HESABAT
İSTEHSALATDA BƏDBƏXT HADİSƏ VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ
PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ HALLARINDAN İCBARİ SIĞORTA
7
1.İSTEHSALATDA BƏDBƏXT HADİSƏLƏR VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ
NƏTİCƏSİNDƏ PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ
HALLARINDAN İCBARİ SIĞORTA
1.1.İcbari sığortanın məqsədi
İcbari sığortanın əsas məqsədi sığorta olunan işçinin istehsal prosesi zamanı baş verə
biləcək bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini müvəqqəti
və davamlı surətdə itirməsi nəticəsində dəyə biləcək zərərin əvəzinin ödənilməsinə
yönələn tədbir olmaqla işçilərin və digər faydalananların mənafelərini qorumaqdır.
İstehsalat zədələnməsi və ya peşə xəstəliyi nəticəsində işçi vəfat etdikdə nəzərdə tutulan
kompensasiya zərərçəkənin vərəsələrinə verilir (qanunla müəyyən olunmuş hallarda).
Digər bir məqsəd isə sığortaçı şirkətin iş yerlərində əməyin mühafizəsi sahəsində
tələblərin yerinə yetirilməsində maraqlı etməkdir. Sığortaçı şirkət iş yerlərində əməyin
mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına dolayısı ilə nəzarət
edir ki, bu da ədalətli və əlverişli əmək şəraitinin yaradılması prosesinə tövhə verir.
1.2.İcbari sığorta üzrə ödənişlər
Qanuna əsasən “İcbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta
olunanların kateqoriyalarında və peşə riski dərəcəsində, həmçinin əmək haqqı fondunda
dəyişikliklər baş verərsə, sığorta haqqı bu dəyişikliklərin tarixindən müvafiq müqavilə
ilinin başa çatmasına qədər qalmış vaxta mütənasib şəkildə yenidən hesablanmalıdır”.
1.3.İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunanlar
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 3-cü maddəsinə görə İstehsalatda
bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta olunanlar aşağıdakılardır:
•
Hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul
olan fiziki şəxslə qanunvericiliyə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və
ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər,
dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (hərbi və ya xüsusi
rütbəsi olan şəxslər istisna olmaqla);
•
Məcburi dövlət sosial sığortasına cəlb olunması nəzərdə tutulan seçkili ödənişli
vəzifələrdə işləyənlər (Azərbaycan Respublikası Milli Məclisinin deputatları və
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları istisna olmaqla);
•
İstehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər;
•
Müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular;
•
Təbii fəlakətlərin qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına,
habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb
edilən şəxslər;
•
Fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
•
Qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə
məşğul olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də («Sosial sığorta
haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi dövlət
sosial sığortasına cəlb olunmayan əcnəbilər istisna olmaqla) şamil olunur.
HESABAT
İSTEHSALATDA BƏDBƏXT HADİSƏ VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ
PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ HALLARINDAN İCBARİ SIĞORTA
8
1.4.İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta bağlamaq vəzifəsi daşıyanlar
(Sığortalılar)
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 4-cü maddəsinə əsasən aşağıdakılar
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta bağlamaq vəzifəsi daşıyırlar:
•
Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi
formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin
qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə,
idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri;
•
Dövlət orqanları;
•
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;
•
Seçkili orqanlar;
•
Fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
Yuxarıda göstərilən subyektlər tərəfindən icbari sığorta müqavilələrinin bağlanmamağı
qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət yaradır.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1 maddəsinə görə
“İcbari sığorta qanunvericiliyinə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək
vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta
müqaviləsinin bağlanmamağına görə:
Fiziki şəxslər on manat miqdarında, vəzifəli şəxslər altmış manatdan səksən manatadək
miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
Eyni zamanda işəgötürən tərəfindən işçinin bədbəxt hadisə və ya peşə xəstəlikləri hallarından
sığortalanmamağı onu işçinin sağlamlığına vurulan zərəri ödəmək məsuliyyətindən azad
etmir. İcbari sığortaya cəlb olunmayan işçinin sağlamlığına dəyən zərərə görə tam maddi
məsuliyyət işəgötürənin üzərinə düşür. Hətta işəgötürən işçi ilə qanunun tələblərini
pozaraq əmək müqaviləsi bağlamadıqda belə faktiki əmək münasibətlərində olan işçinin
sağlamlığına dəyən zərərə görə tam maddi məsuliyyət daşıyır.
1.5. Sığorta olunanlar və onların iqtisadi fəaliyyət növləri üzrə
kateqoriya və risk qruplarına bölünməsi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli
qərarı ilə təsdiq olunmuş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunanların istehsalatda
yerinə yetirilən əmək funksiyalarının xarakterinə görə kateqoriyalar üzrə bölgüsünün
Qaydasına” görə İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunanlar istehsalatda yerinə yetirilən
əmək funksiyalarının xarakterinə görə aşağıdakı kateqoriyalara bölünürlər:
•
Fəhlələr - məhsulun (əmtəənin) istehsalı, xidmətin həyata keçirilməsi ilə,
həmçinin təmir, yüklərin daşınması, təmizlik, saxlama, mühafizə və digər belə
işlərlə birbaşa məşğul olan işçilər;
•
Qulluqçular - müvafiq olaraq rəhbərlərə, mütəxəssis və texniki icraçılara aid
işlərin və ya xidmətlərin yerinə yetirilməsi ilə məşğul olan işçilər: