Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə7/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   2   3   4   5   6   7   8   9   10   ...   56

Müstəqillik dövrü Azərbaycan romanı
21
– 1991-2005-ci illər Azərbaycan  ədəbiyyatında yaranmış 
roman janrı nümunələrini mövzu, ideya, problem, konfl ikt və 
xarakter yaradıcılığı baxımından təhlil obyektinə çevirmək;
– Müstəqillik dövründə yaranmış romanların janr 
özünəməxsusluğunu səciyyələndirmək;
– Müstəqillik dövründə yaranan romanları əvvəlki dövrlər-
də yaranan romanlarla müqayisəli təhlilə cəlb etmək;
– Müstəqillik dövründə yaranan Azərbaycan romanlarını 
müasir ərəb romanları ilə müqayisəli şəkildə təhlil obyektinə 
çevirmək; 
– Romanlarda mənəvi-əxlaqi problemlərin bədii təcəssü-
münə diqqəti yönəltmək;
– Romanlarda çağdaş Azərbaycan cəmiyyətinin sosial həya-
tının və problemlərinin bədii əksini təhlil obyektinə çevirmək;
– Müstəqillik dövrü Azərbaycan romanlarının poetik xüsu-
siyyətlərini səciyyələndirmək;
– Müstəqillik dövrü Azərbaycan romanları ilə bağlı yazıl-
mış tədqiqatların qüsur və nöqsanlarını üzə çıxarmaq. 
Monoqrafi yanın tədqiqat obyektini müstəqillik dövrü (1991-
2005-ci illər) Azərbaycan romanları təşkil edir. Tədqiqatın ayrı-ayrı 
fəsillərində İsmayıl Şıxlının «Ölən dünyam», Əzizə Cəfərzadənin 
«Zərrintac-Tahirə», «Eşq sultanı», «Xəzərin göz yaşları», Anarın 
«Ağ qoç, qara qoç», Sabir Əhmədlinin «Axirət sevdası», «Kef», 
«Ömür urası», Çingiz Hüseynovun «Doktor N», «Merac», İsa 
Hüseynovun (Muğanna) «İsahəq, Musahəq», «Cəhənnəm», 
Əkrəm  Əylislinin «Ətirşah Masan», Mövlud Süleymanlının 
«Günah duası», Seyran Səxavətin «Nekroloq», Afaq Məsudun 
«Azadlıq», Vaqif Sultanlının «İnsan dənizi», Kamal Abdullanın 
«Yarımçıq  əlyazma», Ağarəhim Rəhimovun «Ovlaq keçidi», 
Hüseynbala Mirələmovun «Gəlinlik paltarı», Elçin Mehrəliyevin 
«Doxsanıncı illər», Elçin Hüseynbəylinin «Yovşan qağayılar», 
«On üçüncü həvari və ya 141-ci Don Juan» və bir sıra digər ro-
manlar təhlil olunmuşdur. Burada həmçinin müasir ərəb roman-


22
Əhməd Sami Elaydi
ları ilə (Nəcib Məhfuz, Yusif İssibayi, Əbdürrəhman Nasif, Yusif 
Əl Qaid və başqa yazıçıların yaradıcılığı fonunda) analoji təhlillər 
aparılmış, roman haqqında yaranan elmi-nəzəri qaynaqlara bu və 
ya başqa formada istinad olunmuşdur (167; 170; 171). 
Müstəqillik dövrü Azərbaycan romanları haqqında bu və 
ya digər səpkidə tədqiqat aparılmışdır. Azərbaycanın tənqid-
çi və ədəbiyyatşünaslarından Yaşar Qarayev, Bəkir Nəbiyev, 
Yavuz Axundlu, Akif Hüseynov, Himalay Ənvəroğlu, Cəlal 
Abdullayev, Tofi q Hüseynoğlu, Vaqif Yusifl i, Təyyar Salam-
oğ lu,  Almaz  Əliqızı, Tehran Əlişanoğlu, Nərgiz Cabbarlı və 
başqaları bu illərdə yaranan romanlar haqqında mətbuatda 
məqa lələrlə  çıxış etmiş, yaxud müasir dövrün nəsrinə  həsr 
olun muş monoqrafi k səpkili tədqiqatlarında yeri gəldikcə hə-
min romanlara münasibət bildirmişlər. 
AMEA-nın müxbir üzvü, fi lologiya  elmləri doktoru
professor Yaşar Qarayevin «Tarix: yaxından və uzaqdan», 
«Azərbaycan ədəbiyyatı: XIX-XX əsrlər» adlı tədqiqatlarında 
müstəqillik dövrü ədəbiyyatı səciyyələndirilərkən roman jan-
rına da münasibət bildirilmişdir (83; 81). 
Akademik Bəkir Nəbiyevin araşdırmalarında çağdaş Azər-
bay can  romanları mövzu-məzmun, problem, dil-üslub kon-
tekstində təhlilini tapmışdır (115; 116). 
Filologiya elmləri doktoru, professor Yavuz Axundlunun 
ayrı-ayrı monoqrafi k tədqiqatlarında və məqalələrində müs tə-
qil lik  dövründə qələmə alınmış tarixi romanlar təhlil olunmuş-
dur (6; 7; 8; 9; 10). 
Filologiya elmləri doktoru, professor Himalay Ənvəroğ-
lu nun  «Azərbaycan  ədəbiyyatının yaradıcılıq problemləri» 
(2004), «Azərbaycan romanının inkişaf problemləri» (2008) 
kimi tədqiqatlarında çağdaş Azərbaycan romanlarının poetika-
sına da müəyyən qədər toxunulmuşdur (49; 50; 85). 
Filologiya elmləri doktoru, professor Təyyar Salamoğlunun 
«Müasir Azərbaycan romanının poetikası» (2005), «Müasir 


Müstəqillik dövrü Azərbaycan romanı
23
Azərbaycan romanı: janr təkamülü» (2007), «Ən yeni 
Azərbaycan  ədəbiyyatı  məsələləri» (2008) araşdırmalarında 
XX əsrin sonları, XXI əsrin əvvəllərində yaranan bədii nəsrin 
tədqiqi fonunda müstəqillik dövrü Azərbaycan romanları da 
təhlilə cəlb olunmuşdur (127; 126; 125). 
Filologiya elmləri doktoru Vaqif Yusifl inin bədii nəsrlə bağlı 
araşdırmalarında müstəqillik dövrü romanları ilə bağlı bəzi ro-
manlar təhlil obyektinə çevrilmişdir (149; 154; 155; 156, 157). 
Filologiya elmləri doktoru Salidə Şərifovanın «Ədəbi pro-
sesə  nəzəri baxış» (2006) və «Müasir Azərbaycan romanla-
rında ictimai-siyasi mühitin təsviri problemləri» (2007) adlı 
monoqrafi k tədqiqatlarında müstəqillik dövrü Azərbaycan ro-
manlarının bir qismi mövzu, ideya-problem baxımından təhlil 
olunmuşdur (135; 136). 
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının ümumi nəzə-
ri xüsusiyyətlərini səciyyələndirən tədqiqatlarda yeri gəldikcə 
roman janrına da münasibət bildirilmişdir (4; 5; 26, 31; 47; 89; 
97; 98; 145; 146; 147). 
Qeyd etmək lazımdır ki, ayrı-ayrı yazıçıların yaradıcılığı-
na, həmçinin çağdaş ədəbiyyatın müxtəlif problemlərinə həsr 
olunmuş tədqiqatlarda roman janrı ilə bağlı bu və ya digər mü-
lahizələrə təsadüf olunmaqdadır (1; 42; 60; 67; 73; 76; 80; 87; 
96; 105; 129; 131). 
Ali məktəblər üçün hazırlanan dərsliklərdə, həmçinin ədəbiy-
yat tarixinə həsr olunmuş tədqiqatlarda müstəqillik illərində yara-
nan romanlara da yeri gəldikcə münasibət bildirilmişdir. Xüsusilə, 
professor Cəlal Abdullayev, professor Tofi q Hüseynoğlu və pro-
fessor Vaqif Sultanlının elmi redaktorluğu ilə nəşr olunan ikicild-
lik «Müasir Azərbaycan ədəbiyyatı» dərsliyində müstəqillik döv-
ründə yaranan romanlar təhlil olunmuşdur (114). 
Türkiyədə nəşr olunan bir sıra tədqiqatlarda da yeri gəldik-
cə müstəqillik dövrü Azərbaycan romanları  təhlil obyektinə 
çevrilmişdir (162). Xüsusilə, bu tədqiqatlarda Anarın «Ağ qoç, 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə