Jrunal XIII



Yüklə 402,4 Kb.
Pdf görüntüsü
səhifə14/19
tarix24.02.2018
ölçüsü402,4 Kb.
#27643
1   ...   11   12   13   14   15   16   17   18   19

­  29 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

maraqlarına toxunan şəxsin Konstitusiyanın 60‐cı maddəsinin I hissəsindən və Konvensiyanın 6‐cı

maddəsindən  irəli  gələn  məhkəməyə  müraciət  etmək  hüququnun  tənzimlənməsi  Milli  Məclisə

tövsiyə edilməlidir;

‐  məsələ  qanunvericilik  qaydasında  həll  edilənədək  Konstitusiyanın  60‐cı  maddəsinin  I

hissəsində  və  Konvensiyanın  6‐cı  maddəsində  nəzərdə  tutulan  məhkəməyə  müraciət  etmək

hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə

minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları

əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb

edilə bilər.

Belə cəlbetmə bu Qərarın təsviri‐əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə

alınmaqla, İnzibati Prosessual Məcəllənin 28.1‐ci maddəsinə uyğun həll edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130‐cu maddəsinin VI hissəsini və “Konstitusiya

Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65‐67 və 69‐cu maddələrini

rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA  ALDI:

1. İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə

maraqlarına  toxunan  şəxsin  Azərbaycan  Respublikası  Konstitusiyasının  60‐cı  maddəsinin  I

hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6‐cı

maddəsindən  irəli  gələn  məhkəməyə  müraciət  etmək  hüququnun  tənzimlənməsi  Azərbaycan

Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

2.  Məsələ  qanunvericilik  qaydasında  həll  edilənədək  Azərbaycan  Respublikası

Konstitusiyasının  60‐cı  maddəsinin  I  hissəsində  və  “İnsan  hüquqlarının  və  əsas  azadlıqların

müdafiəsi haqqında” Konvensiyanın 6‐cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək

hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə

minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları

əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb

edilə bilər.

Belə cəlbetmə bu Qərarın təsviri‐əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə

alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1‐ci maddəsinə uyğun həll

edilməlidir.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan

Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir

edilə bilməz.

Sədr                                                          Fərhad Abdullayev



­  30 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ

BİRİNCİ BÖLMƏ

ANDREYEVA AZƏRBAYCANA QARŞI

(Şikayət № 319276/08)

Q Ə R A R

18 dekabr 2012­ci il

Andreyeva Azərbaycana qarşı iş üzrə

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə:

Sədrlik edən – Nina Vayiç,

Hakimlər ‐

Xanlar Hacıyev,

Julia Laffranq,

və Bölmə katibi – Andre Vampak

27  noyabr  2012‐ci  ildə  şikayətə  qapalı  məhkəmə  iclasında  baxaraq,  həmin  tarixdə  qərar  qəbul

etmişdir:

PROSEDUR MƏSƏLƏLƏRİ

1.

Bu iş Azərbaycan Respublikasının vətəndaşı xanım Vera Yakovlevna Andreyevanın (“ərizəçi”)



İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 34‐cü maddəsinə

uyğun  olaraq  Azərbaycan  Respublikasına  qarşı 3  mart  2008‐ci  ildə  təqdim  etdiyi  şikayət

(19276/08 nömrəli) ilə başlanmışdır.

2.

Ərizəçi Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab O.Muradov, Azərbaycan Hökuməti



(“Hökumət”) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov tərəfindən təmsil olunmuşlar.

3.

4 yanvar 2011‐ci ildə şikayət barədə Hökumətə məlumat verilmişdir.



FAKTLAR

I. 

İŞİN HALLARI

4.

Ərizəçi 1940­cı ildə anadan olmuşdur və Bakıda yaşayır.



5. 

1994‐cü ildə ərizəçinin qardaşı öz mənzilini S.‐ə satmışdır və 1995‐ci ildə S.‐in həmin mənzilə

mülkiyyət hüququ rəsmi qaydada dövlət qeydiyyatına alınmışdır.

6. 


1996‐cı  ildə  ərizəçinin  qardaşı  məhkəmə  qarşısında  iddia  qaldıraraq  1994‐cü  il  tarixli

müqavilənin və mübahisəli mənzillə əlaqədar bağlanılmış sonrakı əqdlərin etibarsız hesab

edilməsini  xahiş  etmişdir.  1997‐ci  ildə  Nizami  rayon  məhkəməsi ərizəçinin  qardaşının  öz

iddiasını geri götürməsini nəzərə alaraq icraata xitam vermişdir. Ərizəçinin vəsatəti əsasında

Bakı şəhər Məhkəməsi 24 iyun 1997‐ci ildə 22 may 1997‐ci il tarixli qətnaməni ləğv edərək

işə yenidən baxılması üçün aidiyyəti üzrə göndərmişdir.

7. 

14 aprel 1998‐ci ildə ərizəçinin qardaşı vəfat etmişdir və ərizəçi məhkəmə tərəfindən onun



varisi qismində tanınmışdır. Ərizəçi icraatın təzələnməsini xahiş etmişdir.

8. 


1999‐cu ildə S. həmin mənzili O.‐yə satmışdır və sonuncu mənzilə olan mülkiyyət hüququnu

dövlət qeydiyyatından keçirmişdir.




­  31 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

9. 


16 avqust 2001‐ci ildə Nizami rayon məhkəməsi ərizəçinin iddiasını təmin edərək 1994‐cü il

tarixli müqavilənin (ərizəçinin qardaşı ilə S. arasında bağlanılmış müqavilə) və 1999‐cu il tarixli

müqavilənin (S. və O. arasında bağlanılmış müqavilə), habelə O.‐nun adına verilmiş mənzilin

dövlət  qeydiyyatına  alınması  barədə  çıxarışın  etibarsız  hesab  edilməsi və  O.‐nun  və  ailə

üzvlərinin mənzildən çıxarılması haqqında qətnamə qəbul etmişdir.

10.  14 noyabr 2001‐ci ildə Apellyasiya Məhkəməsi 16 avqust 2001‐ci il tarixli qətnaməni O.­nun

və ailəsinin mənzildən çıxarılması hissəsində dəyişmişdir. Məhkəmə qeyd etmişdir ki, O. və

onun  ailəsi  işğal  olunmuş  Füzuli  rayonundan  məcburi  köçkündürlər.  Bunu  əsas  gətirən

məhkəmə onların yaşamaq üçün başqa yerlərinin olmaması səbəbindən Füzuli rayonu işğaldan

azad olunanadək O. və onun ailəsinin mənzildən çıxarılması hissəsində qətnamənin icrasına

möhlət verilməsini qərara almışdır.

11.  29 mart 2002‐ci ildə Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirərək icraya

möhlət verilməsi hissəsini ləğv etmişdir.

12.  13 iyun 2002‐ci ildə ərizəçinin adına mülkiyyət hüququnu təsdiq edən sənəd verilmişdir.

13.  Ərizə barədə Hökumətə məlumat verildikdən sonra 17 dekabr 2009‐cu ildə ərizəçinin xeyrinə

qəbul edilmiş qətnamə icra edilmişdir və 18 dekabr 2009‐cu ildə icra işinə xitam verilmişdir.



II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK

14.


Daxili qanunvericilikdən müvafiq çıxarışlar Məhkəmənin “Gülməmmədova Azərbaycana qarşı”

işi üzrə qəbul etdiyi qərarda (38798/07 nömrəli şikayət, 18‐24‐cü bəndlər, 22 aprel 2010­cu

il) verilmişdir.

HÜQUQİ MƏSƏLƏLƏR

I.  KONVENSİYANIN  6‐cı  MADDƏSİNİN  1‐ci  BƏNDİ  VƏ  KONVENSİYANIN  1  SAYLI

PROTOKOLUNUN 1­ci MADDƏSİNİN POZULMASI İDDİALARI

15.


Ərizəçi Konvensiyanın 6‐cı maddəsinin 1‐ci bəndinə əsaslanaraq xeyrinə çıxarılmış qətnamənin

icra olunmamasından şikayət etmişdir. Konvensiyanın 6‐cı maddəsinin 1‐ci bəndinin müvafiq

hissəsində qeyd edilir:

“Hər  bir  kəsin...mülki  hüquq  və  vəzifələrinin  müəyyən  edilməsi  ilə  bağlı  işə...məhkəmə

tərəfindən...ədalətlə baxılması hüququ vardır...”

1 saylı Protokolun 1‐ci maddəsində qeyd edilir:

“Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Şəxs

yalnız cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə

tutulmuş qaydada mülkiyyətindən məhrum edilə bilər.

Lakin yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara uyğun olaraq mülkiyyətdən istifadəyə

nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin

etmək məqsədilə zəruri olan qanunları həyata keçirmək hüququnu məhdudlaşdırmır.”



A. İşə baxılmasının mümkünlüyü

1. Məhkəmənin rationae temporis yurisdiksiyası

16.


Məhkəmə  qeyd  edir  ki,  ərizəçinin  xeyirinə  olan  məhkəmə  qətnaməsi  Konvensiyanın

Azərbaycana münasibətdə qüvvəyə mindiyi 15 aprel 2002‐ci ildən əvvəl qəbul edilmişdir.

17.   Məhkəmə bildirir ki, dövlət orqanlarının qeyd olunan qətnaməni icra etməmələri səbəbindən

məhkəmə qətnaməsi uzun müddət icra edilməmiş vəziyyətdə qalmışdır. Ona görə də, burada

davam edən pozuntu mövcuddur və bu baxımdan Məhkəmə şikayətin 15 aprel 2002‐ci ildən

sonrakı dövrlə bağlı hissəsinə baxmaq səlahiyyətinə malikdir (baxın, yuxarıda qeyd edilmiş

“Gülməmmədova” işi, 26‐cı bənd).



Yüklə 402,4 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə