Kənd təSƏRRÜfati hazırkı durum və gələcək inkişaf potensialı fao-türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində və Azərbaycan Respublikasının



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə26/29
tarix20.09.2018
ölçüsü2,02 Mb.
#69930
1   ...   21   22   23   24   25   26   27   28   29

69
Ixrac bazarının təhlili 
Fəsil 5
Cədvəl 17.
 Azərbaycanın ixrac etdiyi kənd təsərrüfatı və ərzaq məhsulları, 
idxal edən ölkələr
Məhsul
İdxalçı
Kartof
Rusiya Federasiyası, Qazaxıstan və Gürcüstan 
Tər tərəvəz
Rusiya Federasiyası və Qazaxıstan
Tər meyvə
Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan, Almaniya, İtaliya və Gürcüstan
Çay 
İraq, Rusiya Federasiyası, Gürcüstan, Ukrayna, və Qazaxıstan
Bitki yağları
İraq, Gürcüstan, Tacikistan, Türkmənistan
Marqarin və digər ərzaqlar 
İraq, Gürcüstan, Türkmənistan və Özbəkistan
Qənd
Əfqanıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və İraq
Makaron məmulatı
Gürcüstan, Əfqanıstan və Rusiya Federasiyası
Konservləşdirilmiş meyvə və 
tərəvəzlər
Rusiya Federasiyası, Gürcüstan, Türkiyə, Qazaxıstan, Almaniya, İraq, 
Türkmənistan, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Amerika Birləşmiş Ştatları, 
Özbəkistan, İsrail və Avstriya
Meyvə və tərəvəz şirələri
Rusiya Federasiyası, Polşa, Belarus, Türkmənistan, Amerika Birləşmiş 
Ştatları, Ukrayna, Estoniya, Fransa, Litva, İtaliya, Almaniya, Avstriya, Yeni 
Zellandiya, Malaziya və Yunanıstan
Şərab
Rusiya Federasiyası
Tütün
Rusiya Federasiyası, Belarus, Gürcüstan və İran İslam Respublikası
Cədvəl 18.
 İdxal məhsulları və onların ABŞ dolları ilə həcmi, min dollarla 
(cəm milyard dollarla)
Məhsul qrupları
2010
2011
2012
2013
2014
Diri heyvan, heyvan 
məhsulları
86,215.9
118,678.7
113,791.2
128,862.8
149,568.3
Tərəvəz məhsulları
437,424.0
519,598.0
500,125.7
548,446.9
427,030.2
Heyvan və bitki yağları
93,706.1
95,064.2
107,217.3
75,563.1
88,110.0
Emal edilmiş qida 
məhsulları; içkilər, spirtli 
içkilər və sirkə; tütün
616,372.1
659  761.8
721,279.1
813,625.8
888,995.6
Kənd təsərrüfatı məhsulları, 
cəmi
1,233,718.1
733,340.9
1,442,413.3
1,566,498.6
1,553,704.1
Digər məhsulların idxalı
5,366,893.5
9,022,627.8
8,210,457.3
9,146,003.9
7,633,993.5
Cəmi
6,600,611.6
9,755,968.7
9,652,870.6 10,712,502.5
9,187,697.6
Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi


70
Azərbaycanda orqani̇k kənd təsərrüfati 
Hazırkı durum və gələcək inkişaf potensialı
Cədvəl 19.
 Məhsullar üzrə idxal bölgüsü, faiz
Məhsul qrupları
2010
2011
2012
2013
2014
Diri heyvan, heyvan məhsulları
1.3
1.2
1.2
1.2
1.6
Tərəvəz və bitki məhsulları
6.6
5.3
5.2
5.1
4.6
Heyvan və bitki yağları
1.4
1
1.1
0.7
1
Emal edilmiş qida məhsulları; 
içkilər, spirtli içkilər və sirkə; tütün
1.4
1
1.1
0.7
1
Kənd təsərrüfatı məhsulları, cəmi
10.7
8.5
8.6
7.7
8.2
Digər məhsulların idxalı
89.3
91.5
91.4
92.3
91.8
Cəmi 
100
100
100
100
100
Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi
5.2. Orqanik məhsullar potensial ixrac mənbələri kimi
Azərbaycanda  orqanik  məhsulların  ixracı  özəl  sektor  tərəfindən  həyata 
keçirilir. Bir neçə şirkət orqanik nar və digər meyvələrin ixracına təşəbbüs 
göstərmişdir. Bu şirkətlər, həmçinin, orqanik şirələrin beynəlxalq standart-
lara cavab verən istehsalı və ixracı üçün müasir emal avadanlıqlarına malik-
dir. Bu rəqabət üstünlüyü dəyər zəncirində daha da irəliləyərək daha uzun 
saxlanma müddətinə malik orqanik konservləşdirilmiş ərzaq və məhsullar 
istehsal etməyə imkanı verir (Anonim, 2011).
Azərbaycanda  orqanik  məhsulların  istehsalı  və  ixracı  Gəncə  Aqrobiznes 
Assosiasiyası (GABA) tərəfindən başlanılmışdır. Bu regional qeyri-hökumət 
assosiyasının başlıca missiyası insan potensialının inkişafı, həmçinin, bilik 
və mənbə ötürülməsi yolu ilə ölkənin aqrar sektorunun davamlı inkişafına 
dəstək olmaqdan ibarətdir. 1996-cı ildə təsis edilmiş GABA, Azərbaycanın 
təbii  və  insan  qaynaqlarından  istifadə  etməklə,  yüksək  dəyərli  orqanik 
məhsullar istehsal etməyə və ixracına nail olmağa, bununla da, milli iqti-
sadiyyata töhfə verməyə çalışmışdır.
Azərbaycanda kənd təsərrüfatı sənayesində fəaliyyət göstərməyə başlayan 
ikinci şirkət AZERSUN Holdinqdir ki, bu həm də ölkədə fəaliyyətə başlamış 
ilk  xarici  özəl  şirkətdir.  AZERSUN  Holdinq  təsərrüfat  məhsulları  istehsal 
etməyə və öz bazarını qonşu ölkələrin hesabına genişləndirməyə çalışır. 
Şirkət ümumilikdə 10,000 ha kənd təsərrüfatı sahəsinə malikdir və bu əra-
zilərdə Global GAP sertifikatına uyğun soya lobyası, arpa, buğda, yaşıl nox-
ud, qarğıdalı, günəbaxan, pomidor, xiyar, badımcan, bibər və digər tərəvə-
zlərin becərilməsiylə məşğuldur. Şirkət tərəfindən həmçinin 400,000 nar 
və heyva ağacı əkilmiş və ərazidə tərəvəz və balqabaq becərilməsi üçün 


71
Ixrac bazarının təhlili 
Fəsil 5
orqanik təsərrüfat yaradılmışdır. AZERSUN Holdinq özünün bağçılıq təsər-
rüfatında yaxınlıqda yerləşən zavoddan gətirilmiş yalnız təbii gübrələrdən 
istifadə edir. Məhsul daha sonra becərilmə sahəsinin yaxınlığına yerləşən 
konserv  fabrikində  emal  edilir.  AZERSUN  şirkətinin  kənd  təsərrüfatının 
dəyər zəncirinə verdiyi daha bir əhəmiyyətli töhfə ölkənin şimalında yer-
ləşən Zaqatala rayonunda tikilmiş və illik 15,000 ton məhsul istehsal edən 
Fındıq emalı zavodudur.
“Gilan  Holdinq”ə  məxsus  Qəbələ  Konserv  Zavodu  təkcə  Azərbaycanda 
deyil, bütün Qafqazda ən böyük təbii şirə, nektar və konsentratlar isteh-
sal edən müəssisədir. Gilan Qəbələ Konserv Zavodunun məhsulları bir çox 
beynəlxalq mükafatlara, o cümlədən, “ProdExpo” və “World Food” mükaf-
atlarına layiq görülmüşdür. Şirkət aşağıdakı məhsulları istehsal edir: təbii 
meyvə və tərəvəz şirələri və nektarı; pəhriz saxlayanlar və şəkərli diabet 
xəstələri üçün nəzərdə tutulmuş şirə və nektarlar, limon, manqo və şaftalı 
ətirli dilimlərin olduğu buzlu çay; narın vətənindən gətirilmiş əla keyfiyyətli 
nardan hazırlanmış orqanik nar şirəsi konsentratı.
MİRİ GRAND MMC təbii nar şirəsi ixracına görə ən qabaqcıl şirkətdir. Şirkə-
tin istehsal gücü illik 3 milyon litr təşkil edir. Şirkət nardan əlavə həmçi-
nin, heyva, zoğal, feyxoa, çaytikanı və itburnu şirələri də istehsal edir. Lakin 
bu şirələr nar şirəsi ilə müqayisədə çox az həcmdə istehsal edilir. Müxtəlif 
meyvələrdən çəkilmiş bu şirələrin həcmini iri topdansatış sifarişləri hesabı-
na əhəmiyyətli dərəcədə artırmaq mümkündür. Hazırda şirkət öz məhsul-
larını asanlıqla Rusiya Federasiyası, Almaniya, Ukrayna, Belarus, Estoniya 
və BƏƏ bazarlarına çıxarır. Şirkət yaxın gələcəkdə məhsullarını İran İslam 
Respublikası, ABŞ, Avropa, Türkiyə, Çin, Yaponiya və Avstraliya bazarlarına 
da çıxarmağı planlaşdırır.
Orqanik nar məhsullarının istehsalı ilə məşğul olan digər bir şirkət “Sarkhan” 
MMC-dir. Bu şirkət əsasən nar şirəsi, nar konsentratı, orqanik nar şirəsi, 
nar sousu, nar şərabları, şərablar, çay və bitki çayları istehsal edir.
Azərbaycan orqanik məhsulların bilavasitə Rusiyaya ixracını artırmaq im-
kanına malikdir. Rusiya bilavasitə Qərbi Avropa ölkələri və Türkiyədən kənd 
təsərrüfatı məhsullarının idxalına daha çox məhdudiyyətlər qoyduğu bir 
zamanda, Azərbaycanın kənd təsərrüfatı sektoru Rusiya bazarları simasın-
da yeni imkanlar əldə etmiş olur. Azərbaycanda hesab edirlər ki, burada 
istehsal edilən kənd təsərrüfatı məhsullarının Avropa məhsullarıyla müqa-
yisədə Rusiya bazarlarına çıxmaq imkanları daha genişdir, belə ki, bu məh-
sullarda, xüsusilə də, pestisidlərlə çirklənmə daha aşağı səviyyədədir.


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə