HESABAT
İSTEHSALATDA BƏDBƏXT HADİSƏ VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ
PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ HALLARINDAN İCBARİ SIĞORTA
15
14-cü risk dərəcəsi
Daş kömür və liqnit hasilatı B 05 Xam neft və təbii qaz hasilatı
B 06
Metal filizlərinin hasilatı
V 07
Mədənçıxarma sənayesinin digər sahələri
B 08
Mədənçıxarma sənayesi sahəsinə
xidmətlərin göstərilməsi
B 09
Aqrokimyəvi məhsulların istehsalı
C 202
Beton, gips və sementdən məmulatların istehsalı
C 236
Dekorativ və tikinti daşlarının kəsilməsi, emalı və naxışlanması
C 237
Çuqun və poladın sair ilkin emalı
C 243
Metaldan tikinti konstruksiyaları və məmulatlarının istehsalı
C 251
Metal sisternlərin, radiatorların və çənlərin istehsalı
C 252
Batareyaların və akkumlyatorların istehsalı
C 272
Kosmik
aparatlar da daxil olmaqla, uçan aparatların istehsalı
C 303
Binaların tikintisi
F 41
Mülkü təyinatlı
inşaat işləri
F 42
2. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta tarifləri peşə riskinin dərəcəsindən və sığorta
olunanların kateqoriyalarından asılı olaraq fərqləndirilməklə aşağıdakı kimi müəyyən
edilsin:
Peşə riskinin dərəcəsi
Sığorta olunanların kateqoriyaları üzrə sığorta tarifi (faizlə)
qulluqçular
fəhlələr
1
0,2
0,4
2
0,2
0,5
3
0,2
0,6
4
0,2
0,8
5
0,2
0,9
6
0,3
1,0
7
0,3
1,2
8
0,3
1,4
9
0,4
1,5
10
0,4
1,6
11
0,4
1,7
12
0,5
1,8
13
0,5
1,9
14
0,5
2,0
HESABAT
İSTEHSALATDA BƏDBƏXT HADİSƏ VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ
PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ HALLARINDAN İCBARİ SIĞORTA
16
1.6.Məşğulluğa dair ölkə üzrə göstəricilər
Azərbaycanda əhalinin məşğulluğu 2011-ci ilin aprelindən 2012-ci ilin eyni dövrünədək
50 min nəfər artaraq 4 milyon 282 min 600 nəfərə çatıb
1
.
2011-ci ilin 1 yanvar tarixinə ölkədə iqtisadi fəal əhalinin sayı 1995-ci illə müqayisədə
25,9 faiz, 2006-cı illə müqayisədə isə 6,7 faiz artaraq 4587,4 min nəfər, məşğul əhalinin
sayı müvafiq olaraq 19,8 faiz və 8 faiz artaraq 4329,1 min nəfər təşkil etmişdir
2
.
Lakin Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə İqtisadi fəaliyyət növləri üzrə
muzdla işləyən işçilərin sayı 2010-cu ilin göstəricilərinə görə 1382900 nəfər təşkil etmişdir.
Statistika Komitəsinin məlumatına görə 2011-ci ilin aprelindən 2012-ci ilin aprelinə qədər
işçilərin sayı daha 50 000 nəfər artmışdır.
Beləliklə rəqəmləri müqayisə etməklə müəyyən etmək mümkündür ki, ölkədə formal əmək
sektorunda çalışan işçilərin sayı ümumi məşğul əhalinin göstəricilərindən əhəmiyyətli
dərəcədə fərqlənir. Rəsmi əmək sektorunda işləyənlərin sayını 1432900 nəfər qəbul etsək,
onda arada olan fərq 2896200 nəfər təşkil edəcəkdir.
Bu şəxslərin bir qismi fərdi sahibkarlıqla məşğul olanlar, mülki-hüquqi müqavilə əsasında
işləyənlər və qeyri formal əmək bazarının iştirakçılarıdır.
1
Mənbə: http://vergiler.az/art-view/527/
2
Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı.
Mənbə:http://www.mlspp.gov.az/?id=5&sub_id=30&lang=1&dpid=68
HESABAT
İSTEHSALATDA BƏDBƏXT HADİSƏ VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ
PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ HALLARINDAN İCBARİ SIĞORTA
17
1.7.Formal Əmək Sektoru üzrə göstəricilər
İstehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri hallarından icbari sığorta sisteminin
tətbiqi özlüyündə işçilərin sağlam əmək şəraitində işləmək hüququnun təmin olunmasına
yönələn müsbət bir prosesdir. Bu qanunun tətbiqinə qədər olan vəziyyətin təhlili onu
göstərir ki, işəgötürənlərin işçinin sağlamlığına dəyən zərərin əvəzini ödəməsi ilə bağlı
çoxsaylı problemlər mövcud idi. Bu problemlər əsasən aşağıdakılardan ibarət idi:
1. İşəgötürənlər işçinin sağlamlığına dəyən zərərin əvəzini ödəməkdə maraqlı deyildi
və bu baxımdan müxtəlif vasitə və üsullardan istifadə etməkdə belə ödənişləri
həyata keçirməkdən yayınırdı;
2. Bir çox hallarda işçinin zədə aldığı və ya peşə xəstəliyinə tutulduğu müəssisə
sonradan ləğv olunurdu, təşkilati hüquqi formasını və ya mülkiyyətçisini dəyişirdi.
Belə olan halda istehsalat zədəsi və ya peşə xəstəliyi nəticəsində sağlamlığını və
peşə əmək qabiliyyətinin tam və ya qismən itirən işçi və ya həmin işçi yuxarıdakı
səbəblərdən vəfat etmişdirsə onun vərəsələri təyin olunmuş kompensasiyaları ya
ümumiyyətlə ala bilmirdi, tam ala bilmirdi və ya olduqca çətinliklə alırdı;
3. Bir çox iş yerlərində istehsalat zədələnməsi və peşə xəstəlikləri nəticəsində
kompensasiya alan işçilərin sayı həddən artıq çox olduğu üçün həmin müəssisə
hətta gəlirlə işləsə belə işçilərə kompensasiyaları verməkdə çətinlik çəkirdi. Bu
səbəbdən həmin müəssisələrin yerinə yetirdikləri işlər və ya göstərdikləri xidmət
üçün daha çox vəsait tələb edirdi ki, bu da bu müəssisələrin rəqabət qabiliyyətini
aşağı salırdı;
4. İşəgötürən tərəfdən kompensasiyaların ödənilməsi onun gəlirlərinə mənfi təsir
göstərirdi və bu da dolayısı ilə orada çalışan işçilərin əmək haqlarının və sosial
güzəştlərin artırılmasına imkan vermirdi. və s.
İstehsalat zədələnməsi və peşə xəstəlikləri hallarından icbari sığorta sisteminin tətbiqi isə
yuxarıda göstərilən bütün problemləri həll etmiş olur.
Bununla belə qanunun tətbiq olunmasından keçən 1,5 ilə ərzində formal əmək sektoru
üzrə işçilərin icbari sığortaya cəlb edilmə göstəriciləri istənilən səviyyədə deyildir. İcbari
sığortanı sığorta şirkətləri həyata keçirir.
İcbari sığorta müqaviləsi yalnız həyat sığortası üçün lisenziyası olan və bu qanunla əhatə
olunan icbari sığorta növü üzrə fəaliyyətin həyata keçirilməsinə sığorta nəzarəti orqanının
verdiyi icazəyə malik olan sığortaçı tərəfindən bağlanıla bilər.
Ölkə üzrə sığortaya cəlb olunan işçilərin kəmiyyət göstəriciləri hər rüb üzrə Maliyyə
Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən ümumiləşdirilir və iqtisadi
fəaliyyət növləri üzrə qruplaşdırılır.
Xidmətin hazırladığı statistik məlumatlara görə icbari sığorta sisteminin tətbiqinin ilk
ilində (2011-ci il) formal əmək sektoru üzrə ümumi göstəricilər aşağıdakı kimi olmuşdur:
Ümumi göstəricilər
Dövrlər
Sığorta olunanların sayı
Ümumi
Sığorta olunan qulluqçu
heyətinin sayı
Sığorta olunan fəhlə
heyətinin sayı
2011-ci il
842 599
468 645
373 949