Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə9/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   5   6   7   8   9   10   11   12   ...   56

28
Əhməd Sami Elaydi
Kitabda müstəqillik dövrü Azərbaycan tarixi romanları iki 
istiqamətdə təhlil olunmuşdur:
a) Tarixi dövrün və şəxsiyyətlərin bədii obrazları;
b) Yaxın dövrün faciələri yaddaş və xatirə işığında. 
Əlbəttə, tarixi roman janrının bu istiqamətdə təhlil edilməsi 
sırf şərti səciyyə daşıyır, əsas etibarı ilə tədqiqata aydınlıq gə-
tirmək məramına söykənir. 
1.1. Tarixi dövrün və şəxsiyyətlərin bədii obrazları
Azərbaycanda müstəqillik dövründə yaranmış tarixi ro-
manlar özünəməxsus mövzu, problematika yeniliyi, janr ça-
larları ilə diqqəti çəkməkdədir. Bu cəhət tarixi roman haqqında 
yazılan tədqiqatlarda bu və ya digər şəkildə elmi-nəzəri şərhini 
tapmışdır. Lakin qeyd etmək lazımdır ki, son illərdə yaranmış 
əksər tarixi romanlar ədəbi tənqid tərəfi ndən sistemli şəkil-
də araşdırılmamışdır. Araşdırmaya cəlb olunan dövrdə Əzizə 
Cəfərzadənin «Gülüstan»dan öncə», «Zərrintac-Tahirə», 
«İşığa doğru», «Xəzərin göz yaşları», «Eşq sultanı», Kamal 
Abdullanın «Yarımçıq  əlyazma», Elçin Hüseynbəylinin «On 
üçüncü həvari və ya 141-ci Don Juan» romanları diqqəti cəlb 
edir. Əvvəlki dövrlərdə yaranmış romanlardan fərqli olaraq bu 
əsərlər tarixi fakt və hadisələrə qeyri-ənənəvi yanaşma tərzi ilə 
seçilirlər. 
İstiqlaliyyət dövründə Azərbaycan  ədəbiyyatında yara-
nan tarixi romanlar içərisində Kamal Abdullanın «Yarımçıq 
əlyazma»  əsəri diqqəti çəkməkdədir.  İki fərqli tarixi zama-
nı əhatə edən bu romanda yazıçı şərti-metaforik üsluba söy-
kənərək orijinal formada qənaətlərini əks etdirməyə çalışmış-
dır. Romanın süjet xətlərinin əsasında guya müəllif tərəfi ndən 
Milli  Əlyazmalar  İnstitutunda tapılmış «yarımçıq bir əlyaz-


Müstəqillik dövrü Azərbaycan romanı
29
ma» dayanmaqdadır.  Şərti aspektdə düşünülmüş bu əlyazma 
iki hissədən ibarətdir. Birinci hissə «Kitabi-Dədə Qorqud» 
dastanından, ikinci hissə isə Şah İsmayıl Xətainin taleyindən 
bəhs edir. Lakin yarımçıq əlyazma iki müxtəlif hissədən ibarət 
olmasına baxmayaraq, bir-birini tamamlayan istiqamətlərin 
qovuşuğu kimi diqqəti çəkir. 
Romanın birinci hissəsində  Oğuz cəmiyyətinin daxilin-
də baş vermiş ekstraordinar bir hadisə ilə bağlı Bayandır xan 
tərəfi ndən (Dədə Qorqudun katibliyi ilə) aparılan istintaq pro-
sesi qələmə alınmışdır. Burada həmçinin müəllifi n - yəni Dədə 
Qorqudun xüsusi qeydləri və müşahidələri də verilmişdir. 
Qeyd etmək lazımdır ki, Kamal Abdullanın bəhs olunan 
romanındakı «Yarımçıq əlyazma» mətnində «... cərəyan edən 
hadisələr və bu hadisələrin iştirakçısı olan obrazlar «Kitabi-
Dədə Qorqud» dastanındakı zamanın hadisələri və  iştirakçı-
ları deyildir. «Yarımçıq  əlyazma»dakı Bayandır xan, Dədə 
Qorqud, Qazan xan, Beyrək, Bəkil, Burla Xatun, Alp Aruz və 
s. obrazlar «Kitabi-Dədə Qorqud» dastanından tanıdığımız 
mifi k  obrazların adını daşıyan çağdaş insanların obrazıdır» 
(125, s. 417). 
Xatırladaq ki, «Yarımçıq  əlyazma» romanının mətbuat-
da müəyyən tənqidlərə  hədəf olmasının  əsas səbəbi  əsərə 
«Kitabi-Dədə Qorqud» dastanı arasındakı fərqlər kontekstində 
yanaşılmasıdır. Belə ki, tənqidçi-publisist Əli Rza Xələfl inin 
qənaətincə, «Tarixə saxta münasibət və ideyaca antibəşəri, 
antiinsani münasibət, bir sözlə, əgər belə demək mümkündür-
sə, ideyaca bu qədər ziddiyyətli və  zərərli motivlər üstündə 
qurulmuş, qələmə alınmış əsər yaşarlılıq qazana bilməz, bədii 
cəhətdən nə qədər güclü olursa-olsun» (66). 
«Yarımçıq əlyazma» romanında təsvir olunan mifi k əhva-
latlar xalqın əski düşüncə tarixinə aydınlıq gətirməkdən daha 
çox, yaşanılan dövrdə  cəmiyyət həyatının qaranlıq qatlarına 
işıq tutmaq baxımından səciyyəvi məqamlarla müşayiət olu-


30
Əhməd Sami Elaydi
nur. Tarixə bu cür yanaşma romanın müasirliyini təmin edən 
bədii komponent kimi çıxış etdiyindən onun bu yönümdə 
dəyərləndirilməsi bir sıra ideya-estetik məqamların üzə çıxa-
rılmasına imkan verir. Bəzi tədqiqatlarda əsərə bu prizmadan 
yanaşılması da nəzərdən qaçırılmamalıdır. 
Romanda təsvir olunan birinci əlyazma Bayandır xan ilə 
Dədə Qorqud arasında olan söhbətlə başlayır. Söhbətin məz-
munundan məlum olur ki, Bayandır xan Oğuz elində  işlərin 
qarışıq düşdüyündən narahatdır. Bu qarışıqlığa səbəb isə ölkə-
də gizli fəaliyyət göstərən bir casusun olmasıdır.  Əvvəlcə, 
zindana salınan bu casusun hansı yollasa azadlığa buraxılması 
onun narahatlığını daha da artırmışdır. 
Süjetin gedişindən məlum olur ki, Bayandır xan öz əlaltısı, 
«kölgəsi, nəfəsi, canı, zehni» olan Qılbaşa və Qorquda əmr 
edir ki, casus məsələsinə aydınlıq gətirsinlər. Casusun kimli-
yini aşkarlamaq üçün Bayandır xan istintaq aparır, Qorqud isə 
bu istintaqın gedişatını qələmə alır. 
Göründüyü kimi, romanın süjet xəttində casusluq əsas prob-
lem kimi bədii təsvir obyektinə çevrilmişdir. Bu problemin 
Azərbaycan  ədəbiyyatında yeni olmadığı  nəzəri-estetik  fi krə 
bəllidir. Bu gün Qarabağ müharibəsini yaşayan Azərbaycan 
üçün problemin aktuallığı sirr deyildir. Güman ki, bunu icti-
mai bir problem kimi diqqətə çatdırmaq romanın əsas qayələ-
rindən biridir. 
Yuxarıda qeyd olunduğu kimi, romanın birinci əlyazma-
sında süjet xəttini Bayandır xanın apardığı istintaq təşkil edir. 
İstintaq prosesində  məlum olur ki, bəylər məşvərətə getmə-
mişdən qabaq casusun anası onların hər biri ilə ayrı-ayrılıqda 
görüşüb söhbət aparmışdır. Söhbət zamanı qadın hər bir bəyə 
casusun onun oğlu olduğunu söyləmişdir. Nəhayət, casusun 
buraxılmasına səbəb onun anasının bəyləri çıxılmaz vəziyyət-
də qoyması olur. Romanda təsvir olunan bu hadisə fonunda 
belə bir ideya təlqin olunur ki, daxildən kömək olmasa, heç 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə