Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə11/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   7   8   9   10   11   12   13   14   ...   56

34
Əhməd Sami Elaydi
gələn bu obraz romanda Nur daşı qədər yer tutmasa da, ha-
disə və obrazlar arasında əlaqə və vəhdət yarada bilir. 
«– Bu nə tükqabıdır, ağam Qazan? Beyrək sordu. 
– Bu o tükqabıdır ki, Şöklü Məliyin əsirliyindən sonra bunu 
mənə Qorqud verdi. Dedi al bunu, Qazan! İçində bircə tüküm 
var. Bu sehrli tükdür. Nə zaman dara düşsən, yandır, məni ya-
nında görəcəksən» (3, s. 135). 
«Yarımçıq  əlyazma» romanında ikinci süjet xətti  Şah 
İsmayılla bağlıdır. Qeyd edək ki, əsərdə  Şah  İsmayılla bağlı 
süjet Dədə Qorqud xətti ilə müqayisədə həcm etibarilə geniş 
olmasa da, dramatizmi, hadisələrin gözlənilməzliyi ilə diqqəti 
cəlb edir. Buna görə də romanda «Şah İsmayılla bağlı hissələr... 
daha böyük maraq doğurur. Əvvəla, Azərbaycan tarixinin daha 
qədim dövrlərindən birdən-birə Səfəvilər hakimiyyəti illərinə 
düşmək öncə oxucunu bir az çaşdırır. Ancaq müəllif məharətlə 
çıxış yolu tapır. Bütün hadisələrin yuxugörmələr, Nur daşı ilə 
danışmalar vasitəsilə verilməsi, əsərdə gözəgörünməz sirli bir 
qüvvənin də varlığından xəbər verir» (40, s. 197-198). 
Kamal Abdullanın «Yarımçıq əlyazma» romanının əsas özəl-
liklərindən biri əsərin strukturu ilə bağlıdır. Romanda bir-biri ilə 
əlaqə və rabitəsi olmayan süjetlərin təqdim olunması və biri-digə-
rini tamamlaması maraq doğurur. Belə ki, romanda birinci süjet 
xəttində «Kitabi-Dədə Qorqud» dastanının, ikinci süjet xəttində 
isə Şah İsmayıl Xətai dövrünün əks olunması arasında böyük bir 
za man  kəsimi mövcuddur. Buna görə də təsvir olunan hadisələr is-
tər zaman, istərsə də məzmun baxımından kəskin şəkildə fərqlənir. 
 Bu aspekti bədii məziyyət kimi səciyyələndirən profes-
sor Nizami Tağısoy «Etnik milli keçmişimiz və bu günümüz 
«Yarımçıq  əlyazma» aynasında» adlı  məqaləsində yazır: 
«Nəzərə alaq ki, əksər folklor nümunələrində kontominasiya-
lar vardır. Yəni bu nümunələrdə biz xeyli hallarda heç yerinə 
düşməyən, mətnin mahiyyətindən kənarda qalan hissələrlə 
rastlaşırıq. Bəzən bu tipli ümumi mətn strukturu kompozisiya 


Müstəqillik dövrü Azərbaycan romanı
35
ideya və məzmun xüsusiyyətlərinə uyğun gəlməyən məqamlar 
nəyə görəsə qəbul edilir. Bugünkü yazılı ədəbiyyatda isə ona 
özəl münasibəti qəbul etmək istəmirik» (137, s. 176). 
Şübhəsiz ki, müəllifi n fi kirləri ilə razılaşmamaq mümkün 
deyildir. Çünki istər «Kitabi-Dədə Qorqud» boylarında, istərsə 
də digər şifahi xalq ədəbiyyatı nümunələrində kontekst daxi-
li və ya tekstoloji uyğunsuzluğun olması folklor örnəklərinin 
çox variantlı, müəllifsiz olmasından qaynaqlanır; yazılı  ədə-
biyyatda bu tipli örnəklər diqqəti çəkir. 
Romandakı süjet uyğunsuzluğu ilə bağlı digər tənqidçilərin 
yazılarında da buna bənzər fi kirlərə rast gəlmək mümkündür. 
«Postmodernist yazıçı kimi Kamal Abdullanın düşüncəsində 
zamanlar arasındakı fərq silinib, buna görə onun romanının di-
lini çıxmaq şərtilə əsərdə ənənəvi tarixi əsərlər üçün səciyyəvi 
olan xüsusi kolorit yoxdur» (30, s. 251). 
Tarixi romanlar üçün mühüm şərtlərdən biri olan dövrün, 
zamanın ruhunu qoruyub saxlamaq, sözün geniş mənasında ta-
rixilik prinsipini gözləmək yazıçıdan bədii materiala ciddi ya-
naşma tərzi tələb edir. «Tarixilik elə bir kateqoriyadır ki, onun 
tələbləri mövzunun inkişafında, ideyanın açılışında, müəyyən 
məsələlərin qoyuluşunda və  həllində olduğu kimi, dildə  də 
gözlənilməlidir» (63, s, 128). Şübhəsiz ki, «Yarımçıq  əlyaz-
ma» romanında bu prinsiplərə kifayət qədər diqqət yetirilməsi 
əsərin bədii məziyyətlərini şərtləndirmişdir. 
Digər məsələlərdən biri müasirlik problemi ilə bağlıdır. 
Məlum olduğu kimi, tarixi romanlarda müasirlik problemi ən 
mühüm məsələlərdən biridir. Tarixi roman yazan müəllifi n 
əsas hədəfl ərindən biri müasirliyə xidmət etməkdir. Məsələn, 
görkəmli Suriya nasiri Əbdülkərim Nasifi n  «Oğurlananlar» 
romanında tarixi hadisələr kontekstində  ərəb xalqlarının  ən 
mühüm problemlərindən olan Fələstin dərdi bədii əksini tap-
mışdır. Müəllif romanda tarixi hadisələrə söykənərək yaşadığı 
dövrün problemlərinə diqqəti yönəltmişdir. (173, s. 20)


36
Əhməd Sami Elaydi
Azərbaycan  ədəbiyyatşünaslığında da müasirlik proble-
minə münasibətdə fərqli baxış və mülahizələrə təsadüf olun-
maqdadır. Bu mənada  fi lologiya  elmləri doktoru, professor 
Tofi q Hüseynoğlunun qənaətləri bəhs olunan problemə aydın-
lıq gətirilməsi baxımından maraq doğurur: «Milli ədəbiyyat-
şünaslığımızın iyirminci illərindən sonrakı dövrlərində müa-
sirlik haqqında təsəvvür, ona verilən tərif və qiymət birmənalı 
olmamışdır. Xüsusilə  də otuzuncu illərdə müasirliyi bir çox 
hallarda ancaq müasir həyat materialı əsasında yazılmış əsər-
lərə aid bir keyfi yyət kimi dərk və  şərh edirdilər. Belələrinə 
görə guya ancaq materialı müasir həyatdan alınıb, mövzusu 
müasir həyatın aktual məsələləri ilə  əlaqədar olan əsərlərdə 
müasirlik varmış, mövzu və materialı, müəyyən hallarda isə 
süjetləri də tarixdən, xalq rəvayətləri və əfsanələrindən alınıb 
yazılan əsərlər isə müasirlikdən uzaqmış. Belə əsərlər yazmaq 
müasirlikdən qaçmaq, müasir həyatı sevmədiyi üçün ondan 
uzaqlaşmaq, keçmişlə müasirliyi, müasir zəmanəni və həyatı 
gizli müqayisə və mübahisəyə çəkərək, üstünlüyü guya keç-
miş o tarixə vermək imiş. Bu isə yolverilməz, ideoloji baxım-
dan zərərli hesab edilirdi» (61, s, 151-152). 
Yazıçı Kamal Abdullanın «Yarımçıq əlyazma» romanında 
tarixilik müasirliyə xidmət etdiyindən  əsər bütövlükdə  bə-
dii-estetik qayənin daşıyıcısına çevrilir. 
Araşdırılan dövrdə  qələmə alınmış «Eşq sultanı» romanı 
müasir Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri 
olan Əzizə Cəfərzadənin sonuncu əsəridir. Tarixi janrda yazıl-
mış bu roman Azərbaycan  şairi Məhəmməd Füzulinin həyat 
və yaradıcılıq yolundan bəhs edir. Xatırladaq ki, Məhəmməd 
Füzulinin həyatı və yaradıcılığı haqqında tarixi qaynaqlarda mə-
lumat o qədər də çox deyildir. Amma bununla belə Azərbaycan 
yazıçıları onun həyat və yaradıcılığı haqqında bir neçə bədii əsər 
yaratmışlar. Onu da qeyd etmək lazımdır ki, Əzizə Cəfərzadənin 
«Eşq sultanı» romanı Məhəmməd Füzuli haqqında yazılmış ilk 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə