HESABAT
İSTEHSALATDA BƏDBƏXT HADİSƏ VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ
PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ HALLARINDAN İCBARİ SIĞORTA
4
Beynəlxalq Əmək Təşkilatının qiymətləndirməsinə görə hər il
iş yerində 2,2 milyon nəfər ölür. Bu hər 15 saniyədə istehsalatda
1 nəfərin ölməsi deməkdir. Hər gün isə istehsalatda ölənlərin
sayı 5 000 nəfəri keçir.
BƏT-in məlumatına görə istehsalatda bədbəxt hadisələrin sayı
ildə 250 000 000, peşə xəstəliklərindən əziyyət çəkənlərin sayı
isə 160 000 000 nəfərə yaxındır.
HESABAT
İSTEHSALATDA BƏDBƏXT HADİSƏ VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ
PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ HALLARINDAN İCBARİ SIĞORTA
5
Metodologiya
Hesabat hazırlanarkən aşağıdakı metodologiya tətbiq olunmuşdur:
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiqinin vəziyyətinə dair monitorinq üzrə metodologiya:
Bu istiqamətdə monitorinq aşağıdakı monitorinq alətlərinin tətbiqi yolu ilə həyata
keçiriləcəkdir:
•
Rəsmi statistikanın müqayisəli təhlili;
•
Formal əmək bazarı iştirakçılarının və rəsmi sığorta olunanların nisbətlərinin
müqayisəsi;
•
İnformasiya sorğularının verilməsi yolu rəsmi məlumatların toplanması;
•
Qanunvericiliyin analizi.
•
Ekspertlərlə intervülər.
Nəticələr əsasında hesabat və tövsiyələr hazırlanacaqdır. Hesabatın ilkin versiyası maraqlı
tərəflərlə müzakirə olunacaqdır.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunmasının vəziyyətinə
dair monitorinqin həyata keçirilməsi üzrə metodologiya
Monitorinqin həyata keçirilməsi üçün aşağıdakı alətlər tətbiq olunacaqdır.
•
Tədqiqat
Tədqiqat əsasən istehsal və tikinti sahələrini əhatə etmişdir. Əməyin mühafizəsi və
təhlükəsizlik texnikası qaydalarının tətbiqi, ədalətli və əlverişli əmək şəraitinin olub
olmamağı 60 indikator əsasında müşahidə olunmuşdur. Tədqiqat xüsusi sorğu vərəqi
əsasında həyata keçirilmişdir. Bu metod Beynəlxalq Əmək Təşkilatının standartlarına
(BƏT standartları) uyğun olaraq mütəxəssislər tərəfindən hazırlanmışdır.
•
Analiz
Əməyin mühafizəsini təmin edən
normalar təhlil edilmişdir;
•
Ekspertlərlə intervülərin keçirilməsi;
Əməyin mühafizəsi sahəsində tanınan mütəxəsislərlə
intervülər keçirilmişdir;
Xülasə
Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə görə “Hər kəsin təhlükəsiz
və sağlam şəraitdə işləmək.... hüququ vardır”. Əmək Məcəlləsinin 215-ci maddəsinə görə
“Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi
normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər...”. Həmin
məcəllənin 195-ci maddəsinin c) bəndinə görə “işəgötürən tərəfindən əməyin mühafizəsi
qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək
funksiyasını yerinə yetirərkən
işçinin
sağlamlığına
və səhhətinə ziyan
vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə,
himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə” işəgötürən tam maddi
məsuliyyət daşıyır.
2011-ci ilin yanvar ayına qədər işəgötürənlər istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri
hallarına görə işçinin sağlamlığına dəyən zərərin ödənilməsini həyata keçirərkən çəkilən
HESABAT
İSTEHSALATDA BƏDBƏXT HADİSƏ VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ
PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ HALLARINDAN İCBARİ SIĞORTA
6
xərcləri bir qayda olaraq müəssisənin vəsaiti hesabına həyata keçirirdi. İşəgötürənin
işçi qarşısında olan bu məsuliyyətini sığorta etmək hüququ olsa belə bu hüquqdan nadir
hallarda istifadə olunurdu və belə sığortalama ilə bağlı müvafiq normativ hüquqi baza
yox idi (yalnız ümumi qaydada həyat sığorta sistemi tətbiq oluna bilərdi).
11 may 2010-cu il tarixində imzalanmış və 2011-ci ilin yanvar ayının 1-dən tətbiq
olunmağa başlamış “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan
Respublikasının Qanunu və qanunun tətbiqi məqsədi ilə qəbul olunmuş bir sıra normativ
hüquqi aktlar istehsalatda bədbəxt hadisə və peşə xəstəliklərindən icbari sığortanın
tətbiqini məcburi etdi. Bütün işəgötürənlər Qanuna uyğun olaraq muzdlu əməyə cəlb
etdiyi işçiləri bədbəxt hadisə və peşə xəstəliklərindən icbari sığorta etməlidir.
Qanunun tətbiqi ilə əlaqədar Əmək Məcəlləsinin 225-ci maddəsi də yeni redaksiyada
qəbul olundu. Həmin maddəyə görə “1. İşəgötürən qanunvericiliklə müəyyən olunmuş
qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir.
Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi
mütləqdir.
2. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə
tənzimlənir”.
Beləliklə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan
Respublikası Qanununun qəbul olunması ilə əmək sferasında işəgötürənin işçinin
sağlamlığına dəyən zərərlə bağlı məsuliyyətinin sığortası icbari xarakter aldı.
Təqdim olunan hesabat Qanunun tətbiqindən keçən 1,5 ili əhatə edir.
Hesabat iki hissədən ibarətdir. Birinci hissə Qanunun tətbiqindən keçən 1,5 il ərzində
işəgötürənlər tərəfindən işçilərin bədbəxt hadisə və peşə xəstəliklərindən icbari sığorta
edilməsinin göstəriciləri və bu göstəricilərin təhlili, ikinci hissə isə istehsalatda
əməyin mühafizəsinə dair qanunvericiliyin və normativlərin tətbiqi göstəricilərinə dair
monitorinqin nəticələri əks olunur.
Hesabat hazırlanarkən həm formal əmək sferası, həm də qeyri formal əmək sferasındakı
vəziyyət təhlil olunmuşdur.
Yuxarıda qeyd olunduğu kimi, istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri hallarından
işçilərin icbari sığortalanması 2011-ci ilin yanvar ayından tətbiq olunmağa başlamışdır.
Müvafiq qanun və qanunun tətbiqi ilə əlaqədar qəbul olunmuş digər normativ hüquqi aktlar,
o cümlədən qaydalar, müqavilə forması və s. sənədlər bu yeni növ həyat sığorta sisteminin
tətbiqinin hüquqi əsaslarını yaradır. Əslində bu növ sığorta digər ölkələrdə uzun müddətdir ki,
tətbiq olunur. Məsələn, Rusiya Federasiyasında bu növ sığortanın tətbiqi ilə bağlı qanun 2000-
ci ildən qüvvədədir. Azərbaycanda da bəzi şirkətlər öz işçiləri qarşısında onların sağlamlığına
dəyə biləcək zərərlə bağlı məsuliyyətinin sığortasını həyata keçirirdi. Lakin bu könüllü idi və
icbari sayılmırdı. Əmək Məcəlləsinə görə işəgötürən işçi qarşısında onun sağlamlığına dəyə
biləcək zərərə görə (istehsal və onunla bağlı proseslər zamanı) tam maddi məsuliyyət daşıyır.
Bu qanunun tətbiqinə qədər bir qayda olaraq sığortaçı qismində işəgötürənin özü çıxış edirdi.
Bu isə bir sıra mənfi nəticələrə gətirib çıxarırdı.
Qanun sığorta olunan işçinin istehsal prosesi zamanı sağlamlığına dəyə bilən zərərə görə
əvəzin ödənilməsinin hüquqi, iqtisadi və təşkilati məsələlərini müəyyən edir.
Hesabatın son hissəsidə iş yerlərində təhlükəsiz və əlverişli əmək şəraitinin yaradılması
istiqamətində dövlət siyasətinin əsas istiqamətlərinə dair təkliflər və tövsiyələr verilir.