Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə200/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   196   197   198   199   200   201   202   203   204

416

Tarixdə bu gün

110 

illiyi

“Bakinskiy raboçiy” qəzeti 

1906

2016

“Bakinski raboçi” (rusca «Бакинский 

рабочий) - 1906-cı ilin may ayından bəri 

çap  olunan  Azərbaycan  ictimai-siyasi 

qəzetidir.  Qəzet  rus  dilində  çap  olunur. 

Azərbaycan  mətbuatı  tarixində  ən  uzu-

nömürlü  qəzet  sayılır.  Birinci  rus  inqila-

bından sonrakı dövrdə yaranmış bu qəzet 

bolşeviklərin ideyalarını yayır, xalqı bur-

juaziyaya  qarşı  mübarizəyə  səsləyirdi. 

Qəzetin  ilk  nömrəsinin  hazırlanmasın-

da  M.İ.Batırev,  V.P.Noqin,  V.F.Yefimov, 

B.A.Radus-Zenkoviç, 

S.D.Vulfson, 

A.A.Caparizde  və  başqa  şəxslər  iştirak 

etmişlər. Müxtəlif vaxtlarda N.Nərimanov, 

S.M.Kirov, 

Q.K.Ordenikidze, 

S.M.Yafyandiyev, 

A.P.Serebrovski, 

P.A.Axundov, Q.M.Musabəyov və başqa-

ları bu qəzetin səhifələrində çıxış etmişlər. 

Qəzet  dəfələrlə  dövlət  mükafatına  layiq 

görülmüşdür.  “Bakinski  raboçi”  müasir 

dövrümüzdə də fəaliyyətini davam etdirir.

Ə d ə b i y y a t

Şahverdiyev, A. Azərbaycan mətbuatı tarixi /A.Şahverdiyev.- Bakı: Təhsil, 2006.- 248 s.

www.br.az

Beynəlxalq Yazıçılar Birliyi - “PEN-KLUB”

1921 

Beynəlxalq  PEN-Klubun  48-ci 

konqresinin  qərarına  əsasən,  bu  gün 

1986-cı  ildən  etibarən  keçirilir.  1921-

ci  ildə  təşkil  edilən  PEN-Klub  isə 

yazarların  beynəlxalq  birliyi  olaraq 

müəyyənləşdirilib. Maraqlı tarixi olan 

bayram  PEN-klub  (bu  ad  ingiliscə  üç 

sözün-poets  (şair),  essayists  (oçerkçi) 

və  nvelists  (novella,  roman  müəllifi) 

-  ilk  hərflərindən  yaranan  qısaltma-

dır)  qeyd  olunmağa  başlayıb.  1923-

cü  ildə  isə  Londonda  PEN-klubun  ilk 

beynəlxalq konqresi keçirilib. 1986-cı 

il  yanvarın  12-dən  18-dək  artıq  PEN-

klubun  sayca  48-ci  beynəlxalq  konq-

resi baş tutub. Məhz həmin konqresin 

iştirakçıları  mart  ayının  3-nün  “Yazı-

çının  Ümumdünya  Sülh  Günü”  elan 

edilməsi  barədə  qərar  qəbul  ediblər. 

Həmin  vaxtadək  artıq  dünyanın 

yüzdən çox ölkəsində PEN-mərkəzləri 

fəaliyyət  göstərirdi.  Bizim  günlərdə, 

bir  sıra  ölkələrdə  bu  bayram  sadəcə, 

“Yazıçı günü” adlanır və bir növ daha 

çox fərqlənmiş ədibləri təbrik etmək və 

mükafatlandırmaq  üçün  münasib  gün 

kimi qeyd olunur.

Bayramı keçirməkdə məqsəd  “Dör-

düncü  hakimiyyət”in  -  demokratik 

mətbuatın  mənfi  aspektlərinə  qar-

şı  çıxmağa,  yalan  yazılara,  məqsədli 

təhriflərə, faktların bilərəkdən saxtalaş-

dırılmasına, yaxud siyasi, qrup və şəxsi 

maraqlar naminə gerçəyin vicdansızca-

sına yozulmasına yol verməməyə çağı-

ran peşə bayramıdır.  

Ə d ə b i y y a t

Məhərrəmova, T. Hər 

gün yazıçının günü-

dür //Kaspi.-2012.-2 

mart.-S.9

İ n t e r n e t d ə

www.anl.az

1

95 

illiyi



417

Tarixdə bu gün

80 

illiyi

Azərbaycan Milli İncəsənət Muzeyi   

1936

2016

Azərbaycan  Milli  İncəsənət  Muzeyi  mil-

li  dəyərlərimizin  və  ümumbəşəri  mədəni  ir-

sin  qorunub  saxlandığı  xəzinədir.  17.000  artıq 

sənət  abidəsinin  mühafizə  edildiyi  bu  xəzinənin 

fəaliyyət  tarixi  zəngindir.  1936-cı  ildə  incəsənət 

şöbəsi Azərbaycan Dövlət Muzeyinin tərkibindən 

ayrılıb,  Xalq  Komissarları  Sovetinin  qərarı  ilə 

müstəqil muzey kimi təşkil edilib. Muzeyə ilk eks-

ponatlar  ekspedisiyalar  zamanı  və  əhalidən  satın 

alınma yolu ilə toplanıb. 1937-ci ildə muzeyin ilk 

ekspozisiyasının açılışı olmuş, muzey 1951-ci ildə 

isə XIX əsrin axırlarında barokko üslubunda inşa 

edilmiş Deburun malikanəsinə köçürülüb. 2006-cı 

ildə muzeyə ayrılmış yeni binada asaslı təmir işləri 

başlanmış və 2009-cu ildə yeni ekspozisiyanın açı-

lışı olmuşdur. 2011-ci ildə muzeyə Milli, eləcə də 

həmin ildə Brüsseldə yerləşən Avropa İqtisadiyyat, 

Sənaye və Ticarət Palatasının (European Economic 

Chamber of Trade, Commerce and Industry - EEIG) 

Direktorlar Şurasının yekdil qərarı ilə beynəlxalq 

standart və kriteriyalara cavab verən, muzey anla-

yışına uyğun, keyfiyyətli muzey xidməti göstərən 

və peşəkar təcrübəyə malik Avropa Muzey Stan-

dartı (EUMS) statusları verilmişdir.

Muzeyə  ötən  illər  ərzində  Azərbaycanın  ta-

nınmış  Xalq  rəssamı  S.Salam-zadə  (1936-1943), 

sonra  Xalq  rəssamı  K.Kazım-zadə  (1943-1992) 

başçılıq etmiş, hazırda isə Azərbaycanın Əməkdar 

incəsənət xadimi, prof. Çingiz Fərzəliyev rəhbərlik 

edir.

Muzeyin fəaliyyətindəki bütün işləri icra edən 



elmi  şöbələr  bunlardır:  Fond  şöbəsi,  Ekspozisiya 

şöbəsi, Elmi-kütləvi işlər şöbəsi (məktəb bölməsi), 

Elmi araşdırmalar şöbəsi, Muzey işində innovasi-

yaların tətbiqi şöbəsi, Sərgi və tərtibat şöbəsi, Elmi 

bərpa şöbəsi. Muzey 9000-dək elmi kitab və mo-

noqrafiyaların,  kataloq,  albom  və  d.  ixtisasyönlü 

ədəbiyyatın toplandığı zəngin kitabxanaya malik-

dir. Burada qədim nəşrlərin toplandığı xüsusi “Na-

dir kitablar” fondu da mövcuddur. 

Azərbaycan Milli İncəsənət Muzeyinin fondla-

rında qorunan eksponatlar isə öz qədimliyinə görə 

e.ə.  IV  minilikdən  başlayaraq  günümüzədək  da-

vam edən sənət əsərləridir. Naxçıvan, Mingəçevir, 

Füzuli, Xanlardan (indiki Göy-Göl) tapılmış üzəri 

ən arxaik bədii təsvirlərlə bəzədilmiş saxsı qablar, 

səlcuqlu dövrünə məxsus dekorativ çıraqlar, kaşı-

lar, XIII əsrə aid Bayıl qəsrinin frizindən hissələr, 

XIV-XVIII əsrlərə aid Abşeron və Şamaxıdan aş-

karlanmış  sənduqələr,  XVI  əsrə  aid  nəfis  Quran 

və  nücum  elminə  dair  əlyazma  kitabları,  XVII-

XVIII əsrlərə aid tempera, qızıl suyu və sulu bo-

yayla  çəkilmiş  orijinal  Təbriz  miniatürləri,  XIX 

əsrin tanınmış rəssamları Mir Möhsün Nəvvabın, 

Mirzə  Qədim  İrəvaninin,  Usta  Qəmbər  Qaraba-

ğinin,  Azərbaycanın  ilk  peşəkar  rəssamları  və 

müasirlərimizin əsərləri, XVI-XVII əsrə aid bədii 

metal əşyaları, XVIII-XX əsrlərə aid ipək və yun-

dan  toxunmuş  orijinal  parça,  tikmə,  milli  geyim 

və  xalça  nümunələri,  zərgərlik  əşyaları  mühafizə 

edilir. Bu milli dəyərlərlə yanaşı topluda saxlanan 

Qərbi Avropa  (Fransa, Almaniya, Avstriya,  İtali-

ya, Yunanıstan,  Flandriya,  Danimarka,  İspaniya), 

Şərq  (İran,  Türkiyə,  Yaponiya,  Çin,  Hindistan, 

Misir,  Orta  Asiya)  və  Rus  incəsənətinə  məxsus 

heykəltaraşlıq, rəngkarlıq, qrafik əsərlər və başqa 

dekorativ-tətbiqi sənət nümunələri müxtəlif xalq-

ların sənət tarixini əks etdirir. 

Muzeyin zəngin elmi və maddi bazası əsasında 

respublikamızda  və  MDB  ölkələrində  fəaliyyət 

göstərən bir çox tanınmış muzeylərin fondları ya-

ranmış  və  zənginləşmişdir.  1967-ci  ildə  Nizami 

adına Azərbaycan  Ədəbiyyatı  muzeyinə,  1968-ci 

ildə  Ə.Əzimzadənin  ev-muzeyinə,  1985-ci  ildə 

Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət 

Muzeyinə,  2001-2005-ci  illər  ərzində  isə  Naxçı-

van  MR-da  fəaliyyət  göstərən  Bəhruz  Kəngərli 

adına  Rəsm  Qalereyasına,  eyni  zamanda  Sankt-

Peterburqda fəaliyyət göstərən Rusiya Etnoqrafiya 

Muzeyinə sənət nümunələri daimi istifadəyə veril-

mişdir. 


Muzeyin elmi potensialı əsasında zəngin fond-

lar daima araşdırılır, beynəlxalq və respublika miq-

yaslı sərgilər təşkil edilir. 

R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi: [bro-

şür] /Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi.-

[Bakı]: Digital Age production, 2007.- [8] s.



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə