Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti Kafedra : Humanitar fənnlər Fənn: Azərbaycan tarixi Fakültə: Energetika və Avtomatika



Yüklə 344,34 Kb.
səhifə1/5
tarix17.12.2023
ölçüsü344,34 Kb.
#149881
  1   2   3   4   5
Nəbiyev Məhəmmədəli 222a1 Azərbaycan Tarix


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Azərbaycan Texniki Universiteti
Kafedra : Humanitar fənnlər
Fənn: Azərbaycan tarixi
Fakültə: Energetika və Avtomatika
İxtisas: Elektrik mühəndisliyi
Qrup:222a1
Tələbə:Nəbiyev Məhəmmədəli
Müəllim: Qasımov Şikar
Sərbəst iş
Mövzu:Qarabağ məsələsi beyxəlxalq arenada
Bakı-2023
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başladıqdan Sonra uzun müddət bu problem beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmədi. Bunun birinci səbəbi ondan ibarət idi ki, münaqişənin start götürdüyü ilkin mərhələdə dünya birliyi onun aradan qaldırılmasında maraqlı deyildi. Çünki bu problem SSRİnin dağılması prosesini sürətləndirən çoxsaylı amillərdən biri kimi çıxış edirdi və onun aradan qaldırılması Sovet İttifaqının daxilində gedən dağıdıcı proseslərə mane ola bilərdi. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin həyata keçirilməsi hər zaman beynəlxalq birliyin laqeyd münasibətilə müşayiət olunurdu. Artıq 1992-ci ildə erməni silahlı birləşmələri respublikamızın ərazilərinin işğalına istiqamətlənmiş hərbi əməliyyatların miqyasını kifayət qədər genişləndirmişdilər. Lakin heç bir beynəlxalq təşkilat hamının gözü qarşısında baş verməkdə olan və beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalayan bu işğalçılıq əməllərinə obyektiv qiymət vermədi. Doğrudur, müxtəlif dövrlərdə BMT-nin, ATƏT-in, Avropa Birliyinin bu barədə müəyyən qətnamələri, bəyanatları meydana çıxdı, bununla belə, həmin sənədlər münaqişənin həqiqi səbəblərini dəqiq şəkildə qiymətləndirmir, təcavüzkarla təcavüzə məruz qalan tərəf arasında heç bir fərq qoymurdu.
Qarabağ məsələsi beynəlxalq arenada
1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan Respublikası bu barədə bütün beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə və dünya dövlətlərinə müraciət etdi. Həmin müraciətdə demokratiya, azadlıq və bərabərlik prinsiplərinin respublikanın əsas strateji yolu olduğu göstərilir və ölkənin BMT-yə qəbul olunmaq arzusu ifadə edilirdi. 1992-ci ilin martında Azərbaycan BMT-yə üzv qəbul edildi.1 Elə həmin ilin martında Nyu-Yorkda Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi açıldı. Bundan sonra Azərbaycan BMT-yə müraciət edərək Ermənistanın təcavüzkar siyasətinə münasibət bildirməyi və bu ölkənin işğalçılıq əməllərinin qarşısını almağı xahiş etdi. BMT-nin nümayəndə heyəti bu müraciətə əsaslanaraq regiona səfər etdi və bu barədə BMT Baş katibinə müvafiq məlumatlar verdi. BMT-nin Baş katibi isə münaqişənin həllində ATƏM-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi -1995-ci ilin yanvarından ATƏT - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) səylərini dəstəklədiyini və bu təşkilata müvafiq nəticələr əldə etmək üçün kömək göstərməyə hazır olduğunu bildirdi. Bu, artıq beynəlxalq ictimaiyyətin məsələyə soyuq münasibətinin ilk simptomları idi.
1992-ci ilin oktyabrında isə BMT Təhlükəsizlik Şurası sədrinin daha bir bəyanatı qəbul edildi. Lakin bu sənəd də məzmununa və siyasi mahiyyətinə görə əvvəlkilərdən heç nə ilə fərqlənmirdi. Burada da vəziyyətin gərginləşməsindən, eləcə də çoxsaylı insan tələfatından narahatlıq ifadə olunur və ATƏM-in münaqişənin həllinə dair fəaliyyətinin dəstəkləndiyi bildirilirdi.
1993-cü ildə Azərbaycanın daha bir rayonu - Kəlbəcər ermənilər tərəfindən işğal edildi. Azərbaycan bu barədə BMT-yə müraciət edərək təcavüzkarın əməllərinə qiymət verilməsini xahiş etdi. Aprelin 6-da BMT Təhlükəsizlik Şurası sədrinin bəyanatı qəbul olundu. Bəyanatda Ermənistanla Azərbaycan arasında gərginliyin artmasından və "yerli erməni qüvvələrinin" Kəlbəcər rayonuna müdaxiləsindən narahatlıq ifadə olunurdu. Bəyanatda bütün dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi bir daha təsdiqlənir və yenə də ATƏM çərçivəsində sülh prosesində irəliləyişə nail olmaq üçün tərəflərə müvafiq addımlar atmağa çağırış öz əksini tapırdı. Lakin bu bəyanat da problemə düzgün qiymət vermirdi. Məsələ burasındadır ki, Ermənistanın işğalçılıq siyasətinə münasibət sənəddə əksini tapmamış və Kəlbəcərin işğalının guya "yerli ermənilər" tərəfindən həyata keçirildiyi vurğulanmışdı. Qeyd edək ki, bu bəyanat əsasən Ermənistanın təqdim etdiyi məlumatlara əsaslanırdı. Ermənistan Kəlbəcərin işğalında iştirak etdiyinə dair Azərbaycanın ortaya qoyduğu faktları təkzib edərək rayonun qəsb edilməsində "yerli ermənilərin" günahkar olduğunu sübut etməyə çalışırdı.

Yüklə 344,34 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə