Jurnal XII



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə25/29
tarix15.03.2018
ölçüsü0,61 Mb.
#31713
1   ...   21   22   23   24   25   26   27   28   29

­  49 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

(a)  Qərarın Konvensiyanın  44­cü  maddəsinin  2‐ci  hissəsinə  əsasən  qəti olduğu gündən üç  ay

müddətində mənəvi zərərə görə 4.800 EUR (dörd min səkkiz yüz avro) Hökumət tərəfindən ərizəçiyə

həll olunma gününə tətbiq edilən dərəcəyə uyğun olaraq milli valyuta ilə üstünə gəlinə bilən hər

hansı vergi hesablanmaqla ödənilməlidir;

(b) yuxarıda  qeyd  olunan üç  ay  bitdiyi  vaxtdan  həll  olunma gününədək  faiz  dərəcəsi yuxarıdakı

məbləğ üstünə Mərkəzi Avropa Bankının faiz dövründəki təqdim etdiyi dərəcənin son həddinə uyğun

ödənilməlidir;

7.  Ədalətli kompensasiya üçün ərizəçinin tələbinin qalan hissəsini rədd edir.

İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77‐ci qaydasının 2‐ci və 3‐cü bəndlərinə

müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 03 fevral 2011‐ci ildə göndərilib.

Soren Nilsen   

 

 

 



Xristos Rozakis

Bölmə Katibi                                     

Sədr



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

­  50 ­



Yerli mətbuat səhifələrindən

6 HAKİM BARƏDƏ İNTİZAM İCRAATI BAŞLANILMIŞDIR

Məhkəmə‐Hüquq  Şurasının  bütün  apellyasiya

məhkəmələri  sədrlərinin  və  hakim  assosiasiyaları

rəhbərlərinin iştirakı ilə geniş iclası keçirilmişdir.

Tədbirdə çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət

Məmmədov  dünyanı  iqtisadi  böhran  bürüdüyü

şəraitdə  Prezident  İlham  Əliyevin  rəhbərliyi  ilə

ölkəmizin  davamlı  inkişafının  təmin  olunduğunu,

sosial  və  iqtisadi  layihələrin  uğurla  icra  edildiyini

məmnunluqla diqqətə çatdırmışdır.

Qeyd  olunmuşdur  ki,  əsası  ümummilli  lider  Heydər

Əliyev  tərəfindən  qoyulmuş  insan  haqlarının

prioritetliyi  və  humanizm  siyasətinə  sadiqlik  ölkəmizdə  dövlət  idarəçiliyinin  əsas  prinsiplərinə

çevrilmişdir. Möhtərəm Prezidentimiz tərəfindən 3.800‐dən çox, o cümlədən ötən ay 423 məhkum

əfv  edilmiş,  Azərbaycan  Respublikasının  Birinci  vitse‐prezidenti,  Heydər  Əliyev  Fondunun

prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş 4 amnistiya aktı 40 min insana

şamil  olunmuşdur.  Ölkə  Prezidentinin  təşəbbüsü  ilə  ötən  il  iqtisadi  sahədə  bəzi  əməllərin

dekriminallaşdırılması ilə bağlı cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək, 1500‐dək

məhkum cəza çəkməkdən azad olunmuş, yaxud cəza müddətləri azaldılmışdır. Bu baxımdan dövlət

başçısının cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı 10 fevral 2017‐ci il tarixli Sərəncamının

müstəsna əhəmiyyəti qeyd olunmuşdur.

İclasda  Sərəncamın  icrası  üzrə  tədbirlər  müzakirə  olunmuş,  onun  ölkəmizdə  insan  haqlarının,

xüsusilə azadlıq hüququnun təmin edilməsi, habelə məhkəmə, prokurorluq və istintaq orqanlarının

fəaliyyətinin yeni tələblər səviyyəsində qurulması üçün «yol xəritəsi» olduğu vurğulanmışdır. Həbs

qətimkan  tədbirinin  seçilməsinə  yanaşmanın  köklü  surətdə  dəyişməsi,  böyük  ictimai  təhlükə

törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin müstəsna hallarda seçilməsinə

nail olunması Sərəncamın əsas məqsədlərindən biri kimi müəyyən edilmişdir.

Bildirilmişdir ki, Ali Məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə

təcrübəsi  əvvəllər  ümumiləşdirilmiş,  məsələyə  həssaslıqla  yanaşılması  məhkəmələrə  tövsiyə

edilmişdir. Bu sahədə kobud pozuntulara görə Məhkəmə‐Hüquq Şurası tərəfindən 15 hakim ciddi

intizam məsuliyyətinə cəlb edilmiş, 3 hakimin səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi barədə

qərar  qəbul  edilmişdir.  Bununla  belə  köklü  dönüş  baş  verməmiş,  həbs  qətimkan  tədbirinin

seçilməsinə üstünlük verilməklə, alternativ tədbirlərə lazımi diqqət yetirilməmişdir.

Qeyd  olunmuşdur  ki,  məhkəmələrdə  baxılan  cinayət  işlərinin  və  bütövlükdə  məhkumetmənin

sabitliyi  ölkəmizdə  ictimai  təhlükəsizliyin  və  hüquq  qaydasının  təmin  edilməsində  önəmli

nailiyyətdir. Lakin təəssüf ki, barəsində həbs qətimkan tədbiri seçilən və həbs müddəti uzadılan,

habelə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin sayı xeyli artmışdır. Bununla

əlaqədar həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətinin uzadılması ilə bağlı

təcrübə Ali Məhkəmə tərəfindən ümumiləşdirilərək bu günlərdə Plenumun geniş iclasında müzakirə

olunmuş,  bu  sahədə  mövcud  nöqsanların  aradan  qaldırılması  və  vahid  məhkəmə  təcrübəsinin

yaradılması məqsədilə bütün məhkəmələrə icmal məktubunun göndərilməsi qərara alınmışdır.

Həmçinin, Şurada Sərəncamda verilmiş tapşırıqların icrası məqsədilə yaradılmış Ali Məhkəmə, Baş

Prokurorluq və Ədliyyə Nazirliyinin birgə işçi qrupunun məlumatı dinlənilmişdir. Cəza siyasətinin

humanistləşdirilməsi üzrə cinayət qanunvericiliyinə 200‐dən artıq dəyişikliyin edilməsi, o cümlədən

iqtisadi sahədə törədilən bir çox cinayətlərin dekriminallaşdırılması, azadlıqdan məhrumetməyə



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

­  51 ­

alternativ cəzaların nəzərdə tutulması ilə bağlı, habelə, şərti məhkum etmə və cəzadan şərti olaraq

vaxtından əvvəl azad etmə institutlarının, həbsə alternativ olan qətimkan tədbirlərinin daha geniş

tətbiqinə imkan verən dəyişikliklərin edilməsi barədə hazırlanmış mühüm qanun layihəsi ətraflı

müzakirə edilmişdir.

Eyni  zamanda  bildirilmişdir  ki,  Sərəncamda  nəzərdə  tutulmuş  tövsiyə  və  tapşırıqların  dərhal

icrasına  başlanılması  nəticəsində  450‐yə  yaxın  həbsdə  olan  şəxs  qanuni  əsaslarla  istintaq

təcridxanalarından azadlığa buraxılmış, təcridxanalara daxil olan həbs edilmiş şəxslərin sayı xeyli

azalmışdır.

Ali Məhkəmənin sədri Ramiz Rzayev və digər Şura üzvləri iclasda çıxış edərək Sərəncamın insan

haqlarının, 

xüsusilə 

azadlıq 


hüququnun 

qorunmasında, 

ədalətli 

cəza 


siyasətinin

formalaşdırılmasında proqram xarakteri daşıdığını bildirmişlər.

İclasda Sərəncamın dürüst icrasının təmin edilməsi məqsədilə hakimlərin və istintaq orqanlarının

məsuliyyətinin yüksəldilməsi, yol verilən pozuntulara qarşı barışmaz münasibət göstərilməsi, həbs

qətimkan  tədbirinin  seçilməsi  təcrübəsinin  mütəmadi  təhlil  olunaraq  ümumiləşdirilməsi,  həbs

müddətinin  uzadılmasına  yeni,  təsirli  nəzarət  mexanizmlərinin  işlənilməsinin  və  ədalətli  cəza

siyasəti formalaşmasının zəruriliyi vurğulanmışdır.

Şurada  ötən  il  məhkəmə  fəaliyyətini  tənzimləyən  qanunvericiliyə  məhkəmə  hakimiyyətinin

özünüidarə səlahiyyətlərinin daha da genişləndirilməsi ilə bağlı mütərəqqi dəyişikliklər edilməsi,

o  cümlədən  məhkəmələrin  ərazi  yurisdiksiyasının  müəyyən  olunması  səlahiyyətinin  Məhkəmə‐

Hüquq Şurasına həvalə edilməsi diqqətə çatdırılmışdır.

Bununla əlaqədar iclasda məhkəmələrin ərazi yurisdiksiyası ilə bağlı apellyasiya məhkəmələrinin

təklifləri dinlənilmiş, məhkəmələrin iş yükü üzrə aparılmış təhlillər və onun mütənasibliyi nəzərdən

keçirilmiş, ərazi yurisdiksiyası zəruri dəyişikliklər edilməklə yenidən təsdiq olunmuşdur.

İclasda həmçinin, qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara

yol verilməsinə görə 6 hakim barədə intizam icraatı başlanılmışdır.



(c) MHŞ

"DQR"IN STATUSUNA AVROPA MƏHKƏMƏSİNİN MÜNASİBƏTİ ‐ YENİ

“Məlum olduğu kimi, bir qrup azərbaycanlı hüquq

müdafiəçisi  ötən  ilin  aprel  ayında  Ermənistanın

hərbi  təxribatının  qurbanı  olmuş  700‐dən  çox

Azərbaycan  vətəndaşının  adından  Avropa  İnsan

Hüquqları  Məhkəməsinə  ərizə  ilə  müraciət

etmişdilər.  Ermənistan  tərəfi  isə  yenə  də  dünya

ictimaiyyətini  aldatmaq  üçün  cılız  və  təxribat

xarakterli  addım  atıb.”  Azərbaycan  Vəkillər

Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov

bununla bağlı məlumat verib. O, müsahibə zamanı

ermənilərin növbəti dəfə yalanı həqiqət kimi təqdim

etmək cəhdlərinin iflasa uğradığını bildirib.

“Ondan başlayaq ki, tanınmayan və separatçı “Dağlıq Qarabağ Respublikası” (“DQR”) prezidentinin

hüquq məsələləri üzrə müşaviri Emil Babayan Avropa Məhkəməsinin sədrinə müraciət ünvanlayıb.

Müraciətdə bildirilir ki, məhkəmə prosesində “DQR”in iştirakı üçün şərait yaradılsın. O, göndərdiyi

məktubda Montevideo Konvensiyasına istinad edərək bəyan edir ki, guya, marionet “Dağlıq Qarabağ

Respublikası”nın bütün müstəqil dövlətlərə xas atributları və müstəqil məhkəməsi mövcuddur.

Qeyd  edim  ki,  1933‐cü  ildə  qəbul  edilən  Montevideo  Konvensiyasında  müstəqil  ölkənin

formalaşması üçün dörd prinsip əsas götürülüb:




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə