Kənd təSƏRRÜfati hazırkı durum və gələcək inkişaf potensialı fao-türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində və Azərbaycan Respublikasının


Azərbaycanda orqani̇k kənd təsərrüfati



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə25/29
tarix20.09.2018
ölçüsü2,02 Mb.
#69930
1   ...   21   22   23   24   25   26   27   28   29

64
Azərbaycanda orqani̇k kənd təsərrüfati 
Hazırkı durum və gələcək inkişaf potensialı
 
ƒ
Orqanik məhsullar üçün üçüncü tərəfin sertifikasiyasını tələb olunur; 
Azərbaycanda  milli  sertifikatlaşdırma  təşkilatları  olmadığından  bu  işi 
xarici nəzarət qurumları həyata keçirməlidir, bu isə istehsalçı xərclərini 
xeyli artırır.
 
ƒ
Orqanik  təsərrüfatlar  çox  vaxt  ucqar,  şəhərlərdən  uzaq  ərazilərdə 
yerləşir; nəticədə, nəqliyyat xərcləri artır, yığım-sonrası itkilər çoxalır, 
bu da yenidən yekun qiymətləri artırır.
 
ƒ
Dövlət subsidiyaları ənənəvi üsullarla  məhsul becərən təsərrüfatlara 
verilir, halbuki onlar süni maddələrdən geniş istifadə edir və onların 
istehsal xərcləri onsuzda daha aşağıdır. Orqanik kənd təsərrüfatında 
kənardan  alınan  deyil,  təsərrüfat  daxili  resurslar  istifadə  olunur  və 
əmək qüvvəsi istehsal xərclərinin daha böyük hissəsini təşkil edir, lakin 
bunlara  subsidiya  yoxdur.  Beləliklə,  subsidiyalar  ənənəvi  və  orqanik 
məhsullar arasında qiymət fərqini daha da artırır.
 
ƒ
İntensiv  təsərrüfat  sistemlərində  orqanik  kənd  təsərrüfatına  keçid 
zamanı məhsuldarlıq xeyli azala bilər, xüsusilə istehsalçıların torpağın 
bioloji idarə edilməsi üzrə bilik və təcrübəsi çatışmadığı hallarda.
 
ƒ
Orqanik  məhsulların  ixracı  üçün  təchizat  zənciri  artıq  qurulub,  daxili 
bazarın təchizatı üçün belə sistem yoxdur.
 
ƒ
Daxili  bazarda  artıq  idxal  olunmuş  orqanik  məhsullar  satılır,  və  yerli 
istehsalçılar beləliklə onlarla rəqabət etməlidir.
Müxtəlif  səbəblərdən,  orqanik  məhsullar  adətən  ənənəvi  ərzaq 
növlərindən  bahadır.  Adətən  istehlakçılar  orqanik  məhsullara  görə 
daha yüksək qiymətlər ödəməyə hazırdır, bu da onların nisbətən aşağı 
məhsuldarlığını  və  yüksək  istehsal  xərclərini  qarşılayır.  Lakin  qiymət 
fərqi istehlakçıların ödəməyə hazır olduğundan artıq olduqda, orqanik 
kənd təsərrüfatı üçün davamlı tələb formalaşmır və o, inkişaf edə bilmir. 
Fermerlərin  müvafiq  texniki  və  bazar  məlumatı  ilə  təmin  edilməsi, 
istehsaldan  yekun  istehlaka  qədər  dayanıqlı  bazarlama  zəncirinin 
yaradılması  məhsuldarlığı  sağlam  səviyyəyə  çatdırmağa,  istehsal 
xərclərini və yığım-sonrası itkiləri azaltmağa və yekunda kəskin qiymət 
fərqinin aradan qaldırmağa kömək edir.


1
2
3
4
5
6
7
© F
AO / Y
agub Guliy
ev
5
Ixrac bazarının təhlili 
Giriş
Orqanik kənd 
təsərrüfati: Dünyada 
Azərbaycanda
Ixrac bazarının 
təhlili
Yekun və 
tövsiyələr
Azərbaycanın 
kənd təsərrüfatı
Dəyər zəncı̇ri 
və daxı̇lı̇ bazar
Prioritet bitkilər/regionlar 
üzrə orqanik məhsul 
istehsalının üstünlüyü



67
Ixrac bazarının təhlili 
Fəsil 5
5. İxrac bazarının təhlili
5.1. İxrac bazarlarında kənd təsərrüfatının rolu
Azərbaycan  iqtisadiyyatı  böyük  ölçüdə  (92.8%)  neft  ixracından  asılıdır 
(Cədvəl 14). Lakin iqtisadi böhran, həmçinin, OPEK kimi qlobal oyunçuların 
qərarları bu sahəyə asanlıqla təsir göstərmək gücündədir. Kənd təsərrüfatı 
və ərzaq məhsullarının ixracından daxil olan gəlirin səviyyəsi çox aşağıdır 
(Cədvəllər 15 və 16). 2016-cı ilin yanvar ayında baş vermiş iqtisadi böhran 
və yüksək devalvasiya bir daha göstərdi ki, xam neftdən savayı digər gəlir 
qaynaqlarına, o cümlədən, daxili istehsala əsaslanan güclü kənd təsərrü-
fatı və ərzaq, həmçinin, əlaqəli digər sahələrə ehtiyac vardır. Məhsulların 
ixracı daha çox qonşu ölkələrin bazarlarına yönəlsə də, bəzi gec xarab olan 
məhsullar daha uzaq bazarlara ixrac edilir (Cədvəl 17). Orqanik məhsulların 
istehsal və ixracını Azərbaycanın imkanları sırasına daxil etmək olar, belə 
ki, bunun üçün ölkə həm uyğun ekoloji şəraitə, həm də təbii sərvətlərə 
malikdir. Müəyyən qiymət artımı ilə hətta daha mürəkkəb bazarlara da çıx-
maq mümkündür.
Kənd  təsərrüfatı  məhsullarının  ixrac  və  idxalını  müqayisə  etdikdə,  idxal 
olunan məhsulların daha çox olduğunun şahidi olarıq ki, bu da idxaldan 
asılılığı  nümayiş  etdirir.  Azərbaycanın  müxtəlif  heyvan  və  bitki  məhsul-
ları üzrə idxal tərəfdaşlarının ilk 3-lüyü aşağıdakı kimi bölünmüşdür: Diri 
mal-qara, Gürcüstan, Rusiya Federasiyası və Ukrayna; Diri quşlar, İran İs-
Cədvəl 14.
 2014-cü il üzrə Azərbaycanın 10 əsas ixrac məhsulları
Yer
Məhsul
İxrac həcmi ($)
%
1
Neft
20.2 milyard
92.8
2
Qənd
221.4 milyon
1
3
Meyvə, qoz-fındıq
192.2 milyon
0.9
4
Heyvan, bitki yağı və yağlar
190.3 milyon
0.9

Plastik
157 milyon
0.9
6
Tərəvəz
98.9 milyon
0.5
7
Alüminum
86.8 milyon
0.4
8
Üzvi kimyəvi maddələr
49.5 milyon
0.23
9
Maşınlar
39.1 milyon
0.18
10
Dəmir və polad məhsulları
34.8 milyon
0.16
Mənbə: 
http://www.worldsrichestcountries.com/top-azerbaijan-exports.html


68
Azərbaycanda orqani̇k kənd təsərrüfati 
Hazırkı durum və gələcək inkişaf potensialı
Cədvəl 15.
 İxrac məhsulları və onların (min ABŞ dolları ilə) həcmi
Məhsul qrupları
2010
2011
2012
2013
2014
Diri heyvan, 
heyvan məhsulları
547.3
657.1
682.3
1,851.1
3,306.1
Tərəvəz məhsulları
190,337.2
268,816.9
308,055.5
301,706.8
331,106.3
Heyvan və bitki yağları 
188,255.5
173,756.9
221,766.0
227,883.6
190,334.7
Emal edilmiş qida 
məhsulları; içkilər, 
spirtli içkilər və sirkə
tütün
214,202.9
273,849.4
301,703.3
346,815.2
316,050.9
Digər məhsullar
20,766,867.3 25,853,818.0 23,075,776.6 23,097,160.1 21,634,968.0
Cəmi
21,360,210.2 26,570,898.3 23,907,983.7 23,975,416.8 21,828,608.9
Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi
Cədvəl 16.
 Məhsullar üzrə ixrac bölgüsü, faiz
Məhsul qrupları
2010
2011
2012
2013
2014
Diri heyvan, heyvan 
məhsulları
0.0
0.0
0.0
0.0
0.0
Tərəvəz və bitki məhsulları
0.9
1.0
1.3
1.3
1.5
Heyvan və bitki yağları
0.9
0.7
0.9
1.0
0.9
Emal edilmiş qida 
məhsulları; içkilər, spirtli 
içkilər və sirkə; tütün
1.0
1.0
1.3
1.4
1.4
Kənd təsərrüfatı 
məhsulları, cəmi
2.8
2.7
3.5
3.7
3.8
Digər məhsulların idxalı
97.2
97.3
96.5
96.3
96.2
Cəmi
100
100
100
100
100
Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi
lam  Respublikası,  Türkiyə,  Niderland;  Mal-qara  əti-  Hindistan,  Ukrayna, 
Braziliya; Quş əti və əlavə ət məhsulları, Amerika Birləşmiş Ştatları, Bra-
ziliya, Türkiyə; Təzə və buzlu balıq, Vyetnam, İslandiya, Rusiya Federasi-
yası; Süd və qaymaq, Ukrayna, Rusiya Federasiyası, Belarus; Kərə yağı və 
süddən hazırlanmış digər yağlar, Yeni Zellandiya, Litva, Belarus; Pendir və 
qaymaq, Danimarka, Rusiya Federasiyası, Almaniya; Yumurta, Türkiyə, Çex 
Respunlikası, İran İslam Respublikası; Kartof, Rusiya Federasiyası, İran İs-
lam Respublikası, Niderland; Tər tərəvəz, Türkiyə, İran İslam Respublikası, 
Özbəkistan;  Tər  meyvə,  Ekvador,  İran  İslam  Respublikası,  Tailand;  Çay, 
Şri Lanka, Hindistan, İran İslam Respublikası; Buğda, Rusiya Federasiyası, 
Qazaxıstan, Türkiyə; Düyü, Rusiya Federasiyası, Hindistan, Tailand; Buğda 
unu, Rusiya Federasiyası, Qazaxıstan, Türkiyə; Bitki yağı, İndoneziya, Rusi-
ya Federasiyası, Amerika Birləşmiş Ştatları.


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə