Kənd təSƏRRÜfati hazırkı durum və gələcək inkişaf potensialı fao-türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində və Azərbaycan Respublikasının



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə29/29
tarix20.09.2018
ölçüsü2,02 Mb.
#69930
1   ...   21   22   23   24   25   26   27   28   29


1
2
3
4
5
6
7
© F
AO / 
Yagub Guliy
ev
7
Yekun və tövsiyələr
Giriş
Orqanik kənd 
təsərrüfati: Dünyada 
və Azərbaycanda
Ixrac bazarının 
təhlili
Yekun və 
tövsiyələr
Azərbaycanın 
kənd təsərrüfatı
Dəyər zəncı̇ri 
və daxı̇lı̇ bazar
Prioritet bitkilər/regionlar 
üzrə orqanik məhsul 
istehsalının üstünlüyü



83
Yekun və tövsiyələr
Fəsil 7
7. Yekun və tövsiyələr
Asiyanın qərbində yerləşən, lakin kiçik bir hissəsi Avropa ərazisinə düşən 
Azərbaycan, geniş çeşiddə ərzaq və kənd təsərrüfatı məhsulları istehsal 
etmək üçün münbit torpaq və iqlim şəraitinə malik ölkədir. Ölkənin digər 
bir üstünlüyü bazarların yaxınlığında yerləşməsidir. Müstəqillikdən öncə 
monokultur ağırlıqlı kənd təsərrüfat və aqroekosistemlərdən səmərəsiz 
istifadə ekoloji problemlərə səbəb olmuşdur ki, bu da məhsuldarlıq və 
rəqabətliliyə mənfi təsir göstərmişdir. Neft sahələrinin artması və əlaqə-
li sektorların genişlənməsi ekoloji çirklənməni bir qədər də artırmışdır. 
Son  onilliklərdə  neft-əsaslı  sahələrin  milli  iqtisadiyyatda  böyük  paya 
sahib  olması  səbəbindən  diqqət  daxili  istehsaldan  daha  çox  ərzaq  və 
kənd təsərrüfatı məhsullarının  idxalına yönəldilmişdir. Son dövrdə neft 
qiymətlərinin  aşağı  düşməsi,  ərzaq  qiymətlərinin  isə,  əksinə,  baha-
laşması, ölkə rəhbərliyinin kənd təsərrüfatı və ərzaq sahələri üzrə daxili 
tələbatı ödəmək fikrində dəyişikliklərə səbəb olmuşdur. Orqanik təsər-
rüfatçılığın inkişafı, həmçinin, qanunvericiliyin təsbit edilməsi, daxili və 
iqtisadi tələblər də daxil olmaqla, ilkin istehsal, sertifikatlaşdırma, məh-
sul yığımından sonrakı idarəetmə, emal və marketinq, davamlı tələbat 
və ixracın təşkili ilə dayanıqlı dəyər zəncirinin yaradılması prosesi yüksək 
dəyərə malik kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalını inkişaf 
etdirmək  gücündədir.  Müsahibələr  və  əlavə  araşdırmalar  nəticəsində 
əldə edilmiş məlumatlar əsasında yekun müddəlar müəyyən edilmişdir 
ki, məhz onların əsasında da müvafiq tövsiyyələr tərtib edilmişdir.
2008-ci  ildə  “Ekoloji  təmiz  kənd  təsərrüfatı  haqqında”  qanunun  qəbul 
edilməsi  ilə  qanunverici  baza  yaradılmış,  onun  əsasında  əlavə  qayda/
qərarlar  qəbul  edilmiş  və  sertifikatlaşdırılmış  istehsala  start  verilmişdir. 
Bununla belə, hələ də qanunvericiliyin tam icrasında müəyyən boşluqlar 
mövcuddur. İlkin qanunvericiliyə əlavə olaraq, məhdud sayda fermer və 
məhsulu əhatə edən, xarici bazara yönəlmiş GABA şirkətinin əsasını qoy-
maqla, təxminən 20 il öncə orqanik kənd təsərrüfatı məhsullarının isteh-
salına start verilmişdir. Bir çox inkişaf etməkdə olan ölkələrdə olduğu kimi 
bu ilkin addım da təşəbbüskar qrup və xarici tələbat əsasında atılmış, lakin 
daha  sonra  fəaliyyətsizlik  nümayiş  etdirilmişdir.  Müəyyən  qanunverici 
və normativ aktlar qəbul etmək, həmçinin, dövlət proqramları hesabına 
maraqlı tərəfləri bir araya gətirməklə, orqanik məhsul və təsərrüfatların 
inkişafı üçün münbit şərait yaratmaq, həmçinin, sağlam və sürətli inkişa-
fa nail olmaq mümkündür. Qanunlarla dəstəklənən sistemin mövcudluğu 
sərmayə qoyuluşunu stimullaşdırır. Orqanik hərəkat daha geniş kütləni, o 


84
Azərbaycanda orqani̇k kənd təsərrüfati 
Hazırkı durum və gələcək inkişaf potensialı
cümlədən, istehsalçıları, istehlakçıları, elmi-araşdırma təşkilatlarını əhatə 
etməlidir. Bunun üçün bütün səviyyələrdə potensialı inkişaf etdirmək tələb 
olunur.  Artıq  məktəblilərin  orqanik  məhsullarla  tanış  edilməsi,    təlimçi 
və  fermerlərə  təlimlərin  keçirilməsi  istiqamətində  müəyyən  addımlar 
atılmışdır. Lakin bu cəhdlər zaman və məkan baxımından əlaqəli şəkildə 
həyata  keçirilmir.  Onların  bəziləri  müəyyən  layihələr  çərçivəsində  real-
laşmışdır. Bu təşəbbüslər davamlı xarakter almalı, ölkə rəhbərliyinin təsdiq 
etdiyi və dəstək verdiyi plana əsasən həyata keçirilməlidir.
Planlar tərtib etmək və sərmayələr haqqında qərar vermək üçün etibarlı 
və  yenilənmiş  məlumatın  olması  ilkin  şərtdir.  Azərbaycan  Respublikası 
Dövlət Statistika Komitəsi kənd təsərrüfatı ilə bağlı məlumatları toplayır və 
dərc edir. Gömrük İdarəsi isə, mövcud nomenklaturaya əsasən idxal və ix-
rac məlumatlarının toplanması ilə məşğuldur. Qərar verənlərə, fermerlərə, 
investorlara, siyasətçilərə və tətqiqatçılara dəqiq və yenilənmiş məlumat 
təqdim etmək üçün təsərrüfat və bazar səviyyəli məlumatlar daxil olmaq-
la  orqanik  təsərrüfatlar  və  ərzaq  istehsalına  dair  müfəssəl  məlumat  ba-
zası    tələb  olunur.  Özəl  şirkətlər  ticarət  məqsədilə  məlumatları  toplayıb 
gizli saxlaya biləcəyini nəzərə alaraq, hökumət təcili olaraq orqanik məh-
sullarla bağlı təsərrüfat və bazar səviyyəli məlumatların toplandığı ümumi 
məlumat sistemi yaratmalıdır.
Orqanik məhsulların istehsalı və tədarükü əsasən ixrac yönümlüdür və 
özəl sektor tərəfindən həyata keçirilir. GABA və AZERSUN kimi QHT və 
şirkətlər orqanik məhsulların istehsalı, emalı və ixracı sahəsində kifayət 
qədər təcrübəyə malikdirlər. Lakin bu şirkətlər orqanik məhsulların sayını 
artırmaq və daxili bazarı genişləndirmək yolunda məhdudiyyətlərlə rast-
laşırlar. Daha çox istehsalçını orqanik məhsulların istehsalına qoşulmağa 
inandırmaq  üçün  daxili  səviyyədə  Kənd  Təsərrüfatı  Nazirliyi  və  fermer 
təşkilatlarının birgə əməkdaşlığı ilə maarifləndirmə kampaniyaları keçir-
ilməlidir.  Bu  kampaniyalar  zamanı  təkcə  iqtisadi  qazanc  deyil,  həm  də 
uzunmüddətli ekoloji mühafizə və orqanik təsərrüfatçılığın dayanıqlılığı 
vurğulanmalıdır.
Azərbaycanın zəngin bitki aləmi təbiətdən toplanmış məhsullardan sert-
ifikatlaşdırılmış  məhsullara  keçid  etməyə  imkan  verir.  Meşəçilik  struk-
turlarının ciddi monitorinqi bu məhsulların bazara çıxarılmasına yardım 
edə bilər. Artıq orqanik kimi sertifikatlaşdırılmış nar və fındıq kimi məh-
sullar orqanik bazarlarda üstünlük verilən sağlamlıq məsələlərinə görə 
beynəlxalq bazarlarda əsas rəqabət imkanlarına malikdirlər. İxrac bazarı 


85
Yekun və tövsiyələr
Fəsil 7
üçün  diqqətin əvvəldən bu məhsullara yönəldilməsi öz təsərrüfat sistem-
lərini orqanik sistemə çevirmək məqsədi ilə daha yüksək gəlir götürməyi 
hədəfə alan daha çox fermeri ürəkləndirər.
Azərbaycan, ölkəyə idxal edilən orqanik məhsulların, xüsusilə də, gübrə 
və üzvi gübrələrin istehsalı üçün kifayət qədər xammal və texniki imkan-
lara malikdir. Üzvi gübrələrin yerli istehsalı, yerli istehsalçılara, xüsusilə 
də  heyvansız  istehsal  sisteminə  malik  (  istehsal  sistemində  heyvan  ol-
mayan)  yerli istehsalçılar üçün və yaxud heyvan peyininin qiyməti baha 
olduğu hallarda belə istehsalçılar üçün nisbətən üstünlük yarada bilər. 
Orqanik  təmiz  kənd  təsərrüfatında  zərərvericilərə  qarşı  istifadə  edilən 
faydalı həşəratlar və tələlər kimi bioloji və biotexniki vasitələrin istehsalı 
ilə bağlı da analoji addımlar atılmalıdır. Müəyyən edilmişdir ki, ənənəvi 
nar istehsalını orqanik nar istehsalına çevirmək yolunda ən əsas çətinlik, 
məhsuldarlıq və keyfiyyəti qorumaqla orqanik təsərrüfatda icazə verilən 
zərərverici və xəstəliklərə qarşı mübarizə üsullarının tətbiq edilməsidir. 
Digər  nar  istehsal  edən  ölkələrdə  bu  problemin  daha  sadə  həll  yolları 
vardır ki, intensiv təlim proqramları vasitəsilə onları mənimsəmək müm-
kündür. Bu məqsədlərə çatmaq mümkün olarsa, orqanik məhsullar ba-
zarlarda daha rəqabətli olacaq, həmçinin, orqanik məhsulların həcmi və 
sayında artım qeydə alınacaqdır.
Orqanik  məhsullara  olan  daxili  tələbatı  istehlakçıların  maariflənməsinə 
həsr olunmuş kampaniyalar vasitəsilə və bütün il boyu bazarlarda orqa-
nik məhsulların geniş çeşidinin satışını həyata keçirməklə artırmaq müm-
kündür. Hazırda hətta idxal edilən orqanik məhsullara belə tələbat vardır. 
Baxmayaraq ki, bu məhsullar qiymət baxımından nisbətən daha bahadır 
və  yerli  istehlakçılar  tərəfindən  bir  o  qədər  də  sevilmir.  Bu  o  deməkdir 
ki,  orqanik  yerli  ərzaq  mallarının  istehlakçılar  üçün  əlçatan  olması  daxili 
tələbatı artıra bilər.
Təsərrüfat  planlaşdırması  düzgün  şəkildə  aparılarsa,  orqanik  təsərrüfat 
üsulları istənilən ölçülü fermalar tərəfindən qəbul edilə və səmərə gətirə 
bilər. Orqanik təsərrüfatların daha bir üstünlüyü isə, yeni iş yerlərinin açıl-
masıyla bağlıdır. Bu, işsizlik səviyyəsinin yüksək olduğu regionlar üçün yaxşı 
imkan hesab oluna bilər. Böyük ölçülü təsərrüfatlarda orqanik məhsulların 
becərilməsi istehsal xərclərinin azalması və ixrac bazarlarına çıxış imkanları 
yaradacaq. Bununla belə, orqanik fermerliyə keçid, həmçinin, ixracat və 
daxili bazarları genişləndirməklə bağlı dövlətin proqram və subsidiyalarına 
zərurət vardır.


Təbiətə xeyir verən və insan sağlamlığına yönəlmiş orqanik kənd təsərrü-
fatı Azərbaycanın kənd təsərrüfatının və regionlarının dayanıqlı inkişafına 
nail olmaq üçün yaxşı imkandır. Bu, çoxsaylı maraqlı tərəflərin iştirakı ilə 
orta və uzunmüddətli planlaşdırma, həmçinin, dövlət tərəfindən planların 
icrasına nəzarət tədbirlərinin görülməsini tələb edir.


87
İsti̇nadlar
İsti̇nadlar
 
ƒ
Anonim, (2010). “Azərbaycan Aİ-nin qida təhlükəsizliyi layihəsini sona 
çatdırır”. Trend xəbərlər agentliyi (2 sentyabr, 2010) (Onlayn) 
http://
en.trend.az/business/economy/1744693.html
 [Anonymous, (2010). 
“Azerbaijan finishes EU food safety project”. Trend news agency (2 Sep-
tember,  2010).  Retrieved  on  24  May  2017  from: 
http://en.trend.az/
business/economy/1744693.html
]
 
ƒ
Anonim, (2013) Azərbaycanın statistikası. Hər bir uşaq üçün UNİCEF-in 
70 ili [Anonymous, (2013). Azerbaijan Statistics. UNICEF 70 years for 
every child. Retrieved on 24 May 2017 from: 
https://www.unicef.org/
infobycountry/azerbaijan_statistics.html
]
 
ƒ
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, İqtisadi İslahat-
lar Elmi Tədqiqat İnstitutu (2016). Hesabatlar [Ministry of Economic 
Development of Azerbaijan Republic, Economic Development Scientif-
ic Research Institute (2016). Reports]
 
ƒ
BMT-nin  Sənayenin  İnkişafı  Təşkilati  (UNİDO)  (2009).  Aqrar-dəyər 
zənciri  analizi  və  İnkişaf.  UNİDO  yanaşması,  Heyətin  işçi  sənədi  (On-
layn) 
www.unido.org/fileadmin/user_media/Publications/Pub_free/
Agro_value_chain_analysis_and_development.pdf
 [United  Nations 
Industrial Development Organization, 2009. Agro-value Chain Analysis 
and Development, The UNIDO Approach, A Staff Working Paper (On-
line) 
www.unido.org/fileadmin/user_media/Publications/Pub_free/
Agro_value_chain_analysis_and_development.pdf
]
 
ƒ
Cəfərova  Aynur  (2016).  Azərbaycan  kənd  təsərrüfatı  məhsulları  və 
sənaye  malları  ixrac  etmək  üçün  böyük  imkanlara  malikdir.  Azərny-
us  (Onlayn) 
www.azernews.az/analysis/71635.html
 [Jafarova,  Aynur 
(2016). Azerbaijan enjoys great capacity to export agricultural prod-
ucts, industrial goods. AZERNEWS, (Online), 
www.azernews.az/analy-
sis/71635.html
]
 
ƒ
Cəfərov F. M. (2004). Azərbaycanda su resurslarının vəziyyəti və prob-
lemlər. Tif C.M, Yessekin B.K., Xankasayev M.K (və s.). Riskin qiymətləndi-
rilməsi  Mərkəzi  Asiyada  su  resursları  sahəsində  qərar  qəbul  edilməsi 
üçün bir alət kimi. NATO-nun elm seriyasından (Seriya IV Yer və Ətraf 
mühit elmləri) 34-cü cild. Springer, Dordrext [Jafarov F.M. (2004). Status 
and Problems of Water Resources in Azerbaijan. In: Teaf C.M., Yessekin 
B.K., Khankhasayev M.K. (eds.) Risk Assessment as a Tool for Water Re-
sources Decision Making in Central Asia. NATO Science Series (Series IV: 
Earth and Environmental Sciences), vol. 34. Springer, Dordrecht]
 
ƒ
Dünya ölkələri (2016). Azərbaycanın İqtisadiyyatı, 2016 [Countries of 
the World (2016). Azerbaijan Economy 2016]


88
Azərbaycanda orqani̇k kənd təsərrüfati 
Hazırkı durum və gələcək inkişaf potensialı
 
ƒ
Dünyanın ən varlı ölkələri (2016). (Onlayn) 
http://www.worldsrichest-
countries.com/top-azerbaijan-exports.html
 [World Richest Countries. 
(2016). (Online) 
http://www.worldsrichestcountries.com/top-azerbai-
jan-exports.html
]
 
ƒ
Dünyanın Məlumat Atlası (2017). (Onlayn) 
https:/knoema.com/Atlas/
Azerbaijan
 [World Data Atlas (2017). (Online) 
https:/knoema.com/At-
las/Azerbaijan
]
 
ƒ
Əliyev İ. (2011). Azərbaycan üzrə ölkə hesabatı. Avropa Qonşuluq və 
Əməkdaşlıq Aləti-Ətraf Mühit İnformasiya Sistemi, Bakı (Onlayn) 
http://
www.zoinet.org
 [Aliyev, I. (2011). Azerbaijan Country Report. Europe-
an Neighbourhood and Partnership Instrument-Shared Environmental 
Information System, Baku (Online) 
http://www.zoinet.org
]
 
ƒ
Huber,  M.,  Rembialkovska,  E.,  Srednicka,  D.,  Bügel,  S.,  van  de  Vi-
yver,L.P.L.  (2011).Orqanik  qida  və  onun  insan  sağlamlığına  təsiri: 
Mövcud vəziyyətin qiymətləndirilməsi və tədqiqat perspektivləri, NJAS- 
Wageninggen Həyat Elmləri Jurnalı 58:103-109 (Onlayn) 
www.elsevier.
com/locate/njas 
[Huber,  M.,  Rembialkowska,  E.,  Srednicka,  D.,  Bü-
gel, S., van de Vijver, L.P.L. (2011). Organic food and impact on human 
health: Assessing the status quo and prospects of research, NJAS – Wa-
geningen Journal of Life Sciences 58: 103–109 (Online) 
www.elsevier.
com/locate/njas
]
 
ƒ
Xəlilov H., Şalbuzov N., Hüseyn R. (2015). Ölkə hesabatı: Azərbaycan. 
Kənd Təsərrüfatının İqtisadiyyatı ET İnstitutu [Khalilov, H., Shalbuzov, 
N., Huseyn, R. (2015). Country Report: Azerbaijan. Research Institute 
of Agricultural Economics, Azerbaijan]
 
ƒ
Linton İ. (2016). Daxili marketinq mühitinin yeddi elementi. Tələb me-
diası [Linton, I. (2016). Seven Elements of the Domestic Marketing En-
vironment. Demand Media]
 
ƒ
Treysi-Vayt I.D. (1994). Planlaşdırma və konsepsiya üzrə təlimat. FAO-
nun k/t xidmətləri üzrə bülleteni, №90, Roma, 236 s. [Tracey-White, J.D. 
(1994). Marchés de gros – Guide de planification et de conception, Bul-
letin des Services Agricoles de la FAO, n° 90, Rome, p. 236]
 
ƒ
Vayt  A.  (2010).  Orqanik  qida  nə  üçün  bahadır.  Nanə  yetişdirilmə-
si  (Onlayn) 
https://blog.mint.com/trends/organic-food-07.08.2010
 
[White, A. (2010). Why organic food costs so much. Mint life. (Online) 
https://blog.mint.com/trends/organic-food-07.08.2010
]
 
ƒ
Viller  H.  və  Lernu  J  və  s.  (2015).  Orqanik  Kənd  təsərrüfatı  Dünyası. 
Statistika və inkişaf etməkdə olan meyllər 2015. Orqanik Kənd Təsərrü-
fatı İnstitutu (FİBL), Frick və İFOAM – Beynəlxalq orqanik hərəkat. Bonn 


89
İsti̇nadlar
[Willer H. and Lernoud, J. eds. (2015). The World of Organic Agricul-
ture. Statistics and Emerging Trends 2015, Research Institute of Organ-
ic Agriculture (FIBL), Frick and IFOAM-Organics International, Bonn]
 
ƒ
Viller  H.  və  Lernu  J  və  s.  (2016).  Orqanik  Kənd  təsərrüfatı  Dünyası. 
Statistika və inkişaf etməkdə olan meyllər 2015. Orqanik Kənd Təsərrü-
fatı İnstitutu (FİBL), Frick və İFOAM – Beynəlxalq orqanik hərəkat. Bonn 
[Willer H. and Lernoud, J. eds. (2016). The World of Organic Agricul-
ture. Statistics and Emerging Trends 2016, Research Institute of Organ-
ic Agriculture (FIBL), Frick and IFOAM-Organics International, Bonn]
 
ƒ
Viller  H.  və  Lernu  J  və  s.  (2017).  Orqanik  Kənd  təsərrüfatı  Dünyası. 
Statistika və inkişaf etməkdə olan meyllər 2015. Orqanik Kənd Təsərrü-
fatı İnstitutu (FİBL), Frick və İFOAM – Beynəlxalq orqanik hərəkat. Bonn 
[Willer H. and Lernoud, J. eds. (2017). The World of Organic Agricul-
ture. Statistics and Emerging Trends 2017, Research Institute of Organ-
ic Agriculture (FIBL), Frick and IFOAM-Organics International, Bonn]
 
ƒ
www.codexalimentarius.org
 
ƒ
www.ec.europa.eu/agriculture/ofis_public/pdf/r8_0000_en.pdf
 
ƒ
www.ifoam.bio
 
ƒ
www.ifoam.bio/sites/default/files/poa_english_web.pdf
 
ƒ
www.intercarto.com/EN/map-of-azerbaijan-political-ver-
sion-1344-557.html
 
ƒ
www.stat.gov.az/source/agriculture/indexen.php.1.2
 
ƒ
www.stat.gov.az/source/agriculture/indexen.php.1.19
 
ƒ
www.stat.gov.az/source/agriculture/indexen.php.1.36
 
ƒ
www.theodora.com/wfbcurrent/azerbaijan/azerbaijan_economy.html
 
ƒ
www.tradingeconomics.com/azerbaijan/employment-in-agriculture
 
ƒ
www.usda.gov.us




AZƏRBAYCANDA 
ORQANİK 
KƏND TƏSƏRRÜFATI
Hazırkı durum və gələcək 
inkişaf potensialı
FAO-Türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində və Azərbaycan Respublikasının 
Höküməti ilə əməkdaşlıq nəticəsində hazırlanıb və nəşr edilib
I8318AZ/1/05.18
ISBN 978-92-5-130551-5
9
7 8 9 2 5 1
3 0 5 5 1 5

Document Outline

  • Пустая страница
  • Пустая страница

Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə