 72). 
«Doxsanıncı illər» romanı əsas etibarilə iki hissədən ibarət-
dir. Birinci hissə Qarabağ münaqişəsi baş verməzdən  əvvəl 
Azərbaycanda cərəyan edən hadisələri əhatə edir. Burada 80-
ci illərin sonu, 90-cı illərin  əvvəllərində Azərbaycanı parça-
lamağa və xarici maraqlara tabe etdirməyə yönələn təhrikçi 
qüvvələrin sayəsində yaranmış böhranlı ictimai-siyasi vəziy-
yətdən və Rusiyanın  əlilə törədilmiş  İyirmi yanvar hadisələ-
rindən bəhs edilir. İkinci hissədə isə Qarabağ münaqişəsinin 
başlanması və Ermənistan tərəfi ndən Azərbaycan torpaqlarına 
təcavüz edilməsi, Azərbaycan  əhalisinin doğma torpaqların-
dan didərgin salınmasından söz açılır. Lakin romanın ayrı-ayrı 
hissələrə bölünməsi şərti səciyyə daşıyır və süjet xəttini əks et-
dirən hadisələrin bütöv təsvir və təqdiminə maneçilik törətmir. 
Belə ki, əsərin süjet xətti birinci hissədə «ailə dramı əsasında 


Müstəqillik dövrü Azərbaycan romanı
73
qurulub inkişaf etdirilərək ikinci hissədə Azərbaycan torpaq-
larına təcavüz zamanı həmin ailənin hamılıqca məhv edilməsi 
əhvalatı ilə kulminasiya nöqtəsinə çatdırılır» (117, s. 100). 
«Doxsanıncı illər» romanında Dağlıq Qarabağ münaqişəsi 
başlamamış Azərbaycanda cərəyan edən hadisələrin geniş can-
lı panoramı yaradılmışdır. Yazıçı bununla oxucuya bildirmək 
istəyir ki, başlanan münaqişə təzə deyil və erməni vəhşiliyinin, 
ümumiyyətlə, Azərbaycan xalqına qarşı yönələn təcavüzün ta-
rixi çox-çox əvvəlki dövrlərə təsadüf edir. Müəllif İyirmi yan-
var hadisəsi ilə Qarabağ münaqişəsi arasında əlaqə və bağlılığın 
olduğuna da diqqəti yönəldir. «- Azərbaycan erməni təcavüzünə 
qarşı mübarizədə  təklənib, bu qırğında da ermənilərin  əli var. 
Qorbaçov ermənilərə satılıb. Belə getsə, biz daha böyük fa-
ciələrə məruz qalacıyıq. Azərbaycana qarşı müharibə başlandı, 
əsl müharibə, Allah daha betərindən gözləsin... » (94, s. 53). 
Yuxarıda qeyd olunduğu kimi, istiqlaliyyət dövrü Azərbaycan 
nəsrində Qarabağ münaqişəsi haqqında yaranmış əsərlər sayca 
çoxdur. Lakin «Doxsanıncı illər» romanı həmin bədii örnəklər-
dən bir sıra xüsusiyyətləri ilə fərqlənir. Həmin məqamlardan ən 
mühümü bundan ibarətdir ki, romanda bir elin və obanın dərd-
lərini içində yaşadan və başqalarına nümunə olan Azərbaycan 
qadınının Qarabağ münaqişəsində rolu qabarıq  şəkildə göstə-
rilmişdir. Müəllif Qəmzə Abbas qızının obrazı vasitəsi ilə 
Azərbaycan qadınının cəsarətini, dözümlülüyünü, düşmənlərə 
qarşı mübarizəsini təsvir edir: «– Get, get atana de ki, Qəmzə 
Abbas qızı yarağını heç kimə verməyəcək də. Erməni dığaları 
gələndə özüm onlara cavab verəcəm» (94, s. 52). 
Sovet məmurları  kəndlilərin ov tüfənglərini müsadirə 
edəndə  Qəmzə Abbas qızı babasından qalmış silahı gizlədir 
və onlara verməkdən imtina edir. Bu cəsur qadın oğlu Sarı 
Məhəmmədin öz silahını gizlətdiyinə görə türməyə salındığı-
nı, nəvəsi Kamalın silahı təhvil verərək atasını türmədən çıxar-
dığını biləndə bərk əsəbiləşir. 


74
Əhməd Sami Elaydi
Müəllif romanda öz qəhrəmanı  Qəmzə Abbas qızını real 
həyatda nümunəvi qadın kimi təsvir etdiyi kimi, onun ölümü 
ilə  də başqalarına örnək olduğunu göstərir. Belə ki, Qəmzə 
Abbas qızı erməni quldurlarının doğma kəndlərinə  təcavüzü 
zamanı ailəsi ilə qaçarkən oğullarına yük olmamaq və düşmən 
əlinə keçməmək üçün özünü çaya ataraq həlak olur. Yazıçı öz 
qəhrəmanının ölümqabağı düşüncələrini belə təsvir edir: «Ay 
Allah, keç günahımdan, ... mən bir günah iş eləmirəm, özcə 
canıma qıyıram. Bu belə lazımdı, bunun mənası böyükdür, 
Sən özün bilirsən... Mən balalarıma yük olmaq istəmirəm. 
Yox, iş təkcə yük olmaqda deyil, mən onlara bu çətin məqam-
da nümunə göstərirəm. Dilim-ağzım qurusun, ələ düşüb təhqir 
olunmaq – dansa şərəfl ə, namusla ölməyin yolunu göstərirəm. 
Bir-birlərinin naminə canlarını fəda etməklə kimisə yaşada bil-
məyin mümkünlüyünü göstərirəm. Ay Allah... » (94, s. 138). 
Qeyd etmək lazımdır ki, «Doxsanıncı illər» romanının baş 
qəhrəmanı  Qəmzə Abbas qızının fədakarlığının bu romanın 
yaranmasına səbəb olduğunu müəllif özü də etiraf etmişdir: 
«təcavüz zamanı erməni quldurlarının əlindən qaçarkən doğ-
malarına yük olmamaq və yağı əlinə keçməmək üçün özünü 
çaya ataraq həlak olmuş bu qeyrətli ağbirçək qadının fədakar-
lığı mənə bu romanı yazmağa mövzu verdi» (94, s. 230). 
Romanda erməni qəddarlığının nümunəsi kimi Qəmzə 
Abbas qızının ölümündən sonra onun cəsədinin təhqir olun-
ması real, inandırıcı cizgilərlə canlandırılmışdır. « – Ara, gör-
düm e, anan güllə atdı bizə, oğlumu vurdu. Biz də onu çaydan 
çıxardıb gözlərini çıxartdıq, qulaqlarını kəsdik. Qarnını cırıb 
içalatını tökdük... » (94, s. 147). 
«Doxsanıncı illər» romanında Qəmzə Abbas qızının nəvəsi 
Hüsnübanu obrazı da ciddi şəkildə  işlənilmişdir. O da nənə-
si kimi namusunu qorumaq üçün düşmən əlinə düşməkdənsə 
ölümə üstünlük verir və Allahdan ölüm arzulayır:  «Məbada, 
qurban olduğum, məni  əsirə-girova çevirəsən, məbada! Elə 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə