Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə8/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   4   5   6   7   8   9   10   11   ...   56

24
Əhməd Sami Elaydi
qara qoç» romanı daha əhatəli  şəkildə araşdırılmışdır (163; 
164; 165). Həmçinin, internet səhifələrində, ayrı-ayrı ədəbiy-
yat saytlarında müstəqillik dövrü romanları ilə bağlı araşdır-
malara təsadüf olunmaqdadır (181; 182; 183). 
Lakin 1991-2005-ci illər Azərbaycan romanları haqqında 
yazılan tədqiqatların say etibarı ilə çoxluğuna baxmayaraq, 
yara nan  əsərlər indiyədək müasir nəzəri  fi kir  müstəvisin-
də müstəqil tədqiqat obyektinə çevrilməmişdir. Bu mənada 
mü da fi əyə  təqdim olunan dissertasiya işində ilk dəfə olaraq 
müstəqillik dövrü Azərbaycan romanları bütöv, sistemli şəkil-
də araşdırılır. 
Monoqrafi yadan bədii nəsr, roman janrı, poetika məsələlə-
ri, ədəbi tənqid və ədəbiyyatşünaslıq və s. mövzularda yazıl-
mış tədqiqatlarda qaynaq kimi istifadə oluna bilər. Əsər təhlil 
istiqamətləri, nəzəri yanaşma və araşdırma formulları ba xı-
mın dan  gələcəkdə bu sahədə aparılacaq tədqiqatlar üçün el-
mi-nəzəri əhəmiyyət daşıyır. 
Monoqrafi yadan  həmçinin ali məktəblərin  fi lologiya  fa-
kültələrində ümumi və xüsusi kursların tədrisində yardımçı 
vəsait kimi istifadə edilə bilər. 
Monoqrafi ya ədəbi-elmi irsə münasibətdə tarixilik prinsi-
pinə ardıcıl şəkildə riayət olunması əsasında həyata keçirilmiş, 
bu zaman müqayisəli təhlil metoduna üstünlük verilmişdir. 
Əsərin yazılmasında müasir Azərbaycan və ərəb ölkələri ədə-
biyyatşünaslığının və bütövlükdə dünya estetik fi krinin nəzəri 
müddəaları başlıca çıxış nöqtəsi olmuş, analoji tədqiqatların 
təcrübə və nəticələrindən istifadə edilmişdir. 


I FƏSİL
TARİXİ YADDAŞ, 
DÖVRÜN HƏQİQƏTLƏRİ 
VƏ ROMAN


26
Əhməd Sami Elaydi
Bədii nəsrin son dərəcə maraqlı, orijinal, bənzərsiz örnək-
ləri ilə zəngin olan Azərbaycan ədəbiyyatında (17; 19; 20; 21; 
71; 104; 109; 142; 158) istiqlaliyyət dövründə digər janrlarla 
müqayisədə romanlara daha çox müraciət olunmuşdur. Dövrün 
yazıçılarının əksəriyyəti bu və ya digər şəkildə roman janrına 
üz tutmuş, maraqlı, orijinal sənət nümunələri ortaya çıxar-
mışdır. Roman janrına  əvvəlki illərlə müqayisədə müstəqil-
lik dövründə intensiv şəkildə müraciət olunması bir tərəfdən 
ənənə ilə, digər tərəfdən onun ifadə imkanlarının genişliyi ilə 
bağlıdır. Son illərdə  Əzizə  Cəfərzadə, Anar, Sabir Əhmədli, 
İsa Muğanna, Seyran Səxavət, Çingiz Abdullayev, Sabir 
Rüstəmxanlı, Afaq Məsud, Vaqif Sultanlı, Kamal Abdulla, 
Hüseynbala Mirələmov, Ağarəhim Rəhimov, Səfər Alışarlı, 
Elçin Hüseynbəyli və başqa yazıçıların roman janrının imkan-
larından bəhrələnməsi bu baxımdan səciyyəvidir. 
Müasir Azərbaycan nəsrinin mühüm bir qolunu da tarixi 
mövzuda yazılmış romanlar təşkil edir. Məlum olduğu kimi
tarixi romanların yaranması bir sıra amillərlə bağlıdır. Hər şey-
dən əvvəl, roman janrının bu tipi tarixin qaranlıq, öyrənilmə-
miş səhifələrinin aşkarlanmasına xidmət edir. Bir çox hallarda 
isə tarixin müəyyən dövr, şəxsiyyət və problemlərinin öyrə-
nilməsinə siyasi-ideoloji yasaqlar qoyulduğu dövrlərdə tarixin 
canlandırılması missiyası  bədii nəsrin üzərinə düşür. Bütün 
bunlarla yanaşı, tarixi roman janrının yaranmasını və işləkliyi-
ni şərtləndirən ən mühüm amil çağdaş dövrün problemlərinin 
tarixə söykənərək əks olunması zərurətidir. 
Qeyd edək ki, «Azərbaycan tarixi romanı son onillikdə 
özünəməxsus inkişaf yolu keçmiş, yeni mövzu, problematika 
və sənətkarlıq məziyyətləri ilə zənginləşmişdir. Xüsusən nəsri-
mizin son vaxtlaradək diqqət yetirmədiyi bir sıra mövzular son 


Müstəqillik dövrü Azərbaycan romanı
27
dövrün ədəbi prosesində önəmli yer tutmuşdur. Sovet dövrün-
də ədəbiyyatımızda toxunulması bir növ yasaq olan ayrı-ayrı 
mərhələlərin mühüm hadisələri və görkəmli şəxsiyyətləri indi 
artıq diqqət mərkəzinə çəkilmişdir» (6, s. 521). 
Azərbaycan ədəbiyyatında olduğu kimi, Misir ədəbiyyatın-
da da tarixi roman janrı özünəməxsus, spesifi k inkişaf yolu keç-
mişdir. Qeyd edək ki, Misirdə müasir səpkili romanın yaran-
ması XX əsrin əvvəllərinə təsadüf edir. Burada roman janrının 
təşəkkülü əsas etibarilə romantik (Məhəmməd Həsən Hikalın 
1914-cü ildə qələmə alınmış, Misir ədəbiyyatında yaranmış ilk 
roman hesab edilən «Zeynəb» romanı) (179) və realist (Nobel 
mükafatı laureatı  Nəcib Məhfuzun romanları) istiqamətlərdə 
gerçəkləşmişdir. Bu istiqamətlərlə yanaşı, özünəməxsus tərzdə 
yaranan tarixi romanlar çox keçmədən bədii nəsrin əsas, aparı-
cı janrlarından birinə çevrilmişdir (166; 169; 174). Bu mənada 
görkəmli Misir nasirləri Əli Əl-Cərminin və Əli Bikasirin ro-
manları xüsusilə diqqəti cəlb edir (168, s. 122). Hər iki yazı-
çının qələmə aldığı romanlar Misir xalqının uzaq keçmişinə 
üz tutduğu və milli mücadilə tarixini hərtərəfl i şəkildə canlan-
dırdığı üçün tez bir zamanda populyarlıq qazanmışdır. Onu da 
qeyd edək ki, «Yeni dönəm  ərəb  ədəbiyyatında roman janrı, 
onun müxtəlif növləri ilk mərhələdə Avropa xalqları ədəbiyya-
tından, özəlliklə də fransız və qismən də ingilis ədəbiyyatından 
müvafi q əsərlərin təqlidi yolu ilə yaranmışdır. Ərəb ədəbiyyatı 
tarixini tədqiq edən bütün araşdırıcılar - ərəb, rus, Azərbaycan, 
Avropa şərqşünasları bu gerçəkliyi birmənalı şəkildə təsdiqlə-
mişlər» (54, s, 48-49). 
Müasir dövrdə Azərbaycan  ədəbiyyatında yaranan tarixi 
romanlar içərisində Əzizə Cəfərzadənin «Gülüstandan öncə», 
«Zərrintac-Tahirə», «İşığa doğru», «Xəzərin göz yaşları», 
«Eşq sultanı», Kamal Abdullanın «Yarımçıq  əlyazma» və 
başqa bədii nümunələr diqqəti çəkir. Tədqiqat işində bu tarixi 
romanlar sistemli təhlil obyektinə çevrilmişdir. 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə