Kənd təSƏRRÜfati hazırkı durum və gələcək inkişaf potensialı fao-türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində və Azərbaycan Respublikasının


Azərbaycanda orqani̇k kənd təsərrüfati



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə24/29
tarix20.09.2018
ölçüsü2,02 Mb.
#69930
1   ...   21   22   23   24   25   26   27   28   29

62
Azərbaycanda orqani̇k kənd təsərrüfati 
Hazırkı durum və gələcək inkişaf potensialı
ixrac, orqanik kənd təsərrüfatının maliyyə və elmi təminatı da öz əksini 
tapmışdır.  Orqanik  kənd  təsərrüfatı  haqqında  qanunverici  aktlar  2008-
ci  ildən  başlayaraq,  qısa  müddət  ərzində  hazırlansa  da,  idarəetmə  və 
koordinasiya  üzrə  mövcud  boşluqlar  orqanik  sistemin  düzgün  fəaliyyət 
göstərməsinə və milli səviyyədə icrasına mane olur.
Qanunvericiliyə  baxmayaraq,  bu  mərhələdə,  işlərin  icrası,  fermerlərə 
təlimlərin  keçirilməsi,  maarifləndirmə,  yoxlama  və  sertifikatlaşdırma, 
araşdırmalar  və  məlumat  toplanması  baxımından  heç  bir  əhəmiyyətli 
nailiyyət əldə olunmamışdır. Xarici standartlar nəzərə alınsa belə, orqanik 
kənd təsərrüfatıyla məşğul olan fermerlərin sayı və bu məqsədlə istifadə 
edilən torpaqlar baxımından nəzərəçarpacaq irəliləyiş qeydə alınmamışdır. 
Vəziyyətin bu cür olmasına səbəb aşağıdakı kimi izah edilə bilər.
Konveb nəzəriyyəsinə əsasən, fermerlər istehsal haqqında qərar verərkən 
əvvəlki  illərin  qiymətlərini  əsas  götürürlər.  Əgər  müəyyən  məhsulun 
qiyməti yüksək olursa, fermerlər həmin məhsulun istehsalını yüksəltməyə 
çalışırlar. Bu o zaman baş verir ki, bazarlar azad bazar şərtləri çərçivəsində 
fəaliyyət göstərir və dövlətin hər hansı istehsal planları və qiymət siyasəti 
mövcud olmur. Bu səbəbdən, əsasən də inkişaf etməkdə olan ölkələrdə, 
fermerlər təsərrüfat sistemini ənənəvidən orqanik sistemə çevirməkdə bir 
o qədər də maraqlı olmurlar, belə ki, sabit bazar olmadığı halda, fermerlər 
bazarı itirmək təhlükəsiylə üz-üzə qalırlar. Lakin əgər fermerlər gəlirlərinin 
artacağına  əmin  olarlarsa,  onlar  asanlıqla  orqanik  kənd  təsərrüfatı 
sisteminə  keçərlər.  Tam  orqanik  status  almaq  üçün  çevrilmədən  sonra 
2-3  il  keçməlidir.  Fermerlərin  fikrincə,  burada  əsas  problem  mövcud 
şəraitdə daha yüksək, yaxud adekvat qazancı təmin etməklə bağlıdır.
Bir çox ölkənin təcrübəsi göstərir ki, xüsusi dəstək və subsidiyalar hesabına 
çoxlu fermerlər orqanik kənd təsərrüfatına keçmək və bu sahədə istehsalı 
davam  etdirmək  imkanı  qazanıblar.  Azərbaycanda  yanacaq  və  kimyəvi 
gübrələr üçün subsidiyalar verilsə də, biohumus alınması ilə bağlı sonradan 
göstərilən  dəstəyi  nəzərə  almasaq,  orqanik  məhsulların  istehsalı,  yaxud 
gətirilməsi  üçün  xüsusi  subsidiya  mövcud  deyil.  Bu  səbəbdən,  orqanik 
məhsulların  istehsalını  artırmaq  üçün  xüsusi  subsidiyaların  verilməsinə 
başlanılmalıdır.
İcra  edilməli  olan  digər  bir  siyasət  fermerlərə,  həmçinin,  təlim  və 
xidmətlərə cəlb edilən təlimçilərə təlimlərin keçirilməsi ilə bağlıdır. Kənd 
təsərrüfatı  Nazirliyi  hər  bir  rayonda  orqanik  məhsullar  üzrə  ekspert 
qrupları yaratmalıdır. Bu qruplar fermerlərin fəaliyyətinə nəzarət edərək 


63
Dəyər zənci̇ri̇ və daxi̇li̇ bazar
Fəsil 4
müşahidə aparmalı və texniki, iqtisadi və bazarla bağlı problemləri həll 
etmək üçün davamlı məlumat axınını təmin etməlidirlər.
4.3.8.  Orqanik məhsullara dayaniqli tələbatin 
  formalaşmasi üçün məhdudiyyətlər
Orqanik kənd təsərrüfatının inkişafı üçün onun məhsullarını daha yüksək 
qiymətə almağa hazır olan istehlakçı kütləsi olmalıdır. İstehlakçılar yalnız 
оrqanik  məhsulların  adi  məhsullarla  müqayisədə  üstünlüyünə  əmin 
olduğu halda onları baha qiymətlərlə almağa razı ola bilərlər. Baxmayaraq 
ki,  inkişaf  etmiş  ölkələrdə  sağlamlıqlarına  və  ətraf  mühitə  qayğı  ilə 
yanaşan istehlakçıların sayı daha çoxdur, onların da əsas prioriteti ailələri 
üçün  ərzağı  ağlabatan  qiymətlərlə  əldə  etməkdir.  Ölkədən  ölkəyə  milli 
gəlirin əhali təbəqələri arasında paylanması fərqləndiyi kimi, orqanik kənd 
təsərrüfatının üstünlükləri barədə məlumatlılıq da fərqlənir.
Keyfiyyətli ərzaq malları, o cümlədən orqanik məhsullar üçün daha çox pul 
ödəməyə hazır olan imkanlı müştərilər hər zaman var. Belə müştərilər üçün 
orqanik məhsulları təchiz etməkdə pərakəndə satış müəssisələri (ələlxüsus, 
supermarket  şəbəkələri)  ilkin  mərhələdə  aparıcı  rol  oynaya  bilər:  onlar 
məhsul çeşidini genişləndirərək orqanik kənd təsərrüfatı məhsullarını təklif 
etsələr, daxili bazarda belə məhsullara davamlı tələb yarana bilər.
Hal-hazırda  Azərbaycanda  orqanik  məhsullar  əsasən  səfirliklər,  hotel 
şəbəkələri,  eləcə  də  yüksək-gəlirli  və  təhsilli  ailələr  tərəfindən  istehlak 
olunur.  Adi  müştəri  orqanik  məhsulları  ala  bilmir:  onlar  bazarda  yoxdur, 
olsa da adi məhsullarla müqayisədə xeyli baha qiymətlərlə satılır. Bir sıra 
supermarketlərdə  orqanik  məhsullar  ümumiyyətlə  yoxdur;  digərlərində 
bəzi idxal olunmuş orqanik məhsullar (pendir, meyvə şirələri, dənli və paxlalı 
bitkilər) satılsa da, onlar ayrıca sahələrdə (rəflərdə) deyil, oxşar qeyri-orqanik 
mallarla qarışıq şəkildə təklif olunur. Orqanik məhsullar supermarketlərdə 
təyin  edilmiş  yerlərdə  (künclərdə)  satılarsa,  bu  xüsusilə  ilkin  mərhələdə 
müştərilərin diqqətini cəlb edəcək və məlumatlılığı artıracaq.
Orqanik  məhsulların  ənənəvi  ərzaq  məhsulları  ilə  müqayisədə  baha 
olmasının  səbəbləri  aşağıda  göstərilir.Apardığımız  müsahibələrdə 
orqanik  məhsullara  dayanıqlı  tələbin  formalaşması  üçün  aşağıdakı 
məhdudiyyətlər qeyd olunmuşdur:
 
ƒ
Kiçik-həcmli  təsərrüfatlarda  orqanik  k/t  üsulları  və  istifadəsinə 
icazə verilən istehsal vasitələri haqqında məlumat çox azdır,istehsal 
vasitələri  məhduddur  və  bu  vəziyyət  məhsuldarlığın  və  keyfiyyətin 
aşağı düşməsi ilə nəticələnir.


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə