Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə16/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   ...   12   13   14   15   16   17   18   19   ...   41

46
II FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
4.  Palıd meşə formasiyaları
a)  Şabalıdyarpaq palıddan ibarət (Talış) meşələr
b)  Qafqaz palıdından ibarət aşağı dağ qurşağı meşələr
v)  Şərq palıdından ibarət yuxarı dağ qurşağı meşələr
q)  Uzunsaplaq palıddan ibarət düzən meşələr
e)  Araz palıdından ibarət az məhsuldar meşələr
5.  Vələs meşə formasiyası
6.  Dəmirağacından ibarət relikt meşə formasiyası
7.  Ağcaqayın meşə formasiyası
8.  Məxməri ağcaqayından ibarət meşələr
9.  Tranttoveter ağcaqayından ibarət seyrək meşələr
10.  Xurma meşələri
11.  Qarağac meşələri
12.  Adi qozdan ibarət meşələr
13.  Adi şabalıddan ibarət meşələr
14.  Azad ağacından ibarət meşələr
15.  İpək akasiyadan ibarət meşələr
16.  Yalanqozdan ibarət rütubətli meşələr
17.  Qızılağac meşələri
18.  Tozağacı meşələri
19.  Qovaq meşələri
20.  Kür­Araz sahilləri boyunca formalaşan Tuqay meşələri
Azərbaycanın  meşə  fondu  xalqın  qiymətli  sərvətidir.  Hazırda
meşəçilik  sahəsində  ən  vacib  ekoloji  problem  meşə  fondunun
qorunması və davamlı istifadə olunmasıdır. Meşələrin istifadəsi, bər­
pası, artırılması, və mühafizəsi işlərinə dövlət nəzarəti 2001­ci ildə
yaradılmış Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas vəzifə lərindən
biridir. Son illərdə meşələrin münbitliyini və məhsuldarlığını artırmaq,
meşə fondu torpaqlarından daha səmərəli istifadə etmək, meşələrin
ətraf mühitə müsbət təsirini və qoruyucu funksiyalarını yüksəltmək
məqsədilə geniş miqyaslı meşə təsərrüfatı tədbirləri həyata keçirilir.
Meşənin bioloji müxtəlifliyi
Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun
809  milyon  hektarı  Rusiya  Federasiyasının,  478  milyon  hektarı
Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı
ABŞ­ın payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin
sahəsi 2 dəfədən çox azalmışdır. Tropik meşələr ən zəngin bioloji
müxtəlifliyə  malikdir.  Belə  güman  edilir  ki,  canlı  orqanizmlərin
bütün növlərinin 2/3 hissəsi bu meşələrdə yaşayır.


47
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
II FƏSİL
Qafqaz  regionunda  ən  zəngin  biomüxtəlifliyə  malik  olan
Azərbaycanda  buzlaşma  dövründən  qorunub  saxlanmış  ayrı­
ayrı  meşə  sahələrində  nadir  bitki  və  heyvan  növlərinə  təsadüf
edilir.  Azərbaycan  meşələrində  biomüxtəliflik  tropik  meşələrdə
olduğundan xeyli azdır. Lakin meşələrimiz bir çox minilliklər ərzində
formalaşdığına görə özünəməxsus təkrarolunmazlığı ilə fərqlənir.
Azərbaycanın  əksər  meşələri  (85%)  yüksək  dağ  yamaclarında
yerləşib,  torpaqqoruyucu,  sutəmizləyici  və  iqlim  tənzimləyici
əhəmiyyətə malikdir.
Respublikamızda meşə ilə örtülü sahələrdə bitki cinslərinə görə
təqribən  aşağıdakı  kimi  paylanmışdır:  şam­0,04%,  ardıc­2,37%,
fıstıq­31,68%,  palıd­23,4%,  vələs­26,01%,  göyrüş­0,01%,
ağcaqayın­0,22%,  qovaq­3,58%,  qızılağac­1,87%,  cökə­1,71%,
qarağac­1,16%, digər cinslər­7,95% olduğu müəyyən edilmişdir.
450 ağac və kol bitkisindən 107 növü ağac, 167 növü hündür və
orta boylu kol, 162 növ alçaq boylu kol və yarımkol bitkiləridir.
Meşələrimizdə 1536 cinsə aid olan 150 növ yabanı meyvə bitkiləri
mövcuddur.  Bu  bitkilərdən  min  tonlarla  (adi  qoz,  alma,  armud,
zoğal, alıca, əzgil, fındıq, xurma, yemişan, şabalıd, böyürtkən və
s.) yabanı meyvə məhsulu alınır. Eyni zamanda meşələrimizdə arı
balı da əldə edilir.
Azərbaycan  meşələrinin  yüksək lik­
lərə görə paylanmasının da özünə məx­
sus qanunauyğunluqları vardır. Belə ki,
əksərən  şimal  istiqamətli  dağ  yamac­
larında  palıd­vələs  meşələri  üstünlük
təş kil  edir.  Aşağı  dağ  qurşa ğında  az
məh sul dar  palıd,  qarağac,  dəmir ağac
meşə ləri, orta dağ qurşa ğı nda nisbətən
məh sul dar  palıd­vələs  meşələri,  yuxarı
dağ  meşə  qurşağında  isə  daha  yüksək
məhsul dar  palıd­vələs  meşələri  möv­
cuddur. Meşə qur şağı nın subalp qurşaqla
qovuşduğu ərazidə az məhsuldar toza­
ğacı  və  alçaq  boylu  əyri  gövdəli  fıstıq
meşə lərinə təsadüf edilir. Belə qanuna­
uyğun luqların Talış, Böyük və Kiçik Qaf­
qaz dağlarında özünəməxsusluğu vardır (www.eco.gov.az ).
Azərbaycan dendroflorasının belə zəngin tərkibə malik olmasına
baxmayaraq,  əsas  meşə  əmələ  gətirən  növlər  azdır.  Azərbaycan
meşələri  əsasən  enliyarpaqlı  cinslərdən  ibarətdir.  Böyük  və
Şəkil 15. Hirkan Milli Parkı


48
II FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
Kiçik  Qaf qazın  dağlıq  zonalıarında  dəniz  səthindən  600­1800  m
hündürlükdə enliyarpaqlı meşələr yayılmışdır. Dağların yamacında
gürcü  palıdı,  vələs,  fıstıq,  qarağac,  quşarmudu  və  s.  yayılmışdır
Meşələrin  tərkibcə  müxtəlif  olmasına  baxmayaraq,  enliyarpaqlı
meşələri əsasən fıstıq, palıd və vələs cinsləri əmələ gətirir. Meşə ilə
örtülü ərazinin 85,5%­i bu üç cinsin payına düşür. Meşə örtüyündə
həmçinin  ağcaqayın,  qarağac,  cökə,  qızılağac,  qovaq,  yalanqoz,
söyüd, və s. ağaclar yayılmışdır. Palıd ağacının müxtəlif növlərindən
Həkəri, Gilgil və s. çay hövzələrində gürcü palıdı, Böyük Qafqazın
cənub  yamaclarında  şərq  palıdı,  kiçik  Qafqazın  cənub­şərq
qurtaracağında  Araz  palıdı,  Talış  dağlarında  şabalıdyarpaq  palıd,
düzənliklərdə uzunsaplaq palıda təsadüf olunur.
Talış dağlarında müasir meşələr Burovar və Peştəsər dağlarında,
Lənkəran  düzənliyində  yayılmışdır.  Meşələr  cənubda  Bolqarçayı,
cənub­qərbdə  Çayrud  –Qosmalyan  meşəsiz  sahə  ilə,  şərqdən
Lənkəran  düzənliyi  ilə  əhatə  olunmuşdur.  Talış  meşələri  III  dövr
florasının relikt ağac növləri ilə zəngindir. Dəmirağac, şabalıdyarpaq
palıd, Lənkəran akasiyası, azat(nil), Xəzər lələyi, Hirkan şümşadı.
Hirkan qovağı və s. bu meşələrdə bitir. Talış meşələrində palıdlıq,
vələs və dəmirağacı meşəlikləri yayılmışdır. Bundan başqa nəhəng
ağcaqayın, yalanqoz, iynəyarpaqlı qəzəlağac, saqqallı qızılağac və
s. kollardan yemişan, əzgil, itburnu, quşqonmaz, danae və pirkala
rast gəlinir. Talış meşələrinin faunası da rəngarəngdir. Bu meşələrdə
canavar, çöl pişiyi, maral, cüyür, oxlu kirpi və s. heyvanlar yaşayır.
Hirkan meşəsində hündürlüyü 35­40 m, gövdəsinin diametri 1,5­
2  metrə  çatan  şabalıdyarpaq  palıdlar  və  nəhəng  ağcaqayınlar,
budaqları  bir­birinə  qovuşmuş  dəmirağacları,  qədim  tropik
meşələrin qalıqları olan danae, pirkal, quşqonmaz kolları meşənin
bəzəyidir.  Ərazidə  Azərbaycanın  “Qırmızı  kitab”ına  daxil  edilmiş
nölərdən  talış  uzunbığı,  Talış  kökyeyəni,  üçpərli  Talış  qaçağanı,
palıd  diserkası,  eyfema,  Talış  brameyası  və  s.  həşəratlar,  suda­
quruda  yaşayanlardan  adi  triton,  daraqlı  triton,  Qafqaz  xaçlıcası,
sürünənlərdən xarabalıq kələzi, Aralıq dənizi tısbağası, eskulap ilanı
və s. növlər yaşayır. Bəbir, xallı maral, vaşaq, porsuq, yenot növləri
ilə yanaşı “Qırmızı kitab”a düşmüş Talış qırqovulu, Hirkan arıquşusu,
məzar qartalı, qıvrımlələk qutan kimi nadir quşlara təsadüf edilir.
İynəyarpaqlı  meşələr  Respub lika  meşələrinin  meşə  ilə  örtülü
sahəsinin təqribən 1,6%­ni təş kil edir. Təbii meşələrdəki 107 ağac
növündən yeddisi iynə yar paqlı ağac lardır. Bunlardan Avropa qara­
çöhrəsi, giləmeyvəli qara çöh rə, Eldar şamı, qar maq vari şam, çöx­
meyvəli, qırmızı və uzun gövdəli ardıc ağacları daxildir. İynəyarpaqlı


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə