Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə10/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   6   7   8   9   10   11   12   13   ...   56

Müstəqillik dövrü Azərbaycan romanı
31
bir xarici qüvvə ölkənin içərilərinə müdaxilə edə bilməz. 
İstintaqın başlanğıcında casusun varlığını ölkə üçün böyük 
təhlükə hesab edən oğuz bəyləri sonda onun «günahsız» ol-
ması ilə barışırlar. «Çünki casus Boğazca Fatmanın oğludur və 
Boğazca Fatma hər bir Oğuz bəyinə sübut edə bilir ki, bu, elə 
sənin oğlundur. Qırx oynaşlı Fatma ilə Oğuz bəylərinin intim 
münasibətlərini cəmiyyətin məişət  əxlaqının pozulması kimi 
qiymətləndirmək olar. Lakin Oğuz bəylərinin öz şəxsi taleləri-
ni bütün Oğuzun mənafeyindən üstün tutmaları və casusu azad 
edərkən qətiyyən tərəddüd etməmələri sosial-əxlaqı pozulmuş 
cəmiyyəti görüntüyə gətirir» (125, s. 418). 
Yazıçı romanda ciddi problemlər qarşısında qalan Oğuz 
bəylərinin çətin məqamda öz şəxsi talelərini düşünmələrini 
incə, zərif detallarla əks etdirmişdir. Çünki «İstintaq prosesin-
də - ağır sınaq qarşısında qalan Oğuz bəyləri ancaq öz şəxsi 
taleləri üçün narahatlıq hissi keçirir, sıravi bəylərdən tutmuş 
«Oğuzun dirəyi» Qazana qədər ən alçaq hərəkətləri belə öz-
lərinə rəva görürlər. Təki canlarını ölümdən qurtarsınlar, təki 
tutduqları mövqedən məhrum olmasınlar» (125, s. 418). 
«Yarımçıq əlyazma» romanında müəllifi n diqqət yetirmək 
istədiyi məqamlardan biri sosial ədalət problemidir. Yazıçı bu 
problemi əks etdirmək üçün bir sıra bədii üsul və vasitələrdən 
istifadə etmişdir. Xüsusilə ədalət axtarışları və onun üzə çıxarıl-
ması əsər boyu müəllifi  düşündürür. Ümumiyyətlə, «Yarımçıq 
əlyazma»da «... ədalətin istintaq şəklində üzə çıxması məsələsi 
ilə millətin, dövlətin bütövlük məsələsi önə çıxır. Danışılanlar, 
yuxugörmələr, Nur daşı ilə söhbətlər, bəzi insanların sirlərini 
Qorquda danışması bir xəttə - İç və Dış Oğuzun bütövlüyünü 
qorumağa, həmçinin ikitirəliyin, bölücülüyün əsasının qoyul-
masına «yardım» olanların üzə çıxmasına səbəb olur. Əslində 
casusun kimlər tərəfi ndən qaçırılması ətrafında başlanmış is-
tintaq daha böyük məsələləri aydınlaşdırır» (40, s. 197). Qeyd 
edək ki, romanda sosial ədalət probleminin qoyuluşu və onun 


32
Əhməd Sami Elaydi
bədii həllinin ənənəvi səpkidə canlandırılmaması mətnin oxu-
naqlılığını təmin etmişdir. 
Müəllif romanda bir sıra  əsas və epizodik obrazlar yarat-
mışdır. Bunların içərisində Bayandır xan, Dədə Qorqud, Qazan 
xan, Beyrək, Bəkil, Burla xatun, Alp Aruz, Basat, Boğazca 
Fatma, Casus və başqaları daha çox diqqəti cəlb edir. 
Romandakı obrazlar içərisində Dədə Qorqud xüsusi yerlər-
dən birini tutur. Bu obraz vasitəsilə müəllif bir sıra ideya-es-
tetik funksiyanın gerçəkləşdirilməsinə çalışmışdır. Hər şeydən 
əvvəl, yazıçı bu obrazdan romandakı hadisələri və əhvalatları 
birləşdirən bədii vasitə kimi istifadə etmişdir. Bundan əlavə, 
Dədə Qorqud romanda yazıçının qaldırmış olduğu problemlə-
rin ideya ruporu kimi çıxış edir; belə ki, müəllifi  düşündürən 
ən mühüm məsələlər bu obrazın timsalında gerçəkləşir. Dədə 
Qorqud obrazı romanda mühüm yerlərdən birini tutmaqla 
yanaşı, müəllifi n onu canlı, inandırıcı  şəkildə  təqdim etməsi 
diqqətdən yayınmamalıdır. «Əsərdə Dədə Qorqud kifayət qə-
dər cavan, hətta gənc təqdim olunur... Və həm də heç o qədər 
də müdrik deyil, sadəcə, hiyləgərdir. Süni şəkildə intriqalar 
qurmağı, münaqişələr yaratmağı bacarır və eyni zamanda, hə-
min münaqişə və intriqaları həll etməyin yolunu da əla bilir» 
(66). Əslində isə romanda Dədə Qorqudun fi kirləri ilə yaşı ara-
sında ciddi uyğunsuzluğun nəzərə çarpmadığı qeyd olunmalı-
dır. Şübhəsiz ki, bütün bunlar obrazın canlılığına, təbiiliyinə 
ciddi xələl gətirməməkdədir. 
Romanda o qədər də yer tutmayan Basat obrazı vasitəsilə 
yazıçı azadlığın, hürriyyətin necə qiymətli olduğunu göstərmək 
istəmişdir. Basatın meşədə heyvanların arasında təsvir olunması 
ilə müəllif dolayısı ilə belə bir fi kri təlqin etməyə çalışır ki, insan 
hansı mühitdə, hansı şəraitdə yaşamasından asılı olmayaraq ömrü 
boyu yalnız bir amal – azadlıq uğrunda mübarizə aparmalıdır. 
Romanda real surətlərlə yanaşı, mifi k obrazlar da vardır. 
Bunların içərisində Nur daşı və Sehrli tük səciyyəvi element-


Müstəqillik dövrü Azərbaycan romanı
33
ləri ilə diqqəti çəkir. Bu obrazlar vasitəsilə müəllif bir tərəf-
dən məkan məhdudiyyətini aradan qaldırır, digər tərəfdən 
müxtəlif zamanlar arasında  əlaqə yaratmaq məramını izlə-
yir. Bütövlükdə, simvolik xarakter daşıyan və qeyri-adi ilahi 
gücə malik olan Nur daşı süjet boyu Dədə Qorquda kömək 
edir, onun vasitəsilə hadisələrin gedişatına təsir göstərir. 
Qeyd etmək lazımdır ki, bu obraz türk təfəkkürü üçün o qə-
dər də yeni deyildir. Belə ki, bir sıra nağıl və dastanlarda 
Xızır İlyas, Xızır Nəbi, Zümrüd quşu və s. adlar altında ila-
hi qüvvənin nağıl, dastan qəhrəmanına kömək etməsi faktı 
mövcuddur. Lakin fi krimizcə, yazıçı bu metoddan ustalıqla 
istifadə edə bilmiş, elə buna görə də, əsər uğur qazanmışdır. 
Şübhəsiz ki, yazıçı bu obrazı  təsvir etməklə  qələmə aldığı 
dövrün mifi k dünyagörüşünü qabartmaq istəmiş və istəyinə 
nail olmuşdur. 
«Nur daşı işıq içində idi. Belə bir gecədə Nur daşının ürə-
yinə əlimi basdım, soruşdum: 
– Ey Nur daşı, mənim bu gün dəxi bir sirrim artar oldu. 
Eşidərmisən məni? 
Nur daşından cavab əvəzi bir işarət gəlməliydi. Sükut isə 
hər bir yanı bürüyüb durmuşdu. Sükut az qala qulaq deşirdi. 
Mən sorumu bir dəxi təkrar elədim: 
– Ey Nur daşı, daşların gözəli, daşların əqillisi, yatmısan, 
oyaqmısan, söylə  mənə, bu gün mənə bir sirr dəxi açdılar. 
Vaqe edimmi səni bu sirdən, yoxsa bu sirri qəlbimdə saxla-
yıb-saxlayıb çərrəyib gəbərimmi?» (3, s. 69). 
Yaxud başqa bir epizoda diqqət yetirək:
«– Nur daşı, … Sabah nolacaq, nolmayacaq - mən bil-
mənəm, Tanrı bilər, sən bilərsən... Bayındır xan ola ki, mənə 
qatı qəzəb etsin. Qəziyyəni bildikdən sonra qəzəb etməyib də 
nə edəcəkmiş?! Bircə sən bilirsən» (3, s. 224). 
Sehrli tük obrazı vasitəsilə  də yazıçı eyni bədii-estetik 
missiyanın gerçəkləşdirməyə çalışır. Xalq ədəbiyyatından 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə