Kənd təSƏRRÜfati hazırkı durum və gələcək inkişaf potensialı fao-türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində və Azərbaycan Respublikasının


Dəyər zənci̇ri̇ və daxi̇li̇ bazar



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə21/29
tarix20.09.2018
ölçüsü2,02 Mb.
#69930
1   ...   17   18   19   20   21   22   23   24   ...   29

53
Dəyər zənci̇ri̇ və daxi̇li̇ bazar
Fəsil 4
edilə  bilər.  ETSN  nəzarətində  olan  aqrar-ərzaq  istehsal  sahələri  daxil 
olmaqla meşələrin idarə edilməsinə məsuldur.
Bakıdakı  supermarketlərə  ötəri  baxış  göstərdi  ki,  onlarda  müxtəlif 
Avropa ölkələrindən idxal olunmuş sertifikatlaşdırılmış və markalanmış 
orqanik məhsullar satılır (ayrıca rəflərdə və ya digər məhsullarla qarışıq): 
İtaliyadan makaron məlumatları, Yunanıstandan zeytun yağı, Polşadan 
ketçup və s. Belə məhsulların 2011 ildə pərakəndə satış dəyəri 2.6 milyon 
Avro və adambaşına istehlakı 0.3 Avro kimi qiymətləndirilmişdir (Viller 
H. və Lernu J və s., 2014). 2014 və 2015 illər üçün də eyni təxmini rəqəm 
(3 milyon Avro) göstərilir (Viller H. və Lernu J və s., 2016; 2017). İdxal 
olunmuş  orqanik  kosmetika  məhsulları  satan  mağazaların  sayı  artıb 
(Təsvir 9). Bəzi beynəlxalq geyim brendləri orqanik pambıqdan istehsal 
olunmuş məhsulları satır. Bütün bunlar orqanik kimi sertifikatlaşdırılmış 
və  markalanmış  məhsullardır.  Buna  baxmayaraq,  orqanik  məhsullar 
ətrafında kütləvi münasibət və anlayış hələ də tam formalaşmayıb.
4.3.3.  Kənd təsərrüfati məhsullari üzrə daxili satiş kanallari
Kənd  təsərrüfatı  malları  üzrə  daxili  bazarlama  kanalları  Təsvir  10-da 
nümayiş  etdilirir.  Məhsullar  tarlalardan  ya  birbaşa  böyük  şəhərlərdəki 
topdansatış  müəssisələrinə  və  emalçılara  satılır,  ya  da  fermer  həyətinə 
gətirilir və oradan topdan satışa, emala və ya yerli bazarlara satılır.
Təsvir 10.
 Azərbaycanda kənd təsərrüfatı məhsulları üzrə daxili dəyər zənciri
Mənbə: Xəlilov H., Şalbuzov N., Hüseyn R., 2015. Ölkə hesabatı: Azərbaycan


54
Azərbaycanda orqani̇k kənd təsərrüfati 
Hazırkı durum və gələcək inkişaf potensialı
Təsvir 11.
 Azərbaycanda meyvə-tərəvəzin əsas satış kanalları
Mənbə: Xəlilov H., Şalbuzov N., Hüseyn R., 2015. Ölkə hesabatı: Azərbaycan
Təsvir 12.
 Azərbaycanda heyvandarlıq məhsullarının əsas satış kanalları 
Mənbə: Xəlilov H., Şalbuzov N., Hüseyn R., 2015. Ölkə hesabatı: Azərbaycan


55
Dəyər zənci̇ri̇ və daxi̇li̇ bazar
Fəsil 4
Bundan əlavə, alverçilər (vasitəçilər) də tədarük və paylanma ilə məşğul 
olur, o cümlədən malı ixracatçılara satır.
Azərbaycanda meyvə-tərəvəz üzrə əsas bazarlama kanalları Təsvir 11-də 
göstərilir. İstehsalçılar 5 əsas yolla məhsullarını sata bilər: yol qırağında 
birbaşa satışlar; tədarük və paylanma ilə məşğul olan vasitəçilərə satış; 
yerli  bazarlar  (topdansatış  və  pərakəndə);  böyük  şəhərlərdə  kəndli 
(fermer) bazarları və yarmarkalar; və emalçılara satış. Məhsulun təqribən 
20-30%-i  yol  qırağında  satılır.  Vasitəçilər,  öz  növbəsində,  məhsulları 
topdan  satıcılara,  yerli  bazarlara,  emalçılara  və/ya  ixracatçılara  sata 
bilər.  İstehlakçılar  meyvə  və  tərəvəzi  yol  qırağından;  yerli  bazarlardan 
(topdansatış və pərakəndə); topdan satıcılardan; və pərakəndəçilərdən 
(supermarketlər,  ərzaq  marketləri,  meyvə-tərəvəz  satıcıları  və  s.)  əldə 
edə bilərlər.
Heyvandarlıq məhsulları (ət, süd, yumurta) və diri çəkidə heyvanlar, Təsvir 
12-də  göstərildiyi  kimi,  iki  əsas  kanal  vasitəsilə  satılır.  Birinci  kanalda 
istehsalçı  –  vasitəçi  –  pərakəndə  satıcı  –  istehlakçı  zənciri  mövcuddur. 
İkinci kanalda topdansatış halqası əlavə olunur. Dəyər zənciri uzandıqda 
bazarlama  marjaları  artır  və  istehlakçılar  daha  yüksək  qiymət  ödəməli 
olurlar. Emalçıların ödədiyi qiymətlər adətən daha aşağı olur.
4.3.4.  Orqanik məhsullar üzrə daxili bazarlama kanallari
Tədqiqatlar göstərir ki, Azərbaycanın daxili orqanik məhsulları bazarında 
4 əsas satış kanalı mövcuddur. Birincisi belə məhsulların istehsalçılardan 
birbaşa  istehlakçılara  satılmasıdır.  Marketinq  xərclərini  azaltmaq 
və  məhsulun  təzəliyini  saxlamaq  baxımından    bu  marketinq  kanalı 
həm  fermerlər,  həm  də  istehlakçılar  üçün    faydalı  olsa  da,  bunun  da 
məhdudiyyətləri  mövcuddur,  xüsusilə  istehsalçı  ilə  istehlakçı  arasında 
məsafə  uzaq  olduqda  yaxud  istehsalçı  ilə  istehlak  ərazisini  bağlayan 
infrastruktur qeyri qənaətbəxş olduqda bu məhdudiyyətlər üzə çıxır.
İkinci  kanalda  (bax  Təsvir  10)  pərakəndə  satıcı  məhsulları  fermerdən 
alıb  istehlakçılara  satır.  Üçüncü  kanalda  iki  vasitəçi  (topdan  satıcı  və 
pərakəndə satıcı)  var, dördüncü  kanalda  bir əlavə vasitəçi də (ticarətçi) 
araya  girir.  Sonuncu  variantda  bazarlama  marjası  yüksək  olduğundan 
istehlakçı üçün yekun qiymətlər ən yuxarı olmağa meyllidir. Əlavə olaraq, 
bu qədər əldən keçən məhsul təzəliyini (yığım-sonrası keyfiyyətini) itirə 
bilər. Zəncirdə hansısa çatışmazlıqlar və dar yerlər varsa, bu, bütün zəncir 
iştirakçılarına  təsir  edir  və  orqanik  məhsulların  istehlakçılara  davamlı 
şəkildə çatdırılmasını təhlükə altına qoyur.


56
Azərbaycanda orqani̇k kənd təsərrüfati 
Hazırkı durum və gələcək inkişaf potensialı
4.3.5.  Bazarin həcmi və inkişaf potensiali
Müəyyən  məhsul  üçün  bazarın  həcmi  dedikdə,  həmin  məhsul  üzrə  cari 
satış  səviyyəsi  nəzərdə  tutulur.  Bununla  belə,  əgər  məhsulun  istehlak 
tempi yüksəlişdədirsə və məhsuldan istifadə artırsa, gələcək satış imkanları 
da bazarın potensial həcmi kimi nəzərə alına bilər. Bu səbəbdən, orqanik 
məhsulların istehsal və istehlakını təbliğ etmək, həmçinin, dayanıqlı bazar 
zənciri qurmaq üçün bazar həcminin potensial səviyyəsini də nəzərə almaq 
lazımdır.  Bazar  həcminin  potensial  səviyyəsinə  təsir  göstərən  amillərin 
çox olmasına baxmayaraq, əhalinin hazırki sayı və onun artım templəri, 
gələcək  planları  qurmaq  üçün  əsas  rolunu  oynayan  müəyyən  məlumat 
bazası təqdim edir.
4.3.5.1.  Əhalinin artımı və istehlakçı xüsusiyyətləri 
tələbatı artıran amillər kimi
Azərbaycanın  əhalisi  1990-cı  ildə  7.1  milyon  nəfər  olmuşdusa,  2015-
ci ildə bu göstərici 9.5 milyon nəfərə çatmışdır. Ölkədə illik artım tempi 
1.3%  səviyyəsindədir.  Bu  müddət  ərzində  şəhər  və  kənd  əhalisinin  faiz 
Təsvir 13.
 Azərbaycanda orqanik məhsulların dəyər zənciri 
Mənbə: Babayev, 2012


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə