Kbt я25 uot (059) Baş redaktor


Teatr.Kino Rafael Dadaşov



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə6/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   2   3   4   5   6   7   8   9   ...   204

14

Teatr.Kino

Rafael Dadaşov

1946 

YANV

AR

Rafael Məlik oğlu Dadaşov 1946-cı 

il yanvar ayının 4-də Naxçıvanda ana-

dan olmuşdur. Naxçıvandakı Aleksandr 

Puşkin adına 3 saylı rus orta məktəbini 

bitirmişdir.

1966-1972-ci illərdə M.Əliyev adına 

Azərbaycan  Dövlət  Teatr  İnstitutunun 

mədəni-maarif  fakültəsində  təhsil  al-

mışdır. 1967-1974-cü illər ərzində Bakı 

Dövlət Sirkində işıqçı, Dəbli Geyimlər 

Evində maniken, Naxçıvan MR Mahnı 

və Rəqs Ansamblında aparıcı konfrans-

ye, SSRİ Ümumittifaq Dövlət Sirkində 

rejissor-inspektor  işləmişdir.  1974-cü 

il oktyabr ayının 10-dan 1976-cı il iyul 

ayının  1-dək  Naxçıvan  MR-nın  Xalq 

Yaradıcılığı  Evində  təlimatçı,  eyni  za-

manda  oranın  Televiziya  və  Radio 

Komitəsində diktor olmuşdur.  

1976-cı ildən Akademik Milli Dram 

Teatrının  aktyor  truppasının  üzvüdür. 

İlk dəfə Tofiq Kazımovun quruluş ver-

diyi  Maqsud  İbrahimbəyovun  “Ümid” 

(“Mezazoy  əhvalatı”)  psixoloji  dra-

mının  tamaşasında  Zaur  rolunu  oyna-

mışdır.  Əsərin  ilk  tamaşası  27  noyabr 

1976-cı  ildə  göstərilmişdir.  Rafael 

Dadaşov  bu  möhtəşəm  sənət  ocağının 

səhnəsində  Don  Juan  (“Bəşərin  kome-

diyası, yaxud Don Juan” M.İbrahimov), 

Klavdi  (“Hamlet”  U.Şekspir),  Bəhram 

(“Fitnə”  A.Şaiq),  Rövşən  (“Əliqulu 

evlənir” S.Rəhman), müstəntiq (“İstin-

taq”  R.İbrahimbəyov),  Knyaz  Xasay 

(“Xurşidbanu  Natəvan”  İ.Əfəndiyev), 

Qədim (“Büllur sarayda” İ.Əfəndiyev), 

Fikrət  və  Rəşad  (“Kimdir  haqlı?” 

B.Vahabzadə),  Mirzə  Fətəli  (“Mirzə 

Şəfi” N.Xəzri), Vasif (“İblis” H.Cavid), 

Qiyas (“Şəhərin yay günləri” Anar), Ca-

mal  (“Nişanlı  qız”  S.Rəhman),  Həsən 

Soltan (“Şeyx Xiyabani” İ.Əfəndiyev), 

Mayis  (“Sevgililərin  cəhənnəmdə  vü-

salı”  İ.Əfəndiyev),  Ədhəm  Tağıyev 

(“Dəlilər və ağıllılar” İ.Əfəndiyev), Te-

sey  (“Fedra”  J.Rasin),  Şeyx  Nəsrullah 

(“Ölülər”  C.Məmmədquluzadə)  və  s. 

maraqlı obrazlar yaratmışdır.

Azərbaycan  Dövlət  Televiziyasın-

da  hazırlanmış  çoxlu  teletamaşaların 

iştirakçısı  olmuşdur.  Onlardan:  Ana-

rın  “Ötən  ilin  son  gecəsi”  (Rüstəm), 

K.Haldoninin  “Mehmanxana  sahibəsi” 

(Sinyor  Kavaler),  A.Qəhrəmanovun 

“Səni  axtarıram”  və  “Bağışla”  (Vasif 

müəllim),  H.Cavidin  “Topal  Teymur” 

(Orxan),  Ü.Hacıbəylinin  felyetonla-

rı  əsasında  “Ordan-burdan”  (Həmid), 

İ.Əfəndiyevin  “Mənim  günahım”  (Sa-

hib),  “Sarıköynəklə  Valehin  nağılı” 

(Müstəntiq), İ.Səfərlinin “Göz həkimi” 

(Rauf),  A.Laurinçyukasın  “Qapalı  or-

bit” (Kostas), Arturo Rafin “İblis qadın” 

(Şef) pyeslərinin, U.Şekspirin sonetləri 

əsasında  kompozisiyanın  (Sevgili 

qəhrəman)  və  b.  teletamaşalarında  oy-

nadığı  obrazlar  yaddaqalan  və  uğurlu-

dur. Aktyor “Var olun, qızlar”, “Yarım-

çıq qalmış serenada”, “Yay vaxtı xəzan 

yarpaqları”,  “Bəxt  üzüyü”,  “Mənim 

ağ  şəhərim”,  “Xüsusi  vəziyyət”  bədii, 

“Qaçaq Süleyman” televiziya filmlərinə 

çəkilmişdir.

Rafael Dadaşov aktyorluq sənətində 

qazandığı  nailiyyətlərə  görə  20  mart 

1987-ci  ildə  “Azərbaycan  Respublika-

sının Əməkdar artisti”, 15 may 2006-cı 

ildə isə “Xalq artisti” fəxri adlarına la-

yiq görülmüşdür. 



Ə d ə b i y y a t

Rəhimli, İ. Rafael 

Dadaşov //Rəhimli İ.S. 

Üç əsrin yüz otuz ili 

(Akademik Milli Dram 

Teatrı bu gün).- Bakı, 

2003.- S.102-104.

Səlimqızı, C. 

Sənətkarlar dilə gəldi: 

Rafael Dadaşov: “Ya-

radıcılıq düşərgələrinin 

keçirilməsi 

Azərbaycanda da 

ənənəyə çevrilməlidir” 

/C.Səlimqızı //Mərkəz.- 

2012.- 22 noyabr.- S.14.

             

İ n t e r n e t d ə

www.anl.az

adam.az

www.az.wikipedia.org

4

70 

illiyi

Aktyor


15

Teatr.Kino

Eldar Quliyev 

1941 

YANV

AR

Eldar Tofiq oğlu Quliyev 1941-ci il 

yanvar ayının 18-də Bakıda anadan ol-

muşdur. 


1960-1966-cı  illərdə  Moskvada 

Ümumittifaq  Dövlət  Kinematoqrafiya 

İnstitutunun  rejissorluq  fakültəsində 

Sergey Gerasimovdan sənətkar dərsi al-

mışdır. 1967-ci ildən “Azərbaycanfilm” 

kinostudiyasında çalışan rejissor kifayət 

qədər  tanınmış  bədii,  sənədli  film  və 

ssenarilərin müəllifidir. 

İlk  ekran  əsəri  1967-ci  ildə 

“Azərbaycanfilm” 

kinostudiyasında 

lentə  alınan  “Biri  vardı,  biri  yoxdu...” 

adlı ilk qısametrajlı film olmuşdur.

1969-cu  ildə  ilk  böyük  ekran  əsəri 

olan “Bir cənub şəhərində” filmi ilə özü-

nü təsdiqləmiş və bu filmlə Azərbaycan 

kinosunda  yeni  bir  mərhələnin  təməli 

qoyulmuşdur.  Bu  film  dünya  ekran-

larına  çıxandan  bir  müddət  sonra  üç 

Azərbaycan filmi ilə birgə YUNESKO-

nun kinoşedevri adlandırılmışdır.

Kinorejissorun 1979-cu ildə çəkdiyi 

“Babək”  filmi  istər  professionallığı-

na,  istər  kütləviliyinə,  eləcə  də  ba-

tal  səhnələrinin  miqyasına  görə  heç 

də  xaricdə  istehsal  olunan  məşhur  və 

bəyənilmiş kinolardan geri qalmır. Mü-

hüm  faktlardan  biri  də  budur  ki,  film 

həmin illərdə 60-a yaxın ölkə tərəfindən 

satın alınmışdır.

E.Quliyevin yaradıcılığında mənəvi-

əxlaqi  məsələlərin,  müasirlərimizin 

xarakterlərinin  psixoloji  tədqiqi  əsas 

yer tutur. Ölkəmizdə tarixi filmlərin ya-

radıcısı kimi də tanınmış kinorejissorun 

“Səmt  küləyi”  (1974),  “Sevinc  buxta-

sı”  (1977),  “Babək”  (1979),  “Nizami” 

(1982) və “Təxribat” (1989) filmləri ek-

ranlarımızda bu gün də uğurla nümayiş 

etdirilir. 

Kinorejissor E.Quliyev bədii filmlərə 

quruluş verməklə yanaşı faşizm üzərində 

böyük qələbənin 60 illiyinə həsr edilmiş 

xüsusi layihə üzrə Bakının və bakılıla-

rın bu qələbəyə verdiyi töhfələrdən bəhs 

edən “Unudulmuş qəhrəman” adlı pub-

lisistik  filmi,  “Abşeron  ritmləri”  film-

konsertini  (1970),  “Səməd  Vurğun” 

(Y.Əfəndiyevlə  birlikdə),  “Dostuma 

məktub”  (H.Mehdiyevlə  birgə)  sənədli 

filmləri,  2006-cı  ildə  ümummilli  lider 

Heydər Əliyevin dövlət başçısı olduğu 

vaxtlarda  gənclərə  qarşı  olan  yüksək 

diqqətindən bəhs edilən “Heydər Əliyev. 

Dünyaya  pəncərə”  filmi  çəkilmişdir.

Onun ssenariləri əsasında “Bizim Nəsibə 

xanım” və “Özüm və zaman haqqında” 

(T.İsmayılovla birgə), “Şəhidlik zirvəsi” 

(X.Muradov və O.Mirqasımovla birgə) 

sənədli filmləri lentə alınmışdır. 

Tanınmış kinorejissor “İstanbul rey-

si”  və  bir  çox  filmin  həm  də  ssenari 

müəllifi olmuşdur. Çəkdiyi filmlərin bir 

neçəsi kinofestivallarda mükafatlara la-

yiq görülmüşdür.

“Debüt”  studiyasının  bədii  rəhbəri, 

Azərbaycan  Dövlət  Mədəniyyət  və 

İncəsənət  Universitetində  Kino  kafed-

rasının  professorudur.  Eldar  Quliyev 

Azərbaycan  mədəniyyətinin  inkişafın-

dakı xidmətlərinə görə dövlət tərəfindən 

yüksək  qiymətləndirilmişdir.  Dövlət 

mükafatı  laureatı  olmuş,  1982-ci  ildə 

“Azərbaycanın Xalq artisti” fəxri adına 

layiq görülmüşdür. Qırmızı Əmək Bay-

rağı  Ordeni,  2011-ci  ildə  “Şöhrət”  və 

“Şərəf” ordenləri ilə təltif edilmişdir.

Ə d ə b i y y a t

E.T.Quliyevin “Şərəf” 

ordeni ilə təltif edilməsi 

haqqında: Azərbaycan 

Respublikası Prezidenti-

nin Sərəncamı, 13 yanvar 

2011-ci il //Azərbaycan.- 

2011.- 15 yanvar.- S.4.

Kazımzadə, A. Eldar 

Quliyev /A.Kazımzadə 

//Azərbaycan kinema-

toqrafçıları: portretlər.- 

Bakı, 2002.- Bur.1.- 

S.190-200.

Nərimanoğlu, M. Bir 

ömrün kino salnaməsi      

/Məhəmməd Nərimanoğlu 

//Azərbaycan.- 2011.- 1 

may.- S.7.

                     

İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.anl.az

www.azerbaijanfilm.az

www.kino-teatr.ru 

18

75 

illiyi

Kinorejissor



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə