HESABAT
İSTEHSALATDA BƏDBƏXT HADİSƏ VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ
PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ HALLARINDAN İCBARİ SIĞORTA
18
Bu rəqəmin ölkə üzrə məşğul əhalinin ümumi sayına nisbəti (2010-cu ilin göstəricilərinə
əsasən ümumi məşğul əhalinin sayı 4 329 100 nəfər) 19,46 %, muzdlu işə cəlb olunan
işçilərin ümumi sayına (2010-cu il üzrə göstəricilərə əsasən 1382900 nəfər ) nisbəti isə
60,9 % təşkil edir.
2012-ci ilin 6 ayı ərzində sığorta olunanların göstəricilərində artım tendensiyası olsa da
bu rəqəm də formal əmək sektorunu tam əhatə edə bilmir. Xidmətin məlumatına görə
2012-ci ilin 6 ayı üzrə göstəricilər aşağıdakı kimi olmşdur.
Dövrlər
Sığorta olunanların sayı
Ümumi
Sığorta olunan
qulluqçu heyətinin sayı
Sığorta olunan
fəhlə heyətinin sayı
2012-ci il
6 aylıq
909 554
505 877
403 679
HESABAT
İSTEHSALATDA BƏDBƏXT HADİSƏ VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ
PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ HALLARINDAN İCBARİ SIĞORTA
19
Bu rəqəmin ölkə üzrə məşğul əhalinin ümumi sayına nisbəti (ötən il ərzində 50 000
nəfərlik yeni iş yerlərinin yaradılması da nəzərə alınmaqla ümumi məşğul əhalinin sayı
4 379 100 nəfər) 20, 77%, muzdlu işə cəlb olunan işçilərin ümumi sayına (1 432 900)
nisbəti isə 63, 3 % təşkil edir.
İcbari sığortaya cəlb olunanların iqtisadi fəaliyyət növləri və risk qrupları üzrə paylanma
göstəriciləri də maraqlıdır. Aşağıda əsas iqtisadi fəaliyyət növlərinin bir qrupu üzrə 2011-
ci il üçün və 2012-ci ilin 6 ayı üçün göstəriciləri təqdim edirik.
Cədvəllərdə nümunə kimi göstərilən bəzi iqtisadi fəaliyyət sahələri üzrə göstəriciləri
Dövlət Statistika Komitəsinin rəsmi məlumatları ilə müqayisə etdikdə belə fərqlər aşkar
şəkildə görünür. Məsələn, 2011-ci ilin göstəriciləri üzrə binaların tikintisində çalışan
3540 nəfər qulluqçu vəzifələri üzrə, 11 746 nəfər isə fəhlə peşələrində çalışan şəxslər
icbari sığortaya cəlb olunmuşdur (cəmi 15 286 nəfər). Dövlət Statistika Komitəsinin
2010-cu ilin yekunları üzrə məlumatında tikinti sahəsində 79 600 nəfərin çalışdığı
göstərilir. Tikintinin yalnız bina tikintisindən ibarət olmadığını nəzərə alsaq belə digər
tikinti sahələrində çalışanların sayının bina (yaşayış və qeyri yaşayış sahələrinin tikintisi)
Cədvəl 1
2011-ci il üzrə
HESABAT
İSTEHSALATDA BƏDBƏXT HADİSƏ VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ
PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ HALLARINDAN İCBARİ SIĞORTA
20
Cədvəl 2
2012-ci ilin 6 ayı üzrə
Cədvəl 3
Sosial təminat sferası
tikintisində çalışanlara nisbətdə dəfələrlə az olduğu
məlumdur.
Digər bir göstərici kimi təhsil sahəsini göstərmək
olar. 2011-ci ilin göstəricilərinə görə təhsil sferasında
190 427 qulluqçu, 29 941 nəfər isə fəhlə peşələri üzrə
icbari sığortaya cəlb edilib (cəmi 220 368). Amma
Dövlət Statistika Komitəsinin 2010-cu ilin yekunları
üzrə məlumatına görə təhsil sahəsində 345 300 nəfər
çalışmışdır. Beləliklə, 2011-ci ildə ən azı 124 932
nəfər təhsil işçisi icbari sığortaya cəlb olunmamışdır.
2012-ci ilin 6 ay üzrə göstəriciləri ilə müqayisədə
bu rəqəm (əgər təhsil işçilərinin sayını 2010-cu il
səviyyəsində götürsək) 107 421 nəfər edəcəkdir.
Dövlət idarəetməsi və müdafiə; sosial təminat
sferasında çalışanların ümumi sayı 2010-cu ilin
göstəriciləri üzrə 52 400 nəfər təşkil etdiyi halda
2011-ci il üzrə icbari sığortaya cəlb olunma
göstəriciləri 41 345 nəfər, 2012-ci ilin 6 ayı üzrə isə
44 631 nəfər təşkil etmişdir.
Dövlət Statistika Komitəsinin 2010-cu il üzrə
hazırladığı “İqtisadi fəaliyyət növləri üzrə muzdla
işləyən işçilərin sayı”na dair məlumatda göstərilir ki,
ticarət sektorunda işləyənlərin sayı 286 800 nəfər
HESABAT
İSTEHSALATDA BƏDBƏXT HADİSƏ VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ
PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ HALLARINDAN İCBARİ SIĞORTA
21
təşkil edir. 2012-ci ilin 6 ayının göstəriciləri üzrə bu sektor üzrə icbari sığorta olunan
qulluqçu və fəhlə heyətinin ümumi sayı 15686 nəfər təşkil edir.
Belə müqayisələri davam etmək mümkündür. Lakin demək olar ki, bütün iqtisadi fəaliyyət
sahələri üzrə vəziyyət oxşardır. Yalnız büdcədən maliyyələşən təşkilatlarda, o cümlədən
dövlət orqanlarında işçilərin icbari sığortası üzrə göstəricilər nisbətən yüksəkdir.
1.8.Ödənişlər üzrə göstəricilər
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 16-cı maddəsinə əsasən
istehsalatda bədbəxt hadisə və ya peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini tam
və ya qismən itirən şəxslər və ya onların bu səbəbdən vəfat etdiyi halda digər faydalanan
şəxslərə aşağıdakı növ sığorta ödənişləri həyata keçirilir:
•
Aylıq sığorta ödənişi;
•
Birdəfəlik sığorta ödənişi;
•
Əlavə sığorta ödənişi.
Sığorta hadisəsi baş verdikdə ödənişlər aşağıdakı qaydada ödənilir:
•
Aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək
qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan
şəxsə verilən pul təzminatıdır.
Dostları ilə paylaş: |